.
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 1 milyard 594 milyon manat təşkil edib. Rəsmi rəqəmlərə görə, bu, aprelin 1-i ilə müqayisədə 3,7 milyon manat və yaxud 0,2 faiz çoxdur. Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 121,4 milyon manat və yaxud 8,25 faiz, son 1 ildə isə 212,7 milyon manat və yaxud 15,4 faiz artıb. Aprelin sonuna vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 10,3 faiz paya malik olub. Qeyd edək ki, problemli kreditlərin 54,5%-i və ya 869,2 mln. manatı xarici valyutada verilən kreditlər üzrə yaranıb.
Maraqlıdır, Azərbaycan istehlakçısı hansı səbəbələrdən kreditlərə müraciət edir. Problemli kreditlərin həcminin durmadan artmasının səbəbləri nədir?
 
“Azərbaycanlılar qazanmadıqları pulu xərcləyirlər”
 
Modern.az-ın bu qəbildən olan suallarını İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi İctimai Birliyinin sədri, iqtisadi elmlər namizədi Azər Sərdarov cavablandırıb. İqtisadçı Modern.az-a bildirib ki, hazırda tələbat artıb deyə, vətəndaş xərclədiyi pulun əvəzinə kredit götürməyə çalışır:
“Və ən böyük səhvi də məhz bu məqamda etmiş olur. Çünki insan o an düşünmür ki, kredit borcunu qaytarmaq lazımdır. Azərbaycan istehlakçısının ən böyük səhvi qazanılmamış pulu xərcləməsidir. Məsələn, kredit götürüb evə kondisioner alır, ödənişi edə bilmir. Nəticədə vətəndaşın bank qarşısında məsuliyyəti yaranır. Bu baxımdan deyə bilərik ki, Azərbaycanda istehlakçıların maliyyə mədəniyyəti formalaşmayıb. Biz evalyutsiya yolu keçirik. İmkanları nəzərə almaq, imkanlardan irəli addım atmaq həmişə problem yaradıb. İnsan olmayan şeyi çox istəyir. İmkanlarından çox istəmək arzusu heç vaxt insanları tərk etmir. Amma insanın ikinci, üçüncü məsələ üçün bankdan kredit götürməsi yaxşı hal deyil.
Mən düşünürəm ki, müəyyən səhiyyə problemlərini həll etmək, həyati vacib əməliyyat üçün banka üz tutmaq olar. Yoxsa ki, mən haradasa istirahət etmək üçün kredit götürüm, il boyu onu ödəmək məcburiyyətində qalım. Yaxud da ki, soyuducum kiçikdir, kondisioner yoxdur, televizor bir dənədir bəhanəsilə kreditə girmək yolverilməzdir. Bizim insanlarda təzə telefon, zinət əşyaları, hətta bahalı kostyum almaq istəyi həddindən çoxdur. Bütün bunlar bizim tələbatlarımızın önündə gəlir”.
 
 
“...bir illik maaşın toplasa, yenə o telefonun pulu etmir”
 
A.Sərdarov deyib ki, xaricdə heç kim telefon üçün borca girmir:
 
“Kredit dünyadakı xəstəlikdir ki, gəlib bizə çatıb. Biz müstəqillik qazananda kapitalizmin qarşısına filter qoya bilməzdik ki, bizə yalnız yaxşı vərdişlər ötürülsün. Məhz kapitalizmin əlamətləri olaraq Azərbaycana kazinolar, barlar  və gərəkli olmayan nəsnələr gəlib çıxdı. Elə istehlak kreditləri bizə xaricdən gəlib. Di gəl ki, xaricdə insanlar istehlak kreditlərinin vacibliyini dərk edirlər. Onların maliyyə savadlılığı bunu idarə etməyə imkan verir. Xaricdə kimsə telefon üçün borca girmir. Bunu yalnız bizim vətəndaşımız düşünür. Yalnız 300 manat maaş alan bir azərbaycanlı 1300 manatlıq telefon işlədir. Hətta bəzən elə bahalı telefon modelinə müraciət edirlər ki, bir illik maaşın toplasa, yenə o telefonun pulunu ödəyə bilmir. Bizdə telefon kreditləri qədər problemli kreditlər yoxdur”.
 
