.
Yaşadıqca ölümə yaxınlaşacağımızı zənn edirdik. Deyəsən, uzun müddətdir yaşamamaqla məşğuluq və ona görə də artıq ölüm bizə doğru yaxınlaşır…

Həm də necə! Ayaq səsləri ürək döyüntüsü kimi bizi təqib edir, hər tərəfdə ancaq onu və yenə də onu görürük.
Ölüm əvvəlkitək birdən-birə, qəflətən gəlmir: 30-u adlayan kimi ürək, qırxa çatmamış xərçəng, ömrü yarı eləməmiş serroz adıyla ömrümüzə hakim kəsilir, bizi təqib edir.
Hər olacağa bir izah tapmaq mümkündür; bu olanları da - tərs üzünə çevirib - bir gün o dünyaya gedəcəyimiz labüdlüyünü yadımıza salan xəbərdarlıq kimi hətta Tanrı lütfü hesab edə bilərik. Böyük məkanda dinlərin, dinin daxilində məzhəblərin, məzhəbin daxilində təriqətlərin; bütün dünyada sivilizasiya və mədəniyyət toqquşmalarının, bölgələrdə dövlət, dövlətdə siyasi, eyni sahədə iqtisadi... bir ailə daxilinə qədər nüfuz edən şəxsi, hissi maraqların üz-üzə qoyduğu ayrı-ayrı fərdlərə faniliyini xatırlatmaq və bu toqquşmalardan əl götürməsi üçün əlamət göndərmək, əslində, böyük dərsdir.
Ancaq bu dərs hansı nəticəni verir?
Ölüm hissi ilə yaşaya-yaşaya ən bəd xəbərlərə qarşı immunitetimiz yaranıb və heç nə bizi təəccübləndirmədiyi kimi, gözümüzün qarşısındakı xəbərdarlıqlar da bizə İNSAN olduğumuzu düşünmək üçün kifayət etmir: yenə laqeydlik, yenə adi həyat intriqaları, yenə bir-birimizə yaşamımızı haram etmək cəhdləri…
Toplum – bir orqanizmdir və ayrı-ayrı insanlar bu böyük «orqanizmdən» kənarda mövcud ola bilməz: hardasa baş verən ən adi təbiət hadisəsi bütün bölgənin iqliminə təsir etdiyi kimi, cəmiyyətdəki narahatlıq da hər bir fərdin düşüncəsində, davranışında, səhhətində öz izini qoyur. Əgər ayrı-ayrı insanlar – ətrafımızdakı dostlarımız, həmkarlarımız, yaxınlarımız… bir-birinin ardınca «sağalmaz xəstəliyə» tutulursa; əgər ölümün pəncəsini hər birimiz çiynimizdə hiss ediriksə; əgər bu gərginlik psixoloji olaraq hər kəsin təfəkküründə dərin iz buraxırsa və adi soyuqdəymə belə bizi ölüm xofunun ağuşuna atırsa… cəmiyyət – orqanizm - öz-özünün müalicəsinə başlamalıdır.
Cəmiyyəti orqanizm kimi təsəvvür etmək üçün təxəyyülümüzə daha geniş imkanlar tanımalıyıq: ayrı-ayrı fərdlər – lap yüzlərlə, hətta minlərlə olsa belə – bu böyük orqanizm üçün «bədənə batırılan tikan» kimi müqayisə oluna bilər. Amma adi bir tikana görə orqanizmin əksər üzvləri səfərbər olunursa, onu kənarlaşdırmaq üçün işə başlayırsa, niyə cəmiyyətə sancılan tikanları özümüzdən uzaqlaşdırmamalıyıq?
Tibbin imkanlarının həddən artıq genişləndiyi hazırkı dövrdə ən ağır xəstəliklərin belə müalicəsini aparmaq mümkündür, sadəcə, bir-birimizə əl uzatmağımız, əl-ələ verməyimiz bəs edər.
Nə sirdirsə, bizdə suçəkən kimi cəmiyyətin ağrısını öz üzərinə götürən, təmənnasız olaraq hər kəsin xidmətində durmağa çalışan, ən azı, insanların yanında olmaqla onların dərdinin ağrısını yüngülləşdirən, deməli, «böyük orqanizmin» heç də «kəsilib atılası dırnağı» sayılmayan ziyalıların nəinki çağırışlarına, hətta onların üzləşdiyi və hamıya bəlli xəstəliklərinə də yardım etməyə tələsmirik.
Söhbəti, əlbəttə, konkretləşdirmək və kimlərinsə üstünə gətirmək istəməzdim. Ancaq hamının tanıdığı, sevdiyi insanın müalicə almaq şansı varsa və onunçün hesab açılıbsa, biz öz-özümüzü qorumaq naminə gücümüz çatanı etməliyik. Ola bilsin ki, ictimai həmrəyliyin müsbət nəticəsinə inanmayanlar da var; ola bilsin ki, tibbin aciz qaldığı bir çox xəstəliklər də mövcuddur.
Amma bu təşəbbüsə qoşulmaq – cəmiyyətin bir-birinə sevgisinin, orqanizmin öz-özünə laqeyd qalmamasının görsənişidir.
Kiminsə 50 və ya 100 minlik müalicə xərcini bir imkanlı şəxsin, yaxud dövlətin üzərinə götürməsi də mümkündür və Azərbaycanda dəfələrlə bunun şahidi olmuşuq. Ancaq dövlət nə qədər varlı olur-olsun, ayrı-ayrı ziyalıları itirməmək üçün nə qədər vəsait ayırır-ayırsın, o diqqət cəmiyyətin özünün göstərdiyi dəstəklə müqayisə oluna bilməz.
Çünki cəmiyyətin hər hansı bir aydını müalicəsi üçün ictimai dəstək görəndə, toplumun diqqətini və sevgisini müşahidə edəndə ömrünü boşa xərcləmədiyini düşünür və digərləri də özünü cəmiyyətə həsr etməyin mənəvi rahatlığını yaşayır…
Əgər hansısa xəstəliyə tutulmuş ziyalı onun səhhəti üçün minlərin, on minlərin narahat olduğunu hiss edirsə, minlərin, yüz minlərin sevgisini görürsə – bu, ona bəsdir!
İnsanı – tibb, səhiyyə, həkim yox, inam, sevgi, mərhəmət, qayğı sağaldır.
Biz «böyük orqanizm» olaraq ölüm kabusuna ən azı psixoloji olaraq qalib gələ bilərik.
Bir-birimizi sevməyin, cəmiyyət olaraq vahid orqanizm kimi bir-birimizi duymağın və bir-birimizə mənəvi-psixoloji dəstək olmağın vaxtı çoxdan çatıb…

Anar Yusifoğlu
.
Bir payız axşamı, söz yağışında...
İslanmaq nə gözəl bir duyğu imiş,
Yağışla islanmış, sözlə yuyulmuş
Arzu da, ümid də, təmiz olarmış...

 Söz var, söz var, birini - dinləmək çətin, birini - demək çətin. Bu gecədə səslənən sözlər isə inci tək elə düzülmüşdü ki, çətin sözü belə asanlaşmışdı. Ötən gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Söz” ədəbi layihəsi çərçivəsində ART Gardendə Nigar Həsənzadənin təqdimatında növbəti tədbir keçirildi. Layihə başlamadan öncə düşdüyüm abu-havanın təsirindən fikirlərim qarışdı, sanki nağıllar aləmində müsbət qəhrəmanlar arasında sakit, hüzur dolu bir kollektivdə özümü tapmışdım. Burada müxtəlif sənət sahibləri, fərqli düşüncə sahibləri vardı-fotosessiya həvəskarları, ilk tanışlıqlar, çoxdankı həsrəti bitirməyə çalışanlar. Qədim mədəniyyət nümunələrimizlə zəngin, nağıllar aləmini xatırladan bu məkanda, çaşıb qalmış- istisiylə soyuğuna bürələnmiş sərin bir payız günündə, kəsərli söz və yorğun ruhlarımıza hopan musiqidən doğan bir layihəni izləyənlər sanki gündəlik yaşam tərzindən qopub ayrı bir aləmə düşmüşdülər.
Dinlədiyimiz şeirlər, səslənən ifalar sanki fərqli dünyanın eyni insanlarının taleyindən bəhs edirdi.
Daha sonra verilən hər suala çox səmimi, təmkinlə, anlaşılan dildə cavab verən millət vəkili Q.Paşayeva auditoriyada elə bir isti münasibət yarada bildi ki, hər kəs bir neçə saatlıq da olsa öz dünyasından ayrılıb qardaşlıq, dostluq, səmimiyyəti özündə birləşdirən Qənirə Paşayevanın dünyasına qonaq oldu. Onun dünyasında özümüzü o qədər rahat, güvənli hiss etdik ki, bu dünyanın içindəki gözəlliklərə heyran qaldıq.
İstər şeirlərində, istər maraqlı müzakirəsində tez-tez səmimiyyətdən, sevgidən danışan Q.Paşayevann yalnız bir məqsədi vardı. İnsanlar daha güclü, daha səmimi, daha gözəl ürək sahibi olsun. "Bu dünyanın 7 möcüzəsi bizik, başqa möcüzə yoxdur, mən dünyanın o möcüzə deyilən yerlərini gəzdim və əmin oldum ki, əsl möcüzə insandır"-deyən millət vəkili maraqlı və ibrətamiz hekayələrə də toxunmağı unutmadı. "Səfillər"romanı, "Ölülər" əsərindən sitatlar gətirən Qənirə xanım, arzu etdi ki, hər bir evdə heç olmasa bir ədəd kitab rəfi olsun.
Q.Paşayeva "Ən çətin yolçuluq insanın özünə yolçuluğudur. İnsan öz nəfsinə sahib olmalı, mələyin də, şeytanın da onun içində olduğunu, şeytana qalib gəlmək üçün hər gün özüylə mübarizə aparmalı olduğunu bilməlidir" deyə vurğuladı.
Bu dünyadan gileylənirik, dünya pis dünyadır, amma dünyanı dəyişmək bizim əlimizdədir, bunun üçün hər kəs özündən başlamalıdır-deyən Qənirə xanım insanlara çağırış etdi. Sülhə, sevgiyə, səmimiyyətə çağırdı.
Günün ən təsirli anlarından biri də sözləri Qənirə Paşayevaya, musiqisi Sevinc Tofiqqızına aid "Ana" mahnısını Nisə Qasımovanın yanıqlı səslə ifa etməsi oldu. "Sən mənə bu dünyada qadın olmağın çətin olduğunu deməmişdin axı...", "Yalandan gülməyi elə öyrəndim ki, gülməyin əslini unutdum ana...", "Böyüdüm ana, daha o qız deyiləm...",  "Üzülməyəsən deyə kədərimi bölüşmədim ana..." Bu kimi misralar yanaqlarımızdan süzüldü, dodaqlarımızda qurudu, qadın olmağın məsuliyyəti, qadın olmağın həyəcanı misralarda kövrəlmişdi sanki...
Sevilən müğənnilərimizin, şairlərimizin ifaları ürəkləri oxşadı. Beləcə gözəl bir payız axşamı həzin musiqi və duyğulu şeirlərlə sona çatdı. Davamını gözləmək həvəsiylə ART Garden-i tərk edərək İçərişəhərin dar küçələrini geniş mənalı sözlərin təsiri altında addımladıq. Çoxumuz indi başa düşdük ki, həyat həqiqətən də gözəldir.Amma müvəqqəti gözəllik. Əbədi gözəlliyi qazanmaq isə bizim əlimizdədir. Hər gün şeytana qalib gəlmək iradəsiylə, xeyirxah əməllərlə, inamlı addımlarla bu dünyamızı da o dünyamızı da çiçəkləndirə bilərik.

