.

Azərbaycan bu dəfə də bədxahlarını məyus etdi. Avroliqanın finalında “Çelsi”-"Arsenal" oyununun Bakıda keçiriləcəyi xəbəri yayılan gündən anti-Azərbaycan qüvvələr, erməni lobbisi ölkəmizə qarşı qarayaxma kampaniyasına start vermişdilər.

Əlbəttə, məqsəd bəlli idi və siyasi xarakter daşıyırdı, qərəzli olduğu da aksiomdur. Ölkəmizdə guya qonaqların təhlükəsizliyinə təminat olmadığına, infrastrukturun standartlara cavab vermədiyinə dair yalanlar tirajlanırdı. Azərbaycan dövləti isə bunlara çox təmkinlə, daha konkret desək, əməli işlə cavab verdi!
UEFA Avropa Liqasının Bakıdakı final qarşılaşmasının uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını əyani göstərdi.
Ortaya ciddi, nizam-intizamlı iş qoyulmaqla sübut olundu ki, Azərbaycan bu cür nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə, qonaqpərvərliyə malik güvənli ölkədir.
Azərbaycanın müvafiq qurumlarının, bütövlükdə dövlətin yüksək təşkilatçılığı nəticəsində hər hansı bir problem, ciddi insident olmadı. Hətta Bakını, Azərbaycan xalqını təxribata çəkmək üçün Bakıya “desantlar” da göndərilmişdi. “Arsenal”ın erməni əsilli oyunçusu Mxitaryanın adı yazılan köynəklər geyinmiş “turistlər” də göndərilmişdi Bakıya. Onlara da burada güldən ağır söz deyilmədi.  Sadəcə, təxribatçı olmaları de-şifrə edildi, nəzarətdə saxlanıldılar. Səbirli, təmkinli vətəndaşlarımız da bu təxribata uymadı.
Oyundan xeyli əvvəl, finalçılar müəyyən olunandan sonra matçın niyə uzaq Bakıda keçirilməsindən -  guya azarkeşlərin gələ bilməməsindən tutmuş təhlükəsizlik, hotellərin baha qiyməti, “Arsenal” klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryana qarşı hansısa mənfi münasibət olması və onun təhlükəsizliyinə təminat verilməməsi kimi iddialar ortaya atıldı. Lakin mövcud reallıq bütün bu iddiaların əsassız olduğunu aydın göstərdi: Klublar heç onlara verilən biletləri belə sata bilmədilər, Mxitaryana ən yüksək səviyyədə təhlükəsizlik təminatı verildi, kifayət qədər azarkeş oyuna gəldi və bu bayramın iştirakçısına çevrildi, AZAL bütün reysləri normal şəkildə qəbul etdi. Hava limanında hər hansı problem yaşanmadı, hotellər və qonaqların yerləşməsi, xidmət, nəqliyyat yüksək səviyyədə təmin olundu.
İngilis azarkeşlərin sərt xüsusiyyətli, dəliqanlı, davakar olduğu da sirr deyil. Bu da gözə alınmaqla, birmənalı şəkildə demək olar ki, Bakı bəlkə bu kimi yarışmaların tarixində heç bir ciddi insidentin yaşanmadığı, tam təhlükəsiz şəhər kimi tarixə düşdü.
Oyundan əvvəl fan-zonaların yüksək səviyyədə təşkili, azarkeşlərin ehtiyaclarının ödənilməsi, onlar üçün mümkün olan şəraitin yaradılmasını da bütün tərəflər - hər kəs etiraf etdi, bu, xüsusi qeyd edildi.
Bədxahlar gözünü daha çox oyun gününə dikmişdilər ki, hansısa texniki problem, çətinlik yaranacaq və bunun üzərindən ölkəmizə qarşı piara başlayacaqlar. Bu fürsəti də Azərbaycan onlara vermədi. Oyun günü istər azarkeşlərin stadiona gəlişi, oyunu seyr etməsi, istərsə də geriyə dönüşü elə nizamla, peşəkarlıqla təşkil olundu ki, sıxlıq yaranmadı. Stadionu tərk edən azarkeşləri müvafiq qurumlar ekspress avtobuslarla müvafiq ünvanlara daşıdılar, metro gecə saat 3-dək işlədi.
Bir məqam diqqəti xüsusi cəlb etdi: hüquq-mühafizə orqanları, asayiş keşikçiləri qonaqlarla peşəkar, sivil və mehriban davrandılar. Hətta içkili ingilis azarkeşlərin oyun başlamazdan saatlar əvvəl paytaxtın mərkəzi hissəsində süni şəkildə qarşıdurma yaratmaq cəhdlərinə qarşı dözümlü, humanist yanaşıldı. Təhlükəsizliyə cavabdeh asayiş keşikçilərinin davranışı diqqətdən yayınmadı.
Bütün digər böyük tədbirlərdə olduğu kimi, könüllülərin peşəkar fəaliyyəti də ürəkaçan, işlərin rahat, sakit şəkildə həllinə böyük dəstək verdi. Bəllidir ki, Azərbaycanda könüllülük artıq bir hərəkat, institut kimi formalaşıb, gənclərimiz bu prosesdə aktivlik, dövlətin yanında olduğunu nümayiş etdirir.
Bəzi xarici KİV-lər bütün bəhanələri əlindən alınmış uşaq kimi, guya stadionun dolmaması, boş yerlərin qalması barədə iddialar səsləndiriblər. Amma canlı yayımlardan, videolardan, fotolardan da aydın görünür ki, stadion tamamilə dolub. İlkin hesablamalara görə, stadionda 60 minə yaxın azarkeş oyunu seyr etdi.
Qərəzli KİV-in daha bir “uşaq bəhanəsi” - matçın sakit, emosiyasız keçdiyini qüsur kimi sırımağa çalışırdılar. Amma azarkeşlərin çılğın davranışları göz önündə idi. Bu kimi iddiaların ortaya çıxması sadəcə, Azərbaycanda keçirilən final matçı ilə bağlı heç kim diqqəti cəlb edə biləcək nöqsan tapa bilməməsindən qaynaqlanır. Necə deyərlər, “aşığın sözü qurtaranda dalay-dalay deyər”...
İstər Azərbaycanın rəsmi dairələrinin, dövlət orqanlarının səmərəli fəaliyyəti, mümkün problemlərin öncədən müəyyənləşdirilməsi  və onların aradan qaldırılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirməsi, istərsə də tədbirin əsas təşkilatçısı olan UEFA rəhbərliyinin prinsipial mövqeyi, bütün məsələlərə vaxtında müdaxilə etməsi,  şayiələrə imkan yaratmaması tədbirin uğurla keçirilməsinin başlıca səbəbləridir.
Beləliklə, bu tədbir Azərbaycan dövlətinin, hakimiyyət strukturlarının olduqca səmərəli və peşəkar fəaliyyətinin əyani təsdiqi oldu.
Ölkəmiz beynəlxalq tədbir və yarışların keçirilməsində kifayət qədər təcrübəyə malikdir. Nisbətən kiçik tədbirlərin sayı çoxdur, biz ən irilərinə diqqətə edək: 2012-ci ildə keçirilən “Eurovision” yarışması, 2015-ci ildə keçirilən I Avropa Yay Oyunları, 2016-cı ildən bu yana keçirilən “Formula 1" yarışları da ən yüksək səviyyədə təşkil olunub.
Əvvəlkilər və son olaraq final matçının kimsənin irad bildirə bilməyəcəyi şəkildə baş tutması Azərbaycanın bu kimi beynəlxalq yarışlar üçün ən yaxşı ev sahibi olmasının bariz nümunəsidir.
Azərbaycan birmənalı şəkildə təsdiq etdi ki, 2020-ci ildə Avropa çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək və uğurla keçirmək gücünə, bacarığına malikdir.
Azərbaycan faktiki olaraq bədxahlarına, qaragüruha məhz əməli fəaliyyəti ilə cavab verir. Gözəl taktikadır.
"Yeni Müsavat"

