.
“Azərbaycan güclü xalqdır və güclü də ordumuz var”

Son illər Azərbaycanda ənənəvi idman növləri ilə yanaşı Şərq döyüş növləri də inkişaf edərək öz əhatə dairəsini, pərəstişkarlarının sayını artırır. Belə idman növlərindən biri də Türk döyüş növü sayılan Alqaputdur. Artıq paytaxtla yanaşı regionlarda da Alqaput idman növünə maraq artır və bu idmanla məşğul olanların sayı artmağa başlayır. Azərbaycan Alqaput Federasiyasının Prezidenti, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru, gənc alim Aqil Acalov saytımızamüsahibəsi zamanı Alqaput idman növünə marağın artmasını türklərin döyüşkən olması, öz Vətəni, torpağı uğrunda yorulmadan mübarizə aparması ilə əlaqələndirib. O, bildirib ki, bəşəriyyət boyu ən çox imperiya quran məhz türklər olub.

Federasiya rəhbərinin sözlərinə görə, Azəbaycan xalqı hər zaman, tarix boyu döyüşən mərd xalq olub. Ölkəmizin sürətli inkişaf dövrü keçdiyini deyən Aqil Acalov əldə edilən nailiyyətlər və qazanılan uğurların Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi, Azərbaycan Ordusunun hərbi qüdrətinin artmasına da müsbət təsir göstərdiyini diqqətə çatdırıb: "Bu gün Azərbaycan inkişaf edir. Bu inkişaf Silahlı Qüvvələrdə özünü göstərir. Bu bir reallıqdır ki, Azərbaycan ordusu bu gün regionun ən güclü ordusudur. Heç şübhəsiz ki, bu da Ali Baş Komandan, Cənab Prezidentin bu sahəyə göstərdiyi diqqət və qayğıdan qaynaqlanır. Bu gün sevindirici hal ondan ibarətdir ki, Ali Baş Komandan İlham Əliyev kimi güclü liderimiz var”. Aqil Acalov son vaxtlar hərbi xidmətdə qulluq edən bəzi şəxslərin Vətənə xəyanət yolunu tutmasına da toxunub və bildirib ki, bu cür şərəfsizlərə görə Azərbaycan ordusu ləkələnə bilməz: "Azərbaycan güclü xalqdır və güclü də ordumuz var. Bu gün mən də daxil olmaqla hər kəs bu uğurlara görə prezidentə təşəkkür edir və ona böyük inam hissi ilə yanaşır”.

Federasiya rəhbəri onu da diqqətə çatdırıb ki, Azərbaycan ordusu nizam- intizamına görə hər zaman seçilib: "Çünki bizim Mübariz İbrahimov kimi igid oğullarımız olub. Keçən ilin aprel ayında baş verənlər bunu bir daha təsdiqlədi. Mən inanıram ki, Azərbaycan ordusu düşmən tapdağında olan torpaqlarımızı tezliklə azad edəcək. Bizi kimsə sarsılda bilməz. Çünki biz güclü xalqıq”.

Nuranə Abdullayeva
Asiya.info
Aqil Acalov: Bizi kimsə sarsılda bilməz- MÜSAHİBƏ
Aqil Acalov: Bizi kimsə sarsılda bilməz- MÜSAHİBƏ
Aqil Acalov: Bizi kimsə sarsılda bilməz- MÜSAHİBƏ
Aqil Acalov: Bizi kimsə sarsılda bilməz- MÜSAHİBƏ
Aqil Acalov: Bizi kimsə sarsılda bilməz- MÜSAHİBƏ
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


19 İyun 2017 “Formula-1”in keçirilməsi üçün yüklər Bakıya gətirilib - Fotolar
16 İyun 2017 Eduard Məmmədov əməliyyat olunan Çempionumuz haqqında danışdı- O, prinsipal insandır...
11 İyun 2017 Tural Cavadov: Atdığı zərbənin mahiyyətini bilməyən müəllim işləyir
11 İyun 2017 Erməni boksçu nokauta düşdü, sonra isə... - Video
06 İyun 2017 Ronaldonun oğlundan gözəl qol - Video
31 May 2017 Boksçularımızın döyüşlərinin vaxtı bilindi
30 May 2017 Qızıl Əlcək idman klubunun kikboksçuları Gürcüstanda qızıl tarix yazdılar!
18 May 2017 Daha 4 taekvondoçumuz mübarizəyə başlayır
16 May 2017 İslamiada: Polisimiz 4-cü qızılı qazandı
16 May 2017 Azərbaycanlı şahmatçı dünya tarixinə düşdü
15 May 2017 Artıq “Sərhədçi”nın 3 üzvü qızıl medal qazandı
14 May 2017 İslamiada: Elçin Talıbov paracüdo üzrə yarışların qalibi olub
14 May 2017 Sabahdan "Formula 1"ə gələn əcnəbilərə beynəlxalq hava limanlarında viza veriləcək
14 May 2017 Azərbaycan İslamiadanın ilk günündə 1-ci oldu - 22 medal (CƏDVƏL)
13 May 2017 Azərbaycan yığmasının bayraqdarı İslamiadada qızıl medal qazanıb - YENİLƏNİB-4
13 May 2017 Finala yüksələn karateçimiz: "Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm"
12 May 2017 Millimiz “Bakı-2017”də ilk qələbəsini qazanıb
11 May 2017 Prezident İslam Oyunlarına görə pul mükafatı təsis etdi – SİYAHI
11 May 2017 Bakı-2017: Voleybol yarışlarına start verilir
08 May 2017 Alpaqut döyüş sənəti üzrə turnir kecirildi
07 May 2017 "İslam oyunları" adlı mahnı yazıldı
06 May 2017 Azərbaycan güləşçiləri Avropa çempionatında daha iki medal qazanıblar
05 May 2017 Avropa Liqasında yarımfinal mərhələsində ikinci oyun keçirilib
04 May 2017 Naxçıvanda 9-cu peşəkarlar arasındakı Kikboks turniri-Fotolar
03 May 2017 Azərbaycan Uşu Federasiyası mətbuat konfransı keçirib
30 Aprel 2017 Kliçkonu nokauta salıb çempion oldu - Coşyanın qələbsi
25 Aprel 2017 Mariya Şarapova 15 aydan sonra böyük idmana qayıdır
24 Aprel 2017 Adil Əliyev boks və kikboks müəllimlərinə müraciət etdi: Çalışacağıq ki, işlə təmin edək!
23 Aprel 2017 Ayxan Abbasov: "Bu hal istənilən məşqçinin başına gələ bilər"
22 Aprel 2017 "Bakı-2017": Xəzərdən başlayan səyahət Şəmkirə çatıb

Xəbər lenti