Vüsalə Qələndərli
 Asiya.info

Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
.
Şəfayət Avılbəyli Əliyev

Dövlət başçısı regionlarımızı millət vəkillərindən çox gəzir. Bir neçə gündə təxminən 5 rayonda infrastrukturlarla maraqlanır, yeni tikilişlərin açılışını edir, kənd təsərrüfatı sahəsinin adamları ilə söhbətlər aparır və xülasə demək olar ki, çatışmayan paranı da verir ki, regionlarımızın inkişafı dayanmasın. Hətta Cənab Prezidentin gəzdiyi bu rayonların hərəsinin bir və ya iki millət vəkili də var. Əsas məsələ nədir…
Cənab Prezidentin qərb bölgəsinə səfəri mənə Sultan Suleymanın səhv etmirəmsə, Venedik səfərini xatırlatdı. Parqalı İbrahim vəziri-azam bəzilərindən fərqli olaraq özünə heykəl qoydurmuşdu. Həm də Sultan Suleymanın səfərdə olduğu vaxt. İndi həmin ssenari bir-birinə çox oxşardı.
Millət vəkili deyir ki, atasına heykəli sovet qoyub, sosialist əməyi qəhrəmanı olması münasibətilə … Olsun!.. Amma burada sovetlərdən bizə qalan bir şey yoxdu. Heç Lenin də yoxdu. Lenin olmayandan sonra Gülbala Xəlilovun heykəli nəyə lazım idi axı?..
Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında o zaman belə bir müraciət formalı yazı çıxıbmış ki, bəs kəndin “uezdinin başı” görünmür, kim onun başını görsə həmən Molla Nəsrəddin jurnalına xəbər versin. Molla Nəsrəddin jurnalının sabahkı sayında isə camaata ikinci müraciət forması çap olur ki, ay camaat, siz əziyyət çəkib uezdin başını axtarmayın, çünki onun yerli – dibli başı yox imiş..
Və nəhayət bir gün…
Sultan Suleyman eşidir ki, bəs Parqlı İbrahim özünə heykəl “qayırıb” və bəzi yerlərdədə yaman danışır. Hətta deyir ki, paytaxtın 7 təpəsində heykəllərim önünüdə diz çökəcək qullarım. Və sair..və sair..Sultan Süleyman parqalı İbrahimə deyir:
– Parqalı İbrahim! Balıqçı Manolisin oğlu Teo..nədir səni böyle kibirə sürükləyən? Mənmiyim, mənim sənə bəxş etdiyim qüdrətmi?.
Məncə, bax bu filmin burasına qədər yetər. İndi Rüstəm Xəlilovu bu heykəli yenidən ortaya çıxartmağa nə vadar edirdi ki..? Sultan Suleyman demiş, cənab prezidentin bunlara bəxş etdiyi qütrətmi? Yoxsa…Hətta Sabirabad qullarına onun heykəlini ziyarət etməsini də tövsiyə etdiyini yazırlar. Mənnən deməkdi bu işin axırı yaxşı görünmür…

İndi Cənab Prezident Gədəbəy rayonuna səfər edib. Orda, Qızıltorpaq yolunun üstündə bir çoban heykəli var. Deyilənə görə bu çoban sosialist “zad” nə olduğunu bilmiyib. Sadəcə çoban! – Ona da heykəli sovet qoyub. Amma fərqlisi odur ki, Gədəbəy camaatı bu heykəli də, o çobanı da çox sevirlər…
.
Onu da qoruya bilmədik... Birinin arzusu olmadan dünyaya gəldiyi üçün onu da itirdik, həm də işgəncəylə.. Bədəninə iynə doldurularaq.. Dərin quyuya atılaraq... Aman Allahım, təsəvvür etmək belə öldürür insanı, o iynələr balaca bədəninə batarkən hansı ağrıları keçirib körpə.. o quyuya atılarkən hansı əzabları çəkib mələyimiz... O an heçmi olmadı insanlıq duyğusu ki, mane ola, qıymaya mələyə...
9 ay etibarlı əllərdə, anasının bətnində yaşadı. İlk ürək döyüntüləri, balaca barmaqları, ayaqları, kiçicik ürəyi yarandı, hiss etməyə başladı anasının sevgisini... Bəlkə də elə o vaxtdan duymuşdu "nənə"sinin onu istəmədiyini.. Özündən əvvəl soyuq alətlərlə doğranan bacılarından fərqli olaraq dünyaya gəlmişdi, yaşamağı bacarmışdı, anasının, atasının ürəyini ələ ala bilmişdi, o dünyaya gəlmişdi, yaşamaq üçün, böyümək üçün, məktəbə getmək üçün və..
Allahım, o balaca mələyi öldürərkən niyə sındırmadın o caninin barmaqlarını.. Axı dünyada heç bir canlıya vermədiyin ağıl, dərrakəni insanlara verdin, niyə insanlar getdikcə nankorlaşır, vəhşiləşir.. Öz nəvəsinə, günahsız mələyə qıyarkən sonunda nəyi qazanıb nəyi itirəcəyini heçmi düşünmədi bu zalım məxluq!
Biz hələ illər öncə erməni dığalarının vəhşiliklə öldürdüyü körpələrin acısıyla yaşayarkın, ötən il yanğında ölən mələklərimizin acısıyla yanarkən, Zəhramızın ağrısını bağrımızda daşıyarkən, zorlanmış körpə balaların taleyinin dəhşəti içindəykən, 6 günlük bir körpənin qarşılaşdığı faciəylə də sarsılırıq. Axı nə baş verir?! Niyə?! Biz dünyaya car çəkərkən ki, Zəhramıza düşmənlər qıydı, sapı özümüzdən olan baltalarla niyə vuruluruq?!. Axı ölən hər körpə bizim körpəmizdir. Onlar günahsız mələklərdir, köməyə, qayğıya möhtacdır. Nə olacaq bundan sonra Allah bilir. Qızlarımız ərə gedib ana olarkən qızlarının dünyaya gəlməsini istəməyən qaynanalardan qorxacaq, analar körpələrini küçəyə, məktəbə göndərməyə qorxacaq. Bunlar dəhşətdir....
Bu ölkədə qanun sərtləşməlidir, lap ölüm hökmü olsun deyərdim. Elə bir ölüm ki, onu görənlər başqalarının canına qıymağın nə olduğunu anlasın. Müəyyən cərimələrlə, cəzayla canını qurtaranlar o günahı bir də edəcək, o vəhşiliyi bir də törədəcək..
Keçən dəfə iti maşına bağlayıb sürüyən gəncləri gördükcə içim yandı. Azərbaycan gəncləri niyə belə etsin ki.. Hər şey bundan başlamırmı, canlını qəddarlıqla sürüyən insan sabah kim bilir nələr edəcək.. Və bunun cəzası müəyyən pul məbləğidirsə...
Psixi xəstəliyi olduğu üçün bir dəfə uşaq zorlayan birini bir neçə gün saxlayıb azadlığa buraxanda sabah başqa uşağın da həyatıyla oynamayacağından əminiydikmi.. Yoxmu bir aidiyyatı orqan ki, nəzarət etsin bu cür "manyak"lara
Qanundakı boşluğu doldurmalıyıq, cərimələr hələ çıxış yolu deyil, maarifləndirmə işləri aparılmalıdır. Yeri gəlsə illərdir beyinləri qurd kimi yeyən adət-ənələrimizi, atalar sözlərimizi də dəyişməliyik..
Ailə kiçik cəmiyyətdir. Ailənin təməli qurulduğu gün yenicə addımlarını atan gənclərin qulaqlarından sırğa kimi asılan "anam, bacım qız gəlin, əl ayağı düz gəlin, 7 oğul istərəm, bircə dənə qız gəlin" misalı, sonradan eşitdikləri, "qız yükü duz yükü", qızları olduqdan sonra da "qızın oldu qırmızı donunu çıxart" misalı, hətta , birinin qızı olanda sanki başsağlığı verirmiş kimi, canın sağ olsun, eybi yox, oğlu da olar kimi təsəlliverici sözlər korlamırmı beyinləri.Və abortlar və sonrakı cinayətlər...
Məyər qız olmaq günahmı.. Axı valideynlərin canı yanarkən ona qaçan ilk qız övladı olur, oğlanı da dünyaya qadınlar gətirir. Qız olmağın pis tərəfi nədir ki, evin şirinliyidir uşaqkən, gözəllikdir, sonra oxuyub gözəl sənət sahibi olmaqdır, ağ gəlinlik geyib bir evin xoşbəxtliyi olmaqdır, sonra anadır, həyat yoldaşıdır. Sevginin, inamın olduğu yerdə gözəl də peşə sahibidir. Qadın kişilərin əksəriyyətinin bacarmadıqlarını bacaran zərif və güclüdür, cənnətin qapılarının açarıdır, ömrünün sonunadək of demədən, qarşılıq gözləmədən çalışandır, ailəsi üçün, uşaqları üçün..
 
