.

Son zamanlar ölkədə aparılan islahatlar fonunda elektrik enerjisi və təbii qaza tətbiq edilən limitin götürülməsi, eləcə də qiymətin ucuzlaşması ilə bağlı müzakirələr gedir. 

Məsələ artıq deputatlar səviyyəsində qaldırılıb. Ekspertlərin də fikrincə, əhalinin sosial vəziyyəti nəzərə alınaraq elektrik enerjisi və qaza tətbiq edilən limitin götürülməsi məsələsinə baxıla bilər. 
Maraqlıdır, limitin ləğvi məsələsi Tarif Şurasında müzakirə olunurmu?
Tarif Şurasının rəsmisi Ramin Şükürov Cebhe.info-ya açıqlamasında deyib ki, limitin ləğvi hələlik gündəmdə deyil: 
“Bu məsələnin haradan çıxdığını anlamıram. Buna görə də cavab verə bilməyəcəyəm. Hansısa göstəriş olmalıdır ki, Tarif Şurası limiti ləğv etsin”. 
Xatırladaq ki, qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib.  Həmin il noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. 
Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyən olunub.
Ancaq Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dekabrın 22-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda təbii qaz və elektrik enerjisinin satışı tarifləri ilə bağlı edilən müvafiq tarif tənzimlənmələrində dəyişikliklər aparılıb. Qərar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qəbul edilib.
Dəyişikliyə əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə artırılıb və 20 qəpik müəyyənləşdirilib.
Elektrik enerjisi aylıq istehlak həcmi 250 kilovat-saatdan 300 kilovat-saatadək artırılıb və 11 qəpik müəyyənləşdirilib.   
06 Sentyabr 2019 Alimlərdən qazlı içkilərlə bağlı ölüm xəbərdarlığı: gündə bir stəkan içirsinizsə...
29 Avqust 2019 ABŞ-ın Florida ştatına doğru güclü "Dorian" qasırğası yaxınlaşır
17 Avqust 2019 Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Uşaqlarınızı oğurlaya bilərlər
13 Avqust 2019 Atambayev Qırğızıstanda dövlət çevrilişi hazırlayıb - Kəşfiyyat
23 İyul 2019 SOS! Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - Ekspert səbəbləri açıqlayır
16 İyul 2019 Türk deputatdan Keşikçidağ məsələsinə — MÜNASİBƏT
07 İyul 2019 Qanlı hadisənin qarşısı alındı: "Məşədi Elçin" saxlanıldı
30 İyun 2019 Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə - Xəbərdarlıq
29 İyun 2019 ABŞ döyüş təyyarələrini İLK DƏFƏ ORA GÖNDƏRDİ – İranla müharibə yenidən alovlanır?
27 İyun 2019 Nazirlik işəgötürənlərə XƏBƏRDARLIQ ETDİ
11 İyun 2019 Bu gənclərin təhsil xərcləri qarşılanacaq – Müsabiqə
07 İyun 2019 Qubada 5 günlük istirahət fantastik qiymətə
04 İyun 2019 Bu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - MəlBu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - Məleykə Abbaszadəeykə Abbaszadə
03 İyun 2019 Azərbaycan “Boinq 737” təyyarələrindən imtina etdi
30 May 2019 Elinanın oxuduğu məkrəbin müəllimləri və sinif yoldaşları dindirilib
29 May 2019 Əsl jurnalist vətənpərvərlik və dövlətçilik mövqeyindən çıxış etməlidir
27 May 2019 Hər oğurluq pisdir, amma səs oğurluğu... - Ərdoğan
17 May 2019 Vasif Talıbov “Duzdağ”la bağlı sərəncam verdi –40 illik yubileyi keçiriləcək
15 May 2019 Bu təxribatçıları Bakıya kim dəvət edib? – Nazirlikdən açıqlama
03 May 2019 Kollec məzunlarının universitetə qəbul müəmması...
02 May 2019 Bu imtahanların nəticələri bir neçə günə açıqlanacaq – Abituriyentlərin diqqətinə
01 May 2019 Limiti keçmiş abonentlərin NƏZƏRİNƏ - Tarif Şurası açıqladı
19 Aprel 2019 Azərbaycanda avtobus zavodu tikilir
17 Aprel 2019 Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı yeni - QƏRAR
13 Aprel 2019 Azərbaycanda daha bir orta məktəbdə şagirdlər təhlükə ilə üz-üzədir - Səs yazısı
11 Aprel 2019 PROFESSORLA HƏKİMİN DƏLƏDUZ ŞƏBƏKƏSİ – Cinayət işində bir sıra məmurların adı hallanır…
11 Aprel 2019 Prezident Elina ilə bağlı tapşırıq verdi
08 Aprel 2019 Azərbaycandan AŞPA-ya çağırış: Obyektiv hesabat hazırla
08 Aprel 2019 Direktorun Elina ilə bağlı rüsvayçı səs yazısı yayıldı - Video
08 Aprel 2019 “Diqlas”dakı yanmamış anbarların açılmasına başlanıldı

Xəbər lenti