.
Qarabağda 35 minə yaxın “lapşin” var

Hələ gəlib- gedənləri demirik...

Bu günlər Ermənistanın gündəmini iki məsələ məşğul etməkdədir. Biri apreldə keçiriləcək parlament seçkiləridir, digəri isə  bloqqer Lapşinin Belarusda tutularaq Azərbaycana təhvil verilməsidir.

İkinci məsələ bu ölkə üçün birincidən az əhəmiyyət kəsb etmir. Çünki Lapşin  Azərbaycan Cinayət Məsəlləsinin bir neçə maddəsi ilə mühakimə olunur və onun Azərbaycanın Qarabağ bölgəsinə icazəsiz girməsi faktı cinayət sayılacaqsa, demək bu, yalnız Lapşinə aid olmayacaq. İşğaldan bu yana Qarabağ su yoluna döndərilib. Hər gün sərhədlərimizi qanunsuz şəkildə pozanlar vardır. Bu sıraya Ermənistanın rəhbərləri də daxildir. Ermənilər qorxuya düşüblər: “Belə çıxır ki Ermənistandan da Qarabağa gedən hər kəs mühakimə oluna bilər?” Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan son açıqlamasında bloqqer Aleksandr Lapşinin Belarus tərəfindən Azərbaycana təhvil verilməsindən danışarkən deyib.  Bu sualın bir cavabı var: Bəli! Dağlıq Qarabağ Azərbaycan ərazisidir. BMT və digər beynəlxalq qurumlar tərəfindən tanınan  Azərbaycan
ərazisidir. Oraya  əlini-qolunu sallayaraq girmək olmaz.

Azərbaycandan icazə alınmalıdır. İndiyəcən də buraya gəlib-gedənlərlə bağlı Azərbaycanın etirazları olmuşdu. Amma Lapşin məsələsi ciddi bir dərsdir. Həm ermənilərə, həm də onun havadarlarına!  Lapşin tutularkən və Azərbaycana təhvil verilərkən havadarlardan biri olan Rusiyanın mövqeyi nə oldu? Əlbəttə çalışdı ki, öz vətəndaşı olan bu yəhudini xilas etsin. Buna İsrail də çalışdı. Bunu ondan bilirik ki, Ermənistanın Belarusdakı səfiri   Armen Xaçatryan “Azatutuyun” (“Azadlıq”) radiosu ilə telefon söhbətində  o deyib ki, belə məsələlər onun səviyyəsində həll olunan məsələlər deyil, bu mənada onu suçlayanları haqlı  saymır. O, əlavə olaraq bildirir ki,  bu mərhələdə səfirlik Belarus Xarici İşlər Nazirliyi qarşısında məsələ qaldırmaqdan və Ermənistana məlumatlar verməkdən başqa  heç nə edə bilməzdi, çünki qarşı tərəf üstümüzə dəlillərlə gəlmişdi. Dəlil isə Azərbaycan qanunlarıdır. Demək, biz qərarlı olarkən nəyəsə nail oluruq.  Qarşı tərəfin bloqqer Aleksandr Lapşinin  Azərbaycana təhvil verilməsinin qarşısının alınmasında  aciz mövqe nümayiş etdirməsini etiraf etməsi bizim üçün xoş görünə bilər , amma  bilmək lazımdır ki, bu düşmənin yeni siyasi və təxribat fəaliyyətilərini genişləndirməyə sövq edib. Ermənistan mətbuatını izlərkən bunların şahidi oluruq.

 

“Lapşinin Ermənistan tərəfindən  xilas edilməsi  imkanı yoxdur. Çünki o, Ermənistan vətəndaşı deyil. Ermənistan bunu əsas gətirib Azərbaycanı  gözdən salmaq kampaniyalarına start verməlidir”. Bu fikir isə Ermənistan parlamentində səsləndirilir.  Demək, bizə qarşı nəsə başqa bir şey düşünürlər. Bizsə zənnimcə, Lapşin olayından sonra Dağlıq Qarabağ və çevrəsindəki rayonlarımıza qanunsuz əhali yerləşdirilməsi məsələsini qabartmalıyıq.

 

Mən dəfələrlə mətbuatda səsləndirmişəm, ermənilərin işğal ərazilərində qanunsuz yaşayış məskənləri salmalarından yazmışam. Belə qanunsuz məskunlaşdırma prosesi ötən əsrin 90-cı illərinin ortalarında xüsusilə geniş vüsət alıb. Ermənistan hökuməti vaxtilə Bakıdan və Azərbaycanın digər yerlərindən köçüb gedən ermənilərin bir hissəsini işğal altındakı ərazilərə köçürüb, habelə Yaxın Şərq ölkələrindən və digər xarici ölkələrindən ermənilərin bu ərazilərə köçürülməsinə dair xüsusi proqram həyata keçirilib. 2012-ci ilə qədər Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə 25-27 min erməni köçürülüb.  Bu köçürülmə siyasəti Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfindən dəstəklənib və maliyyələşdirilib. Nəzərə alsaq ki, sonrakı illərdə Suriyadan və digər yerlərdən məcburi köçkün olanlar da buraya yerləşdirilib, bu say 5-10 min arasında artıb. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın müşaviri Levon Zurabyanın bildirdiyinə görə, 1998-ci ilə qədər təkcə Laçın rayonu ərazisində məskunlaşdırılan ermənilərin sayı 15 mindən çox olub. Ermənistan hökuməti Dağlıq Qarabağda və işğal altında olan digər Azərbaycan ərazilərində məskunlaşan erməni ailələrinə birdəfəlik maddi yardım göstərib, onları mal-qara ilə təmin edib. Ermənistan büdcəsindən işğal altındakı ərazilərdə aparılan məskunlaşmanı dəstəkləmək üçün hər il xüsusi maliyyə ayrılıb.  Xankəndindəki ermənilərin  adına “ Dağlıq Qarabağ Respublikası” dedikləri separatçı qurum işğal olunmuş hər bir Azərbaycan rayonunda erməni əhalinin məskunlaşması  ilə bağlı xüsusi plan tutub və bununla bağlı  qərar, sərəncam verib. Ermənilərin bu ərazilərdə qanunsuz məskunlaşma planları həyata keçirməkdədirlər. Ayrı-ayrı vaxtlarda ermənilər bu ərazilərdə qanunsuz məskunlaşma ilə əlaqədar qərarlar vermişlər. Nümunə kimi “Artsaxın azad olunmuş  ərazilərinə əhali yerləşdirmə ilə bağlı “Artsax Respublikası hökumətinin” qərarı və yaxud  “DQR ərazisində yenidən yerləşmiş  ailələrə ayrılmış güzəştlər haqqında” “DQR” “hökumətinin” 2003-cü il 15 aprel tarixli qərarlarınıgöstərmək olar.  Bundan əvvəl də belə qanunsuz qərarlar qəbul edilib.

 

ATƏT-in yaratdığı Faktaraşdırıcı Missiyasının hesabatında bu qanunsuz məskunlaşma  yer alıb. Baxın, qanunsuzluq beynəlxalq səviyyədə qeyd olunur, amma bu qanunsuzluğun qarşısının alınması “mümkün olmur”. Missiyanın həmin hesabatında Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə Azərbaycanın neçə vaxtdır ifadə etdiyi narahatlıqlarını təsdiqləyib. Missiya işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayını vizual qiymətləndirmə yoluyla müəyyən edib və ortaya çıxan rəqəmlər Azərbaycanın daha əvvəl açıqladığı rəqəmlərə xeyli yaxın olub. ATƏT-in Faktaraşdırıcı Missiyası həmin hesabatında təkcə Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə, bu rəqəm 13 mindən artıqdır. Missiyanın araşdırmasının hansı səviyyədə aparılması müəyyən şübhələr doğurur. Bu iş, əslində, qurumun Qarabağda (Şuşada)  iqamət edən  Anjey Kasprşikə tapşırılıbsa, bu işin tərəfsizliyinə və rəqəmlərin səhihliyinə inanmaq olmaz.  Misissiyanın hesabatında  işğal rayonlarının hamısı nəzərə alınmayıb. O cümlədən, Ağdam. Məgər bu missiyanın üzvləri görmürlər ki, ermənilər burada ekspedisiya yaradıb “Tiqranakert” adlı  “qədim erməni məskəni” “aşkar edirlər”. Nədən Ermənilərin Kovşaqan adlandırdıqları  Zəngilanda xeyli erməni məskunlaşdırılır? Cəbrayılın, Füzulinin kəndlərini inzibati dəyişikliklə Dağlıq Qarabağın ərazisinə birləşdirirlər. Hətta Zəngilanda   ermənilərdən oluşan  şəhər salmaq barədə erməni mətbuatında yazılar da gedir... Digər yerlərdə də yaşayış məəskənləri salınır. Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan bu fəaliyyətlərə görə  Ermənistan və bu işi gerçəkləşdirən erməni diasporası  beynəlxalq təşkilatlar tərəfindən mühakimə olunmalı və Ermənistana sanksiyalar tətbiq olunmalıdır.  Biz nə etməliyik? Özfəaliyyətdən işə keçməliyik. Dövlətdən milyonlarla pul alıb guya “dəyən zərəri hesablayanlar” ortaya ciddi fakt  qoymalıdırlar. Hanı onların fəaliyyəti?! Qarabağ rayonlarında məskunlaşanların siyahısı tərtib olunaraq Azərbaycan qanunlarına görə onlar məsuliyyətə cəlb edilməlidirlər. Ən azından, Azərbaycan sərhədlərini pozduqlarına görə. İndi Qarabağın işğal olunmuş rayonlarında təxmini hesablamalara görə, 35 minə qədər “lapşin” var.  Onların hamısı cinayət işləmişlər. Bu sıraya Ermənistan rəhbərliyini də aid etmək olar. Onlar da Lapşin kimi məhkəmə qarşısında durmalıdırlar.