Heyif ki onlar böyümədi, qoruya bilmədik.. Onların ruhu narahatdır, çünki hər gün onlara yoldaşlar gedir, kimisi zorakılığın qurbanı olur, kimisi yol terrorrunun, kimisi düşmən gülləsinin, kimisi siyasət oyunlarının,  kimisi də doğmalarının iynələrinin..
Sonda üzümü "Qız yükü, duz yükü" dür deyə-deyə bu yükdən "xilas olmaq" istəyənlərə  tutub demək istəyirəm ki, "Qızları qoruyun, qızlar yük deyil, istənilən yükü qaldıracaq gücə malikdir, yetər ki onları sevin, qoruyun!"

Vüsalə Qələndərli
 
Böyümədən dünyadan köçək Mələklərimizin bəzilərinin fotoları:
"Qız yükü, duz yükü"dür deyə-deyə...
 
 


"Qız yükü, duz yükü"dür deyə-deyə...

.
Bizim kəndin briqadiri maraqlı adam idi.Yaz başı gələndə başına qoyduğu “aerodrom”  papağnı yan qoyub kəndin içinə çıxanda hamı başa düşürdü ki, kolxoz vaxtı gəlir. Rəhmətliyin, kəndin içi ilə hamıya salam verə-verə getməsi indiyə qədər yadımnan çıxmır. Belində gəzdirdiyi üçbucaq formalı ağaca isə arşın deyirdilər. Bu arşın kənd çamaatına kolxoz sahələrindən veriləcək torpaqları ölçmək üçün idi. Briqadir bir növ öyrəncəli idi bu ağacdan düzəldilmiş əşyanı axşamacan belində gəzdirməyi.. sanki həm də göstərirdi ki zaman yetişib- yəni kolxoz zamanı. Bu kolxoz deyilən şey hər kənddə var idi, hərəsinin də russayağı adı..-”POBEDA”, "Krasnıy" "Oktyabr" və ... Amma bizim kəndin kolxozunun özgə aləmi var idi. Burda əsas fiqur briqadir idi.


Günlərin bir günü məktəbə yaxın bir ərazidə böyük tövlə tikiləcəyi haqqında kənddə arvadların bulaq başı söhbətləri gəzirdi.Həqiqətən də elə oldu.Tezliklə iş başladı və böyük tövlə tikintisi sona çatdı.Təxminən payız ayları idi. Həmin briqadirin yan tərəfindən asılan topa açarların içində təzə açarını hamı uzaqdan belə seçirdi. Çox qəribə də olsa adını çəkmədiyim bu adam fanat idi- kolxoz fanatı. Açarlardan da xüsusi ləzzət alırdı. Hansısa tövlənimi, yaxud idarəfason bir qapını açanda, o açarlarla o qədər maraqlı oynayırdı ki,sanki açarların çingiltisindən həzz alırdı. Mənim uşaqlıq xatirələrimdə bu açarlar çox pis yaddaşımda qalıb.
Nəhayət sözügedən tövlə hazır oldu. O vaxt camaatın mal-qarası kolxozun həndinə girəndə qiyamət qopardı. Birdə görürdün bir dəstə mal-qara beş on kolxoz adamlarının qabağında fışqıra-fışqıra həmin tövləyə tərəf aparırlar. Düzü belə hadisələr çox olurdu. Camaat yollara çıxıb kolxoz adamlarına yalvarırdı ki, var-yoxu olan bir inəyini dama salmasınlar. Amma fayda yox idi.Toz -dumana qarışan yolda heyvanları elə qovurdular ki, elə bil cəhənnəm idi. Adamlar çox qorxurdu bu kolxoz adamlarından. Hətta bir kənddə yaşasalar da onların qapılarına belə getməyə ehtiyat edirdilər.
Günlərin bir günü dedilər ki, rayondan təhkimçilər gəlib, iclas keçirəcəklər kolxozçular üçün. Camaat təzə tövlənin qabağına yığışmışdı. Mən o vaxt sarısaç qadın görməmişdim. Həm də saçı kəsik-yəni poluboks. Hamı ağzını açıb həmin qadına baxırdı. Birdən məhşur briqadir gəldi. Düzü səhərdən məktəbin sınıq-salxaq partalarının oturacaqlarını bu tövlənin içinə yığmışdılar ki, iclasda kolxozçular otursun. Tövlə o qədər uzun idi ki, közərən lampalar belə işıq sala bilmirdi. Briqadir səsinin gur yerinə salaraq rayondan gələn qonaqlara:
-Xöş gəlmisiz! –deyərək yanından asılan top açarı çıxardı və tövlənin qapısına tərəf getdi.Taxtadan darvaza kimi iki tərəfə açılan qapıların cırıltısı kəsəndən sonra, həmin o sarısaç qadına tərəf dönub dedi :
-Xoş gəlmisiz,həmişə siz gələsiz!.-
 -İnanın Münəvvər  xanım bu tövlə tikilib qutarandan sonra bura nə bir dana,nə bir eşşək, nə də bir ...(arda bir qaz da salırdılar) salmamışıq, elə birinci sizsiniz ki, burda içlas keçirəcəksiniz. Bu vaxtı bəzi adamların üzündə gülüş ani olaraq keçdi. Çünki bu kəndin adamları az-az gülürdülər.
Xülasə iclasın ortasında arxadan işığa tərəf nəyinsə gəldiyini hiss edən camaat bir eşşəyin düz  onların ortasından yavaş-yavaş çıxdığını görür.Sən demə iki gün əvvəl kolxozun həndinə girən eşşəkləri həmin tövləyə salıbmışlar.Tövlə uzun olduğundan təsədüfən eşşəyin biri yeri rahat olub yatıb qalıb.İclas vaxtı eşşəyin rayon təlimatçılarının düz yanından çölə çıxması başqa aləm idi.Eşşək sarısaç arvada yaman baxırdı..Bu mənzərə indiyə qədər yadımdadı.
Düzü bu kolxoz adamları maraqlı olurdu.O zaman kolxozun sahəsində işləyən kolxozçular tövləyə 3-cür kortof verməli idi.Buna el adətincə ura, orta, böyük deyirdilər. Qonşumuzun ailəsində ziyalı yox idi deyə briqadir onlara düz 1 hektar yer yükləyirdi.Kartof qazını vaxtı qonşumuz hər axşam kolxozun kartofunu təhvil verdikdən sonra evə qayıdıb, gecə  düşəndə bir də sahəyə gedirdi.Bir də görürdün ki, gecənin birində fısıltı kimi səslər gəlirdi. Sən demə qonşu gündüzlər  iri çıxan kartofları təzədən bir yalaq düzəldib sahədə yerə basdırırmış. Axşam isə eşşəyinə yükləyib evə gətirirdi. Sonradan bildim ki, kəndin hamsı belə edir. Biz isə kolxoz deyildik deyə üzülürdüm.Evdə dava salırdım ki,bəs niyə bizdə kolxoz olmuruq?.Ona görə yox ki,evə katof oğurlayım.Sadəcə kolxoz maşınlarının üstündə gəzən uşaqlara həsəd aparırdım.
Hər bazar günü Martiki gözləyərdik, o həmdə bizə saqqız gətirirdi
 Yayda kənddə bir uşaq belə qalmazdı.Hamı yaylağa gedərdi. Mən də nənəmin yayına gedərdim. Amma bu yaylaqdan heç xoşlanmazdım.Qəribə adətləri var idi yaylağın?!
Səhərin şirin yuxusunda birdən bayırda qorxunc  ho-ho-ho səsləri adamın beyninə işləyirdi.Yaylaq əhli saat 5-də mal -qaranı yaylım deyilən yerə aparırdılar ki,inəklər yaxşı otlayıb süd versin! Səhərlər Əhməd əmi ilə Kimya nənənin sanki içlərinə çəkərək söylədiyi ho,ay inək səslərinə adət etmişdim.  Allah kəssin belə adəti.Nənəm məni də qaldırırdı ki,sən də malları apar.Səhərlər şeh olurdu hər yan. Gözümüzü ovxalya-ovxalaya inəklərin dalınca gedərdik.Və nəhayət bir yerdə dayanardıq.Həmin arşınnan yaylaqda da var idi.Burda isə qoruqçular elə bil indiki icra başçıları kimi bir şey idi.Hər gün inəklər üçün biçənək deyilən ərazidən 3 -4 metr yer verirdi ki,  camaat mallarını otarsın.İnəklər isə ot yemirdilər sadəcə səhərin ala toranında kövşəyirdilər.Bir də görürdün ki ,kiminsə inəyi otlamırdı deyirdilər ki, sən öl, filankəsin inəyi azarlayıb.Bu yaylaq aləmi hər gün təxminən 3 saat- filan çəkərdi. Camaat qayıdıb yurd yerinə gələndə həngamə qopardı ki, Navat xalanın inəyi bu gün yaylımda dilinə ot dəymədi.Navat da ki, aləmi qatardı bir-birinə.. Başbilənlər bu inəyin başına bir oyun açardılar ki, gəl görəsən.Yazıq heyvanın belinə isti su tökənə bax, belindən qan alana bax..Nə isə yazıq inək isə saat 9 olanda özü yerindən durub otlamağa gedərdi.Hamı da baxıb deyərdi ki,şükür sağaldı.Day bu insanlar başa düşmürdülər ki,əslində mal-qaranın otlamaq vaxtı səhər 5 yox,9 da olmalıdı.
Erməni Martiki hər gün görürdük. O da çoban idi. Amma təzə” moskviç” maşını da var idi. Onun sürü qoyunları bizim qoyunlardan fərqli idi.,çünki yay aylarında çimizdirirdilər.Tövlədə isə özü üçün ayrıca otağı və kitabları var idi. Martik çoxlu kitab oxuyurdu. Həm də yaylaqda bir çox arvadların da dostu idi, yaylağın bütün azuqələrini Martiq Krasnıdan(Çənbərək-Krasnoselo rayonu) gətiridi.Çünki ərzaq orda çox ucuz idi. Biz də hər bazar günü Martiki gözləyərdik,o həm də bizə saqqız gətirirdi..
Bizim də çoban var idi.Yaxşı adam idi rəhmətlik.Qulaqları eşitmirdi. Hərdən ona yemək aparardıq.Bizim kolxozun çobanı kitab oxuya bilmirdi, hətta hər gün bir banka qatıq və çörək götürərdi ki,günorta “abed”i olsun.Düzü onun səhər və axşam nə yediyini bilmirdim. Amma hər gün günorta qatıq və çörək yediyini görürdüm.Bu məni çox məyus edirdi. Martik isə deyirdi ki, mənim bu sürünün içində 100 qoyunum var. Onun otağında hər cür yemək –içmək olardı. Mənə elə gəlirdi ki,ermənistanda ən varlı adam Martikdir.
Biz yaylaqdan kəndə gələndə sanki şəhərə gəlirdik. Ən pis adət o idi ki, süd maşınına çatmıyasan, ya da minməyə qoymasınlar. Yaylaqdan kəndə gedəndə hamı əlimizə baxırdı deyə süzülmüş qatıq aparardıq. Bu qatıq isə yaxsı süzülməyəndə suyu axırdı. Bizim kəndin uşaqları bir az müasir olduğundan qatığı yaxşı süzdürürdülər. Hətta qatıq torbasını üstünə gecədən iri daş qoyurdular ki,qatığın suyunu tez çıxartsın.Çünki süd maşının üstünə minəndə yoxlayırdılar görək kimin qatığınnan su axır. Nə bilim? Deyirdilər guya qatığın suyu südü çürüdür.(Bir gün südün çürüməsi üzündən həmin briqadir sağıcını möhkəm danlamışdı.)Kimin səhər kəndə gedəcəyi isə yaylaqda həftənin əvvəlindən bəlli idi.Uşaqlar kəndə gedəndə təzə paltar geyərdi ki,süd maşının üstündə gözəl qızlarda olurdu..Kimin radiosu var idisə onu da götürərdi.Bizim də radiomuz var idi.Amma mənim deyildi, qardaşımın idi.
Yaylaqda ən sevdiyimiz  anlar kiminsə Seyidin Qəbrini ziyarət etməsi idi.Biz mal-qara otarmağa gedəndə gözümüz yalnız həmin qəbrə uzanan cığırlarda idi.Ona görə ki,adamlar nəzir deyib qəbul olunanda bura ziyarətə gəlirdilər.Bizim üçün toy- bayram idi ...onda...Çünki adamlar ziyarət zamanı çoxlu şirinçörək,konfet gətirib həmin qəbrin üstə qoyurdular.Onlar  ordan gedəndən sonra, biz onları götürərdik.Hətta elə olurdu ki,orda qurban da kəsirdilər.
Bu qəbirə el arasında Qərib Seyidin məzarı  deyirdilər.1918-cil hadisələrində qaçqın düşüb və sərhədi keçəndə vəfat edib və ordaca dəfn eləmişdilər.1988-ci ilə qədər biz, o qəbri ziyarət edirdik.Deyilənə görə hətta ermənilər bu məzara bu günə qədər toxunmayıblar.
Günlərin bir günü eşitdim ki,bizim əsgərlər Martiki qoyunları ilə bərabər əsir götürüblər.Martik isə, məni bu kəndin hamsı tanıyır deyirmiş.Şaiə gəzirdi ki  Sehran və bir neçə qarı gedib əsgərlərin əlindən Martiki alıb buraxdırıblar.
1992-ci ildə kolxozun həmin tövləsində xalq cəbhəsinin adamları iclas keçirirdilər. Hətta arada  kimsə yerindən dilənəndə reqlamenti pozmayın səsləri gəlirdi. Mən bilmirdim ki, bu reqlament sözü nə tez bura gəlib çıxmışdı.Hətta camaat o sözü deyənə yaman maraqla baxırdılar. Elə bil dünənə qədər aerodromlu briqadirin kolxozçusu deyilmiş..kimi..
 
