.

Respublikada mart ayı üzrə gündəlik neft hasilatı 798 min barrel olub. Bunun  714 min barrelini xam neft, 84 min barrelini kondensat təşkil edib.

Ardını oxu...

.


Energetika naziri Pərviz Şahbazov Dünya Enerji Şurasının regional inkişaf üzrə sədr müavini Oleq Budarqin ilə görüşüb.

Ardını oxu...

.

Manatın aprelin 4-ə olan məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Modern.az-a verilən məlumata görə, 04.04.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2019-cu il aprelin 3-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.
.

Qonşu İran sabahdan kartof-soğan ixracına qadağa qoyacaq. 

Ardını oxu...

.

28 fevral 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,950.8 mln. manat, cəmi öhdəlikləri isə 25,708 mln. manat təşkil edib. 
Bu barədə Modern.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.

Bildirilib ki, iki ayda bank sektorun balans kapitalı 4,242.8 mln. manat olub. 2019-cu ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (348.0 mln. manat), öhdəlikləri 0.9% (222.3 mln. manat), balans kapitalı isə 3.0% (125.5 mln. manat) artıb. Bankların kredit portfeli fevral ayında 0.7% (88.9 mln. manat) artaraq 12,629.9 mln. manat təşkil edib.
2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8,118.5 mln. manat təşkil edib.
Fevral ayında əmanətlər 1.7% (137.8 mln. manat) artıb, bankların əməliyyat mənfəəti 113.7 mln. manat, xalis mənfəəti isə 49.2 mln. manat təşkil edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 524 olub. Bank sektorunun işçi heyətinin sayında artım fevral ayında da davam edib.
Belə ki, 2019-cu ilin fevral ayında işçi sayı 0.5% (95 nəfər) artaraq 17 683 nəfər təşkil edib.
28 fevral 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
.

Dünya birjalarında neftin qiyməti bahalaşır.

Ardını oxu...

.

“Ağ şəhər” ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb və ərazi artıq hasarlanıb.

Ardını oxu...

.

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib. İclasda qaz təchizatı sahəsində mövcud vəziyyət, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafınıntəmin edilməsi, eləcə də icra intizamı,vətəndaşların qəbulu və müraciətlərin baxılması məsələlərinədair müzakirələr aparılıb.

Ardını oxu...

.

Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Syartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Macarıstanın xarici işlər və ticarət naziri ilə ötən il  Moskvada “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində baş tutmuş görüşdə enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini  xatırladıb və bu səfərin isəyeni imkanlar yaratdığını qeyd edib.

Ardını oxu...

.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 18-də 68,5 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,32 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 65,83 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,61 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 66,86 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,58 dollar çoxdur.

Xəbər lenti