.
Dünyada izlənilən tendensiyaya görə, bazarlarda neftin qiyməti ucuzlaşanda yanacaq, o cümlədən benzin ucuzlaşır. 
Yaxud əksinə, neft bahalaşanda, benzin də bahalaşır. Amma nə hacətdirsə, Azərbaycandakı yanacaqdoldurma məntəqələrində satılan benzinin qiymətinə nə manatın dəyər qazanması, nə neftin bahalaşması, nə də ucuzlaşması təsir edir. Bir sözlə, yanacaq qiymətlərində təsir əks təsirə bərabər olur.
Hazırda milli valyutanın – manatın məzənnəsinin sabitliyi və neftin qiymətinin 50 dollar səviyyəsində qərarlaşması benzinin ucuzlaşması üçün zəmin yaradır...
Maraqlıdır ki, dünya bazarında “qara qızıl” bahalaşanda Azərbaycanın müvafiq qurumları buna adekvat operativ reaksiya verir və benzinin də qiymətini qaldırırlar. Əsas səbəb kimi də yüksək oktanlı benzinin bir hissəsinin xaricdən alınması göstərilir.
Dünya bazarında neftin qiyməti ucuzlaşanda isə buna müvafiq olaraq benzinin qiyməti ucuzlaşmır. Həm də diqqətçəkən məqam, hətta qiyməti tənzimlənən malların, müxtəlif məntəqələrdə cüzi də olsa fərqli satılmasıdır ki, bu hal yanacaq qiymətlərində müşahidə olunmur.
Hazırda Azərbaycanın bütün yanacaqdoldurma məntəqələrində “SUPER” markalı benzinin qiyməti 1,20 manat, “Aİ-95 Premium”un qiyməti 1,15 manat, “Aİ-92” markalı benzinin qiyməti 70 qəpikdir. Yəni, heç bir yanacaqdoldurma məntəqəsi benzini 1 qəpik baha, yaxud ucuz satmır, ya da sata bilmir...
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, məsələ ətrafında yaranmış sualları hökumət cavablandırmalıdır:
“2014-cü il 1 aprel tarixindən yüksək oktanlı yanacağın qiyməti dövlət tərəfindən tənzimlənmir. Aidiyyəti qurumlar, heç olmasa, bircə dəfə maraqlanıbmı ki, niyə “Aİ-95 Premium” Bakı şəhərindən Böyük Kəsiyə qədər olan yanacaqdoldurma məntəqələrinin hamısında eyni qiymətədir.
Axı onun qiyməti dövlət tərəfindən tənzimlənmir?.. Əgər kimsə kapitalizmin əsaslarını oxuyubsa, bunun “Kartel sazişi” olmasını anlayır”.
“Qonşu ölkələrə baxın...”
Ekspert fərqi izah etmək üçün qonşu ölkələri misal gətirir:
“Ən azından qonşu ölkələrə - İrana, Gürcüstana, Rusiya təcrübəsinə baxmaq lazımdır. Bu ölkələrin hamısında yanacağın qiyməti mənətəqələrə görə dəyişir. 
Buna uyğun olaraq Azərbaycanda da heç olmasa, bir-iki yanacaqdoldurma məntəqəsindəki qiymətlər fərqlənməli idi. Ölkəmizdə 700-ə yaxın yanacaqdoldurma məntəqəsi var. Onlar cavab verməlidir ki, niyə “Aİ-95 Premium”un qiymətini 1 qəpik ucuzlaşdırmır, yaxud bahalaşdırmır?
Cavabları budur:
“Müştəri itirmək istəmirik”. Onda 1 qəpik ucuz satın. Ona da getmirsiniz axı... Mənə maraqlıdır, antimonopol qurumların işi nədən ibarətdir? Yalnız ətin qiymətinə nəzarət etmək? Axı ət də təxminən hər yerdə eyni qiymətə ya 10 manat 50 qəpiyə, ya da 11 manata satılır. Bakıda da, Şəkidə də, Gəncədə də eynidir. Əslində, bütün bunlar göstərir ki, bizdə sosializmdir, heç bir kapitalist münasibətləri formalaşmayıb”.
“Tənzimlənən qiyməti dəyişmək olmaz”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məsələ ilə bağlı deyib ki, bu, sual doğuran məsələdir:
“Burada bölgələrə görə qiymət yoxdur. Məsələn, Bakıda da, hansısa bölgədə də yanacağın qiyməti eynidir. Çünki Azərbaycanda yanacağın qiyməti tənzimləndiyindən hər yerdə eynidir.
Buna heç kim toxuna bilməz. Hökumətin qərarına qarşı çıxmaq olmaz”.
 
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


17 Avqust 2017 Neftimiz ucuzlaşdı
14 Avqust 2017 Dollar həftəyə bu dəyərlə başladı - Cədvəl
10 Avqust 2017 Mərkəzi Bank yeni məzənnəni açıqladı
04 Avqust 2017 Qızıl ucuzlaşdı
04 Avqust 2017 SOCAR-ın Türkiyədəki investisiyaları 20 mlrd. dollara çatdırılacaq
02 Avqust 2017 Azərbaycan neftinin qiyməti 52 dollar enib
28 İyul 2017 SOCAR-ın sabiq əməkdaşı Litvada şirkət rəhbəri oldu
26 İyul 2017 Avrasiya İnkişaf Bankında vahid valyuta yaradılacaq
21 İyul 2017 Azərbaycan nefti bahalaşmaqda davam edir –Birjada qiymətlər
19 İyul 2017 Dollar UCUZLAŞDI
15 İyul 2017 Azərbaycan neftinin qiyməti qalxdı –0,84 dollar
13 İyul 2017 Beynəlxalq Enerji Agentliyi neft bazarı ilə bağlı proqnozunu dəyişdi
12 İyul 2017 Bakıda qeyri-yaşayış sahələri ÖZƏLLƏŞDİRİLDİ
04 İyul 2017 Neft ucuzlaşdı
23 İyun 2017 Reklam gəlirlərini büdcədən kimlər gizlədirmiş... - 500 milyon əvəzinə 50 milyon manat...
18 İyun 2017 Problemli kreditlər artır: “Çünki azərbaycanlılar qazanmadığı pulu xərcləyirlər...”
06 İyun 2017 İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır
04 İyun 2017 Mahmud Vaezi: İran ilə Azərbaycanın dəmir yolları birləşəcək
03 İyun 2017 "Aqrolizinq" ötən ili zərərlə başa vurub- 11 milyon manat
29 May 2017 OPEC+ hər an anlaşmanın şərtlərini dəyişə bilər
24 May 2017 SOCAR İranın enerji sahəsinə sərmayə yatıra bilər
18 May 2017 Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlandı
16 May 2017 Bağlanan iki bankın əmlakı hərraca çıxarılır
14 May 2017 Çin “İpək yolu”nun inkişafda olan ölkələrinə8,7 mlrd. dollar ayıracaq
06 May 2017 Prezident köməkçisindən manat AÇIQLAMASI: "...proqnozların əksi olaraq güclənir"
06 May 2017 Qızıl cüzi ucuzlaşıb
05 May 2017 Mərkəzi Bank rəhbərliyinin maaşı 21 min manat azalıb
04 May 2017 Manatın sabahkı məzənnəsi
03 May 2017 Azərbaycan nefti ucuzlaşıb
28 Aprel 2017 Azərbaycana gələn xaricilərin ezamiyyət xərcləri 21% artıb

Xəbər lenti