 
Şəfayət Avılbəyli Əliyev 
.
Sizə ürək ağrısı ilə bir lətifə danışım. (niyəsini deyəcəm) 

"Bir gün Molla Nəsrəddin arvadı ilə toydan qayıdırmış. Arvadın varı-yoxu üstündəymiş. Quldurlar yolu kəsir. Yerdə bir cızıq çəkib deyirlər, Molla, ayağını bu cızıqdan kənara qoysan, özünü ölmüş bil. Xülasə, arvadın qızılını-gümüşünü, palını-paltarını soyub aparırlar, Mollanın səsi çıxmır. Onlar gedəndən sonra arvad özündən çıxır ki, sən nə təhər kişisən, məni lüt-üryan etdilər, səsini çıxarmadın. Molla deyir, arvad, xəbərin yoxdur, səni soyanların evini yıxmışam. Arvad qalır mat-məəttəl. Soruşur, a kişi, necə yıxdın evlərini? Molla deyir, arvad, sizin başınız qarışıq olanda düz üç dəfə ayağımı cızıqdan kənara çıxarıb geri qoymuşam.."

Gülmək gərək deyil, bugünki hadisələrin fonunda bu lətifəni yada salıb sadəcə ağlamaq lazımdır. Bu gün Zəhranın qisasını almaq üçün Sarkisyanın başına eşşək şəkli qoyuruq, üzündə qan işarəsi ilə "fotoşop" düzəldirik, nə bilim, cürbəcür fotomontajlar edirik. Ədəbiyyata töhfələr veririk. Guya bu yolla qisas alırıq. 

Bu qisas deyil, hətta bu qisası aşağılamaqdır. Bu gün bizim Zəhra üçün etdiklərimiz mollanın ayağını cızıqdan kənara  qoyması kimi bir şeydir. 

Özümüzü aldatmamalıyıq. Bu gün Zəhranın atasının düşdüyü vəziyyətə sabah da biz düşə bilərik - evin cəbhəyanı bölgədə yerləşməsindən asılı olmayaraq. 

Bu "dığa"lar ən sərt şəkildə cəzalandırılmalıdır.

Bu gün dünyanın dörd bir yanında terrorla mübarizə tədbirləri həyata keçirilir. Biz müharibəyə yox, anti-terror əməliyyatlarına başlamalıyıq. 

Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır, elə isə bizim torpaqlarımıza  soxulmuş terrorçulara qarşı tədbirlər görəcəyimiz  halda, bizə hansı ölkə bir söz deyə biləcək?!

Qardaş Türkiyəni, Pakistanı da  anti-teror tədbirlərinə yardım etməyə səsləməliyik. 

Vətənimin şəhid Zəhrası Suriyadakı teror qurbanı olmuş bütün uşaqlardan daha çox ağrıdır məni.

Bizim nicat yerimiz heç nəyə yaramayan, ATƏT-in Minsk qrupu  deyil. Bu qrupun adını “TURİST” qrupu qoymaq daha yaxşı olardı...

Mən Sarkisyanın başına eşşək şəkli qoyulmağının, üzünü qaraltmağın, şeirlər yazılmağının, hekayələr qoşulmağının və s. əleyhinə deyiləm. Bunlar lazımdır, amma bunlar anti-terror əməliyyatı ilə bir yerdə lazımdır.  Yoxsa təkcə bunlar yenə də "Mollanın  söhbəti"nə qayıdır.

Bir olmağın və düşmənlərin qarşısına dikilib, ermənilərə yüz qat ağır zərbə vurmağın vaxtıdır, yoxsa Zəhralarımız çox olacaq...

