.
Mayın 27-də Energetika nazirinin müavinləri  Samir Vəliyev Masallı və Yardımlı, nazir müavini Elnur Soltanov isə Lerik  rayonundan olan vətəndaşları qəbul ediblər.

Ardını oxu...

.


Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,67 ABŞ dolları və yaxud 0,89% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 74,86 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.(musavat.com)

.

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən bildirilib ki, bankın mayın 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
.

Dövlət Gömrük Komitəsi balansında olan istifadəsiz qalmış 48 ədəd avtomobilin satılması üçün hərraca təqdim edib.

Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə 18 iyun tarixində hərrac təşkil edib.

Komitə hərraca müxtəlif markalı avtomobillər təqdim edib. Onlar arasında 1990-cı illərə aid avtomobillərlə yanaşı, 2004-cü il istehsalı olan maşınlar da var.

Hərraca “Nissan Maksima”, “Nissan Sanni”, “Mitsubişi L-200”, “Daevoo Leqanza”, “Daevoo Neksia”, “Hunday Aksent”, “Hunday Elantra”, “Hunday Sanata”, “Hunday Xoros”, “Ford Fokus”, VAZ-21214, UAZ-3153, “Tofaş Kartal SLX”, “Şevralet” və “Şevralet Niva 2123L” markalı avtmobillər təqdim edilib.

.
“OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclası çərçivəsində Energetika naziri Pərviz Şahbazovbir sıra görüşlər keçirib. Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşdə qlobal neft bazarının cari vəziyyəti, öhdəliklərin icra səviyyəsi, qısa və uzunmüddətli perspektivdə gözləntilər, eləcə də ikitərəfli enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib.
Nazirlikdən Asiya.info-ya verilən məlumata görə, Xalid Əl Falih “OPEC plus” formatının ilkin təşəbbüskarlarından biri kimi Azərbaycan Prezidentinin rolunu və ölkəmizin “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində neft bazarının tənzimlənməsi prosesində iştirakını, Nazirlərin Birgə Monitorinq Komitəsinin Bakıda keçirilmiş tədbirinin əhəmiyyətini qeyd edib. Neft bazarının mümkün inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.
Azərbaycanındünya neft bazarında tarazlıq, qiymət sabitliyi naminə əməkdaşlığadavamlı dəstək verdiyini deyən  Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, aprel ayında  hasilatın azaldılması ilə bağlı öhdəlik artıqlaması ilə yerinə yetirilib.
İki ölkə arasında enerji sahəsinə qarşılıqlı investisiya yatırılması, biznes dairələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bərpa olunan enerji sahəsində  Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti ilə imzalanmış əməkdaşlıq memorandum çərçivəsində görüləcək tədbirlər ətrafında müzakirələr aparılıb.
OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə də neft bazarının vəziyyəti əsas müzakirə mövzusu olub. Məhəmməd Sanusi Barkindo bazarda sabitliyin qərarlaşması üçün “OPEC plus” formatında tədbirlərin davam etdirilməsini  vacib hesab edib. 
Energetika naziri Pərviz Şahbazov “OPEC plus” ölkələri üzrə öhdəliklərin ümumi icra səviyyəsinin yüksək olmasını əməkdaşlığın uğuru  kimi qeyd edib. Azərbaycanın hasilatın azaldılması ilə bağlı əvvəlki aylarda gördüyü tədbirlərin apreldə öhdəliklərin tam  yerinə yetirilməsinə müsbət təsir etdiyini deyib.  Bildirilib ki, 4 ay müddətində orta gündəlik neft  hasilatı 130 % icra edilib. 
 Nazir deyib: “İyunda nazirlərin görüşündə ilin ikinci yarısı üçün qərar qəbul edərkən bütün geosiyasi və iqtisadi amilləri nəzərə almaqla ətraflı təhlillər aparmalıyıq. Bazarın balanslaşdırılması zamanı uzunmüddətli dövr üçün neftə qlobal tələbatı və bu baxımdan, neft sənayesinə investisiyanı təşviq edəcək qiymət sabitliyini də düşünməliyik.”


Söhbət zamanı “Neft İstehsal edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” da nəzərdən keçirilib. Bildirilib ki, cari ilin iyun  ayınadək Xartiya ilə bağlı proseslərin yekunlaşdırılması planlaşdırılır.
Neft bazarının tənzimlənməsi ilə əlaqədar müzakirələr Birləşmiş Ərəb Əmirliklərinin energetika və sənaye naziri Suheyl əl-Mazrui ilə görüşdə də davam etdirilib. Suheyl əl-Mazrui hazırda neftin qiymətinin qənaəbəxş olduğunu bildirib və  əlavə edib ki, ötən ilin sonunda  kəskin qiymət dəyişiklikləri ilə müşayiət olunan vəziyyətin təkrarlanması yolverilməzdir. 
Energetika naziri Pərviz Şahbazov  isə deyib ki,  neftin qiymətinin həm istehsalçılar, həm də istehlakçılar üçün sərfəli həddə olması və tarazlığın  təmin edilməsi məqsədilə neft bazarına  hazırda əsas dəstəyi “OPEC plus” ölkələri verə bilər. 
 Söhbət zamanı geosiyasi faktorlar, şist neftin təsirləri, kommersiya neft ehtiyatları, qlobal iqtisadi artım  və neftə tələbat dinamikası nəzərdən keçirilib.
Nazir həmçinin OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri Manuel Kevedo Fernandes,Nigeriyanın neft ehtiyatları naziri Emmanuel Kaçikvu,Kuveytin  neft, elektrik və su naziri Xalid Əl-Fadhel,  Omanın neft-qaz naziri  Məhəmməd Əl-Rumhi, Əlcəzairin energetika naziri Məhəmməd Arkab və Bəhreynin neft naziri Şeyx Məhəmməd Əl-Xəlifə ilə görüşüb. Görüşlərdə  neft məsələləri ilə yanaşı, ikitərəfli enerji əməkdaşlığının müxtəlif istiqamətlərinə dair müzakirələr aparılıb.


.

Aprelin 30-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Bankdan Moderator.az -a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. 
.

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 9%-dən 8,75%-ə endirib. SİA xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.
E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Mərkəzi Bank faizlərə növbəti dəfə iyunun 7-də baxacaq.
.

Aprelin 19-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 2,45% artaraq 1 barelə görə 73,73 dollar təşkil edib.
Faktor.az xəbər verir  ki, məlumatına görə, aprelin 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 2,36% artaraq 65,51 dollar təşkil edib.
.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 74,41 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,63 dollar/barel çoxdur.

Ardını oxu...

.

Azərbaycan 2019-cu ilin iyununda Trans-Anadolu boru kəmərini (TANAP) Avropaya sınaq qaz tədarükünün başlanması üçün hazır vəziyyətə gətirməyi planlaşdırır.

Ardını oxu...

Xəbər lenti