.

Hollandiyada "Tvente"ni məğlub edən "Qarabağ" Bakıda azarkeşlərinə sevincli anlar yaşadıb. Tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq şansı əldə edən  “Qarabağ” klubunun bu qələbəsi əlaqədar Bakıda qələbə yürüşü keçirilib. Azadlıq meydanına toplaşan "Qarabağ"lı fanatlar qələbə şüarları səsləndirərək Neftçilər prospekti boyu yürüş ediblər.

 

Qeyd edək ki, Azərbaycan çempionu Avropa Liqasının pley-off mərhələsini adlayıb. Qurban Qurbanovun yetirmələri cavab oyununda Hollandiyada yerli “Tvente”nin qonağı olub. Bakıda qolsuz bərabərliklə kifayətlənən “Qarabağ” səfərdə "Tvente" ilə 1:1 hesablı bərabərlik əldə edib. Bu hesab komandamıza tarixidə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə adlamaq imkanı verib.(Bizimyol.info)

.

Dünən Fransa futbol çempionatının birinci liqasının üçüncü turunun üçüncü oyun günündə bir matç keçirilib.  
Milli.Az qol.az-a istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” səfərdə “Lion”un qonağı olub. Oyunlara üzərində “Land of fire Azerbaijan” sözləri yazılan formayla çıxan komanda bu qarşılaşmada 1:0 hesabı ilə qələbə qazanıb. Yeganə qolu 11-ci dəqiqədə madaqaskarlı Lalaina Nomencanaxari vurub.  
Bu, “Lans”ı cari çempionatda ilk qələbəsi və ümumiyyətlə, ilk xalı olub. Qələbə sayəsində H.Məmmədovun klubu üç xalla turnir cədvəlində 15-ci pilləyə yüksəlib.
Turnir cədvəlinə doqquz xalla “Bordo” başçılıq edir.
“Lans” çempionatda növbəti oyununu avqustun 30-da hazıda turnir cədvəində 18-ci pillədə qərarlaşan “Reyms”ə qarşı keçirəcək.
.

Ukraynalı məşqçi Andrey Bal stadionda futbol oynayarkən 57 yaşında ölüb.

Anspress-in məlumatına görə, Andrey Bal karyerasının çox hissəsini Kiyev "Dinamo"sunda keçirib. Keçmiş sovet və Ukrayna futbolçusu Andrey Bal müdafiəçi və yarımmüdafiəçi mövqelərində oynayıb.

Son zamanlar Bal Kiyev "Dinamo"sunda idman direktorunun köməkçisi işləyirdi.

2012-ci il oktyabrın 6-dan 17-dək Oleq Bloxinin istefasından sonra Andrey Bal Ukraynanın əsas yığmasının məşqçisi olub.

.

     

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra bütün "pley-off"çular müəyyənləşib.

 

29 qalib komandanın arasında bir Azərbaycan klubu var ki, bu da Bakının "Neftçi" klubudur.

 

Gürcüstanda "Çixura"nı 3:2 hesabı ilə məğlub edən "ağ-qaralar" tarixində ikinci dəfə "pley-off"da oynamaq hüququ qazanıb. "Neftçi" ilə yanaşı, "Qarabağ" klubu da ölkəmizi Avroliqanın "pley-off" mərhələsində təmsil edəcək.

 

Qeyd edək ki, "pley-off" mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq.

 

 Birbaşa mübarizəyə qoşulanlar: "İnter" (İtaliya), "Tottenhem" (İngiltərə), "Vilyareal" (İspaniya), "Tvente" (Hollandiya), "Metallist" (Ukrayna), PAOK (Yunanıstan), "Trabzonspor" (Türkiyə), "Borussiya" (Münhenqladbax, Almaniya), "Lokomotiv" (Rusiya), "Rapid" (Avstriya), "Sürix" (İsveçrə), "Nasional" (Portuqaliya), "Sent Etyen" (Fransa)

 

Çempionlar Liqasından gələnlər: "Seltik" (Şotlandiya), "Panatinaykos" (Yunanıstan), "Dnepr" (Ukrayna), "Sparta" (Praqa, Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Şerif" (Moldova), "Partizan" (Serbiya), "Feyenoord" (Hollandiya), "Rostov" (Rusiya), "Zvolle" (Hollandiya), "Lokeren" (Belçika), "Apollon" (Kipr), "Midtilland" (Danimarka), "Debretsen" (Macarıstan), "Qrasshoppers" (İsveçrə), "Aktobe" (Qazaxıstan), AEL (Kipr), "Qarabağ" (Azərbaycan), HİK (Finlandiya)

 

III təsnifat mərhələsinin qalibləri: "Lion" (Fransa), PSV (Hollandiya), "Brügge" (Belçika), "Real Sosyedad" (İspaniya), "Yanq Boys" (İsveçrə), "Hall Siti" (İngiltərə), "Torino" (İtaliya), "Rio Ave" (Portuqaliya), "Dinamo" (Moskva, Rusiya), "Elfsborq" (İsveç), "Omonia" (Kipr), "Hayduk" (Split, Xorvatiya), "Krasnodar" (Rusiya), "Rijeka" (Xorvatiya), "Asteras Tripolis" (Yunanıstan), "Zarya" (Ukrayna), "Neftçi" (Azərbaycan), "Astra" (Rumıniya), "Petrolul" (Rumıniya), "Karabükspor" (Türkiyə), "Dinamo" (Minsk, Belarus), "Rux" (Polşa), "Sarayeva" (Bosniya və Hersoqovina), "Şaxtyor" (Belarus), "Spartak" (Trnava, Slovakiya), RNK (Split, Xorvatiya), "Zimbru" (Moldova), "Astana" (Qazaxıstan), "Styarnan" (İslandiya).

 

Qol.az

.
Zalsburq”un futbolçusu Kristian Şveqler Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la keçiriləcək cavab matçı haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, oyun öncəsi təşkil olunana mətbuat konfransında çıxış edən təcrübəli müdafiəçi “Qarabağ” haqda xoş sözlər söyləyib:

“Qarabağ” yaxşı komandadır. Güclü hücum xərləri var. Reynaldonun oynamaması onlar üçün itki, bizim üçün isə üstünlükdür. İndi doğma meydan amilindən yararlanmalıyıq. Bakıdakı görüşün ikinci hissəsindəki kimi oynamalıyıq”.

Xatırladaq ki, “Zalsburq” - “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Xəbər lenti