Bahadur Seyidov
 
.
"Ədəbiyyat” qəzetinin ötən saylarının birində Avdı Qoşqarın mərhum şair Camal Yusifzadə haqqında bir yazısı dərc olunub. Həmin yazıda Avdı müəllim öz ağlıyla atam, şair Tahir Talıblını da tənqid edib.
30 ildir Camal Yusifzadəylə bir məkanda çalışan Avdı Qoşqarın yadına deyəsən Camal Yusifzadə indi düşüb.
Sağlığında şairlə hal-əhval tutmayan həmkarımız indi şairin yoxluğuyla özünə "gündəm„ yaratmaq istəyir.

Mən on ildir Az-TVdə çalışıram və çalışdığım bu on il ərzində hələ 30 saniyə Camal Yusifzadəni Avdı Qoşqarın verilişlərində qonaq kimi görməmişəm.(Heç bir adlı sanlı istedadlı şair və yazıçını da)
Avdı Qoşqarı tanıyanlar onun verilişlərini və efirə təqdim etdiyi adamları az-çox yaxşı tanıyır.

Avdı Qoşqar barmağını qatdalayıb mənə deyə bilərmi, ölkədə bu qədər işlqlı,istedadlı qələm adamları ola-ola onların birinə efirdə nə zaman yer verib?Görünür Avdı Qoşqar üçün bezdarnikləri,kamaz sürücülərini şair kimi sırımaq da bir istedaddır.

Azərbaycan televiziyası və radiosunda, jurnalistikasında xidmətləri olan Tahir Talıblını inşa səviyyəsində yazdığı yazıyla tənqid edən şair,daha da cılız göründüyünü ortaya qoydu.Tahir Talıblının yaradıcılığını təhlil etməli olsam, Avdı Qoşqar şeytana daş atan müsəlmanlar kimi gərək özünü daşlasın.

Bilgi üçün deyim ki,20 ildən artıqdır radionun şah damarı olan “Bulaq” Tahir Talıblının imzasıyla ömrünün çiçəkli dövrünü yaşayır.

Əgər Avdı Qoşqara 300 illik qarğa ömrü verilsə də folklor, etnoqrafiya,şifahi xalq ədəbiyyatıyla bağlı ciddi bir araşdırma aparıb sanballı iş ortaya qoya bilməz.Elə günü bu günə qədər də bir sanballı televiziya verilişi olmayıb.

Atın qabağına ət,itin də qabağına ot atanda belə olmaldır.Avdı Qoşqar nə qədər televiziyada ədəbiyyat verilişlərinə bezdarnik,ərindən küsən arvadından ayrılan şairləri cəlb edəcəksə vəziyyət elə "avdıcasına" olacaq.

Bu arada yadımdan çıxmamış deyim ki,Yazıçılar Birliyi və digər məkanlarda keçirilən bayağı tədbirlərdən bir qarın şorbaya görə sujet hazırlamaq peşakar televiziya işçisi olmaq deyil.
Avdı Qoşqar, nəzərinizə yetirim ki,mənim atam bu günə qədər həyatını yaradıcılığa,ədəbiyyata həsr edib.Sovet vaxtı kitabları dərc olunanda,tələbə ikən imzası qəzetləri bəzəyəndə siz çörəyə pəpə deyirdiniz.

Ömrü boyu adının üstünə ad gətirməyən,halal maaşla yaşayan,bu gün də quru maaşa dolanan, əlini ora-bura atıb “oğurluq” etməyən,gördüyü işin müqabilində də heç zaman mənfəət güdməyən ziyalını ala-yarımçıq yazıyla tənqid etmək hansı məntiqdən xəbər verir?

“Bulaq”-ın bircə cümləsi qədər yaradıcılığı olmayan,amma Tahir Talıblıya “ədəbiyyat” dərsi keçmək istəyən Avdı Qoşqara mən burada yazdıqlarımdan da artıq cavab verərdim.Sadəcə olaraq susdum.Bığ və saqqalı da nəzərə aldım.

Avdı Qoşqar, mən arada karvana hörmət edirəm.

Savalan Talıblı
.
Nahid Canbaxışlı
Vətəninfo.az saytının baş redaktoru

22 iyul Milli Mətbuatımızın 142-ci il dönümü sözün həqiqi mənasında Azərbaycanın mətbuat tarixinə qızıl hərflərlə yazılacaq. Çünki 20 iyulda 255 media təmsilçisi ölkə prezidenti İlham Əliyevin təşəbbüsü əsasında inşa edilən 17 mərtəbəli üç bloklu binada mənzillə təmin edildilər. Bu tarix eyni zamnda uzun illərdən bəri mətbuat sahəsində çalışan və illərdi kirayələrdə qalan həmkarlarımızın ev-eşik sahibi olduğu gündür. Bütövlükdə isə bu əlamətdar hadisə Azərbaycan dövlətinin sosial dəyərlərə nə qədər önəm verdiyinin bariz nümunəsiidr.

Dünya tarixinə diqqətlə nəzər saldıqda, Azərbaycan yeganə ölkədir ki, bu ölkədə jurnalistlərə dövlət tərəfindən mənzillər hədiyyə olunur. Amma təəssüf ki, inşa edilən mənzildən ev ala bilməyən bəzi həmkarlarımız müxtəlif şəbəkələrə xidmət edən qüvvələrin təsiri altına düşərək, mənzil alan 255 jurnalist haqqında şər və böhtan dolu ittihamlar səsləndirməkdədirlər. Bu azmış kimi daha da iyrəncləşərək ölkədən qaçaraq, Avropa ölkələrində yaşayan (Buna yaşamaq deyilirsə)və yaşadıqları ölkələrin xüsusi xidmət orqanalarının maşasına çevrilənlərə yalan və böhtan dolu danoslar ötürərək onların vasitəsi ilə mənzil alan media təmsilçilərini qaralamaqdadırlar. Bununla yanaşı ölkə prezidenti Cənab İlham Əliyevin Azərbaycan mətbuatına göstərmiş olduğu humanist dəyərlərə söykənən münasibətə də kölgə salmaqdadırlar. Bu gün 22 iyil Milli Mətbuat günü münasibəti ilə keçirilən mərasimdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə paylanılan mənzillərlə bağlı ittihamlara cavab verdi. Cənab Əli Həsənov çıxışında bu il mətbuat nümayəndələrinin peşə bayramlarını ikiqat bayram sevinci ilə yaşadıqlarını, cənab prezidentlə səmimi bir görüşün baş tutduğunu söyləməklə yanaşı onu da qeyd etdi ki, mətbuatın dostu, sizin qayğıkeşiniz cənab prezident media təmsilçiləri ilə görüşərək media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərin davamlı olacağını bildirib. "Mən əminəm ki, qarşılıqlı ünsiyyətin yaratdığı o xoş təəssürat sizlərin yaddaşına həkk olundu

Ölkə başçısının sizlərin qarşısında proqram xarakterli çıxışı isə bizim üçün bir tövsiyədir. İlham Əliyevin çıxışı ilə bağlı mediamızda təhlillər aparılır və bu davam edəcək. Həmin tövsiyyələr əminəm ki, sizlər tərəfindən də qəbul olundu. Bu günlərdə sizin dostunuz olan cənab prezidentin növbəti qayğısı ilə 255 jurnalist mənzil sahibi oldu. Əlbəttə 255 mənzil sizin ehtiyaclarınız üçün yetərli deyil”-deyən Əli Həsənovun çıxışında qeyd etdiyi kimi, doğrudan da mediada illərdir çalışan yüzlərlə həmkarlarımız var və onlar da mənzil-məişət problemlərinin həlli istiqamətində dövlətimizin belə möhtəşəm humanist addımından yaralanmalıdırlar. Bu humanist addımın həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yanında yaradılan komissiya həqiqətən də 255 media təmsilçisinin müəyyənləşdirilməsi istiqamətində gecə-gündüz çalışdı. Nəticədə də ölkənin media palitrasının bütün sahələrini əhatə edən sözün həqiqi mənasında bir siyahı hazırlandı. Əgər hansısa həmkarımız bu siyahıdan kənarda qalıbsa və onların gələcək inşa ediləcək binada mənzilə təmin olumaları ilə bağlı qərar verilibsə, deməli o şəxslər gözardı edilməyiblər və onlar da inşa ediləcək yeni binalarda mənzillə təmin olunacaqlar. Amma görünür bəziləri mətbuta gələndə məqsədli şəkildə gəliblər və əsas məqsədləri də dövlətin əli ilə ev, bağ, müxtəlif hədiyyələr alacaqların fikirləşirmişlər. Elə bu planları baş tutmadıqları üçün də şər və böhtana əl atdılar. Ən maraqlısı budur ki, 255 mənzillə təmin olunan həmkarlarımıza daş atanlar, onları qaralayanlar dönüb keçmişlərinə baxmırlar.

Bunların ən acınacaqlı halı ondan ibarətdir ki, uzun illərdir kirayələrdə yaşayan, eyni zamanda kiçik daxmalarda yaşamış həmkarlarının işıqlı mənzillərlə təmin olunmalarına sevinmək yerinə, əksinə özlərinin kin və nifrət dolu xislətlərini biruzə verərək qarğışlar tökməkdədirlər. Bu gün isə bu şəbəkə daha da azğınlaşaraq mən daxil olmaqla mənzillə təmin olunan həmkarlarımı Avropada gizlənən və alman xüsusi-xidmət orqanlarının casusu olan Həbib Müntəzir adlı bir biqələmuna başdan-ayağa yalan və həqarət dolu siyahı göndərirlər. Güya mənzillə təmin olunan bizlərin paytaxt Bakının müxtəlif yerlərində mənzillərimiz var, güya mən bir il əvvəl müxtəlif səbəblər üzündən ayrıldığım övladlarımın anası ilə məhz bu evə görə yalandan ayrılmışıq. Ay şərəfsizlər, siz onsuz da namusunuzu, qeyrətinizi sığınığınız ölkələrin xüsusi-xidmət orqanlarına peşkəş çəkmisiniz və sizin şər və böhtanlarınız heç bir zaman ayaq tutub yeriməyəcək. Mənim Bakının Bayıl qəsəbəsində 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzilim var və bu mənzil qəzalı vəziyyətdədir.

