.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dollarla buraxılmış SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişini həyata keçirib. “SOCAR Capital” şirkətindən “APA-Economics”ə verilən xəbərə görə, aprelin 14-də SOCAR İstiqrazlarının sahiblərinin bank hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 mln. 250 min dollar vəsait köçürülüb.
 
Aprelin 17-də bu vəsaitlər istiqraz sahiblərinin hesablarına oturacaq və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.
 
SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişinin həyata keçirilməsi şirkətdəki maliyyə sabitliyinin və öhdəliklərinə ciddi surətdə əməl etməsinin bariz göstəricisidir: “Fəaliyyətində beynəlxalq maliyyə standartlarına əsaslanan və kapital bazarlarının aktiv iştirakçısı olan SOCAR, öz vəsaitlərini etibar edərək, istiqrazlara yatırmış investorlar qarşısında etimadını qorumağa böyük önəm verir. Buna görə də, istiqrazlar üzrə öhdəliklər və faiz ödənişləri şirkətin digər cari xərcləri kimi ciddi intizamla həyata keçirilir”. 
 
S. Qasımovun sözlərinə görə, SOCAR İstiqrazlarının buraxılması mühüm layihələrə vəsaitlərin cəlb olunması ilə yanaşı, ölkə vətəndaşlarına istifadəsiz saxladıqları pullarını iqtisadiyyata investisiya edərək, gəlir qazanmasına imkan yaradıb: “Hazırda SOCAR İstiqrazları ölkənin qiymətli kağızlar bazarında ən aktiv surətdə alınıb-satılan maliyyə alətidir. Bu, qiymətli kağızlar bazarının inkişafı ilə yanaşı, Azərbaycan vətəndaşları arasında investor vərdişlərinin (mədəniyyətinin) formalaşdırılmasına da böyük töhfədir”.
 
Təkrar bazarda SOCAR İstiqrazlarına böyük tələbat və ticarət aktivliyi müşahidə olunur. İndiyədək təkrar bazar üzrə əməliyyatlarının həcmi 70 mln. dolları keçib. Təkcə 2017-ci ilin 3 ayı ərzində 36 372 ədəd  istiqraz alınıb-satılıb ki, bu əməliyyatın həcmi 36 mln. dollardan çoxdur. Xüsusən fiziki şəxslər istiqrazlara böyük maraq göstərirlər.  Təkrar bazarda SOCAR İstiqrazlarını Azərbaycan vətəndaşları və şirkətləri ilə yanaşı, xarici fiziki və hüquqi şəxslər də ala bilərlər. Ötən müddət ərzində qiymətli kağızlara xarici investorlar tərəfindən də böyük maraq müşahidə olunub. Hazırda SOCAR İstiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları var.
 
SOCAR İstiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 (min) dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


23 İyun 2017 Reklam gəlirlərini büdcədən kimlər gizlədirmiş... - 500 milyon əvəzinə 50 milyon manat...
18 İyun 2017 Problemli kreditlər artır: “Çünki azərbaycanlılar qazanmadığı pulu xərcləyirlər...”
06 İyun 2017 İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır
04 İyun 2017 Mahmud Vaezi: İran ilə Azərbaycanın dəmir yolları birləşəcək
03 İyun 2017 "Aqrolizinq" ötən ili zərərlə başa vurub- 11 milyon manat
29 May 2017 OPEC+ hər an anlaşmanın şərtlərini dəyişə bilər
24 May 2017 SOCAR İranın enerji sahəsinə sərmayə yatıra bilər
18 May 2017 Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlandı
16 May 2017 Bağlanan iki bankın əmlakı hərraca çıxarılır
14 May 2017 Çin “İpək yolu”nun inkişafda olan ölkələrinə8,7 mlrd. dollar ayıracaq
12 May 2017 Azərbaycanda benzinin qiyməti düşə bilər?
06 May 2017 Prezident köməkçisindən manat AÇIQLAMASI: "...proqnozların əksi olaraq güclənir"
06 May 2017 Qızıl cüzi ucuzlaşıb
05 May 2017 Mərkəzi Bank rəhbərliyinin maaşı 21 min manat azalıb
04 May 2017 Manatın sabahkı məzənnəsi
03 May 2017 Azərbaycan nefti ucuzlaşıb
28 Aprel 2017 Azərbaycana gələn xaricilərin ezamiyyət xərcləri 21% artıb
27 Aprel 2017 Çinin idxal etdiyi ən bahalı neft Azərbaycanın payına düşür
25 Aprel 2017 Dolların sabaha olan məzənnəsi açıqlanıb
24 Aprel 2017 "Anglo Asian Mining" Azərbaycan banklarına olan kredit borcunu açıqlayıb
22 Aprel 2017 Azərbaycanda ət ucuzlaşdı
22 Aprel 2017 Azərbaycan nefti 1% ucuzlaşıb
21 Aprel 2017 Azərbaycan nefti 1,2 dollar ucuzlaşıb
21 Aprel 2017 Kommersiya bankları dollardan imtina etdi
17 Aprel 2017 Rüfət Quliyev: “Daxili istehsalın inkisafi əsas hədəf olmalıdır”
17 Aprel 2017 ABŞ-da quyuların sayının artması nefti ucuzlaşdırır
15 Aprel 2017 İpoteka krediti üçün müraciət edənlərin sayı AZALIB
15 Aprel 2017 Naxçıvan Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi yaradılıb
08 Aprel 2017 Azərbaycan nefti BAHALAŞDI: 55 dolları keçdi
05 Aprel 2017 "Nərimanov" metro stansiyasının elektrik deposunda qatarların sınaq yolu inşa olunur

Xəbər lenti