.

Tovuzda
“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib və 15 məktəbin şagirdləri idman geyimləri və ləvazimatları ilə təmin olunub

Asiya.info xəbər verir ki, Tovuz şəhər mərkəzi stadionunda AFFA-nın və Tovuz rayon icra hakimiyyətinin təşkilatçılığı və millət vəkili Qənirə  Paşayevanın təşəbbüsü ilə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Tovuzda  keçirilmişdir Tədbirdə rayonun 15 məktəbindən 150 şagird iştirak etmişdir. İştirakçılara 60 ədəd top və 150 ədəd futbol forması təqdim olunmuşdur.
Tədbirin açılışında millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov iştirak ediblər. Tədbiri rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov açmışdır və çıxış edərək bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir demişdir, layihə və layihənin əhəmiyyəti haqqında məlumat vermişdir.  Tədbirdə çıxış edən millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkili Sabir Hacıyev bildirmişlər ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir və bu kimi tədbirlərin, layihələrin keçirilməsinin əhamiyyətini vurğulamışlar.


Tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva belə bir layihənin Tovuzda keçirilməsi üçün AFFA-ya təşəkkür edib və bu cür layihələrin, tədbirlərin bölgələrimizdə keçirilməsinin vacibliyini qeyd etmişdir. Millət vəkili Q.Paşayeva bildirmişdir:  "Zəngin ən­ənələri olan Tovuz futbol məktəbi özünün yetirmələri, sadiq azarkeşləri və digər mə­ziyyətləri ilə həmişə seçilib. Mən sevinc hissi ilə demək istərdim ki, ölkəmizdə Futbol Akademiyası yaxın günlərdə məhz Tovuzda açılacaq. Bu, həm rayon və bölgə üçün, həm də, ümumən respublikamız üçün əlamətdar hadisədir. Bunun üçün cənab Prezidentə və AFFA-ya bütün tovuzlular adından dərin təşəkkürümü bildirirəm. Eyni zamanda bu gün bu tədbirin həyata keçirilməsində əməyi keçənlərin hamısına təşəkkür edirəm." Millət vəkili Q.Paşayeva bu cür layihələrin bölgələrdə istedadlı uşaqların aşkar edilərək yetişdirilməsinə  kömək edəcəyinə inandığını deyib və mütəxəssisləri, məşqçiləri və müəllimləri kəndlərdə futbol üzrə istedadlı uşaqların axtarılması, onların üzərində daha çox çalışmağa, onların yaxşı oyunçu kimi yetişməsi istiqamətində daha çalışmağa çağırıb. Millət vəkili hamımız daha çox istedadlı uşaqların üzə çıxmasına, yaxşı peşəkar kimi yetişmələri üçün onlara daha çox dəstək olmalıyıq deyib.   Millət vəkili Q.Paşayeva Tovuzda belə  bir layihənin əhəmiyyətini bir daha vurğulayaraq milli futbolumuza öz töhfəsini verəcəyinə inandığını deyib.
Tədbirdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları paylanılıb. Tədbirdə uşaqlar əyləncəli futbol nümayiş etdiriblər. Tədbirin sonunda müxtəlif kəndlərdən gəlmiş uşaqlar, gənclər və onların idman müəllimləri və məşqçiləri ilə söhbət və fikir mübadiləsi aparılıb, onları maraqlandıran sualları cavablandırılıb.
Tədbirdə millət vəkili Q.Paşayevanın çıxış videosunun linkini burdan izləyə bilərsiniz.



 

Şərh yaz


14 Avqust 2019 Güləşçimiz erməniyə qalib gələrək medal qazandı
13 Avqust 2019 10 yaşlı azərbaycanlı Danimarka çempionu oldu - FOTO/VİDEO
07 Avqust 2019 “Milan"dan yeni transfer
05 Avqust 2019 “Qəbələ” Küveyt klubuna qalib gəldi
02 Avqust 2019 Hicablı Xədicə Britaniyadakı atsürmə yarışlarının qalibidir- FOTO
27 İyul 2019 Bakı-2019: Son gündəlik
25 İyul 2019 “Qarabağ”dan məhsuldar heç-heçə - YENİLƏNİB
24 İyul 2019 Bakı-2019: Azərbaycan həndbolçuları Danimarka ilə bacarmayıblar
23 İyul 2019 Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı
21 İyul 2019 Güləşçilərimiz Olimpiya Festivalına qələbə ilə başlayıblar
21 İyul 2019 Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır
19 İyul 2019 CSKA və “Qalatasaray” Olimpiya çempionundan ötrü mübarizə aparacaqlar
14 İyul 2019 Güləşçilərimiz daha iki medal qazanıblar
12 İyul 2019 MMA döyüşçüsü rəqibini balta ilə yaraladı - Video
30 İyun 2019 İdmançılarımıza nə qədər pul veriləcək? - Məbləğ
30 İyun 2019 Azərbaycan 10-cu yerdə qərarlaşdı - II Avropa Oyunları
30 İyun 2019 Karateçimiz finalda - Avropa Oyunları
30 İyun 2019 Boksçumuz əsgər salamının sirrini açdı: Hər döyüş..
26 İyun 2019 Hacı Əliyev ermənini 6:0 məğlub etdi - Fotolar
25 İyun 2019 Avropa Universal Döyüş Federasiyasının prezidenti idmançıları mükafatlandırdı - FOTOLAR
18 İyun 2019 Azərbaycan idmançıları 2-ci Avropa Oyununda iştirak etmək üçün Belarusa yola düşüb - FOTO - VİDEO
15 İyun 2019 Təmsilçimiz Avropa çempionu oldu
11 İyun 2019 Avro-2020-nin seçmə mərhələsində 3-cü oyun başlayır – Millimiz bu gün Slovakiyaya qarşı
09 İyun 2019 2 güləşçimiz Avropa çempionu oldu
08 İyun 2019 Azərbaycan çempionatında yeni rekord qeydə alınıb
02 İyun 2019 Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazandı
02 İyun 2019 “Liverpul” Çempionlar Liqasının qalibi oldu - VİDEO
31 May 2019 Final matçından doğan nəticə - Bakı ən yaxşı ev sahibidir
29 May 2019 Azarkeşlərə və komandalara 39 təcili yardım xidmət göstərəcək
27 May 2019 "Formula-1" yarışlarında iki marşal ölümdən son anda qurtuldu

Xəbər lenti