Məhz o mənzildə 3 övlad böyütmüşəm. Bu gün də o mənzil mənim adımadı və qəzalı olduğu ilə bağlı Səbail rayon İcra Hakimiyyətində Qarabağ Müharibəsi əlili olaraq mənzil növbəsindəyəm. Yəni Həbib Müntəzir sənə bu məlumatı göndərən şərəfsizdən tələb et ki, gedib Daşınmaz Əmlakın Dövlət Reistir Xidmətindən ala bilirsə, bir arayış alsın və öyrənsin.Digər bir tərəfdən mən ayrıldıqdan sonra ailə qurmuşam və xoşbəxt bir ailəm var. Eyni zamanda Həbib Müntəzir, sənə belə bir yalan və böhtan dolu məlumatı göndərən şərəfsiz və küçə qadını kimdirsə, hamınız anlayın ki, istənilən qədər şər və böhtanın yağdıra bilərsiniz. Amma bilin ki, sizin bu məkirli və şərəfsiz əməllərinizi müdafiə edənlər barmaqla sayılacaq qədər belə deyil. Amma ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə mənzil alan 255 media əməkdaşını təbrik edənlərin sayı minlərlədir. Ona görə də həmişəki kimi yalnız və yalnız sizlərə bu şəkildə qaraguruluq qalacaq.Biz isə xalqımıza və dövlətimizə sədaqətimizi bizlərə göstərilən ehtiram və sayğı qarşılığında öz işimizi daha da uğurla,əzmkarlıqla quracağıq. Yaşasın Azərbaycan dövləti, yaşasın Azərbaycan dövlətinə sədaqət nümaiş etdirən Milli Mətbuatımız.
.

Azər Həsrət


Jurnalistlərə mənzillər paylandı. Haqqı olanların xoş halalı. Dövlətimiz, Prezidentimiz sağ olsun.

Atam haqqında yazmaq keçdi könlümdən. Hacıqulu Kişi. Sözün bütün mənalarında Kişi!

Kasıb, amma halal adamdı rəhmətlik. Bizə bir tikə də haram yedirmədi. Gecə-gündüz çalışdı, canını fəda etdi, 6 oğul, 2 qızını elə böyütdü ki, dünyadan köçməsindən 30 il sonra belə biz yenə də başı uca, üzü ağ övladlar olaraq yaşayırıq, el içinə çıxırıq.

Atam yetimliklə böyümüşdü. Elə dünyaya gələndə – 20 may 1927-ci ildə tale ona ağır bir ömür cızmışdı. Südəmərkən anası haqq dünyasına qovuşmuş, başqa bir süd anası onu böyütmüşdü.

Atamın atası – Abdulla babam, deyilənlərə görə, çox qürurlu, el içində seçilən sağlam bir insanmış. Bir az da axundluğu varmış. Elmdən, kitabdan anlarmış. Hətta İstanbulda oxuduğunu deyirdilər. Mənim təxminlərimə görə, o, 1890-cı illərin sonunda dünyaya gəlmiş olmalıdır.

Abdulla babam o qədər qürurluymuş ki, Sovetlər qurulanda, kolxozlaşma başlayanda doğma Dədəli kəndimizdə dirəniş göstərənlərin önündə gedirmiş. Özü də sonadək. Bunu görən Sovetlər onun tövlə-tövlə mal-qarasını, torpaqlarını əlindən alıbmış. Kişini əməlli-başlı ac-yalavac buraxıblarmış ki, bəlkə sına, əyilə və Sovetlərə biət edə. Amma kişi sınmır. Dözür. Dözdükcə canı əldən gedir. Evdə aclıq başlayır. Ailənin durumu onu məcbur edir ki, bir çıxış yolu tapsın. Sovetlərin oturuşduğu, 37-nin qılıncının hər kəsi doğradığı bir dövrdə “lənət şeytana” deyib kolxoza qoşulmaq qərarına gəlir. Di gəl, qüruru imkan vermir ki, bunu Dədəlidə etsin. Qonşu Bostançıya üz tutur və kolxozçu olur ki, bir tikə çörəyini qazansın.

Babam kolxoza qoşulanda atamın hardasa 8-10 yaşı varmış. O, babamın 3-cü həyat yoldaşının sonuncu övladıymış. Üstündən az bir müddət keçir, Qubada 7 illik məktəbi əla qiymətlərlə bitirmiş 2 gənc əmim xəstələnib ard-arda dünyasını dəyişir. Özü də hər ikisi yaxşı oxuduğu üçün onları müəllim kimi işə qəbul ediblərmiş.

Babam bu iki oğlunun ölümünə çox üzülür. Bir yandan ayaqlar altına atılmış qüruru onu yaxıb-yandırır. Dözmək istəyir, amma dözə bilmir. Çünki damarında daşıdığı qan, əsil-nəcabət bağları bu Kişinin kimsənin qarşısında aciz görünməsinə imkan vermirmiş. Beləcə həm övladlarının dərdi, həm də içində olduğu maddi-mənəvi sıxıntılar kişini yerə vurur. Təxminlərimə görə hardasa 40-42 yaşlarında dünyasını dəyişir mənim kişi kimi Kişi babam.

Atam – 10-12 yaşlarında bir uşaq tam yetim qalır. Yalnız özündən böyük bir qardaşı – Əhməd əmimlə birlikdə. 1941-də müharibə başlayanda Əhməd əmim ayağının şikəst olmasına baxmayaraq əsgər getmək üçün müraciət edir. Aparmırlar. Təkrar müraciət edir. 3-cü müraciətdən sonra axır ki, bunu da cəbhəyə göndərirlər. Son xəbəri hardasa Mozdokdan gəlir. Ondan sonra öldü-qaldısı haqqında heç bir xəbər yoxdur.

Atamsa o yaşlarında cəmi 4 sinif bitirmiş olur. Müharibə zamanı eldə kişi çatışmadığı üçün bu 14 yaşlı yeniyetməni də kolxoza cəlb edirlər. Bir müddət sonra traktor sürməyi öyrədib ona ömürlük halal çörək qazanmaq üçün bu texnikanı həvalə edirlər.

Mən dünyaya gələndə – 1968-ci ildə də atam traktorçu idi. Özü də peşəkar traktorçu. Bu traktorçunun kənd kitabxanasından kitab alıb oxumağını heç unutmuram. Bilmirəm, indiki traktorçular kitab oxuyur, ya yox, amma mənim traktorçu Atam kitab oxuyurdu. Əlbəttə, bunun üçün vaxtı çox olmazdı. Yalnız imkan düşən kimi ən azından bir neçə səhifə oxumasa rahat olmurdu.

Dünyaya gözünü açar-açmaz anasını, yeniyetməykən atasını itirmiş atam həyatın bütün çətinliklərinə rəğmən ayaqda durmağı bacarmışdı. 1950-ci ildə ailə qurmuş, anam Nənəxanımı – təzə gəlini evdə qoyub əsgərliyə getmişdi. Təbii ki, evdə tək deyil. Qohum-əqrəbadan olan yaşlı böyüklərimizlə birlikdə.

Düz dörd il əsgərlik çəkmişdi atam. Özü də Orta Asiyada. Dörd il sonra geri dönüb ailəsinə, evinə sahib çıxmışdı. Ev deyəndə də, babamdan qalmış 2 qatlı, o dönəm üçün çox möhtəşəm bir evdi bu.

Atamın belə uzunmüddətli əsgərlik çəkməsi səbəbindən ilk övladı – böyük qardaşım 1955-ci ildə anadan olmuşdu.

Sonra da 1968-ci ildə mən anadan olanadək daha 7 uşağı dünyaya göz açmışdı ata-anamın. Onlardan biri – bacım 5 yaşında vəfat etmiş, qalanlarımız sağ-salamat, top kimi sağlam böyümüşdük.

Atam da rəhmətlik babam kimi çox qürurlu kişi idi. Mənim yadıma gələn dönəmlərdə sovxoz direktoru, hətta raykomdan belə çəkinməzdi. Halbuki bəzən bəzi adamlar bu vəzifəli şəxsləri görəndə əzilib-büzülür, az qala ikiqat olurdu. Amma mənim traktorçu atam üçün vəzifəli şəxslə vəzifəsiz şəxsin heç fərqi yox idi. Ona görə də çox zaman hökumət adamları onu sevməzdi…

Atam bir Kişi xarakteri idi. Elə bir xarakter ki, qanında, canında az-çox əsalət olan, vicdan və ədalət hissinin nə olduğunu anlayan hər kəs ona bənzəmək istərdi. Əyilməzdi kimsənin qarşısında. Yaltaqlıq ona ziddi. Sözü bütövdü. Canından belə keçib verdiyi sözə əməl edəcək qədər ürəkliydi mənim atam.

Kimsənin toyuğuna kiş deməzdi, kimsənin haqqında gözü olmazdı. Kənd yerində bir çoxlarının xəbəri olmayan oturuşu-duruşu vardı. Yanlışı olduqda üzr istəməsini də bilirdi. Arabirdən yaxşı içki də içərdi.