.

Telman Qasımov

Son günlərin, necə deyərlər, ən “dəbdə” olan xəbərlərin sırasında blogger Aleksandr Lapşinlə bağlı yazılar ilk yerlərdən birini tutur. Həm də təkcə bizim ölkə mediasında deyil, Rusiya, ABŞ, Ukrayna, Belarus, İsrail KİV-lərdə. Amma bunların demək olar heç birində Lapşinin məsələsi Ermənistandakı qədər səs-küy qaldırmayıb. Maraqlıdır, niyə? Bu barədə bir qədər sonra danışarıq. Hələliksə, “Aleksandr Lapşin kimdir, onun hansı hərəkəti bu qədər geniş əks-səda doğurmuşdur?” sualına cavab verməyə çalışaq.

1976-cı ildə Rusiyanın Sverdlovsk (indi Yekaterinburq) şəhərində anadan olmuş, Rusiya, Ukrayna və İsrail vətəndaşlığı olan, yarırus-yarıyəhudi milliyyətli bu şəxs ilk baxışdan sadə bir adam, yüz minlərlə bloggerlərdən biridir. Əslində isə bu, onun barəsində ən bəsit və aldadıcı təəssüratdır. Həmin təəssüratların altındasa dünyanın bəlkə yarısını gəzib dolaşmış bu adamın fəaliyyətinin bünövrəsində kimlərinsə tapşırıqlarının icrası məqsədi ilə casusluq, təxribatçılıq, pravokatorluq fəaliyyəti dururmuş. Təbii ki, boş yerə deyil, iri maddi qarşılıq müqabilində həmin bu Lapşin ayrı-ayrı qüvvələrin əlində alətə çevrilmişdir.

Bu siyasi alətin elə erməni işğalı altında olan ərazilərə dəfələrlə həyata keçirdiyi qeyri-qanuni səfərləri də məhz həmin mənbədən qaynaqlanmışdır. Təsəvvür edin ki, 2011-ci ildən başlayan qanunsuz səfərlərə görə adı Azərbaycanda arzuolunmaz şəxslərin siyahısına düşdüyünü bilə-bilə, “inadcıl” Lapşin 2016-cı ilin iyun ayında da artıq 27-28 ildir Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağa və ətraf bölgələrə səfər etmişdir, özü də bu dəfə başqa cür “biclik” edərək adı fərqli şəkildə “Oleksandr” kimi qeyd edilmiş Ukrayna pasportuyla. Bu səbəbdən keçid sistemi onu “tanımamışdı”. Və o vaxt kimlərinsə “aləti” Aleksandr Lapşin öyünmüşdü: “Çempionlar liqasında oyun: Azərbaycan Respublikası Saşa Lapşinə qarşı, hesab 1:0 bloggerin xeyrinə”. Yəni, qərəzkarcasına bütün qanunları inkar və separatçıları təbliğ edərək blogger açıq şəkildə özünü Azərbaycana qarşı qoyduğunu nümayiş etdirmişdi. Bu ifrat antiazərbaycançı yazıb ki, “mən təkcə ölkənin imicini yox, həm də öz həlak olanlarının xatirəsini ləkələyən qabiliyyətsizlərin əlində olan Azərbaycan adlı ölkəyə görə getdikcə daha çox ümidsizliyə qapılıram”. Hələ bu, hamısı deyil. Dağlıq Qarabağa hər icazəsiz səfəri zamanı blogger xüsusi canfəşanlıqla, yorulmadan separatçı rejimin təbliğatı ilə məşğul olub və utanıb-çəkinmədən Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.

A.Lapşinin hərəkətində ağır cinayətlərin tərkibinin mövcudluğunu görmək üçün hüquqşünas olmaq lazım gəlmir. Məhz bu əsaslara görə Azərbaycan Respublikasının Baş Prokurorluğu A.Lapşin haqqında AR Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb, o, beynəlxalq axtarışa verilib və blogger Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib, lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Həmin qərardan Ali Məhkəməyə verilmiş şikayət isə bu instansiya tərəfindən təmin etməyib.

Belarus prezidenti Aleksandr Lukaşenkonun da məsələyə obyektiv yanaşması Azərbaycan qanunlarını bilərəkdən və qəsdən kobudcasına pozmuş blogger A.Lapşinin Azərbaycana ekstradisiya olunmasını təmin etmişdir. Yeri gəlmişkən, sağdan-soldan olan təzyiqlərə baxmayaraq, prezidentin mövqeyi ədalətli və qəti oldu: “Azərbaycanın tələbi haqlıdır və biz onu yerinə yetirməyə bilmərik”.

Təbiidir ki, bloggerin vətəndaşı olduğu hər üç ölkə məsələylə bağlı mövqelərini dövlət rəsmləri səviyyəsində bildirmişlər. Rusiyanın xüsusi, özünəməxsus rəyi barədə aşağıda danışacağıq. Hələliksə, məsələylə bağlı başqa, Lapşinə heç bir dəxli olmayan ölkə – Ermənistanda baş verənlərə toxunmaq lazım gəlir.

Məsələ burasındadır ki, doğrudan da, Lapşindən ötrü ən çox əldən-ayaqdan gedən bloggerə bilavasitə dəxli olmayan məhz bu ölkənin rəhbərlərindən tutmuş, deputatlarına, siyasətbazlarına, kütləvi informasiya vasitələrinə qədər hamı “düşmən tərəfin” əsir götürdüyü ən “hörmətli-izzətli” ermənisi üçün eləmədikləri canfəşanlığı nümayiş etdirlilər. Biz “bilavasitə dəxli olmayan” ifadəsindən təsadüfən istifadə etmədik. Çünki Lapşin ermənilərə milli və vətəndaşlıq əlaqələri ilə həqiqətən yaddır, amma bloggerin Qarabağa və onun ətrafındakı işğal altında olan ərazilərə səfərləri məhz elə Ermənistanın maraqlarına xidmət edirdi.

Bu ölkənin “sözçüləri” məsələnin ATƏT və Avropa Şurası, KTMT və AİB qarşısında qaldırmaq lüzumundan danışır, hətta Belarusun sonuncu iki təşkilatdan çıxarılması, Ermənistanın bu ölkədəki səfirinin geri çağrılması və iki ölkə arasındakı diplomatik əlaqələrə son qoyulması kimi absurd fikirlər ortaya atılırdı. Ermənilər Belarusun Ermənistandakı, Kanberridəki səfirlikləri qarşısında etiraz aksiyaları keçirdilər. Avstraliyadakı aksiya iştirakçıları aksiyalarını “Təzyiq yox, söz azadlığı”, “Lukaşenko, Azərbaycan üçün çirkli iş görmə”, “Demokratiya diktaturadan öndədir” kimi şüarlarla keçirirdilər. Halbuki, Lapşindən ötəri yaxalarını cıran həmin bu “demokratiya tərəfdarlarının” bir dəfə də olsun demokratiyanın, söz, seçki və insan azadlığının nə olduğu bilinməyən, əvəzində rüşvət və korrupsiyanın, qanunsuzluğun, özbaşınalığın baş alıb getdiyi Ermənistanın qeyri-legitim prezidenti Serj Sarkisyana qarşı etiraz aksiyası keçirmək ağıllarına belə gəlmir. Nə isə, qayıdaq “Lapşinin işi” ilə bağlı onun “əsas vətəni” olan və onun, necə deyərlər, kürəyində dayanan Rusiyanın rəsmi dairələrinin mövqeyinə.

