.


FİFA-nın İntizam Komitəsinin iclası keçirilib.
ONA-nın məlumatına görə, qurum yeddi futbolçu və bir meneceri ömürlük bu idman növündən kənarlaşdırıb.
Buna onların intizam kodeksini pozmaqları və danışılmış oyunlarda iştirakı səbəb olub. Cəzalanan futbolçulardan biri Azərbaycanda çıxış etmiş İbrahim Karqbodur.
Syerra-Leone yığmasının sabiq kapitanı 2010-13-cü illərdə “Bakı”nın şərəfini qoruyub. Son klubu İngiltərənin aşağı liqa təmsilçisi “Dulviç Hamlet” olan 37 yaşlı afrikalı ilə yanaşı, Karlon Murrey, Keyno Tomas (hər ikisi Trinidad və Tobaqo), Hellinqs Mvakasunqula (Malavi), Seydat Çomoqo (Benin), Leonel Duarte (Kuba), Məhəmməd Salim İsrafil Koxistani (Əfqanıstan), həmçinin zimbabveli menecer Kudzanay Şaba da ağır cəza alıblar.
 
FİFA keniyalı Cordc Obino Audini 10 illik cəzalandırıb. Afrikalı 15 min İsveçrə frankı məbləğində cərimə də ödəməlidir.
.

Qol güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib.
 
"Qəbələ” İdman Klubunun təmsilçisi Sənan Şükürov yarışda uğurla çıxış edib. 90 kq çəki dərəcəsində çıxış edən idmançımız həm sağ, həm sol qolla mübarizədə bütün rəqiblərinə qalib gəlib.
 
.


Azərbaycan əsilli boksçu Elnur Səmədov Moskva şəhərində keçirilən "VBA Kontinental" titulu uğrunda döyüşdə əslən erməni idmançı Ayka Şaxnazaryanı məğlub edib.

Ardını oxu...

.

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Keşlə" klubu ilə 3:0 hesabı ilə nəticələnmiş görüşdən sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib.

Ardını oxu...

.
Avropa Liqasında sonuncu yarımfinalçı da müəyyənləşib.

Ardını oxu...

.

Azərbaycanın daha bir samboçusu Kiprin Limasol şəhərində yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Ardını oxu...

.


Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev Ruminiyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

Ardını oxu...

.

Azərbaycan sərbəst güləşçi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

Ardını oxu...

.


Çexiyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub

Ardını oxu...

.


Azərbaycanlı polis mayoru İlkin Səfərov qaydasız döyüşdə növbəti qələbəsini qazanıb.

Ardını oxu...

Xəbər lenti