Haşiyə: Bir dəfə gecənin gec saatlarında yaxşı bir məclisdən evə gəlirmiş atam. Gecə yarıdan keçmiş, evlərdə ard-arda işıqlar sönür, insanlar uyğuya çəkilən saatlardı. Bizim evə təxminən beş yüz metr məsafədə anamın əmisi qızının evi var. Oradan keçəndə görür ki, kimsə çıxıb eyvandakı işığı söndürdü. İçkili olduğu üçün özünü idarə edə bilmir, elə sanır ki, işığı buna görə söndürdülər. Bir-iki söyüş söyür, oradan uzaqlaşır. Səhər ayılanda yadına düşür ki, Yaqub kişinin evinin yanında söyüş söyüb. Alaqaranlıq olmasına baxmayaraq tez ora yollanır. Çağırır. Yaqub kişi çıxır:
– Nə var, ay Hacıqulu?
– Sən allah, bağışla, axşam söyüş söymüşəm burda.
– Nə söyüşü? Biz heç nə eşitməmişik.
– Mən burdan keçirdim, kimsə işığı söndürdü. İçkiliydim. Elə bildim mənə görə söndürdü. Ona görə söydüm. Sən allah, bağışla.
– Vallah, bizim heç xəbərimiz yoxdur. Yəqin arvad söndürüb. Biz axı yatanda çöl işıqlarını söndürürük. O da eşitməyib səni, arxayın ol.
– Ola bilər eşitməsin, amma yenə də bağışla.
– A kişi, ayıb deyil? Bizim aramızda belə söhbətə nə gərək var? Qohum adamlarıq, indi içmisən, özündə olmamısan, bir-iki kəlmə çıxıb ağzından. Buna görə üzrxahlığa nə gərək var?
– Nə bilim? Rahat olmaq istəyirəm. Söyüş mənlik deyil axı. Özün bilirsən. Səhərdən yadıma düşüb, xəcalət çəkirəm.
– Bilirəm, ay Hacıqulu, sən elə adam deyilsən. Bağışla deyirsən, bağışladım. Get, arxayın ol.
Bu söhbətdən sonra atam evə gəlib içkiyə tövbə etmişdi. Mən onda uşaq idim. Mənim üçün də bir dərs olmuşdu bu. Atam heç nə deməsə də qət etmişdim ki, heç vaxt içki içən deyiləm. Yaşım 50-yə dirənib, arağın dadını bilmirəm. Elə ona görə yalnız.

Biz böyüdükcə atamın hansı əziyyətlərlə bizi böyütdüyünün fərqinə varırdıq. O kasıb dönəmlərdə 8 uşaq böyütmək heç də asan deyildi. Amma baxırdıq ki, Tanrı ruzimizi bir yerdən yetirir. Varlı deyildik, ac da qalmırdıq. Mal-qaramız, toyuq-cücəmiz, həyət-bacamız bizə bəs edirdi. Yalnız bir şey çatışmırdı: atamızı çox görə bilmirdik. Gecə biz yatandan sonra gəlib biz yuxudan durana kimi evdən çıxırdı. Qarışqa kimi zəhmətkeşdi mənim atam. Bizi kimsəyə möhtac etməmək üçün özünü həlak edirdi. Sözün bütün mənalarında.

Haşiyə: Biz atamızı az gördüyümüz üçün indi mən mümkün olduqca boş vaxtlarımı evdə – uşaqlarla keçirirəm ki, atalarını göz dolusu görsünlər…

Dedik axı, kimsənin qarşısında əyilməzdi, geri addım atmazdı.

Xaçmazda bir vaxtlar Nəsibov soyadlı bir raykom katibi vardı. Yaman kişi idi. Adam gününü tarlalarda keçirirdi. Ayağında uzunboğaz rezin çəkməylə şəxsən təsərrüfatları gəzib-dolaşır, tapşırıqlarını verir, insanları dinləyirdi. Ötkəm kişi idi. Bir az da zəhmi vardı deyilənlərə görə.

Bir dəfə bu Nəsibov atamın işlədiyi tarlaya gəlir. Fəhlələr, briqadirlər bunun başına yığışır. Nəsibov hər kəslə ötkəm danışır. Kimini danlayır, kiminə göstərişlər verir. Növbə atama çatır. Üzünü ona tutub yüksək səslə tapşırıqlar verir. Bir az da tənqid edir. Atam sakitcə bunu dinləyir, sonda da soruşur ki, “yoldaş Nəsibov, sözünüzü qurtardınızmı?” Katib təəccüblə atama baxır: “Nə deyirsən, a kişi?!” Atam aşağı əyilib bir kəsək parçası götürür, sakitcə Nəsibova uzadır: “Al, vur başıma”. Raykom katibinə belə sözmü demək olar? Sovxoz direktoru bir kənarda qımışır, fəhlələr nəfəsini udub gözləyir. Nəsibov da təmkinini pozmur, yenə də ötkəm səslə qayıdır ki, “Nə demək istəyirsən?”. Cavab onu daha da özündən çıxarır: “Necə yəni nə demək istəyirəm? Niyə qışqırırsan üstümüzə? Sözün var, sakitcə de də. Burda qanmazlarmı var?” Nəsibov heç vaxt rastlaşmadığı bu cəsarətin qarşısında söz tapa bilmir və üzünü çevirib tarladan çıxır.

Bu adam mənim Atam idi. Qürurlu, məğrur, mərd Kişi!

Bir dəfə isə adi hala çevrilmiş hadisə baş vermişdi. Tam da xatırlamıram, amma hardasa 4-5-ci siniflərdə oxuduğum dönəm idi. Evin kiçiyi idim. Məndən sonra oxuyacaq uşaq qalmamışdı. Məktəbə dövlət yardımı gətirmişdilər. Uşaqlar üçün məktəbli forması dəstləri idi. Bu paltarları paylamaq üçün komissiya qurulmuşdu. Ziyalılar, fəhlələr, imkanlılar, imkansızlardan ibarət kiçik bir komissiya ki, paltarları haqqı və ehtiyacı olanlar arasında ədalətli şəkildə bölüşdürsün. Atamı da o komissiyaya üzv etmişdilər. Fəhlə sinfinin nümayəndəsi kimi.

Atam evdə danışardı ki, komissiyanın elə ilk iclasında üzvlər əvvəlcə öz uşaqları üçün paltar seçir. Özü də elə adamlar ki, hətta o dövrdə belə bunların donuzu əskikdi. Yalnız atam paltara əl uzatmır. Buna deyirlər ki, a kişi, sən nəyi gözləyirsən? Qayıdır ki, “ayıbdır axı, biz komissiya üzvləriyik, bu paltarları başqaları arasında bölmək lazımdır”. Zorla bunun üstünə düşürlər ki, “olmaz, sənin də uşağın məktəbdə oxuyur, bir dəst götürməlisən”. Ha illah eləyir, əl çəkmirlər. Axırda bir dəst paltarı qoltuğuna vurub evə gətirmişdi. Mənim üçün. Amma geyinməli olmadım. Çünki atam iki gün sonra o paltarı qoltuğuna vurub kiminsə uşağına apardı. Heç biz də bilmədik ki, kimə verdi.

Atamla anam sadə kənd insanları idi. Lakin bu kəndli dediyimiz insanlar bizi yüksək dəyərlərlə böyütməyi bacarmışdılar. Onlar bizə dövlət sevgisi aşılamışdı, millət sevgisi öyrətmişdi. Evimizdə rus dilində kəlmə belə kəsmək olmazdı. Böyük ayıb sayılırdı bu. Dövlətə üsyan etmək, Vətənə arxa çevirmək bizə yaddı. Hansısa məmura söz demək olardı, amma heç vaxt dövlətdən küsmək, incimək olmazdı.

Bu iki müqəddəs insan bizə dövlət əxlaqını öyrədə bilmişdi. Özü də fərqinə varmadan. Heç vaxt məktəbə gəlib müəllimlərdən bizə yaxşı qiymət yazmağı xahiş etməzdilər. Əksinə, müəllimlərimizi görəndə deyərdilər ki, uşağın üstündə gözün olsun, cızığından çıxsa xəbər ver, yoluna qoyaq.

Biz bu ailədə dövlət tərbiyəsilə böyümüşdük. Bizi qürurlu, məğrur olmağa öyrətmişdi atamızla anamız. Bizə öyrətmişdilər ki, evinin içində acından qan qussan belə dışarıda kimsənin xəbəri olmamalıdır. Çölə çıxanda insanlar baxıb düşünsün ki, çox xoşbəxtsən, heç dərdin yoxdur.

Ona görə də biz qürurlu böyüdük. Ona görə də mən ən çətin anlarımda belə bunu heç kimə duyurmadım. Hətta bu son illərdə iki dəfə ağır əməliyyat keçirdim, səhhətimlə, canımla əlləşdim, bunu belə gizli tutmağa çalışdım. Yalnız o zaman dostların xəbəri oldu ki, hər şey arxada qaldı.

Mən istər şəxsim, ailəm, istərsə də dövlətim üçün ayaqda durmağı bacardım, bacarmağa da davam edəcəm.

Mən heç vaxt dövlətimdən küsmədim, küsmərəm də. Dəfələrlə əlimdə imkan olub ki, Azərbaycandan çıxıb hansısa bir ölkədə özümə təlatümsüz həyat qurum, lakin bunu ağlımdan belə keçirməmişəm.

Bəzən haqqım tapdanıb, layiq olmayan adamları məndən yuxarı keçiriblər, mükafatlandırıblar, amma yenə də dövlətimdən küsməmişəm. Özümü layiq olmadığım mərtəbədə heç vaxt gözə dürtməmişəm.

Ağır oturub batman gəlmişəm. Ailəmlə, evimlə, qohum-əqrəbamla bağlı heç bir problemimi dilə gətirməmişəm. Bu günə qədər əlimdə yetərincə yüksək imkanların olmasına baxmayaraq heç bir dövlət məmuruna şəxsi məsələlərimlə bağlı ağız açmamışam, açmaram da.