“Biz vətəndaşımızın maraqlarını qanun çərçivəsində müdafiə edirik” şüarı ilə Rusiya rəsmiləri “A.Lapşinin işi”nə böyük canfəşanlıq nümayişi ilə yanaşırlar. Təbii ki, özü-özlüyündə hər bir dövlətin hər bir vətəndaşının taleyinə həssaslıqla yanaşması vacib və təqdirəlayiq haldır. Ancaq bunun da müəyyən mütləq meyyarları, şərtləri var. Burada ayrı-ceçkiliyə, fərqli, ikili yanaşmaya yol verilə bilməz. Cinayətkarla günahsıza eyni münasibətlə yanaşmaq olmaz axı. Digəl, əksinə, müasir dünyada məhz ayrı-ceçkilik, fərqli, ikili yanaşmalar at oynadır, güc sahibi olan dövlətlərin, əksər beynəlxalq təşkilatların siyasətini, təəssüflər ki, elə həmin yolverilməz prinsip müəyyənləşdirir və bu, fərdi maraqlar, milli, dini mənsubiyyət və başqa belə kriteriyalara söykənir. Azərbaycana aidiyyəti olan bir çox məsələlərə yanaşma da, nə yazıqlar ki, məhz həmin o kriteriyalardan qidalanıır – istər bu ölkənin tarixi, ərazisi, istər Qarabağ münaqişəsi, istər “Lapşinin işi” və bu qəbildən olan digər məsələlər olsun.

Bəli, qədim qonşumuz, daim Azərbaycanın onun əsas müttəfiqi olduğunu israrlayan, tarix boyu onun müxtəlif sərvətlərindən geninə-boluna bəhrələnmiş Rusiya Federasiyasının ölkəmizlə bağlı bütün sahələrdə yanaşması, yenə təəssüf ki, məhz həmin yolverilməz əsaslara söykənir. Bu, özünü “Lapşinin işi”ndə də aydın şəkildə büruzə verdi.

Rusiya XİN rəhbəri Sergey Lavrov məsələ ilə bağlı qeyd edib ki, “Moskva istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinədir”. O, həmçinin, Moskvanın hər-hansı ölkədə saxlanılan Rusiya vətəndaşlarının üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu bildirib. Lavrov həmin şəxsin üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduqlarını bildirib: “Biz bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət apardıq. Lapşin eyni zamanda İsrail vətəndaşıdır... Bütün tədbirləri görəcəyik ki, bu məsələ həll olunsun. Təbii ki, bu, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək”.

Lap yaxşı, cənab Lavrov! Amma... Bəs azərbaycanlı Dilqəm Əsgərov sizin ölkənizin vətəndaşı deyil? Axı əgər A.Lapşin ərazi bütövlüyünü beynəlxalq ictimaiyyət, o cümlədən, Rusiya, İsrail, Ukraynanın tanıdğı Azərbaycanın icazəsi olmadan dəfələrlə onun Ermənistan tərəfdən işğal edilmiş ərazilərinə soxulub birincinin əleyhinə və ikincinin xeyrinə, yumşaq desək, şpionluqla məşğul olubsa, D.Əsgərov Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə birgə başqa ölkənin ərazisinə yox, öz ata-baba yurduna, əzizlərinin məzarlarını ziyarət etmək üçün doğma yerlərinə getmişdi! Bəs niyə onun müdafiəsinə qalxmaq bir yana, onunla bağlı heç olmasa, azca obyektiv mövqe belə səsləndimədiniz? Günahsız vətəndaşınızın azadlıqdan ömürlük məhrum edilməsinə dair qeyri-qanuni “Dağlıq Qarabağ Resrublikasının” qanunsuz hökmünə nədən bu qədər cinayətkarcasına biganəlik nümayiş etdirdiniz? Bu, sizin ədalətsizliyiniz, D.Əsgərovun azərbaycanlı olması, ya ermənilərin dostlarınız olduğu səbəblərindən qaynaqlanır? Bilmirik.

Bildiyimiz odur ki, neçə ki bu cür ədalətsizlik, tərəfkeşlik, ikili standartlar mühiti mövcud olacaq, dünyanın düzələcəyindən danışmağa dəyməz...

.
Son günlər gündəmdən düşməyən mövzulardan biri də intihar hadisələridir. Əslində, həm ölkəmizdə, həm də bütün dünyada hər gün yüzlərlə insan intihar edir. Azərbaycanda tanınmış psixoloq Dəyanət Rzayevin intihar etməsi bu məsələnin nə qədər mühüm olduğunu bir daha gündəmə gətirdi. Neçə gündür ki, bu hadisə ilə bağlı ictimai xadimlər, yazıçılar, sosial şəbəkədə bir çox insanlar fikir bildirirlər, bu problemin həlli üçün müxtəlif təkliflər irəli sürürlər. Ancaq bir psixoloq belə intihar zamanı öz psixoloji vəziyyətini idarə edə bilmirsə, demək ki, məsələnin çıxış yolu fərqlidir. İnsanları təəccübləndirir ki, bir psixoloq da canına qəsd edirsə, bəs digər insanlar psixoloji problemlərin öhdəsindən necə gəlsinlər?!
İntiharlarla bağlı bu statistikaya nəzər salaq:“Dünya Səhiyyə Təşkilatı dünyada hər 40 saniyədə bir intiharın, hər 3 saniyədə bir intihar təşəbbüsünün baş verdiyini, son 45 ildə intiharların 60% artdığını və intiharın bütün dünyada ilk 10 ölüm səbəbi arasında göstərildiyini bildirir. Bu rəqəmlərə görə, hər gün 3000 nəfər, hər 30 saniyədə bir nəfər intihar edir. Bütün ölümlərin təqribən 1%-ni intiharlar təşkil edir”. Göründüyü kimi, intiharlar dünya səviyyəsində çox ciddi problemdir. Bununla bağlı müxtəlif kitablar yazılır, psixoloji məsləhətlər verilir, verlişlər hazırlanılır.
İntiharların altında yatan yeganə səbəb insanların dindən uzaq həyat yaşamaları, Allah qorxularının olmamaları, dünyaya imtahan edilmək üçün gəlmələrini unutmalarıdır. Dünyanın harasında olmasından, maddi vəziyyətinin necə olmasından və kim olmasından asılı olmayaraq, insanlar Allahı tanımadıqları üçün xoşbəxt ola bilmirlər. Onlar daim xoşbəxtlik axtarışında olurlar, düşünürlər ki, dünyəvi üstünlüklərə sahib olsa və ürəklərincə yaşasalar, o zaman həyat da çox fərqli olar. Bu əsla belə deyil. İntiharları araşdırarkən belə nəticəyə gəlirlər ki, işsizlik, maddi sıxıntı, xəyanət, ailədaxili münaqişə kimi hallar intiharların başlıca səbəblərindəndir. Ancaq bəzən də qıraqdan heç bir problemi yoxmuş kimi görünən bir insan da intihar edə bilir.
Allaha inanan, Allahı sevən və axirət inancı olan insan isə hər nə qədər çətinlik və sıxıntı yaşasa da, əsla intihara yaxın durmaz, çünki intiharın cinayət olduğunu bilir. Digər tərəfdən, Allah bizi yaxşı və pis kimi görünən hadisələrlə imtahan edir, Allahın yaratdığı imtahan isə gücümüzün çatacağı imtahanlardır. Məsələn, götürək bir insanı ... O insanın maddi sıxıntısı ola, işdən çıxarıla, ailəsində də mənəvi sıxıntılar ola bilər, bundan başqa ciddi xəstəliyə tutula, öhdəsində də kiçik yaşlı uşaqları ola bilər .... İnsan imtahan zamanı adi hadisəni belə gözündə böyüdüb canına qəsd etməyə çalışar, məsələn, bir gənci düşünək, sevgilisindən ayrıldığına görə artıq yaşamaq istəməyə bilər. Halbuki o insanla ailə həyatı qurmaq o gənc üçün gələcəkdə daha böyük problemlərə yol aça bilərdi. Bir sözlə, insan çətinlik zamanı yaşadığı hadisələrin xeyir və hikmətlərini görməyə bilər. Ancaq Allahı sevən və Ona güvənən insan əsla Allahdan ümidini üzməz, istər böyük, istər kiçik olan hər hadisədə Allaha təvəkkül edər, Allahın yaratdığı hər şeyin xeyirli olduğunu bilər. Bu zaman həyat çox gözəl olar, o çətinliklər zamanı nəinki intihar etmək istəyər, əksinə, yaşadığı hadisələrə görə Allaha şükür edər, səbir etdiyi halda, Allahdan xeyir görəcəyini ümid edər, həm dünyada, həm də axirətdə bu əxlaqına görə mükafat alacağını bilər. Kənardan baxanda həmin insanın vəziyyəti hər nə qədər acınacaqlı görünsə də, bilinməlidir ki, Allah mütləq hər hadisəni bir çox hikmət və xeyirlə yaradıb. Digər tərəfdən, nə qədər problemi olsa da, imanlı insan dünyada özündən daha çətin vəziyyətdə yaşayan insanların halını düşünər, öz problemlərinin isə nə qədər bəsit olduğunu görər.
Nəticə etibarı ilə, intiharlarla bağlı müxtəlif təkliflər irəli sürürlər, ancaq unutmayın ki, intiharların qarşısı imanla alınar. Həll yolu axtarmaq istəyənlər bunu yanlış yerlərdə axtarmasınlar, Allah hər şeyi Quranda bizə açıqlamışdır. İnsanın xoşbəxt olması və sıxıntılardan azad olmasının da çıxış yolu Allah üçün yaşamasıdır.
Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad sürəsi, 28)
 
