.

12-13 avqust tarixlərində ölkəmizdə Qurban bayramı qeyd olunacaq.
Asiya.info Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası keçiriləcək. Sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır.  
Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. “Kənddən Şəhərə” satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.
Məlum olduğu kimi, bayram günü bazarlarda uzun növbələr yaranır. Bu problemlə üzləşməmək üçün vətəndaşlar “Kənddən Şəhərə” saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində online şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər. Bunun üçün https://kenddenshehere.az/qurbanliq linkinə daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır. Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edib. Agentlik bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra Hakimiyyətləri tərəfindən təşkil olunmuş müvəqqəti kəsim düşərgələrində həyata keçirməyi tövsiyə edir. AQTA bəyan edib ki, bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün Respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi fəaliyyət göstərəcək.
Qurban bayramı ilə əlaqədar təşkil ediləcək “Kənddən Şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək:
Bakı şəhəri üzrə:
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi (“White palace” şadlıq sarayının yanı)
Binəqədi rayonu, Xocasən-Biləcəri-Binəqədi yolu, 10 May küçəsi (dörd yol)
Nizami rayonu, M.Əliyev kücəsi ilə O.Vəliyev küçəsinin kəsişməsindəki ("Milord" şadlıq evinin yanı)
Nərimanov rayonu, Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən Qarabağ mehmanxanasının söküntü sahəsi.
Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26,  Heyvan kəsimi məntəqəsinin həyəti
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfi
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72
Suraxanı rayonu, Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin həyəti
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V” yaşayış sahəsində yerləşən "Günəş” ticarət mərkəzinin həyəti
Səbail rayonu, 20-ci sahə, “Aylı Gecə” restoranının həyəti
Səbail rayonu, Gülbala Əliyev küçəsi, Beton zavodunun  arxa hissəsi
Xətai rayonu, Zığ yolu 5, "Nargilə" kafesinin yaxınlığı
Xətai rayonu, İnqilab İsmayılov küçəsi 8
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Bakı avtomagistralının sağ tərəfi,  "Şaurma” kafesi və "Embawood" mağazaları arasındakı ərazi
Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağ tərəfi, lambir müəssisəsinin yanı
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 196, "İdeal” şadlıq sarayının ərazisi
Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 7-ci binanın yan tərəfi
Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsi 31a, Dairəvi yolun kənarı
Yasamal rayonu, Yeni Yasamal,  M.Xiyabani küçəsi 5, "Qismət" şadlıq sarayının qarşısı
Abşeron üzrə:
Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsi 26, "Qaraj" restoranının yanı
Xırdalan şəhəri, Qalibiyyə küçəsi 12, Təzə bazarın girişi       
Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi ilə Qaçaq Nəbi küçəsinin kəsişməsi, "Araz" Marketin yanı  
Saray qəsəbəsi, Bakı-Quba yolu, DYP postunun yanı, "Araz" Marketin həyəti   
Məmmədli qəsəbəsi, "Göyqurşağı" yaşayış kompleksi,  "Araz" Marketin yanı   
Regionlar üzrə:
Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A, Heyvan bazarının yanı     
Göygöl rayonu, Qızılca kəndi, Heyvan bazarının yanı 
Şamaxı şəhəri, Göylər kəndi yolu, Heyvan bazarının yanı     
Qəbələ şəhəri, Nizami küçəsi 8      

Şərh yaz


21 Avqust 2019 Energetika naziri vətəndaşları qəbul edib-Foto
17 Avqust 2019 Energetika nazirivə nazir müavini Gəncə və Goranboy şəhərlərində vətəndaşları qəbul edəcək
16 Avqust 2019 Azərbaycan nefti ucuzlaşmaqda davam edir –0,60%
16 Avqust 2019 Manatın bugünkü məzənnəsi...
14 Avqust 2019 Neft yenə ucuzlaşır
07 Avqust 2019 Ekspert SOCAR-ın anoloqsuz "standartlar"ını rəqəmlərin "dil"i ilə ifşa etdi...
06 Avqust 2019 Energetika nazirinin müavini Gədəbəydə vətəndaşları qəbul edəcək
05 Avqust 2019 Rusiyanın şəhərlərində “Azərbaycan nemətləri” mağazaları açılacaq
01 Avqust 2019 Qazaxıstan Azərbaycana buğda ixracını artırmaq istəyir
26 İyul 2019 Bakı ilə Ankara arasındakı ticarət dövriyyəsinin son həcmi
05 İyul 2019 Bu ilin I yarısında bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətindəbır sıra işlər görülüb
03 İyul 2019 Energetika sektorunda islahatlar çərçivəsində Energetika Nazirliyi BMT İnkişaf Proqramı ilə əməkdaşlıq niyyətindədir
02 İyul 2019 Azərbaycanda manatla pul bazası 21% artıb
30 İyun 2019 Azərbaycanın Energetika naziri “OPEC plus” nazirlərinin 6-cı iclasında iştirak edəcək
26 İyun 2019 “30 ildən sonra Azərbaycanda neft-qaz tükənəcək- buna hazırlaşmaq lazımdır...”
24 İyun 2019 Neft yenidən bahalaşıb
19 İyun 2019 Azərbaycan neftinin qiyməti enib –0,86 dollar/barel
11 İyun 2019 Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyası Forumunda iştirak edəcək
09 İyun 2019 Energetika Nazirliyində energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib
08 İyun 2019 “Azeri Light” bahalaşıb- Qiymət
05 İyun 2019 Energetika naziri vətəndaşları qəbul edib
03 İyun 2019 İyunun 4-nə MANATIN MƏZƏNNƏSİ
29 May 2019 Energetika naziri “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat üzrə Baş Vitse-prezidenti ilə görüşüb
29 May 2019 Neftin qiyməti 72 dolları keçdi
29 May 2019 Kompensasiyaların ödənilməsi müddəti başa çatır - Ala bilməyənlər nə etsin?
27 May 2019 Energetika nazirinin müavinləri Samir Vəliyev Masallı və Yardımlı, nazir müavini Elnur Soltanov isə Lerik rayonundan olan vətəndaşları qəbul ediblər.
22 May 2019 Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşdü
21 May 2019 Dolların məzənnəsi dəyişmədi
21 May 2019 Komitə 48 maşın satır: ən bahası 6 minə
20 May 2019 Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib

Xəbər lenti