.
Bir müddət əvvəl kommersiya bankları ipoteka kreditlərini dayandırsa da, hazırda bəzi banklarda kredit verilişi bərpa olunub.
 
Modern.az-ın məlumatına görə, "PAŞA Bank" ASC, "UniBank" KB ASC"Kapital Bank" ASC,  “AtaBank” ASC, “Bank Respublika" ASC, "Bank of Baku" ASC , “Muğanbank" ASC, “Yapı Kredi Bank” QSC, “Xalq” Bank ASC öz müştərilərinə ipoteka kreditləri təklif edən banklar sırasındadırlar. İlkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən başlayır.
Kommersiya banklarındakı mənbənin Modern.az-a verdiyi məlumata görə, hazırda vətəndaşların ipoteka kreditlərinə müraciəti olduqca aşağıdır.
 
İqtisadçı Natiq Cəfərli Modern.az-a bunun səbəblərini açıqlayıb. Ekspert bunu ipoteka şərtlərinin sərt olması ilə əlaqələndirib.
 
“İpoteka Fonduna əlavə olaraq 200 milyon manat ayrılması qərarı verilib. İpoteka Fondu yenidən fəaliyyətə başlayaraq tikinti bazarında canlanma yaratmağa çalışmalıdır. Qeyd edim ki, İpoteka Fondu yaradılarkən 2011-ci ildən sonra tam olaraq özünü maliyyələşdirmə sisteminə keçməli idi. Fond bu işin öhdəsindən gələ bilməyib. Bu gün isə büdcədən dotasiya alaraq fəaliyyət göstərməklə məşğuldur. Bu həm də dolayısı ilə İpoteka Fondunun öz işini qura bilmədiyinə dəlalət edir.
 
Son zamanlar problemi kreditlərin həcmi artıb və bunun azaldılması istiqamətində hansısa addımlar atılmayıb. Bundan irəli gələrək kredit şərtləri sərtləşib və ipoteka üçün müraciət edənlərin sənədləşmə məsələsində daha sərt tələblər irəli sürülüb”.
 
İqtisadçı deyib ki, yerinə yetirilməsi vacib olan tələblərdən biri də maaş məsələsidir:
 
“Təqribən ailənin aylıq gəliri (xanım və bəyin birlikdə, yaxud birinin) 1000 manatdan yuxarı olduqda ipoteka kreditinin verilməsi barədə daha asan qərar çıxarılır. Azərbaycanda rəsmi maaşlar aşağı səviyyədədir. Digər tərəfdən, qeyri-rəsmi maaş alanlar, sübut edə bilməzlər ki, rəsmi göstəriləndən daha çox vəsait qazanırlar. Ona görə də ipoteka üçün müraciət edənlərin sayı kifayət qədər azalıb. Bu, birbaşa tələblərin sərt olması ilə əlaqədardır. Mənə elə gəlir ki, tələblərdə müəyyən qədər dəyişikliklər olmasa, ipotekaya müraciət edənlərin sayı az olacaq. Çünki ölkədə o kriteriyalara cavab verən çox az vətəndaş var.
 
Ümumilikdə bu şərtlər daxilində ipoteka kreditlərinə müraciət edənlərin sayı azalıb. Şərtlərdə dəyişiklik olmasa, çox güman ki, İpoteka Fonduna müraciət edənlərin sayında ciddi irəliləyiş olmayacaq. Yeganə ümid sosial mənzil layihəsidir. Sosial mənzil layihəsi İpoteka Fondu ilə birləşdirilsə, o zaman sosial layihələr çərçivəsində-daha az ödəniş sayəsində insanların bu kreditlərə marağı və əlçatanlığı artar”.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


23 İyun 2017 Reklam gəlirlərini büdcədən kimlər gizlədirmiş... - 500 milyon əvəzinə 50 milyon manat...
18 İyun 2017 Problemli kreditlər artır: “Çünki azərbaycanlılar qazanmadığı pulu xərcləyirlər...”
06 İyun 2017 İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır
04 İyun 2017 Mahmud Vaezi: İran ilə Azərbaycanın dəmir yolları birləşəcək
03 İyun 2017 "Aqrolizinq" ötən ili zərərlə başa vurub- 11 milyon manat
29 May 2017 OPEC+ hər an anlaşmanın şərtlərini dəyişə bilər
24 May 2017 SOCAR İranın enerji sahəsinə sərmayə yatıra bilər
18 May 2017 Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlandı
16 May 2017 Bağlanan iki bankın əmlakı hərraca çıxarılır
14 May 2017 Çin “İpək yolu”nun inkişafda olan ölkələrinə8,7 mlrd. dollar ayıracaq
12 May 2017 Azərbaycanda benzinin qiyməti düşə bilər?
06 May 2017 Prezident köməkçisindən manat AÇIQLAMASI: "...proqnozların əksi olaraq güclənir"
06 May 2017 Qızıl cüzi ucuzlaşıb
05 May 2017 Mərkəzi Bank rəhbərliyinin maaşı 21 min manat azalıb
04 May 2017 Manatın sabahkı məzənnəsi
03 May 2017 Azərbaycan nefti ucuzlaşıb
28 Aprel 2017 Azərbaycana gələn xaricilərin ezamiyyət xərcləri 21% artıb
27 Aprel 2017 Çinin idxal etdiyi ən bahalı neft Azərbaycanın payına düşür
25 Aprel 2017 Dolların sabaha olan məzənnəsi açıqlanıb
24 Aprel 2017 "Anglo Asian Mining" Azərbaycan banklarına olan kredit borcunu açıqlayıb
22 Aprel 2017 Azərbaycanda ət ucuzlaşdı
22 Aprel 2017 Azərbaycan nefti 1% ucuzlaşıb
21 Aprel 2017 Azərbaycan nefti 1,2 dollar ucuzlaşıb
21 Aprel 2017 Kommersiya bankları dollardan imtina etdi
17 Aprel 2017 Rüfət Quliyev: “Daxili istehsalın inkisafi əsas hədəf olmalıdır”
17 Aprel 2017 SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib
17 Aprel 2017 ABŞ-da quyuların sayının artması nefti ucuzlaşdırır
15 Aprel 2017 Naxçıvan Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi yaradılıb
08 Aprel 2017 Azərbaycan nefti BAHALAŞDI: 55 dolları keçdi
05 Aprel 2017 "Nərimanov" metro stansiyasının elektrik deposunda qatarların sınaq yolu inşa olunur

Xəbər lenti