Bədirova Nəzakət
.
(Bir körpənin həyatini dəyişən dəyərli həkimlərimizə həsr olunur.)

Mövlanə deyir ki “bitkinin gözəlliyi toxumundan, insanın gözəlliyi isə qəlbindən gəlir” Həqiqətən də elədir.
 
Yay aylari idi. İyun yaxudda iyul, dəqiq xatırlamıram. Sosial şəbəkə istifadəçisi kimi mən də səhifələrdə var-gəl edirdim. Birdən qarşıma balaca, məsum-məsum baxan bir körpə şəkli çıxdı. Tez açıb şəklin altında yazılan məlumatı oxudum. Sən demə  uşaq ata-anasi tərəfindən atılıb, nənə baba himayəsində qalib. Elani paylaşan tanış idi. Onunla əlaqə yaradib uşağın qohumunun nömrəsini aldim. Elə həmin gün zəngləşib uşaq haqqında soruşdum. 
 
Məlum oldu ki, 3 yaşlı Məhəmməd adli bu uşaq əslində atilmayib. Atası tüfeyli həyat yaşayır, anasi isə tez-tez evi tərk edib öz valideynlərinin yanina gedir. Hərdənbir qayıdıb evinə gəlir, 3-5 gün qalib təzədən gedir. Beləcə Məhəmməd və onun 2-ci sinifdə oxuyan qardaşı nənələrinin himayəsində qalirlar. 
 
Məhəmməd anadangəlmə serebral iflicdir. Ancaq yaxşı haldır ki, çox yüngül formada. İlk işim bu uşağa çox vacib olan ayaqqabi almaq oldu. Ayaginda sürüdüyü yüngül yay çəkmələri cirilib tökülürdü. Baş barmağı yerlə sürünürdü. Ona ortopedik ayaqqabini Könül adli  yaxın bir rəfiqəm aldi. Daha sonra Məhəmməd üçün yazılan eynəyi də daha bir iş yoldaşım -Namiq Zeynalov  aldi. Məhəmməd üçün facebook-da paylaşdığım hər elan, uğurla sonlanirdi. Daha sonra Avrasiya hospitalda kordioloq işləyən dostum Günay Rəhimovanin verdiyi tanisliqla Məhəmmədi nervpotoqa- Əli Musayevə göstərdik. Məhəmmədi ətrafli müayinə edən həkim ona mrt müayinəsi və reabletasiya lazım olduğunu bildirdi. Və bundan sonra Həyat klinikasında reabletoloq Rəhimə Atəşin yaninda olduq. O da Məhəmmədi müayinə edəndən sonra ona bir neçə üsulla müalicə təyin elədi. 1500 manat tutan məbləği toplamaq bizə çətin olacaqdi. Və qərara aldim ki, həkimdən də kömək istəyim. İnsandır, bəlkə rəhmi gələr. O da sağ olsun müdiriyyətlə danışdı və lazım olan məbləğin 700 manatından imtina elədi. Və biz 20 günlük müalicə üçün 800 manat ödədik. Son nəticə əla idi. Məhəmməd ayağını sürümədən yeriyə bilirdi. Ancaq uşaqla evdə də məşğul olmaq lazım idi. Bu hərəkətlərin  beyində yaddaşda qalmasi üçün gündəlik təkrarlamaq mütləqdir. Yaşlı bir qadın bütün bunları necə etsin… Nənə bir ana kimi o qədər bədbəxtdir ki, həyata tutunmagi bu iki uşağa görədir. İllər əvvəl bu qadın 17 və 15 yaşında iki qizini bir gündə itirib. Hər iki qizi dənizdə batib. Və nənənin yeganə təsəllisi oğlu qalib ki, o da bu gün tüfeyli həyat yaşayır. Sözümün cani o ki, hər insanın bir hekayəsi var. Bu ailənin də faciəsi biri digərindən betər. Nəisə..
 
Daha sonra Məhəmmədin nitqindəki qüsuru duzəltmək üçün onu Güvən kursuna yazdırdıq. 1 aylıq kurs üçün də 250 manat toplandi. Bu məbləği isə İctimai Radionun aparicisi Rəfael boynuna götürdü.  Və bir ayliq kursdan sonra Məhəmmədin davranışında xeyli irəliləyiş vardı. Düzdür, könül istərdi ki, bu kursa daha çox getsin. Ancaq maddi vəsait də toplamaq çox çətindir. Həm sosial şəbəkələrdə çox sayda ehtiyacli insanlar var, həm yaşayış səviyyəsi aşağı olduğundan insanlar istəsə də kömək edə bilmirlər. 
 
Bundan sonra həm Məhəmməd həm də qardaşı üçün xeyli geyim toplandi. Yeni ayaqqabilar, krasovkalar, botinkalar alındı. Daha soyuq havada bayıra çıxanda üşümürdüm, bilirdim ki, o körpələrin əyin başlari qalindir, üşüməyəcəklər. 
 
Arada fasilə verərək Məhəmmədə lazim olan köməklikləri etməyə davam edirdim. O, o qədər məsumdur ki, tanıdığım gündən sevmişdim.
 
Daha sonra Medera hospitalda Aynur Babayeva adli bir həkimlə tanış oldum. (Və bu  bizim gələcəkdə daha gözəl işlər görə bilməmiz üçün əvəzsiz bir tanışlıq oldu). O, Məhəmmədi Mrt müayinəsindən keçirdi. Və bunu tam təmənnasız olaraq etdi. Cavablar yaxşı idi. Məhəmmədi  heç bir təhlükə gözləmir. Nə vaxtsa beyində olmuş qansızma da təhlükə yaratmır. 
 
Bütün bu müayinələr, müalicələr zamanı qarşımda duran ən böyük məsələ, Məhəmmədin gözündə olunacaq əməliyyat idi. Bunun üçün ən az 1500 manata ehtiyac vardı. Məhəmmədin gözündə həm cəplik, həm tənbəllik, həm də zəiflik vardı. 
 
Başladım həkim axtarmaga. Kimə dedimsə, Cahid Şahbazov dedi. Onunla necə görüşüm, harda izah edim belə bir uşaq olduğunu?  Əməliyyat pulunda güzəşt etməsi üçün. Çox tanışlara müraciət etdim. Heç kim həkimlə yaxin deyildi. O qədər məbləği toplamaq da çətin idi. Nəhayət, facebook-da Cahid həkimi tapdim və ona Məhəmməd haqqında yazdim. Çox ehtiyacli uşaq olduğunu, ondan nə kömək edə bilərsə etməsini xahiş etdim. Heç inanmırdım bu qədər məşhur, saniyələri belə boş olmayan bir həkim cavab yazar. Bir xeyli sonra gözlədiyim cavab gəldi. Həkim müayinə üçün gün təyin elədi. Sevincimin həddi-hüdudu yox idi. Həmin gün nənə, Məhəmməd və mən müayinə üçün getdik. Mən bir həkimin qəbulu üçün 89-cu adam olaraq növbə tutmağı ilk dəfə idi görürdüm.  Nəhayət bizim növbəmiz çatdı.  Hami onun peşəkar oldugunu demişdi. Mən də belə bir mütəxəssisin yəqin ki, özündən razı biri olduğuna inandirmişdim özümü. Qarşımda isə cavan, nurlu siması olan bir həkim vardi. Yaxınlaşıb özümü və Məhəmmədi təqdim elədim. Doktor, sizə yazib kömək istədiyim uşaq budur dedim. O müayinəyə başladı. Çox diqqətlə, mehribanliqla Məhəmmədi yoxladi. 
 
