.

12-13 avqust tarixlərində ölkəmizdə Qurban bayramı qeyd olunacaq.
Asiya.info Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası keçiriləcək. Sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır.  
Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. “Kənddən Şəhərə” satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.
Məlum olduğu kimi, bayram günü bazarlarda uzun növbələr yaranır. Bu problemlə üzləşməmək üçün vətəndaşlar “Kənddən Şəhərə” saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində online şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər. Bunun üçün https://kenddenshehere.az/qurbanliq linkinə daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır. Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edib. Agentlik bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra Hakimiyyətləri tərəfindən təşkil olunmuş müvəqqəti kəsim düşərgələrində həyata keçirməyi tövsiyə edir. AQTA bəyan edib ki, bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün Respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi fəaliyyət göstərəcək.
Qurban bayramı ilə əlaqədar təşkil ediləcək “Kənddən Şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək:
Bakı şəhəri üzrə:
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi (“White palace” şadlıq sarayının yanı)
Binəqədi rayonu, Xocasən-Biləcəri-Binəqədi yolu, 10 May küçəsi (dörd yol)
Nizami rayonu, M.Əliyev kücəsi ilə O.Vəliyev küçəsinin kəsişməsindəki ("Milord" şadlıq evinin yanı)
Nərimanov rayonu, Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən Qarabağ mehmanxanasının söküntü sahəsi.
Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26,  Heyvan kəsimi məntəqəsinin həyəti
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfi
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72
Suraxanı rayonu, Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin həyəti
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V” yaşayış sahəsində yerləşən "Günəş” ticarət mərkəzinin həyəti
Səbail rayonu, 20-ci sahə, “Aylı Gecə” restoranının həyəti
Səbail rayonu, Gülbala Əliyev küçəsi, Beton zavodunun  arxa hissəsi
Xətai rayonu, Zığ yolu 5, "Nargilə" kafesinin yaxınlığı
Xətai rayonu, İnqilab İsmayılov küçəsi 8
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Bakı avtomagistralının sağ tərəfi,  "Şaurma” kafesi və "Embawood" mağazaları arasındakı ərazi
Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağ tərəfi, lambir müəssisəsinin yanı
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 196, "İdeal” şadlıq sarayının ərazisi
Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 7-ci binanın yan tərəfi
Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsi 31a, Dairəvi yolun kənarı
Yasamal rayonu, Yeni Yasamal,  M.Xiyabani küçəsi 5, "Qismət" şadlıq sarayının qarşısı
Abşeron üzrə:
Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsi 26, "Qaraj" restoranının yanı
Xırdalan şəhəri, Qalibiyyə küçəsi 12, Təzə bazarın girişi       
Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi ilə Qaçaq Nəbi küçəsinin kəsişməsi, "Araz" Marketin yanı  
Saray qəsəbəsi, Bakı-Quba yolu, DYP postunun yanı, "Araz" Marketin həyəti   
Məmmədli qəsəbəsi, "Göyqurşağı" yaşayış kompleksi,  "Araz" Marketin yanı   
Regionlar üzrə:
Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A, Heyvan bazarının yanı     
Göygöl rayonu, Qızılca kəndi, Heyvan bazarının yanı 
Şamaxı şəhəri, Göylər kəndi yolu, Heyvan bazarının yanı     
Qəbələ şəhəri, Nizami küçəsi 8      
.

Avqustun16-daEnergetika nazirinin müavini Elnur Soltanov Gədəbəy şəhərində Gədəbəy və Daşkəsənrayonlarından olan vətəndaşları qəbul edəcək.

Ardını oxu...

.

Azərbaycanın xarici ölkələrdə 10 ticarət və şərab evi açılıb, Rusiya, Qazaxıstan və digər ölkələrdə ticarət evlərinin açılması ilə bağlı işlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir Ş.Mustafayev qeyd edib ki, Rusiyanın Moskva şəhərində 15 Azərbaycan şirkəti tərəfindən istehsal olunan 200-dən çox çeşiddə məhsulun təqdim olunduğu “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayıb, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində də bu cür mağazaların açılması istiqamətində işlər aparılır.
.
                                             Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi son 3 ildə təxminən 2 dəfə artıb.Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.
   Səfirin sözlərinə görə, iki ölkə arasında münasibətlər həmişə yüksək səviyyədə olub: "4 il 4 aydır ki, Azərbaycanda işləyirəm. Fəaliyyətim dövründə iki ölkə arasında münasibətlərin daha da yüksələn xəttlə inkişafına çalışmışam".
Diplomat daha sonra Azərbaycana Qazaxıstan buğdasının ixracı ilə bağlı məsələyə də toxunub:
"Biz tədriclə Qazaxıstan buğdasının Azərbaycana tədarükünü bərpa edirik. Bir vaxtlar biz Azərbaycana təxminən milyon ton buğda ixrac edirdik. Yenidən bu göstəriciyə nail olmağa çalışacağıq (Trend)
.

2019-cu ilin iyununda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci ilin iyun ayı ilə müqayisədə 644,300 milyon dollar artaraq 789,259 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
2019-cu ilin iyununda Türkiyənin Azərbaycana ixracı 598,551 milyon dollar, Azərbaycandan idxal isə 190,708 milyon dollar təşkil edib.
Nazirlik qeyd edib ki, 2019-cu ilin yanvar-iyun aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 674,574 milyon dollar artaraq 1, 578 milyard dollar təşkil edib.
2019-cu ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycana ixracatı 1,197 milyard dollar, Azərbaycandan idxal isə 381.413 milyon dollar olub.
Qeyd edək ki, 2019-cu ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 26,683 milyard dollardır.
.

2019-cu ilin 6 ayı ərzində Energetika Nazirliyi tərəfindənelektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılması, alternativ və bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanmasıməqsədlə Norveçin DNV GL Energy Advisory GmbH şirkəti ilə birlikdə qanunvericilik aktlarının hazırlanmasına başlanılıb.

Ardını oxu...

.

Energetika Nazirliyində BMT İnkişaf Proqramının Rezident nümayəndəsinin müavini Yuliya Şçerbininanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Ardını oxu...

.

Bu ilin iyulun 1-nə Azərbaycanda pul bazası 10 376,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 788,9 mln. manat və ya 20,8% çoxdur.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, may ayı ilə müqayisədə cari ilin iyun ayında Azərbaycanda pul bazası 204,5 mln. manat və ya 2% artıb, ilin əvvəlindən isə 1 667,7 mln. manat və ya 19,1% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.
.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov 30 iyun tarixində Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Ardını oxu...

.

“Artıq Qarabağda  Azərbaycanın  patronajlığı altında yaşamamış  nəsillər  böyüyür...”

Ardını oxu...

Xəbər lenti