.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
"Report" xəbər verir ki, turun qarşılaşmaları iki günü əhatə edəcək. Açılış matçında "Səbail" ötən mövsümün qalibi "Qarabağ"la üz-üzə gələcək. Ağdam təmsilçisinin ilk turda "Zirə" ilə görüşü təxirə salındığından komanda cari mövsümdə ilk oyununu keçirəcək. Yalnız ötən mövsüm qarşılaşan kollektivlərin bütün oyunlarında "Qarabağ" qələbə qazanıb. "Səbail" 4 matçın heç birində rəqib qapısına qol vura bilməyib.
Ölkə kubokunun sonuncu qalibi "Keşlə" səfərdə "Zirə" üz-üzə gələcək. Son iki qarşılaşmada "Keşlə" rəqibini 2:1 hesabı ilə üstələyib. "Zirə" meydanı qolsuz tərk etmədiyi ardıcıl 8 oyunun hərəsində 1 dəfə fərqlənib. Bu komandalar indiyədək 12 dəfə qarşılaşıblar. Qəsəbə komandası 2, rəqibi isə 3 dəfə qələbə qazanıb. Topların fərqində də "Keşlə" öndədir - 11:10.
Turun digər iki qarşılaşması isə avqustun 19-da baş tutacaq. Premyer Liqanın debütantı "Sabah" Masazırda "Sumqayıt"ı qəbul edəcək. Bu komandalar indiyədək rəsmi oyunlarda qarşılaşmayıblar. İlk turda "Keşlə"ni məğlub edən Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv ikinci görüşdə də yaxşı nəticə qazanmağa çalışacaq. "Neftçi"yə məğlub olan "Sumqayıt" isə mövsümdə ilk xallarını qazanmağa cəhd edəcək.
Həftənin son oyunu isə "Neftçi" və "Qəbələ" komandaları arasında olacaq. Bu kollektivlər daha öncə 40 dəfə qarşılaşıblar. 17 oyunda "Neftçi", 15-də isə "Qəbələ" meydanı 3 xalla tərk edib. Topların fərqi isə bərabərdir 51-51. Son 5 oyunda meydanı qolsuz tərk etməyən “Neftçi” ardıcıl 2 qələbə qazanıb. Komandalar son 2 mövsümdəki 8 matçda heç-heçə etməyib.
Azərbaycan Premyer Liqası
18 avqust (şənbə)
18:30. “Səbail” – “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
“Bayıl Arena”
20:30. “Zirə” – “Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
“AZAL Arena”
19 avqust (bazar)
18:30. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
“Dalğa Arena”
20:30. “Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
“Əlincə Arena”
.
 
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
"Report" xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçiriləcək.
Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana” komandası da bu mərhələdə ilk oyununu çıxacaq.
"Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv doğma meydanda Xorvatiya "Dinamo”su ilə üz-üzə gələcək.
Türkiyənin "Fənərbağça” komandası isə səfərdə Portuqaliyanın "Benfika” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
Çempionlar Liqası, III təsnifat mərhələsi
7 avqust
18:00"Astana” (Qazaxıstan) – "Dinamo” (Zaqreb, Xorvatiya)
21:00 "Qarabağ" (Azərbaycan) - BATE (Belarus)
21:15 "Malmö" (İsveç) / "Videoton" (Macarıstan)
21:30 "Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna)
22:00 "Standard" (Belçika) - "Ayaks" (Hollandiya)
22:00 "Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya)
23:00 "Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə)
.

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı başa çatıb.

Ardını oxu...

.


2018-ci il Formula 1 Azərbaycan Qran Prisi bu ilin ən yaxşı mərhələsi hesab olunub.

Ardını oxu...

.

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.
 
Faktor.az xəbər verir ki, çempionatın dördüncü günündə gənc qızlardan ibarət yığmamızın iki üzvü mübarizə aparıb. Güləşçilərimiz günü bir gümüş medalla başa vurublar.
 
Əlli üç kiloqram çəki dərəcəsində güləşən Tatyana Varantsova İtaliyadan və Ukraynadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Final yolunda güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə tam üstünlüklə qalib gələn Tatyana Varantsova finala yüksəlib. Həlledici görüşdə Türkiyə idmançısına uduzan güləşçimiz gümüş medalla kifayətlənib.
.

“Real Madrid”in ulduz futbolçusu Kərim Benzema İtaliyanın “Milan” klubuna keçə bilər.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, fransız futbolçu “Milan”nın baş məşqçisi Gennaro Qatuzo ilə danışıqlar aparıb və kluba transfer olunmağına razılıq verilib. 
Məlumata görə, İtaliya təmsilçisi Benzemaya 4 illik müqavilə təklif edib. Bundan əlavə, “Milan” Benzemanın “Real Madrid” klubunda aldığı illik məvacibi - 9 milyon avro ödəməyə hazırdır.
.

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

Ardını oxu...

.

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə güləşçilər arasında keçirilən dünya çempionatı başa çatıb.
Asiya.info Oxu.az-a istinadən xəbər verir ki, son yarış günündə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb.
Güləşçilərimiz günü üç bürünc medalla başa vurub.
Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) fəxri kürsünün III pilləsində qərarlaşıb. Güləşçilərimiz müvafiq olaraq Yaponiya, Ermənistan və Hindistan idmançılarından üstün olub.
Həsrət Cəfərovun bürünc medal uğrunda görüşdə Ermənistan idmançısı Robert Karapetyana 4:2 hesabı ilə qalib gəldiyi görüşün videosunu təqdim edirik:
Qeyd edək ki, dünya çempionatında iştirak edən yığma komandamızın üzvləri ümumilikdə iki qızıl, iki gümüş və dörd bürünc medala sahib olub.
.

Futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Ev sahibi Rusiya ilə Xorvatiya yığması ilə qarşılaşıb.
Soçidə "Fişt" stadionunda baş tutan qarşıdurmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatdığından oyun əlavə vaxtda davam edib. Lakin əlavə vaxt da 2:2 hesablı bərabərliklə yekunlaşdığından qalibi penaltilər seriyası ilə müəyyən etmək lazım gəlib.
Pelnaltilər seriyasında Xorvatiya yığması rəqibini 4:3 hesabı ilə məğlub edərək yarımfinala çıxıb.
.

“Qarabağ” daha bir əcnəbi qapıçı
Oxu.az xəbər verir ki, bu, braziliyalı Vaqner da Silvadır.
32 yaşlı qolkiper əvvəllər Braziliyadan başqa, Belçikanın “Muskrun”, Portuqaliyanın “İşturil” və “Boavişta” klublarında oynayıb. O, son mövsümü Kamran Ağayevin sabiq klubu olan “Boavişta”da icarə əsasında keçirib.
Qarabağ FK adlı şəxsin şəkli.
Xatırladaq ki, “Qarabağ” daha əvvəl İslandiya millisinin qapıçısı Hanes Haldoursonu transfer etmişdi.

Xəbər lenti