– Nə məsləhət görürsünüz doktor? 
 
– Əməliyyat olunmalıdır
 
Və yenidən soruşdu:
 
– Siz bu uşağın nəyisiniz? 
 
– Heç nəyi. Sadəcə olaraq sosial şəbəkədən tanıdığım uşaqdır. Bir insan kimi ona yardim edən biriyəm-dedim. Siz bu uşaq üçün hansı güzəşti edə bilərsiniz, doktor? O gülümsəyərək üzümə baxdı.
 
– Siz bir xanim olaraq kömək edirsinizsə, mən nədən ona kömək etməyim? Bu uşaği tam pulsuz əməliyyat edəcəm, dedi.
 

Uçmağa qanadım yox idi.  Bunu eşidəcəyimi heç təxmin etməmişdim. Mən həyatda çox əziyyətlər çəkmişəm. Çox insanlar görmüşəm. Təmənnasız olaraq kömək edən insanlarla çox az rastlaşmışam. Hələ tanımadığı birinə qarşı belə bir jest ancaq əsl kişiyə xas hərəkət idi. 
 
Əməliyyat günü təyin edildi. Qan analizləri və pediatr müayinəsindən keçməmiz lazim idi. Bunlar üçün pul ödəməli idik. Eyni klinikada olan daha bir güclü mütəxəssis- Altay Abdullaoglunun qəbuluna düşdük. 40 manatlıq ödəniş cekimizi təqdim etdik. Müayinə ərəfəsində bu uşağa sosial şəbəkə vasitəsilə kömək olunduğunu və Cahid həkimin onu pulsuz əməliyyat edəcəyini dedim. Bir növ sevincimi bölüşdüm həkimlə.  Bunu eşidən Altay həkim də ödəniş olan qəbzi qaytararaq 
 
– Bu da mənim köməyim olsun dedi. 
 
Və həmin pulla Məhəmmədə Pampers və digər lazımlı şeylərini alib evlərinə yola saldım. Sabahi gün isə gözlənilən əməliyyat baş tutdu.
 
 İndi Məhəmmədin gözləri o qədər gözəl olub ki, uşaq tamam dəyişib. 
 


Bir uşağın həyatinda yaşıl işıq yandiran əziz həkimlərimiz. Hər birinizə sonsuz təşəkkür edirəm. Bu gün sizlərin etdiyi bu xeyirxah əməllər başqaları üçün bir örnək oldu. Bəzən maddiyati, şöhrəti bir kənara qoyub sadə bir insana yaraşan işlər görmək bir insanin həyatini nə qədər dəyişdirdiyini görə bilmək qədər xoşbəxtlik verə biləcək hiss yoxdur. 
 
Hər birinizə bir daha təşəkkür edirəm və inşallah gələcəkdə də ilin 1 – gününü belə ehtiyacli insanlara həsr etmənizi arzu edirəm. 
  • Vəfa Sərdar Səfərova
.

 

Savalan Məmmədli→

Nobel mükafatı bildiyimiz kimi, kimya, fizika, tibb-fiziologiya, ədəbiyyat, sülh və iqtisadiyyat sahələri üzrə təqdim edilən ən ali mükafat sayılır. Mükafatın təsisçisi kimyaçı, tacir, milyarder Alfred Nobel olmuşdur.Mükafatın yaradılma səbəbi isə Alfred Nobelin özü haqqında qəzetdə gördüyü bir başlıq olmuşdur.

Qardaşı Lüdviq Nobelin ölüm xəbərini fransalı jurnalist səhv anlayaraq Alfred Nobelin ölümü kimi başa düşüb.Bununla bağlı öz məqaləsində bu xəbəri “Ölüm taciri dünyasını dəyişdi” kimi təqdim edib.Jurnalistin Nobeli “ölüm taciri” adlandırmasının səbəbi isə dinamitin kəşfi idi. A. Nobel məlum olduğu kimi, bu partlayıcı maddəni kəşf etmiş və bunun satışından da xeyli gəlir əldə etmişdi. Bu səbəblərdən dolayı o dövrlərdə Nobelə “ölüm taciri” ləqəbi qoyulmuşdu. Bu pis şöhrətdən qurtulub arxasında yaxşı bir miras qoymaq adına A. Nobel vəsiyyətnamə yazaraq sərvətinin  böyük qisminin öz adına bir mükafatın tərtib edilməsi üçün ayırlmasını vəsiyyət edir. Vəsiyyətnamədə  mükafatların hansı sahələr üzrə, hansı şərtlər daxilində verilməli olduğunu, mükafatı hansı qurumların verəcəyini, mükafatın maliyyə mənbəyinin necə təmin olunacağını və s. hamısını qeyd edir. Vəsiyyətnaməyə əsasən, mükafatı elm sahələri üzrə İsveç Kral Elmlər Akademiyası, sülh mükafatını isə Norveç Nobel Komitəsi təyin etməlidir.Mükafatın dəyəri isə bir medal, diplom və təxminən 1.5 milyon ABŞ dolları məbləğində pul vəsaitini əhatə edir.Mükafatın maliyyə olaraq daimi şəkildə təmin edilmə mexanizmi isə Nobel fondunun ortaq olduğu və hissədar olduğu şirkətlərin gəlirlərindən gələn illik faizlər əsasında qarşılanmalıdır.

Mükafatın təsis edilməsi ilə bağlı standart məlumatları təqdim etdim.İndi isə gəlin bu mövzu ilə bağlı maraqlı bəzi məqamlara göz gəzdirək.Alfred Nobelin gəlir mənbəyi nə idi və Nobel fondu necə qurulmuşdu?

A. Nobelin atası 1842-ci ildə Finlandiyadan Rusiyaya köçür. İmkanlı olan ailə bir müddət kasıblasa da, Krım müharibəsində ordunun mina ehtiyacını qarşılayaraq yenidən zəngin olur. A. Nobelin atası yaxşı təhsil alması üçün onu xaricə göndərir. A. Nobel xüsusi müəllimlər tərəfindən yetişdirilərək bir neçə xarici dili mükəmməl öyrənir, ədəbiyyata meyil edir. Lakin daha sonra kimya ilə maraqlanmağa başlayır.Kimya təhsili üçün bir neçə ölkəni gəzdikdən sonra Parisdəki tanınmış kimyagər T.J.Pelouzenin labaratoriyasında nitroqliserinin ixtiraçısı Askanio Sobrero (Ascanio Sobrero) ilə birlikdə araşdırmalar aparır.Krım müharibəsi bitdiyinə görə silah sifarişi də sona çatır və Nobel ailəsi yenidən müflis olur.Ailə Stokholma qayıdır, Robert və Lüdviq Nobel Qardaşları isə Peterburqda qalırlar.Nitroqliserin üzərində apardığı araşdırmalarda baş verən partlayış zamanı bacısı Emili (Emily) və 4 nəfər həyatını itirir.Lakin A. Nobel araşdırmalarına davam edib, nitroqliserini idarə edilə bilən hala salaraq dinamit partlayıcısını yarada bilir.Bu partlayıcının patentini alır.Növbəti illərdə yeni bir partlayıcı barut kəşf edir. A. Nobel bu illər ərzində 355 patent alır. 20 fərqli ölkədə 100-ə yaxın şirkət qurur.Bu şirkətlərin hamısı silah və partlayıcı istehsal edirdi. O dövrdə bir çox ölkənin silah və partlayıcı ehtiyacı A. Nobelin şirkətləri tərəfindən qarşılanırdı. Rusiyada qalan Robert və Lüdviq qardaşları isə A. Nobelin dinamitlərindən istifadə edib neft yataqları tapmağa nail olmuşdular. Nobel qardaşları Rusiyada, Azərbaycanda və başqa bir çox ərazilərdə neft çıxarmaqla məşğul idilər, A. Nobel isə patentini aldığı partlayıcılar və qurduğu silah və partlayıcı istehsal edən şirkətləri hesabına milyarder olmuşdu.