 
“Ölkəmizdə təhsil kredtləri sıfıra bərabərdir”
 
İqtisadçının sözlərinə görə, xaricdə ən çox müraciət edilən kreditlər təhsil və səhiyyə üçündür:
 
“Xaricdə təhsil kreditləri var. Amma bizdə təhsil üçün ayrılan kreditlər sıfıra bərabərdir. Lazım olan tələbəyə kredit vermirlər ki, təhsilini davam etdirsin, oxusun. Xaricdə iş, biznes qurmaq üçün kreditlər var. Bu gün Azərbaycan bankları yalnız istehlak kreditləri verir, kimsə biznes krediti götürə bilmir. Bizdə hamı özünü varlı kimi göstərmək istəyir. Bir sözlə Azərbaycan istehlakçısı şan-şöhrət dalınca qaçır. Əslində, kredit iki şeyə sərf olunmalıdır: təhsilə və sağlamlığa. Dünyada ən çox qəbul olunan kredit biznes layihələri üçün götürülən kreditlərdir. Bir də xaricdən bizə kredit kartları gəldi. Yadınızdadırsa, çayxanaları gəzib o kartları paylayırdılar ki, “götürün, pulsuzdur, içərisində 200 manat var”. Onu götürən vətəndaş isə avtomatik borcluya çevirilirdi. Çünki istər-istəməz harasa çıxanda, “onu alım, bunu alım” düşüncəsi rahat buraxmır insanı. Amma indi bütün obyektlərin hamısı heç plastik kartlarla işləmir”.
 
 
Bəlkə də kommersiya bankları vətəndaşı yanlış yönləndirir? Yəni bank reklamda demir axı ki, sən hansısa xəstəliyin üçün kredit götürə bilərsən...
 
Ekspert deyir ki, bankın birinci işi əlindəki vəsaitin kapitala çevrilməsidir:
“Ki, bununla müştərisinin sayı artsın. Hələ bir neçə il əvvəl bank kartlarını paylamaqla müştərisinin sayını artırırdı. Bunların içərisində bir əcaiblik var. Bu gün respublika ərazisində elə yer var ki, yalnız plastik kart tələb olunur, elə yer var ki, sahibkar kartın nə olduğunu bilmir. Bunların ikisi də paralel işləməlidir.
Banklardan bir şey tələb olunur. İnsana lazım olan vaxt maliyyə dəstəyi versin. Bank həm də çətir rolunu oynayır. Yəni məsələ burasındadır ki, bizdə yağış yağanda çətiri adamın əlindən alırlar. Problem ondadır. Bank çətiri verir sənə, yağış yağan kimi o çətiri səndən geri istəyir”.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


20 Fevral 2018 Nazir müavini borcların silinməsindən DANIŞDI
18 Fevral 2018 Energetikanaziri Pərviz Şahbazov Almaniyaya səfər edib
18 Fevral 2018 Kreditlərin həcmi 12 milyarda yaxınlaşır
16 Fevral 2018 “BP-Azerbaijan”da çalışan azərbaycanlıların sayı 90%-ə çatdırılacaq
16 Fevral 2018 Azərbaycanda neft və qaz hasilatı azalıb
09 Fevral 2018 Bu banklar birləşir - Azərbaycanda
09 Fevral 2018 Dollardan imtina etsək, nələr olar? – Vahid Əhmədov
06 Fevral 2018 Azərbaycan yanvar ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) təqdim edib
06 Fevral 2018 Xırdalanda və Abşeronun qəsəbələrində qazın verilişində fasilə yaranıb
05 Fevral 2018 Neftimiz NEÇƏYƏDİR?
03 Fevral 2018 Elman Rüstəmov dövlətə borclu olduğu 700 milyonu qaytarmır
24 Yanvar 2018 Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ
23 Yanvar 2018 Azərbaycanda benzinlə bağlı - Yeni qərar
23 Yanvar 2018 Azərbaycanda benzinin gömrük rüsumu 200, tütünün isə 2 dəfə artırıldı
20 Yanvar 2018 Qızıl 4 dollara yaxın bahalaşıb
16 Yanvar 2018 Azərbaycan nefti yenidən bahalaşdı
13 Yanvar 2018 Dünya Bankı Azərbaycana kredit ayırır
10 Yanvar 2018 Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
05 Yanvar 2018 Neftin qiyməti niyə sürətlə qalxır? - Sürpriz davam edəcək
02 Yanvar 2018 Dünya Bankından Azərbaycanda özəl sektorun inkişafı üçün TƏKLİF
27 Dekabr 2017 Vahid Ələkbərov Azərbaycanda bank alır
24 Dekabr 2017 Daha bir bank bağlandı: Növbədə hansı bankdır?
06 Dekabr 2017 Ətlik heyvanların gömrük rüsumu qalxıb? - Açıqlama
02 Dekabr 2017 ABŞ "bitcoin" fyuçersləri ilə ticarətə razılıq verib
29 Noyabr 2017 Azərbaycandan növbəti ixrac missiyası Dubaya gedəcək
26 Noyabr 2017 Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat dəhlizi yaradacaq
25 Noyabr 2017 Qızılın qiyməti yaxın 6 ayda 1 225 dollar/unsiyaya enəcək- "Societe Generale"
21 Noyabr 2017 Baş bankirdən açıqlama: Gələn il də...
20 Noyabr 2017 2018-ci ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılır
19 Noyabr 2017 Benzinin bahalaşması avtomobil bazarına necə təsir edəcək? – ŞƏRH

Xəbər lenti