.


"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi 2019 və 2020-ci illər üçün "Brent" markalı neftin orta qiymət proqnozunu əvvəl gözlənilən bir barelə görə 55 dollar əvəzinə bir barel üçün 60 dollara qədər artırıb.

“Report” xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilir

"S&P Global Ratings" iki iri neft hasil edən regionun, OPEC ölkələri və Rusiya tərəfindən 2019-cu ilin birinci yarısı üçün planlaşdırılan hasilatın azaldılmasını nəzərə alaraq, "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozlarını yaxşılaşdırıb", - deyə məlumatda qeyd olunur.

.

Azərbaycan Mərkəzi Bankı 18 mart tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, martın 18-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,9271 manat təşkil edir. 1 türk lirəsi 0,3119 manat, 1 rus rublu 0,0263 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6334 manatdır.
.

Energetika Nazirliyində Monteneqronun “Adriatic Capital” şirkətinin nümayəndə heyətiilə görüş keçirilib. Görüşdə “Adriatic Capital” şirkəti vasitəsilə bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Ardını oxu...

.


Cari ilin 17-18 mart tarixlərində Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək.

Ardını oxu...

.


Azərbaycanda fevral ayı üzrə gündəlik neft hasilatı 806 min barrel olub. Bunun 722 min barrelini xam neft, 84 min barrelini kondensat təşkil edib. Gündəlik 572,9 min barrel xam neft, 84 min barrel kondensat, 18 min barrel isə neft məhsulları ixrac edilib.

Ardını oxu...

.


Vüqar Bayramov,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri
Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bank ilə birlikdə xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri martın 15-dək təsdiq etməlidir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq kompensasiya mexanizminin artıq hazırlanmaqda olduğundan, mənə son günlər ünvanlanan müraciətləri də nəzərə alaraq aşağıdakı təkliflərin qəbulunu məqbul hesab edirəm:

Ardını oxu...

.


Energetika Nazirliyində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədaryaradılmış Birgə Texniki Komissiyanın Azərbaycan tərəfindənolan üzvlərininiştirakı ilə iclas keçirilib.

Ardını oxu...

.

Əmlak Məsələləri Dövlət Komitəsi mart ayı üzrə keçiriləcək hərraclara ümumilikdə 330-a yaxın dövlət əmlakı çıxarıb.

Komitədən ONA-ya bildirilib ki, bunlardan 82-si səhmdar cəmiyyəti, 224-ü kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və yarımçıq tikili, 22-si isə nəqliyyat vasitəsidir.

Özəlləşdirilmə hərracları 05, 12, 19 və 27 mart tarixlərində saat 10:00-da Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Mart ayı üzrə keçiriləcək hərraclarda sərmayəçilər səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketlərini də özəlləşdirə bilər. Səhmdar cəmiyyətlərindən 8-i Yevlaxda, 6-sı Salyanda, 4-ü Kürdəmirdə qalanı isə digər şəhər və rayonlarda yerləşir. Səhmdar cəmiyyətlərinin aid olduğu iqtisadi sahələrə gəldikdə isə onlardan 30-u aqrar, 18-i inşaat, 16-sı sənaye, 12-si nəqliyyat, 6-sı isə xidmət istiqamətində ixtisaslaşıb.

Hərraca çıxarılan kiçik dövlət müəssisələri fəaliyyət istiqaməti, yerləşdiyi ərazi və ümumi faydalı sahə baxımından müxtəlifdir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kv.m-dən 9,3 min kv.m-ə qədərdir. Sərmayə yatırımları üçün əmlak axtaran investorlar rahatlıqla kiçik dövlət müəssisələri üzrə seçim edə bilər. Bu dövlət əmlakları arasında ictimai iaşə, ticarət, turizm və digər sahələr üzrə səmərəli fəaliyyət üçün obyektlər kifayət qədərdir. Qeyd edək ki, əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılan dövlət obyektləri mehmanxana, anbar, əmlak kompleksi, yeməkxana və digər fəaliyyət sahələrinə aiddir.

Az büdcə ilə biznesə başlamaq istəyənlər seçimini qeyri-yaşayış sahələri üzrə edə bilər. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 11.9 kv.m ilə 266.7 kv.m intervalındadır. Qeyri-yaşayış sahələrinin yerləşdiyi regionlar da müxtəlifdir. Belə ki, bu növ dövlət obyektlərindən 31-i paytaxtda, 9-u Sumqayıtda, 3-ü Daşkəsəndə, 2-si Sabirabadda digərləri isə Samux, Gəncə, Şirvan, Bərdə və Tərtərdə yerləşir.

Avtomobil sahibi olmaq istəyənlər mart ayı üzrə keçiriləcək hərraclarda istehsal tarixi 1999-2014 olan nəqliyyat vasitələrinin özəlləşməsində iştirak edə bilər. Avtomobillərə təyin olunmuş ilkin hərrac qiymətləri 1440 manat ilə 10 min manat arasındadır.

Özəlləşməyə çıxarılan yarımçıq tikililərdən 3-ü Cəlilabadda, 2-si İsmayıllıda, digərləri isə Ağstafa, Lənkəran, Sabirabad və Mingəçevirdə yerləşir.

Növbəti ayın hərraclarında iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Elektron resurslarda bütün dövlət əmlakları haqqında ətraflı məlumat və müraciət linki yerləşdirilib. Qeyd edək ki, iştirak statusu qazanmış şəxslər və prosesə marağı olan vətəndaşlar məkana gəlməklə bərabər, onlayn formada da hərraclarda iştirak edə bilər. Elektron hərraclara qoşulmaq istəyən vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 36-cı bölməyə- “Elektron hərrac” xidmətinə daxil ola bilər.
Asiya.info

.

Bu gün saat 17:00-da Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Kommersiya banklarının rəhbər şəxsləri yığıncağa çağırılıb. 

Ardını oxu...

.

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, fevralın 22-də qızılın qiyməti fevralın 21-i ilə müqayisədə 26,6645 manat azalaraq 1 unsiya üçün 2251,854 manat təşkil edib.
Gümüş 0,3681 manat ucuzlaşaraq 1 unsiya üçün 26,9017 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 1,1475 manat azalaraq 1404,659 manat, palladiumun qiyməti isə 30,974 manat azalaraq 2509,217 manat təşkil edib.
 
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Xəbər lenti