 

Nobel mükafatını verən Nobel fondu isə Nobel qardaşları tərəfindən qurulmuşdu.O Nobel qardaşları ki, 1800-cü ilin sonlarında Bakıda “BraNobel” adlı bir neft şirkəti qurmuşdular. O illərdə Rotşild (Rothschild) tərəfindən qurulan “BNİTO” və Rokfeller (Rockfeller) tərəfindən qurulan“Standart Oil” adlı neft şirkətləri ilə birlikdə çalışan Nobel qardaşları Bakıdan hər yerə neft daşıyırdılar. 1900-ci illərdə bütün dünyada Bakı neft məhsulları satılırdı. Yəni nəticə etibarı ilə Nobel Fondunun mükafatlarının faizlərini təmin edəcək o qurumların sahibləri olan Rotşild və Rokfeller, yəqin ki, sizlərə də tanış gəldi. Bu şəxslərin XX əsrin formalaşmasındakı və milyonlarla insanın ölümündəki  rolunu nəzərə alsaq, bu şəxslərin bu mövzuya aidiyyatının mənasını anlaya bilərik.

(Şəkil -Bakı XX əsrin əvvəli. Nobel Qardaşlarının Bakıdakı neft quyuları

Nobel Fondunun ortaya çıxma tarixi barəsində ona görə məlumat verdim ki, Nobel Sülh mükafatının qəribə təltiflərinin hikmətini anlamaq bizə biraz asanlaşsın.Nobel Sülh mükafatının təltif edilmə qaydasına görə, mükafat "xalqlar arasında qardaşlığın təbliği, daimi qoşunların azaldılması, yaxud tamamilə aradan qaldırılması və ya sülh konqreslərinin keçirilməsinin irəli sürülməsi və həvəsləndirilməsi sahəsində görülmüş ən yaxşı işlərə görə" verilir. Lakin gəlin tarixdə və son illər ərzində Nobel mükafatı ilə təltif edilmiş, yaxud bu mükafata namizəd göstərilmiş maraqlı şəxslərlə tanış olaq.

 

(Şəkil 3. Nobel Mükafatının rəsmi  saytında Hitlerin namizədliyi ilə bağlı müraciət)


Hitlerin necə bir qatil olması, milyonlarla insanı öldürməsi, dünyaya gətirdiyi müharibələr və s. haqqında ətraflı məlumat yazmağıma, yəqin ki, ehtiyac yoxdur, bu barədə hər kəs məlumatlıdır. Maraqlı olan isə 1939-ci ildə Hitlerin Nobel sülh mükafatına namizəd göstərilməsi və müəyyən Qərbli çevrələr tərəfindən bu namizədliyin dəstəklənməsi olmuşdur.E.G.C Brandt adlı İsveç Parlamentinin deputatı 1938-ci ildə Hitleri Nobel Sülh mükafatına namizəd kimi göstərmişdir.Bu barədə Nobel mükafatı laureatının rəsmi saytında da məlumat yerləşdirilmişdir.Saytdakı məlumatın şəklini məqalədə də görə bilərsiniz.

 

Bu namizədliklə bağlı o dövrdə “New York Times”, “Times” və s. media orqanlarında dəstək məqalələri yazılsa da, Hitlerə mükafat verilməmişdir.

Teodore Roosevelt

Amerikan tarixində müharibələrlə yadda qalan bir prezident olan Ruzveltə  1906-cı ildə Nobel Sülh mükafatı verilmişdir. Prezidentlik dövrünün böyük qismini müharibələrlə keçirib, sadəcə bir sülh müqaviləsində tərəf kimi çıxış etdiyi üçün belə bir mükafatla təltif olunması biraz ironikdir.

Wodroow Wilson

Vudro Vilson müharibədən öncə bu mükafata layiq görülmüş olsa da, o dövrə qədər etdiyi silah satışları ilə bu mükafata çox uzaq biri olduğunu göstərmişdi, əslində.

Corc Bush və Tony Blair

 

2004-cü ildə İraqdakı sözdə “kimyəvi silahları” zərərsizləşdirdiyi, terrorizm təhdidini və beynəlxalq problemləri “sülh yolu” ilə həll etdikləri üçün İraqda müharibə başladıb 2 milyondan çox insanın ölümünə səbəb olan və bir ölkəni işğal edən bu iki tanınmış şəxs Nobel Sülh mükafatı verilməsinə namizəd göstərilib. Həm də Alfred Nobelin bu mükafat üçün ixtiyar sahibi təyin etdiyi Norveç Parlamentinin bəzi üzvləri tərəfindən.Halbuki İraqda kimyəvi silahlar yox idi.Bunu Toni Bleyr də, Buş da bilirdi.Kimyəvi silahlar böyük bir yalan idi.Müharibəni başlada bilmək üçün uydurulmuş böyük bir yalan.Bunu bu yaxınlarda Bleyrin özü də etiraf edərək üzr istədi. Lakin maraqlı məqamlardan  biri də budur ki, müharibədə ölən milyonlarla iraqlıdan deyil, sadəcə orada ölən ingilis əsgərlərin valideyinlərindən üzr istədi və eyni zamanda verdiyi qərardan peşman olmadığını da dedi. Beləliklə də, İraqdakı insanları insan olaraq görmədiklərini, sırf o ölkəni işğal etmək üçün müharibə törədib milyonlarla insanı öldürdüklərini, milyonlarla insanı da şikəst qoyduqlarını, bütün İraqı məhv etdiklərini etiraf etmiş oldu.Eyni zamanda bu etirafın başqa bir tərəfi də, 11 sentyabr hadisələrinə dayanır.İraq müharibəsi bu hadisə ilə başladı.Toni Bleyrin etirafına əsasən, onların İraqda hansısa kimyəvi silah deposu barədə məlumatları yox idi və ümumiyyətlə,orda belə bir silah anbarı da aşkarlanmamışdı.Mütəxəsislərin araşdırmalarına görə də, 11 sentyabr terroru da məhz bu müharibəyə səbəb yaratma cəhdlərindən biri idi.Yəni bu insanlar öz xalqına qarşı süni terror aktı təşkil edərək İraqa hücum bəhanəsini hazırlamaq məqsədi ilə və buna xalqda razılıq yaratmaq üçün minlərlə vətəndaşının ölümünə razılıq verəcək dərəcədə “sülh” tərəfdarı idilər.

 

Barak Obama

Bir çox insan tərəfindən davranışları, intellekti insanlarla rahat ünsiyyətcilliyinə görə Obamaya qarşı sevgi duyulur. Obama məşhurluq, dəstəklənmə və s. baxımından Amerikanın ən öndə gələn prezidentlərindən biri oldu.Lakin sülh məsələsində də kamera önündə göstərdiyi qədər bacarıqlı idimi?Statistikalara əsasən, xeyir. Obama 8 il prezidentlik etdi. Prezident seçkilərində seçicilərə verdiyi vədlər var idi.Vədlərin içindəki ən əhəmiyyətli maddələr, silah-sursatın azaldılması, sülh sahəsində işlər görüləcəyi, İraq və Əfaqnıstandakı amerikan varlığına son qoyulacağı, müharibənin sona çatacağı idi.Bu vədlər gerçəkləşdimi?

 

Nəinki bu vədlər gerçəkləşdi, əksinə Amerika Obamanın dövründə vəd verdiyi sahələrdə daha da geriyə getdi.Obama hökümətinin rəhbərliyi ilə ABŞ təkcə 2016-cı ildə başqa ölkələrə saata 3 bomba atıb. Günə 72, həftəyə 504, ilə isə 26 172 bombalama deməkdir. Bir il ərzində ABŞ bu qədər bombanı 7 ölkəyə atmışdır. Bu bombaların 93% -i Suriya və İraqa atılmışdır.Bu bombalar nəticəsində isə ölmüş, zərərçəkmiş insanların sayını, hesabını təxmin etmək çox çətindir. Obama müharibəyə son qoyacağını söz verdiyi halda, arxasında dronlarla, bombalarla, hava hücumları ilə müşaiət olunan müharibə ilə keçən 8 ili miras qoydu. Sonda isə digər bütün Amerika prezidentlərindən daha çox müharibəyə zaman sərf edən Obamaya da Nobel Sülh mükafatı təqdim edildi.

 

Mixail Qorbaçov da Nobel Sülh mükafatına layiq görülmüş şəxslərdən biridir.Qorbaçovun Nobel Sülh mükafatına nə qədər layiq olduğunu müzakirə etməmişdən öncə sizə Qorbaçovun adı ilə bağlı bir bənzətmədən nümunə vermək istəyirəm.

