.


Energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən “Rusiya enerji həftəsi” adlı beynəlxalq forumda iştirak edib.

Asiya.info xəbər verir kİ, “Qeyri-sabit dünyada enerji bağlantılarının qorunması” mövzusunda olan panel sessiyada siyasi proseslərin qlobal enerji bazarına təsirləri, enerji  əməkdaşlığının dövlətlərarası münasibətlərdə rolu və dünya enerji balansında neftin mövqeyi ilə bağlı müzakrələr aparılıb. Nazir Pərviz Şahbazov çıxışında iqtisadi, ekoloji və geosiyasi amillərin təsirlərinə baxmayaraq neftin dünya enerji balansında üstünlüyünü növbəti 30 il ərzində də qoruyub saxlayacağını qeyd edib.  Bildirilib ki, hazırda  dünyada iqtisadi inkişaf tempinin zəifləməsi və bir sıra digər faktorlarla əlaqədar neftə qlobal tələbat azalsa da, “OPEC plus” formatı çərçivəsində atılan addımlar neft bazarının tənzimlənməsinə töhfə verir: “Hazırda neft bazarını tarazlaşdıran əsas mexanizm “OPEC plus” formatında qəbul edilmiş qərarlardır.Bu qərarlar dəyişən vəziyyətə uyğun bazarın çevik tənzimlənməsinə xidmət edir.Neftin qiymətinin sabitləşdirilməsi ilə bağlı əsas hədəfə nail olunub və artıq ciddi şəkildə qiymət volatilliyi müşahidə olunmur. Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumlar kimi hadisələr neftin qiymətində dəyişliklərə səbəb olsa da, belə hallar müvəqqəti xarakter daşıyır və  bazarda sabitlik təmin olunur” deyə, nazir əlavə edib.

Energetika naziri “OPEC plus” əməkdaşlıq formatının yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezdentinin təşəbbüsü, ölkəmizin bu prosesdə fəal iştirakından da bəhs edib. Nazir, həmçinin bu əməkdaşlığın davam etdirilməsinin və  dünyada sabitlik üçün enerji resurslarının inkişafa yönəldilməsinin vacibliyini vurğulayıb.
Son 25 ildə Azərbaycanın neft-qaz sahəsində belə bir siyasət həyata keçirdiyini deyən nazir Pərviz Şahbazov hazırda bərpa olunan enerji sahəsində görülən işləri də diqqətə çatdırıb. Nazir bu sahədə hazırlanmış yeni qanun layihəsinin ilin sonuna kimi qəbulunungözlənildiyini və bundan sonra hərracların keçiriləcəyini deyərək, forumda iştirak edən şirkətləri Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlığa dəvət edib.
Energetika naziri Pərviz Şahbazov, həmçinin Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 21-ci Nazirlər Görüşündə də iştirak edib. Nazir çıxışında təbii qazın enerji resursu kimi artan rolundan və “Cənub Qaz Dəhlizi” layihəsinin strateji əhəmiyyətindən bəhs edib. İlk dəfədir ki, Azərbaycanın belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən qaz layihəsini həyata keçirdiyini deyən nazir bildirib ki, “Cənub Qaz Dəhlizi” sayəsində nəinki enerji təhükəsizliyi və enerji şaxələndirilməsi prioritetlərinə qlobal miqyasda töhfə veriləcək, həm də qaz ölkəsi kimi inkişaf təmin ediləcəkdir:
“Ölkədə qaz hasilatının hazırkı 30mlrd. m3-dən qarşıdakı iki ildə 46 mlrd. m3-ə çatması,“Şahdəniz”dən başqa digər qaz yataqlarının işlənilməsinə başlanılması gözlənilən ilkin nəticələrdir”, deyə nazir bildirib.

Şərh yaz


15 Oktyabr 2019 Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaşları qəbul edib
11 Oktyabr 2019 Azərbaycanda sentyabr ayı üzrə gündəlik neft hasilatı 755 min barrel olub
08 Oktyabr 2019 Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçiriləcək
07 Oktyabr 2019 Bu ilin 9 ayında Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1211müraciət daxil olub
01 Oktyabr 2019 Energetika naziri Pərviz Şahbazov Rusiyada səfərdədir
27 Sentyabr 2019 Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun iclası keçirilib
18 Sentyabr 2019 Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib
13 Sentyabr 2019 Manat gələn il neçəyə olacaq? - Rəsmi açıqlama
13 Sentyabr 2019 Manatın üç günlük məzənnəsi belə olacaq...
13 Sentyabr 2019 Azərbaycanın Energetika naziri OPEC-in Baş katibivə rusiyalı həmkarı iləneft bazarını müzakirə edib
11 Sentyabr 2019 Dolların sabahkı məzənnəsi açıqlanıb
09 Sentyabr 2019 Azərbaycanda avqust ayı üzrə gündəlik neft hasilatı 749 min barrel olub
09 Sentyabr 2019 Azərbaycan nefti həftə ərzində bahalaşıb –1,6%
07 Sentyabr 2019 Neft bahalaşdı - Qiymət
05 Sentyabr 2019 Dollar və manat bu gün hansı məzənnədə olacaq?
04 Sentyabr 2019 Manatın məzənnəsi dəyişmədi
02 Sentyabr 2019 Dollar neçəyə olacaq? –Mərkəzi Bank yeni məzənnəni açıqladı
02 Sentyabr 2019 Azərbaycan manatının dövretmə sürəti azalıb
30 Avqust 2019 Energetika naziri Gəncədə, nazir müavini isə Goranboyda vətəndaşları qəbul edib
28 Avqust 2019 Azərbaycana gətirilən benzin rüsumdan azad edildi
24 Avqust 2019 Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb
23 Avqust 2019 Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
21 Avqust 2019 Energetika naziri vətəndaşları qəbul edib-Foto
17 Avqust 2019 Energetika nazirivə nazir müavini Gəncə və Goranboy şəhərlərində vətəndaşları qəbul edəcək
16 Avqust 2019 Azərbaycan nefti ucuzlaşmaqda davam edir –0,60%
16 Avqust 2019 Manatın bugünkü məzənnəsi...
14 Avqust 2019 Neft yenə ucuzlaşır
07 Avqust 2019 Ekspert SOCAR-ın anoloqsuz "standartlar"ını rəqəmlərin "dil"i ilə ifşa etdi...
06 Avqust 2019 Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək
06 Avqust 2019 Energetika nazirinin müavini Gədəbəydə vətəndaşları qəbul edəcək

Xəbər lenti