.

“Artıq Qarabağda  Azərbaycanın  patronajlığı altında yaşamamış  nəsillər  böyüyür...”

“Dağlıq Qarabağ  artıq heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacaq...”  “Mən Qarabağdakı hərbi əməliyyatlar meydanına yaxşı bələdəm. Çünki  Kirovabadda (Gəncə-S.L.) xidmət etmişəm...”
Moderator.az xəbər verir ki,  “Rusiya-Artsax” nəşrinə müsahibəsində bu sözləri söyləyən adi bir erməni deyil. O,  Rusiyadakı erməni diasporunun fəallarından biri,  Moskva telekanallarındakı siyasi tok-şoularda, o cümlədən “Vladimir Solovyovun “Rossiya” telekanalındakı məlum verilişindəki diskussiyaların aktiv iştirakçısı, politoloq Semyon Baqdasarovdur.  Rusiya siyasi xadimi sayılan bu şəxs Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin Öyrənilməsi mərkəzinin direktoru, bu sahə üzrə tanınmış ekspertdir. O, Dumanın keçmiş üzvü(2007-2011) , ehtiyatda olan polkovnikdir.  Onun rəyləri ilə Rusiya XİN-də hesablaşır,  Rusiya Müdafiə Nazirliyində ondan müəyyən məsələlər üzrə analitik arayışlar hazırlamağı xahiş edirlər. Baqdasarov bir çox mötəbər tədbirlərdəki çıxışlarında həyasızcasına bəyan edir ki, “hazırkı Ermənistan “qədim erməni ərazi”lərinin cəmi 7 faizini  təşkil edir.  O, “Kilikiya”nı, Ərzurumu, Vanı, Qarsı, Qarabağı və Naxçıvanı “Ermənistan” hesab edir.  Odur ki, indiki Ermənistanı “Şərqi Ermənistan” adlandırmaq  lazım gəldiyini deyir... 
Sovet dövründə Azərbaycanda xidmət etmiş bu erməni polkovnik Rusiya generaliteti ilə, o cümlədən Müdafiə naziri Sergey Şoyqu ilə yaxın münasibətlərdədir.
Müxbirin Qarabağ məsələsi barədəki sualına S.Baqdasarov belə cavab verir: 
“Dağlıq Qarabağ  artıq heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacaq. Mən dəfələrlə demişəm ki, müharibə istəyirlərsə,  bu, onlar üçün hərbi baxımdan strateji bir səhv olacaq. Hücuma keçən   həmişə müdafiə olunandan daha böyük itkilərə məruz qalır. Bəli, Azərbaycanın daha çox insan ehtiyatı, daha çox texnikası, daha çox pulu var. Ancaq problemi həll edə bilmirlər;  "Artsax"ı Azərbaycanın tərkibinə daxil olmağa razı sala bilmirlər.  Ermənistan və Qarabağ öz hərbi doktrinasında  hərbi əməliyyatların Azərbaycan ərazilərinə keçirilməsini nəzərdə tutur. Ermənistan və "Artsax" belə imkanlara malikdir. Bu da qarşılıqlı itkilərə gətirə bilər...”
Baqdasarov Azərbaycanın işğal altındakı torpaqlarında artıq rəsmi Bakının tabeliyi altında yaşamamış  erməni nəsilləri formalaşdığını vurğulayaraq davam edir:
“Mən Qarabağdakı hərbi əməliyyatlar meydanını yaxşı tanıyıram.  Çünki Kirovabadda(Gəncə-S.L.) xidmət etmişəm... Digər tərəfdən, artıq Dağlıq Qarabağda  Azərbaycanın  patronajlığı altında yaşamamış  nəsillər  böyüyür. Və çətin ki, bundan sonra yaşamaq istəsinlər. Buna görə də bu gün üçün dondurulmuş münaqişə qaynar savaşdan daha yaxşıdır. Təəssüf ki, Azərbaycan  problemi hərbi yolla ilə həll etməklə  hədələyir. Və  hərbi əməliyyatların bərpası təhlükəsi azalmır...” 
Erməni mənşəli Rusiya politoloqu bu gün müharibə təhdidinin qalmasında Ermənistanın keçmiş rəhbərliyini günahlandırır və erməni ordusuna döyüş  başlayan kimi hücuma keçməyi məsləhət görür: 
“Buna görə Ermənistanın özü daha çox günahkardır.   Ermənistanın keçmiş rəhbərliyi  lokal əməliyyatlar  zamanı(Aprel savaşı da nəzərdə tutulur-S.L.) tərəddüd etdi. Döyüş  əməliyyatarı başlayan kimi  hücuma  keçmək lazımdır...”
 