Elm aləmində hansısa fikrindən, əqindəsindən dönən insanlara adətən o sahənin Qorbaçovu deyirlər.Bir nümunə verim; təkamül fərziyyəsi içində növlərin təkamülünü klassik darvinizmdən, yəni mərhələli şəkildə təkamül fərziyyəsindən başqa birdən-birə, anidən dəyişilmə - “Sıçrayışlı təkamül fərziyyəsi” modeli var. Bu modeli 1970-ci ilin əvvələrində tanınmış təkamülçülər Nayls Eldrik və Stefen Cey Quld ortaya atmışdılar. Təkamül fərziyyəsinə görə, canlılar təkamül keçirmişdilərsə, palentoloji qalıqlar arasında bunun milyonlarla nümunəsi tapılmalı idi. Lakin paleontoloqların tapdığı 600–700 milyon fosilin arasından bircə dənə də olsun Darvinin "mütləq tapılmalı olduğu"nu dediyi "ara-keçid formaları" tapılmırdı. Bu boşluğu görən Stefen Cey Quld və Nayls Eldrik də təkamül fərziyyəsinin bu müəmmasına alternativ bir cavab tapmaq üçün iddia etdilər ki, bəs canlılar, əslində, mərhələli deyil, “sıçrayışlı”, yəni birdən-birə təkamül ediblər. Mövzuya aidiyyatı olmadığı üçün fərziyyənin ətraflı izahını burda verməyəcəm.Lakin genetik olaraq bu yeni izahın da doğru olmadığı qısa bir müddətdə kəşf olundu.Bundan sonra bir çox klassik təkamülçülər bu mövzu ilə bağlı S.C. Quldu qınamağa başladılar. Təkamül fərziyyəsinin ən öndə gələn tənqidçilərindən biri Filip Conson S.C. Quldu “darvinizmin Qorbaçovu”  adlandırdı.  Qorbaçov Sovet İttifaqının kommunist dövlət sistemində çatışmazlıqlar olduğunu düşünərək sistemdə “islahatlar” etməyə çalışmışdı.Lakin çatışmazlıq hesab etdiyi problemlər, əslində, sistemin öz təbiətindən irəli gəldiyi üçün kommunizmi öz əllərilə məhv etmişdilər.

Verdiyim nümunə biraz uzun olsa da, gətirmək istədiyim məqam bu idi ki, Qorbaçovun tarixdəki yerinin siyasi motivi çox vacib idi.Sovet İttifaqı Dövləti, təbii ki, sadə formada çökdürülmədi. Məhz Nobel mükafatı da o “mürəkkəb” siyasi motivin bir qarşılığı ola bilərdi.

Qorbaçov və Sülh mükafatı anlayışına ən zidd olan amil isə 1990-cı il 20 yanvar gecəsi Bakıda azərbaycanlılara qarşı edilmiş soyqrım idi. Məlum olduğu kimi, Qorbaçovun əmri ilə kommunist Qızıl Ordu 20 yanvar gecəsi Bakıya daxil olur və dəhşətli bir qırğın törədir. Tanklarla, zirehli hərbi maşınlarla dolu ordu Bakıya daxil olur, bir gecədə 200 nəfərə yaxın Bakı sakini şəhid edilir, 1000 nəfərə yaxın insan da ölümcül yaralanır.Bu qanlı qırğının əmrini Qorbaçov vermişdi.Qorbaçov eyni zamanda sonrakı illərdə Ermənistan – Azərbaycan arasında Azərbaycanın xeyli sayda ərazilərini itirməsi ilə, minlərlə günahsız insanının qətlə yetirilməsi kimi böyük faciələrlə yekunlaşan bir münaqişənin əsasını qoymuş, bu prosesdə rol oynamışdır.Bundan əlavə Qorbaçov Vilnüsdə, Tbilisidə, Çeçenistanda, Tacikistanda, Abxaziya və Osetiyada da çoxsaylı insanın tələf olduğu hadisələrin baş verməsinə səbəb olmuşdur.Yəni dolayısı ilə siyasi fəaliyyəti ilə heç də sülh tərəfdarı bir mövqe sərgiləməmişdir.Bütün bunlara baxmayaraq isə Qorbaçov Nobel “Sülh” mükafatına layiq görülmüşdür.

Bu mükafatın Ədəbiyyat sahəsində təltifləri zamanı da adətən öz ölkələri əleyhində yazılar yazan şəxslərə verildiyini müşahidə etmək mümkündür.

Mövzunu digər müəyyən şəxslər, hadisələr əlavə edərək genişləndirmək olar, lakin nəticə ortadadır.Elm sahələri üzrə təqdim edilən Nobel mükafatları adətən şübhəli məqamlarla yadda qalmasa da, bu mükafatın sülh üzrə laureatının təqdimində ciddi problemlərin olduğu dəqiqdir.Bu mükafatın təqdim edilməsinin dərin siyasi bağları ortadadır.Görünür ki, mükafatı təyin edən qurumlara İngilis Dərin Dövləti kimi qüvvələrin təsir gücü güclüdür.Bunu necə bilə bilərik?Məqalənin əvvəlində mükafatı təqdim edən Fondun yaranma prosesindən bəhs etmişdim.Xatırlayırsınızsa hal – hazırda Nobel mükafatını təqdim edən Nobel Fondununun əsasını Rokfeller və Rotşild ailəsinin şirkətlərində hissələri olan Nobel Qardaşları qoymuşdu. Nobel mükafatının maliyyəsi də Alfred Nobelin silah şirkətləri ilə Nobel Qardaşlarının hissədarı olduğu Rokfeller və Rotşild şirkətlərinin gəlirindən gələn faizlər (hissələr) hesabına qarşılanır.Dolayısı ilə bus u hansı quyuduan gəlir aydındır. Bu təqdirdə “sülh” mükafatının niyə ən çox müharibə etmiş, qan tökmüş adamlara getdiyinin hikmətini də anlamaqda çətinlik çəkmirik.

Bu mövzudan alınacaq dərs :bir qrup siyasi qüvvənin təsiri, yaxud idarəsində olan bir qurumun təltifi bizim şəxsləri dəyərləndirməyimizə meyar olmamalıdır. Meyar olaraq bu cür mükafatları seçiriksə, o zaman bu mükafatların çox zaman necə və nə üçün verildiyini də unutmamaq lazımdır.

Məqalə mənbələrə əsasən yazılmışdır.
Xüsusi olaraq Asiya.info üçün

.

Aysel Vəlizadə

Aclıq deyildik də ilk olaraq ağlımıza Afrika qitəsində yaşayan insanlar gəlir.
__________________

Afrika dünyanın ən yoxsul və ən az inkişaf etmiş qitəsidir. Dünyadakı ən kasıb 49 ölkədən 34-ü Afrikadadır.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatlarına görə, bu qitədə 40 milyona yaxın insan xroniki aclıq təhlükəsi ilə üz-üzədir.

 

BMT hesabatlarında Somalidə uzun müddətdir davam edən quraqlığa görə 305 min uşağın kifayət qədər qidalanmadığı, 58.300 uşağın ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğu açıqlanır. Əhalinin 40%-nin, yəni 4.7 milyon insanın humanitar yardıma ehtiyacı var. Efiopiyada yağış yağmadığına görə, 10 milyondan çox insanın ərzaq yardımına ehtiyacı var.

 

Lakin qitə sahib olduğu faydalı qazıntılara və imkanlara görə dünyanın əz zəngin qitəsidir. Dünyadakı qaz ehtiyatlarının 8%-nə malikdir. 45 ölkədə neft yataqları var.

 

Dünyadakı kobaltın 57%-i, almazın 47%-i, manqanın 49%-i, fosfatın 31%-i, qızılın isə 21%-i bu qitədə yerləşir. Əkinçiliyə əlverişli əraziləri olduqca çoxdur. Dünyanın bir çox ölkəsi bu qitədə torpaq icarəyə götürərək kənd təsərrüfatı ilə məşğul olur. 

Sırf sahib olduğu bu zənginliklər qitənin inkişaf etmiş ölkələr tərəfindən istismar edilməsinə səbəb olmuşdur. Başda İngiltərə, Fransa olmaqla, Afrika ölkələri Avropaya “borc ödəyir”.

Təkcə İngiltərə banklarında Nigeriyadan alınan 50 milyard dollar məbləğində pul var.Fransa isə köhnə müstəmləkəsi olan 14 Afrika ölkəsindən ildə 500 milyard dollar “koloniya” vergisi alır.

