.

Azərbaycan bu dəfə də bədxahlarını məyus etdi. Avroliqanın finalında “Çelsi”-"Arsenal" oyununun Bakıda keçiriləcəyi xəbəri yayılan gündən anti-Azərbaycan qüvvələr, erməni lobbisi ölkəmizə qarşı qarayaxma kampaniyasına start vermişdilər.

Ardını oxu...

.

Bu gün paytaxtda keçiriləcək Avropa Liqasının final oyunu ilə əlaqədar Azərbaycan Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq.

Ardını oxu...

.


"Formula-1" yarışlarında iştirak edən, "Racing Point" komandasının pilotu Serxio Peres Monakoda keçirilən Qran-Pri yarışlarında iki nəfəri öldürməkdən an fərqi ilə yan qaça bilib.

Ardını oxu...

.

Yelkənli İdman Federasiyasının "Optimist” sinfi üzrə yelkənçilərindən ibarət komandası Fransada "Optimist” sinfi üzrə keçiriləcək Avropa çempionatında iştirak edəcək. Çempionata hazırlıq məqsədilə yelkənçilər may ayının sonunda İzmirdə baş tutacaq məşqlərə qatılıacaq.
Asiya.info Metbuat.az-a istinadən  xəbər verir ki, hazırlıq məşqlərində Yunanıstan, Malta, Bolqarıstan və Türkiyədən olan yelkənçilər də iştirak edəcək. Məşqlərə Beynəlxalq və Dünya Yelkəni üzrə məşqçi Vagelis Atzemian rəhbərlik edəcək.
Təlim – məşq düşərgəsində Azərbaycanı "Optimist” sinfi üzrə yelkənçilər Kristina Kərimova, Fidan Ağazadə, Səxavət Əzimov, Murad Hacı-Zadə, Timur Sıkaçevskiy, "Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız təmsil edəcəklər.
Qeyd edək ki, beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim – məşq düşərgələrində iştirak ediblər. Təlim – məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir. Təlim məşqlərin keçirilməsində Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı – ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir.
Xatırladaq ki, aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində "Optimist” sinfi üzrə 7 - 14 yaş uşaqlar, "Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etmək olub.
.
Avropa Liqasının Bakıda keçiriləcək final matçının iştirakçı komandaları onlara ayrılan biletlərin bir hissəsindən imtina etməyi planlaşdırır.

“Report” “The Times” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” və “Çelsi” ümumilikdə 6000-dən çox bilet qaytaracaqlar, çünki müvafiq olaraq 3500 və 2000 bilet sata biliblər.

UEFA ümumilikdə klubların hər birinə 5800 bilet ayırıb ki, bu da finalın keçiriləcəyi stadionda yer tutumunun 10 faizini təşkil edir. Qərar guya Bakı aeroportunun buraxılış imkanlarının aşağı olması ilə əlaqədar qəbul edilib.

Həmçinin 2000 biletin ayrıldığı UEFA sponsorları analoji problemlə üzləşiblər.

İngilis klubları və sponsorların qaytaracaqları biletlər yenidən satışa çıxarılacaq.

.

Azərbaycan Kikboqsinq federasiyası və Xəzər rayon gənclər idman İdarəsinin dəstəyi ilə mayın 19 da Şagan Olimpiya və İdman kompleksində, "28 May Respublika günü" nə həsr olunmuş" Vətən" Kikboksinq klubunun açıq brinciliyi keçirildi.

Ardını oxu...

.

Mayın 18-19-da Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçirilib.

Ardını oxu...

.

Bu gün Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə dünya çempionatı start götürəcək.

Ardını oxu...

.

Boks üzrə Azərbaycanda tanınmış idman ustası, Avropa və Dünya çempionu Rauf Ağayev bu günlərdə Moskva şəhərində keçirilən peşəkarların yarışında ölkəmizə qarşı düşmən münasibət bəsləyən idmançılara qalib gəlib.

Ardını oxu...

.

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev ilk məşqi üçün Təl-Əviv Expo Mərkəzinin səhnəsinə çıxıb.

Ardını oxu...

Xəbər lenti