“Gəncəyə  gedən yoldakı aşırımda(Ömər aşırımı-S.L.)  möhkəmlənmək kifayətdir. Yeri gəlmişkən, bir zaman erməni tankları həmin aşırımda dayanmışdı və ordu  Azərbaycanın ikinci böyük şəhəri olan Kirovabad,  Gəncə şəhərini  tutmağa hazır idi. Amma Ermənistanın rəhbərliyi beynəlxalq ictimaiyyətin dediyi ilə getdi... Fürsət düşən kimi bu səhv düzəldilməlidir...”- deyə S. Baqdasarov Azərbaycanı yeni ərazi itkiləri ilə təhdid edir. 
“Hərbi əməliyyatların bərpa olunması təhlükəsinin davamlı  təhdidi şəraitində iqtisadiyyatın daim inkişaf etdirilməsi, investisiyaların cəlb edilməsi, zəngin xarici ermənilərin “Artsax” iqtisadiyyatına sərmayə qoymalarını və onların sərfəli layihələrdə iştirak etmələrini təmin etmək lazımdır. Məskunlaşdırma siyasətini aktivləşdirmək  gərəkdir. Arzu edən hər kəs Qarabağda məskunlaşma imkanı əldə etməlidir. Ermənistan və Qarabağ güclü  olmalı və iqtisadi cəhətdən inkişaf etməlidir. Sonra bir çox məsələlər özləri həllini tapacaq... 30 ildən sonra Azərbaycanda neft və qaz tükənəcək. Və sonra Ermənistan və "Artsax"ın dövranı gələcək. Buna hazırlaşmaq lazımdır..."-deyə  erməni diaspor fəalı gələcək üçün strateji xətt cızır...
P.S. S.Baqdasarov  “30 ildən sonra Azərbaycanda neft-qaz tükənəcək. Buna hazır olmaq lazımdır..” fikrini ermənilərə ünvanlayır. Yəni Ermənistanı Azərbaycanın bu dəfə Bakıyadək  olan  ərazilərini işğal etməyə hazır olmağa çağırır.  Odur ki,  bu cümlələr daha çox bizləri düşündürməlidir. “Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. İqtisadiyyatımız güclüdür...” deməklə iş bitmir. Nə qədər ki, neftimiz, qazımız tükənməyib, torpaqlarımızı işğaldan azad etməliyik. Və eyni zamanda 30 il bundan sonranı, yəni neftsiz-qazsız iqtisadi dayanıqlığımızı  düşünməliyik... Bunun üçün də ilk növbədə ölkədəki korrupsiya şəbəkəsi çökdürülməlidir. Bu günədək sərvətlərimizdən əldə olunan milyardların keçmiş korrupsioner yüksək vəzifə sahiblərinin əli ilə kütləvi şəkildə talanması, ölkədən xaricə çıxarılması barədə kifayət qədər rəsmi və qeyri-rəsmi faktlar var. Nə yazıqlar ki, bu gün də dövlət büdcəsindən yol tikintisinə, şəhər və kəndlərimizin abadlaşdırılmasına, kənd təsərrüfatının, sənayenin, elmin, təhsilin, səhiyyənin inkişafına  və s. ayrılan vəsaitlərin şəxsi ciblərə axmasına şərait yaratmağa çalışanlar xeylidir. Belə yırtıcı şəbəkələrin mövcudluğu şəraitində isə iqtisadi tənəzzül riski daim böyük olur... Bütün bunların qarşısını almaq üçün də öncə qanunun aliliyi və işləkliyi təmin edilməlidir. Əks halda 30 il sonra da ermənilərin dediyi olacaq... 30 il öncə olduğu kimi...

Şərh yaz


13 Sentyabr 2019 Manat gələn il neçəyə olacaq? - Rəsmi açıqlama
13 Sentyabr 2019 Azərbaycanın Energetika naziri OPEC-in Baş katibivə rusiyalı həmkarı iləneft bazarını müzakirə edib
11 Sentyabr 2019 Dolların sabahkı məzənnəsi açıqlanıb
09 Sentyabr 2019 Azərbaycanda avqust ayı üzrə gündəlik neft hasilatı 749 min barrel olub
09 Sentyabr 2019 Azərbaycan nefti həftə ərzində bahalaşıb –1,6%
07 Sentyabr 2019 Neft bahalaşdı - Qiymət
05 Sentyabr 2019 Dollar və manat bu gün hansı məzənnədə olacaq?
04 Sentyabr 2019 Manatın məzənnəsi dəyişmədi
02 Sentyabr 2019 Dollar neçəyə olacaq? –Mərkəzi Bank yeni məzənnəni açıqladı
02 Sentyabr 2019 Azərbaycan manatının dövretmə sürəti azalıb
30 Avqust 2019 Energetika naziri Gəncədə, nazir müavini isə Goranboyda vətəndaşları qəbul edib
28 Avqust 2019 Azərbaycana gətirilən benzin rüsumdan azad edildi
24 Avqust 2019 Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb
23 Avqust 2019 Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
21 Avqust 2019 Energetika naziri vətəndaşları qəbul edib-Foto
17 Avqust 2019 Energetika nazirivə nazir müavini Gəncə və Goranboy şəhərlərində vətəndaşları qəbul edəcək
16 Avqust 2019 Azərbaycan nefti ucuzlaşmaqda davam edir –0,60%
16 Avqust 2019 Manatın bugünkü məzənnəsi...
14 Avqust 2019 Neft yenə ucuzlaşır
07 Avqust 2019 Ekspert SOCAR-ın anoloqsuz "standartlar"ını rəqəmlərin "dil"i ilə ifşa etdi...
06 Avqust 2019 Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək
06 Avqust 2019 Energetika nazirinin müavini Gədəbəydə vətəndaşları qəbul edəcək
05 Avqust 2019 Rusiyanın şəhərlərində “Azərbaycan nemətləri” mağazaları açılacaq
01 Avqust 2019 Qazaxıstan Azərbaycana buğda ixracını artırmaq istəyir
26 İyul 2019 Bakı ilə Ankara arasındakı ticarət dövriyyəsinin son həcmi
05 İyul 2019 Bu ilin I yarısında bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətindəbır sıra işlər görülüb
03 İyul 2019 Energetika sektorunda islahatlar çərçivəsində Energetika Nazirliyi BMT İnkişaf Proqramı ilə əməkdaşlıq niyyətindədir
02 İyul 2019 Azərbaycanda manatla pul bazası 21% artıb
30 İyun 2019 Azərbaycanın Energetika naziri “OPEC plus” nazirlərinin 6-cı iclasında iştirak edəcək
24 İyun 2019 Neft yenidən bahalaşıb

Xəbər lenti