Şərh yaz


14 Avqust 2019 Güləşçimiz erməniyə qalib gələrək medal qazandı
13 Avqust 2019 10 yaşlı azərbaycanlı Danimarka çempionu oldu - FOTO/VİDEO
07 Avqust 2019 “Milan"dan yeni transfer
05 Avqust 2019 “Qəbələ” Küveyt klubuna qalib gəldi
02 Avqust 2019 Hicablı Xədicə Britaniyadakı atsürmə yarışlarının qalibidir- FOTO
27 İyul 2019 Bakı-2019: Son gündəlik
25 İyul 2019 “Qarabağ”dan məhsuldar heç-heçə - YENİLƏNİB
24 İyul 2019 Bakı-2019: Azərbaycan həndbolçuları Danimarka ilə bacarmayıblar
23 İyul 2019 Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı
21 İyul 2019 Güləşçilərimiz Olimpiya Festivalına qələbə ilə başlayıblar
21 İyul 2019 Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır
19 İyul 2019 CSKA və “Qalatasaray” Olimpiya çempionundan ötrü mübarizə aparacaqlar
14 İyul 2019 Güləşçilərimiz daha iki medal qazanıblar
12 İyul 2019 MMA döyüşçüsü rəqibini balta ilə yaraladı - Video
30 İyun 2019 İdmançılarımıza nə qədər pul veriləcək? - Məbləğ
30 İyun 2019 Azərbaycan 10-cu yerdə qərarlaşdı - II Avropa Oyunları
30 İyun 2019 Karateçimiz finalda - Avropa Oyunları
30 İyun 2019 Boksçumuz əsgər salamının sirrini açdı: Hər döyüş..
26 İyun 2019 Hacı Əliyev ermənini 6:0 məğlub etdi - Fotolar
25 İyun 2019 Avropa Universal Döyüş Federasiyasının prezidenti idmançıları mükafatlandırdı - FOTOLAR
18 İyun 2019 Azərbaycan idmançıları 2-ci Avropa Oyununda iştirak etmək üçün Belarusa yola düşüb - FOTO - VİDEO
15 İyun 2019 Təmsilçimiz Avropa çempionu oldu
11 İyun 2019 Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib
11 İyun 2019 Avro-2020-nin seçmə mərhələsində 3-cü oyun başlayır – Millimiz bu gün Slovakiyaya qarşı
09 İyun 2019 2 güləşçimiz Avropa çempionu oldu
08 İyun 2019 Azərbaycan çempionatında yeni rekord qeydə alınıb
02 İyun 2019 Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazandı
02 İyun 2019 “Liverpul” Çempionlar Liqasının qalibi oldu - VİDEO
29 May 2019 Azarkeşlərə və komandalara 39 təcili yardım xidmət göstərəcək
27 May 2019 "Formula-1" yarışlarında iki marşal ölümdən son anda qurtuldu

Xəbər lenti