AzNews.az xəbər verir ki, bu göstəricilər "Aqrolizinq" ASC-nin maliyyə hesabatında yer alıb. Aktivlərin 404,55 mln. manatı uzunmüddətli, 347,946 mln. manatı isə qısamüddətlidir.

Uzunmüddətli aktivlərin strukturunda torpaq, tikili və avadanlıqların payı 31 mln. 916,918 min manat, uzunmüddətli debitor borcların payı isə 361 mln. 669,678 min manatdır.

Qısamüddətli aktivlərin strukturuna nəzər saldıqda isə məlum olur ki, burada ehtiyatların payı 133 mln. 884,937 min manat, verilmiş avansların payı 55 mln. 301,617 min manat, qısamüddətli debitor borcların payı 38 mln. 717,433 min manat, pul vəsaitləri və onların ekvivalentlərinin payı 104 mln. 743,251 min manat, sair qısamüddətli aktivlərin payı isə 15 mln. 298,566 min manat təşkil edir.

Dövlət müəssisəsi ötən öhdəliklərini artırıb. Belə ki, 2017-ci ilin əvvəlinə ASC-nin öhdəlikləri 393 mln. 328,839 min manat olub ki, bu da ötən il ərzində 5,73% və ya 21 mln. 229,185 min manat azalmadan xəbər verir. Öhdəliklərin 27 mln. 258,036 min manatı qısamüddətli, 366 mln. 70,803 min manatı isə uzunmüddətlidir. "Aqrolizinq"in qısamüddətli kreditor borcları 8 mln. 846,983 min manat təşkil edir.

ASC ötən il ərzində nizamnamə kapitalını 54,2% və ya 127,108 mln. manat artıraraq 2 mlrd. 361 mln. 627,545 min manata çatdırıb. Bununla yanaşı, cəmi kapital 47,74% və ya 116 mln. 53,067 min manat artaraq 359 mln. 166,649 min manat təşkil edib.

"Aqrolizinq" ötən ili 11 mln. 75,187 min manat zərərlə başa vurub.