.

Sentyabrın 12-də Finlandiyanın Vantaa şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

Metbuat.az xəbər verir ki, yarışların birinci günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev yarışa səkkizdəbir final mərhələsində başlayıb.

İtaliyalı idmançını məğlub edən R.Əliyev dörddəbir finalda avstriyalı Daniel Leutgebi üstələyib. Yarımfinalda Rusiya idmançısı Abu-Muslim Parçiyevə qalib gələn cüdoçumuz finalda türkiyəli Salih Yıldızla uduzaraq gümüş medalla kifayətlənməli olub.

Bu çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Əhməd Yusifov isə dörddəbir finalda məğlub olaraq təsəlliverici görüşdə avstriyalı Daniel Leutgebə qalib gəlib. İtaliyalı Alessandro Aramunu üstələyən Ə.Yusifov komandamızın aktivimizə bürünc medal yazdırıb.

Yarışda 66 kiloqram çəki dərəcəsində İbrahim Əliyev və Davud Abaslı mübarizə aparıblar. Dörddəbir finalda fransalı Benjamin Qomezə məğlub olan D.Abaslı təsəlliverici görüşdə Slovakiya təmsilçisi Bruno Banskini üstələyərək bürünc medal uğrunda mübarizədə iştirak hüququ qazanıb.

İ.Əliyev isə onaltıdabir finalda israilli Amit Boboviçə qalib gəlib. Səkkizdəbir finalda macarıstanlı, dörddəbir finalda isə xorvatiyalı rəqiblərini məğlub edən İ.Əliyev yarımfinalda Giorgi Tutaşviliyə uduzub. Bürünc medal uğrunda qarşılaşmada İ.Əliyev D.Abaslını məğlub edib.

Qızların yarışında isə 52 kiloqram çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva səkkizdəbir finalda Martina Kastaqnolaya qalib gəlib. Dörddəbir finalda kiprli Sofiya Asvestanı məğlub edən G.Məmmədəliyeva yarımfinalda serbiyalı Nadejda Petroviçə uduzub. Təsəlliverici görüşdə Yasmin Cavadiana məğlub olan cüdoçumuz çempionatı beşinci yerdə tamamlayıb.

Qeyd edək ki, Avropa çempionatında 44 ölkədən 358 cüdoçu iştirak edir. Gənclərdən ibarət Azərbaycan yığma komandası çempionata 9 oğlan və 5 qız cüdoçu ilə qatılıb.

Şərh yaz


14 Oktyabr 2019 Usta cüdoçularımız dünya çempionatında 7 medal qazandı
13 Oktyabr 2019 Bu gün Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
12 Oktyabr 2019 Tofiq Musayev Yaponiyada avstraliyalı rəqibini nokauta saldı - VİDEO/FOTO
08 Oktyabr 2019 Qurban Qurbanova məşhur klubdan təklif gəldi
04 Oktyabr 2019 “Qarabağ” “Düdelanj”ı darmadağın etdi
28 Sentyabr 2019 Azərbaycanlı “Ağ Canavar” ermənini tatamiyə çıxmağına peşman etdi - VİDEO
22 Sentyabr 2019 Bakıda bədii gimnastika üzrə DÇ-nin bağlanışı oldu - Video
21 Sentyabr 2019 İdmançımız ermənini məğlub etdi və qızıl qazandı
20 Sentyabr 2019 "Qarabağ"ın qrupunda gözlənilməz nəticə
17 Sentyabr 2019 Karateçilərimiz Macarıstanda 8 medal qazandı - Foto
16 Sentyabr 2019 Bakıda gimnastika üzrə dünya çempionatı başlayır
13 Sentyabr 2019 Azərbaycanın daha bir paraüzgüçüsü dünya çempionatında medal qazandı - VİDEO
09 Sentyabr 2019 Azərbaycan millisi Xorvatiyaya qarşı
08 Sentyabr 2019 6-cı tura start verilir - “Avro-2020”
08 Sentyabr 2019 Həbib növbəti qələbəsini belə qazandı - Video
06 Sentyabr 2019 Millimiz Rumıniyanı məğlub etdi
05 Sentyabr 2019 AVRO-2020-də 5-ci tura start verilir
01 Sentyabr 2019 Millimiz Tokioda 5-ci oldu
29 Avqust 2019 Formula-1 Azərbaycan qran-prisinin vaxtı bəlli oldu
24 Avqust 2019 Premyer Liqa: II tura Sumqayıtda start veriləcək
24 Avqust 2019 Bakıda ilk: Akrobatika üzrə dünya çempionatı keçiriləcək
14 Avqust 2019 Güləşçimiz erməniyə qalib gələrək medal qazandı
13 Avqust 2019 10 yaşlı azərbaycanlı Danimarka çempionu oldu - FOTO/VİDEO
07 Avqust 2019 “Milan"dan yeni transfer
05 Avqust 2019 “Qəbələ” Küveyt klubuna qalib gəldi
02 Avqust 2019 Hicablı Xədicə Britaniyadakı atsürmə yarışlarının qalibidir- FOTO
27 İyul 2019 Bakı-2019: Son gündəlik
25 İyul 2019 “Qarabağ”dan məhsuldar heç-heçə - YENİLƏNİB
24 İyul 2019 Bakı-2019: Azərbaycan həndbolçuları Danimarka ilə bacarmayıblar
23 İyul 2019 Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı

Xəbər lenti