.


İyunun 10-16-da Ukraynanın Koblevo şəhərində universal döyüş üzrə Avropa Çempionatı keçirilib.

 

Yeniyetmə, gənclər və böyüklər arasında təşkil olunan yarışda ölkəmizi Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov, baş katib Aydın Abdullazadə və məşqçilər heyətinin rəhbərliyi altında 17 idmançı təmsil edib. Yığmamızın üzvləri uğurla çıxış edərək onlara bəslənilən etimadı doğruldublar. Belə ki, bütün yaş qrupları üzrə keçirilən yarışda idmançılarımız ümumilikdə 8 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar.

Bu günlərdə Avropa Universal Döyüş Federasiyasının prezidenti, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general mayor Natiq Əliyev Avropa çempionatından vətənə uğurla dönən komandanın üzvləri ilə görüşüb. Tədbirdə federasiya rəsmiləri, məşqçilər heyəti və idmançılar iştirak ediblər. Natiq Əliyev idmançıları təbrik edərək əldə olunan nəticəni yüksək qiymətləndirib.

O qeyd edib ki, Azərbaycan dünya idmanı ailəsinin ən layiqli üzvlərindən biridir: 

"Sevindirici haldır ki, Azərbaycan idmançılarının əldə etdikləri uğurlarda universal döyüşçülərimizin də payı var. İnanıram ki, bundan sonra da Avropa Universal Döyüş Federasiyası olaraq bu sahənin inkişafına öz töhfəmizi verəcəyik”. 

Çıxış edən məşqçilər və idmançılar uzun müddətdir bu yarışa hazırlaşdıqlarını, Avropa çempionatında əzmlə mübarizə apardıqlarını, qarşıya qoyulan məqsədə çatdıqlarını qeyd ediblər.

Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov Avropa çempionatında 25 ölkədən 500-dən artıq idmançının iştirak etdiyini vurğulayıb. O idmançıların Avropa çempionatına müvafiq proqram əsasında mərhələli şəkildə hazırlaşdıqlarını bildirib: "Avropa Çempionatı yüksək səviyyədə təşkil olunmuşdu. Bir sıra yeni Avropa ölkələri də ilk dəfə qitə çempionatına qatılmışdı. Çempionatın baş katibi Avropa və Azərbaycan Universal Döyüş Federasiyalarının baş katibi həmyerlimiz Aydın Abdullazadə idi. Komanda üzvlərinin əsas rəqibləri ev sahibi Ukrayna ilə yanaşı, Latviya, Litva, Polşa, Moldova, Bolqarıstan idmançıları idi. Qitə çempionatı Beynəlxalq Federasiyanın yeni qaydaları əsasında klassik və layt versiyaları üzrə keçirildi. Bildiyiniz kimi burada maneələr silsiləsi yox idi. Bundan sonra maneələr silsiləsi ancaq hərbçilər arasında keçirilən yarışlarda tətbiq olunacaq”.

Azər Həsənov Avropa Universal Döyüş Federasiyasının prezidenti Natiq Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib və qeyd edib ki, hazırda federasiyanın əsas məqsədi Beynəlxalq Hərbi İdman Şurasına CIZM daxil olmaq və Azərbaycanı orada layiqincə təmsil etməkdir. O bu barədə də məlumat verib: "Qitə çempionatına Mərkəzi Ordu İdman Klubunun rəisi, CIZM-in Azərbaycan nümayəndə heyətinin sədri polkovnik Rəşad Quliyev də dəvət olunmuşdu. Bildiyiniz kimi, CIZM özündə 137 ölkəni birləşdirir. Universal döyüş idman növünün hərbçilər arasında keçirilən Dünya Oyunlarının proqramına salınması üçün Avropa və Beynəlxalq Universal Döyüş Federasiyaları tərəfindən CIZM ilə sıx əməkdaşlıq aparılır. Yarış çərçivəsində müxtəlif ölkələrin CIZM nümayəndələrinə bu idman növünün incəlikləri barədə məlumatlar verildi. İnanırıq ki, yaxın vaxtlarda bu məsələyə baxılacaq”.


Görüşün sonunda qitə çempionatında mükafat qazanmış idmançılar Avropa Universal Döyüş Federasiyasının prezidenti Natiq Əliyev tərəfindən mükafatlandırılıblar. (Qol.az)

Şərh yaz


21 İyul 2019 Güləşçilərimiz Olimpiya Festivalına qələbə ilə başlayıblar
21 İyul 2019 Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır
19 İyul 2019 CSKA və “Qalatasaray” Olimpiya çempionundan ötrü mübarizə aparacaqlar
14 İyul 2019 Güləşçilərimiz daha iki medal qazanıblar
12 İyul 2019 MMA döyüşçüsü rəqibini balta ilə yaraladı - Video
30 İyun 2019 İdmançılarımıza nə qədər pul veriləcək? - Məbləğ
30 İyun 2019 Azərbaycan 10-cu yerdə qərarlaşdı - II Avropa Oyunları
30 İyun 2019 Karateçimiz finalda - Avropa Oyunları
30 İyun 2019 Boksçumuz əsgər salamının sirrini açdı: Hər döyüş..
26 İyun 2019 Hacı Əliyev ermənini 6:0 məğlub etdi - Fotolar
18 İyun 2019 Azərbaycan idmançıları 2-ci Avropa Oyununda iştirak etmək üçün Belarusa yola düşüb - FOTO - VİDEO
15 İyun 2019 Təmsilçimiz Avropa çempionu oldu
11 İyun 2019 Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib
11 İyun 2019 Avro-2020-nin seçmə mərhələsində 3-cü oyun başlayır – Millimiz bu gün Slovakiyaya qarşı
09 İyun 2019 2 güləşçimiz Avropa çempionu oldu
08 İyun 2019 Azərbaycan çempionatında yeni rekord qeydə alınıb
02 İyun 2019 Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazandı
02 İyun 2019 “Liverpul” Çempionlar Liqasının qalibi oldu - VİDEO
31 May 2019 Final matçından doğan nəticə - Bakı ən yaxşı ev sahibidir
29 May 2019 Azarkeşlərə və komandalara 39 təcili yardım xidmət göstərəcək
27 May 2019 "Formula-1" yarışlarında iki marşal ölümdən son anda qurtuldu
24 May 2019 Yelkənçilərimiz Avropa çempionatında hazırlaşır
23 May 2019 “Arsenal” və “Çelsi” Bakıdakı final matçının 6 min biletini geri qaytarır –Səbəb
21 May 2019 "28 May Respublika günü"-nə həsr olunmuş " Vətən" Kikboksinq klubunun açıq brinciliyi keçirilib.
20 May 2019 Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub
15 May 2019 Dünya çempionatı başlayır - İlk gündə 1 idmançımız
13 May 2019 Azərbaycanlı boksçu rəqibini nakautla məğlub etdi
07 May 2019 Çingiz Avropanı valeh etdi - 13-dən 4-ə qalxdıq
07 May 2019 Azad Rəhimov - Olimpiya Festivalına baxmaq pulsuz olacaq
03 May 2019 “Qarabağ” komandası 2018-2019-cu il mövsümünün qalibi olub- VIDEO+fOTO

Xəbər lenti