Əfəl adam deyiləm, olmamışam da. Lazım olanda 24 saat göz yummadan işləyəcək birisiyəm və məni yaxından tanıyanlar bunun şahidi olublar zatən. Azərbaycanın ən məsul anlarında heç kimdən komanda gözləmədən informasiya cəbhəsində savaşa keçirəm, buna görə kimdənsə ənam gözləmirəm.

Prezident İlham Əliyevi dəstəkləyirəm, ona güvənirəm, sonunadək də arxasındayam. Aşağı rütbəli istənilən məmur haqqımı da gözardı edə bilər, məni hansısa yaramazın ayağına da verə bilər, amma yenə də mən doğru bildiyim yolda yürüməyə davam edəcəyəm.

Mənzil məsələsinə gəlincə. Bəzi dostlarım hətta təəccüblə soruşur ki, niyə mənə mənzil verilmədi? Tək cavab verirəm: müraciət etmədim, ona görə.

Elə isə, ehtiyacımmı yox idi? Yaxud orda mənzil alanlardan azmı haqqım çatır? Sualın birinci hissəsinə cavab vermirəm. Çünki yuxarıda haqqında bəhs etdiyim atam-anam bizə evin içini aləmə faş etməməyi öyrədib, tövsiyə edib. Bizdə evin içilə bağlı söhbətləri dışarı çıxarmaq ayıbdır, utancvericidir.

Haqqımın çatmasına gəlincə, görünür, çatmırmış. Çatsaydı, yəqin ki, təklif edərdilər. Belə anlaşılır ki, bu dövlət qarşısında bizdən daha artıq xidmətləri olan ən azı 400 jurnalist varmış ki, onlara mənzil hədiyyə edilib. Olsun. Şəxsən mən buna çox sevinirəm. Təki Azərbaycanın haqq davasında məndən öndə getməyə qat-qat ürəkli olan, buna layiq sayılan 400 jurnalist olsun. Təki mən o jurnalistlərin kölgəsində ən zəif birisi kimi gözə dəyim. Təki bu 400 jurnalist o qədər əzmlə Azərbaycan davasına xidmət etsin ki, mənim kimi adamlara heç ehtiyac olmasın. Zatən mən son zamanlar kəndə köçüb sakit həyat qurmaq xəyalıyla yanıb-yaxılıram. Bakının hisli-paslı, sıxıcı-darısqal həyatı mənim üçün heç uyğun deyil. Hələ səhhətimlə bağlı dilə gətirməyi ayıb saydığım məsələlərin işığında. Ona görə də artıq çox arxayınam ki, sözümüzü hətta beynəlxalq səviyyədə deyəcək, məndən daha güclü 400 jurnalistimiz var.

Yeni mənzil alan bütün dostlarımızı təbrik edirəm. Çox sevinirəm onların yerinə, çox. Çünki şəxsən tanıdığım, kirayələrdə, yataqxanalarda sürünərək acı həyat yaşayan xeyli sayda həmkarımın məhz öz dövlətimizin, məhz öz Prezidentimizin lütfü sayəsində bir anda işıqlı mənzillərlə təmin edilməsinə sevinməmək olmaz.

Tənqidlər var, qüsurlar var. Onlara bənd olmuram. İş olan yerdə tənqid də olacaq, qüsur da olacaq. Əsas olan niyyətin saflığıdır ki, cənab Prezidentin bu iradəsinə əsla şübhə yeri yoxdur.

Sözardı: Abdulla babamın qəbrinin yerini tapa bilmirik. Çünki rəhmətə gedəndə atam uşaq olduğu üçün baxan olmayıb, qəbir itib. Atamsa öz doğum gününü və ilini bilmirdi. Sənəd yox idi. Ona görə təxminlə ona 1928-ci ildə doğulmasını bildirən pasport vermişdilər. Lakin 60 yaşında – 1987-ci ildə, mən əsgərlikdə olarkən rəhmətə getdikdən sonra evdə qalan bütün kağız-kuğuzu qoruyub saxlayan anam onları mənə təhvil verəndə atamın doğum haqqında şəhadətnaməsi də çıxdı qarşıma. Ərəb əlifbasıyla yazılıb. Açıq-aydın özü də. 20 may 1927-ci ildə doğulub. Atasının adı Abdulla Xələfoğlu, milliyyəti Türk. Doğum yeri də elə öz kəndimiz – Dədəli göstərilib. Anlaşılan, bu il atamın 90 yaşı tamam oldu. Qeyd edəcəkdik. Amma həmin aylarda ortaya çıxan vazkeçilməz xarici səfərlər və bu üzdən yaranan maliyyə sıxıntısı üzündən qeyd edə bilmədik…

.

Şəfayət Əliyev

Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi

Burası 44 saylı məktəbin yanında fəaliyyət göstərən  Tibbi Pedoqoji Psixoloji Komissiyadı.Yəni burası hər nədirsə orta məktəbə yenicə qədəm qoymaq istəyən, lakin sağlamlıqları baxımından bu “görəvə” layiq olmayan balalarımızın taleyini həll edən “KOMİSSİYA”dır. Əslində tarixi baxımından çox bənzər əhvalatları yada salır- bu komissiyanın mənzərəsi. Hər kəs ki, bura təşrif buyursa qapıdan ta içəri girmək imkanlarına malik olsa belə, bura ya Sovetlər İttifaqının dağılma ərəfəsindəki çörək növbəsində özlərini dəlik –deşik edən Azərbaycan mənzərəsini xatırladır, ya da  hərbi xidmətə yola salınan məşur “BİLƏCƏRİ”..ni. Nədir bu abu-hava? Görünən odur ki, HƏR 2-Cİ VƏ 5-Cİ GÜNLƏR BURADA Tibbi Psixoloji Komissiya çalışır və Sağlamlıq imkanları məhdud uşaqlar üçün  rəy verir.Hər səhər ora axışan minlərlə valideyn, nənə, baba, əmi, dayının qışqırıq və ah-vay səsləri, bu isti  yay günlərində havasız bir koridor boyunca söyüşün “qəhqəhə”si- Bakının bu yerində yeni sabahı qarşılayır.Nədir bu mənzərə? Kohnə “Qorotdel”dənmi miras qaldı, yoxsa bu binanın ruhlarımı hopdu səhərlərin açılışına!

 

Burası Bakı Şəhəri   Səhiyyə İdarəsinin Tibbi Pedoqoji Psixoloji Komissiyasıdır. Hər səhər 3və 5ci günlər saat 4-dən bura insanlar axışır. Hərənin əlində növbə siyahısı. Bu siyahının uzunluğu ta gələn ilə qədər uzana bilir. Ordan qışqırıq səsləri gəlir-mənim növbəm neçədi?-burdan yuxusuz qalmağa məhkum edilmiş uşaqların ağlaşması! Buradan keçən nabələd insanın heyrət dolu baxışları! Nədir bu? Valideynlərin əllərindən yapışmış bu uşaqların hara düşdükləri, nədən bu dəlixanaya gəldikləri heyrəti içindədirlər. Onların sual dolu baxışlarını süzdükcə insanın ürəyinin başı sızıldar. Sağlamlıq imkanları məhdud uşaqların ilk gördüyü bü mənzərə əsl psixoloji travma yaşatmırmı?

Bax budur Tibbi komissiyanın 2-ci və 5-ci günlərinin mənzərəsi.44 saylı orta məktəbin həyətində həftənin  həmin günlərində burada nə xarici maşınlar dayanır, nə də varlı adamlar. Bura gələnlər xəstəliyə düçar olmuş kasıb valideynlərin balalarını hardasa təhsilə cəlb etmək çırpınışlarıdır.Bu səslər, bu qışqırıqlar gələcəyinə o qədər də arxayın olmayan valideynlərin son çırpınışlarıdır.

Əslində bu yazının mahiyyətini başqa səmtə də yönəltmək olar.Məsələn ölkəmizin inkişaf strategiyası nədən bu sahəyə heç gəlib çıxmayıb? İndi ölkəmizdə növbəlik prinsiplərinin yeni qaydaları mövcud olduğu halda, nədən bu mənzərə ilə qarşı-qarşıyayıq? Hər bir nazirlik və idarə, komitələrin qəbul günləri, yaxud onlayn növbəlik prinsipləri və ələlxüsus da ölkəmizdə xidmət sahələrinin inkişaf modelinin yeni meyarları olduğu halda nədir bu mənzərə? Bildiyimiz kimi ASAN xidmət yaradıldıqdan sonra bir çox problemlər artıq arxada qalıb. Hətta bu xidmət evlərə getmək və insanların bu cür problemlərinin aradan qaldırılması istiqamətində əvəzsiz xidmətlər göstərir.Nədən bu cür xəstə uşaqların hər səhər yuxusuz qalmasına “şərait”yaradırıq?, Sağlamlıq imkanları məhdud uşaqlar üçün  xüsusi internat məktəbləri fəaliyyət göstəri Bildiyimiz kimi Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn  bir çox müasirr və bu proses  Mehriban Əliyevanın hər zaman diqqəti və  qayğısı altındadır.Bu baxımdam uşaq sanatoriyalarının fəlaliyyəti , müasir avadanlıqlarla təchiz olunmasını da qeyd etmək vacibdir.

Və nəhayət bu istiqamətdə dövlətimizin gördüyü işlərin fövqündə bu cür mənzərəni “yaradan”lar nədən düşünmürlər ki, köhnə Biləcəri, köhnə avtobus növbələri ötən əsrdə qaldı.

Asiya.info 

Xəbər lenti