Məqsədyönlü şəkildə vətəndaş müharibələri, qəbilə münaqişələri yaradılır. Terror qruplaşmalarının həyata keçirdiyi terrorlar siyasi və sosial sabitliyəmane olur.  Silah sənayesi üçün qitə çox əlverişlidir. Silah və hərbi sursat satışını artırmaq üçün regionda terror təşkilatları, üsyançı qruplar vasitəsilə müharibələr sakitləşmək bilmir. Afrikaya silah satışından ən böyük gəliri ABŞ, Çin, İngiltərə, Rusiya, Fransa, Almaniya, İsrail, Hindistan, İtaliya və İspaniya əldə edir. Qəribə olan isə budur ki, dünya sülhünü təmin etmək naminə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkə də (ABŞ, Çin, İngiltərə, Rusiya, Fransa) bunların arasındadır.

Qitəyə edilən yardımlar daha çox göstəriş üçün edilir və çox vaxt da insan sağlamlığına zıyanlı qidalar olur, genetikası dəyişilmiş qidalar afrikalılar üzərində sınaqdan keçirilir.

Vəziyyət budur, “mədəni” ölkələr tərəfindən yeraltı və yerüstü sərvətləri talan edilən, insanları aclıqdan, yoluxucu xəstəliklərdən, süni şəkildə yaradılan müharibələrdə ölən,  dünyanın ən zəngin qitəsi...

Digər tərəfdən isə dünya miqyasında tonlarla qida israf edilir: istehsal edilən qidanın üçdə biri istehlak edilmədən atılır.

 

Yoxsulluq və aclıq probleminin həlli üçün görülən tədbirlər isə nəticəsiz qalır. Bunun səbəbi isə gözəl əxlaqın, yəni Quran əxlaqının yaşanmadığı üçün ədalətsiz rejimin, hər kəsin öz mənfəətini güddüyü, zəiflərin əzildiyi mühitin yaranmasındadır. O yerdə ki hər kəs ancaq öz mənfəətini düşünür, orada sıxıntılar bitməz. Bunun əksi olanda isə, yəni gözəl əxlaq hakim olarsa, o zaman insanlarda yardımlaşmaq, başqasının haqqına girməmək, ölçüdə və çəkidə aldatmamaq, hər kəsin haqqını özünə vermək, israf etməmək  və s. kimi xususiyyətlər yaranar. Bu cür cəmiyyətdə isə yoxsulluq azalar, bərəkət olar, zənginlik artar. 

 

 

 

.

 

Adnan Oktar

Əksəriyyəti müsəlman ölkələrdən ibarət olan Yaxın Şərq eyni zamanda qətliamların da ən çox baş verdiyi bölgə olma xüsusiyyətini daşıyır. Hazırda Suriya bölgədəki bütün terrorun mərkəzi kimi görünür.

Məsələn, Hələb... Bir vaxtlar gözəl şəhər olan Hələb indi vətəndaş müharibəsinə görə xarabalığa çevrilib. Hələbdə mülki vətəndaşların şəhid edilmədiyi bir gün belə yoxdur.

Məscidlər, xəstəxanalar və marketlər kimi xalqa açıq yerlər hər gün bomba və mərmi atəşinə məruz qalır.

Bu cür hücumların hər hansı bir hərbi məqsədi olmadığı aydındır. Bunlar qan tökməyə susamış pis insanların fəaliyyətidir... Bu hücumları fasiləsiz olaraq davam etdirirlər. Xəstə zehinlərindəki məqsədlərinə çatmaq üçün günahsız insanları qətlə yetirməkdən çəkinmirlər.

 

Bunun başqa bir izahı ola bilməz. Mən bir insanın belə, zərər görmə riski olan hər hansı bir əməliyyata hər zaman qarşıyam. Ancaq bu məsələdə öz ölkələrini, öz həyatlarını, mülklərini, namuslarını, azadlıqlarını və müstəqilliklərini qorumağı hədəf alan, müdafiəyə yönələn bəzi hərbi əməliyyatlar müstəsna ola bilər. Digər növ hücumlar mülki vətəndaşların yaşadığı əraziləri hədəf alır və bunlar əxlaqi çatışmazlıqdan irəli gələn şərəfsiz əməllərdir. Bu hücumlarda həyatını itirənlərin çoxu da qocalar və uşaqlardır.

Hələbdə yaşayan insanlar öz ölkələrinə qarşı olan bu hücumun məzlum şahidi mövqeyində olan sünni müsəlman cəmiyyətinə mənsubdurlar. Hələbdə mühacir olan terrorçu və ya İŞİD üzvü yoxdur. Sadəcə ailə üzvlərini və dostlarını bu vətəndaş müharibəsində itirən günahsız insanlar var.

Həyatlarını xilas etmək üçün öz vətənlərindən qaçarkən gəmilərdə boğularaq ölən çarəsiz miqrantlarla sanki şənlənən insanların var olduğunu görmək çox narahat edicidir. Bu miqrantlar daha yaxşı həyat ümidi ilə yola çıxırlar. Lakin səfərin sonunda boğularaq həyatlarını itirirlər. Bunun son nümunələrindən biri Aylan adlı gözəl uşağın üzərindəki şortu və qırmızı köynəyi ilə sahilə vurmuş məsum bədəni idi. Qəlblərə təsir edən bu obrazla bağlı bəzi Qərb media yayımlarında çirkin karikaturalar yer aldı. Bu karikaturaları görmək həqiqətən heyrətləndirici idi. Yaxşılar bu dəhşətli mənzərədən çox təsirlənərkən, pislər şeytani ruhla bu faciədən istifadə edərək özlərini əyləndirməyin yolunu tapmışdılar.

Fransız Çarli Hebdo jurnalını Qərb mediasının bu düşündürücü mövqeyinə nümunə olaraq verə bilərik. Jurnalın üz qapağında "Avropanın xristian olduğunun dəlili" başlığı ilə dənizin üzərində yeriyən saqqallı xristianla baş aşağı dənizdə boğulmuş kiçik uşağın şəkli qoyulmuşdu. Başlığın altında isə belə yazılırdı: "xristianlar dənizin üzərində yeriyər, müsəlmanlar isə belə batar".

Həqiqətən bu cür əcaib karikaturaları çəkənlər xristian və ya müsəlman olsun heç kimi sevmirlər. Özlərindən başqa hamıdan nifrət edirlər.

Burada oynanan bir oyun var və bu "oyun quranlar" sevgidən, mərhəmətdən, şəfqətdən tamamilə uzaqdırlar. Əgər bir insan məzlum uşağın ölü bədəninin karikaturasını çəkəcək qədər mərhəmətsiz ola bilirsə, bu tərz insanlardan hər cür pislik gözləmək olar.

Suriyalı vətəndaşlar döyüş bölgələrində çox ağır vəziyyətdə yaşayırlar. Necə həyatda qalacaqlarının və necə qaça biləcəklərinin yolunu tapmaqda çətinlik çəkirlər. Evdə, küçədə olarkən üzərlərinə bomba atılır. Xəstəxanalarda və ya məscidlərdə olmaları da fərq etmir.

 

Vətənlərindən ayrılmaq istədikdə isə digər ölkələr onları qəbul etməyi rədd edir. Ölkələrindən ayrılmaq üçün yola çıxdıqları zaman yolda qətlə yetirilirlər. Suriyalılar çarəsizcə çıxış yolu axtarırlar.

Yunanıstanın qubernatoru Spyros Galinos kimi bəzi vicdanlı siyasətçilər və liderlər isə bu rəzalətə qarşı səslərini yüksəldərək Avropanın miqrant siyasətini tənqid edir.

Suriyalı vətəndaşlar döyüş bölgələrində yaşayır[.] Necə həyatda qalacaqlarını və necə qaçacaqlarının yolunu tapmaqda çətinlik çəkirlər.

 

Bir çox Avropa İttifaqı üzv ölkələrinin miqrantlara qarşı siyasətlərini dəyişdirmələri insanlıq adına utanc vəsiləsidir. BMT görüşlərində belə -demək olar ki, bütün ölkə başçılarının bu qlobal hadisəni dilə gətirməsinə baxmayaraq- hələ ki, ağıllı həll yolu tapa bilməyiblər.

Pis tərəfdə yer alanlar şüurlu şəkildə təşkil etdikləri münaqişələrdə neçə nəfərin həyatını itirdiyi ilə maraqlanmır. Bundan başqa, döyüş bölgələrindən və  ya toqquşmadan qaçarkən tam olaraq neçə nəfərin həlak olduğunu dəqiq müəyyən etmək də mümkün deyil.

 

Bu məsələlərlə bağlı statistik məlumatları verən bəzi agentliklər isə oxşar qurumları səhv rəqəmlər verdiklərinə görə tənqid edir. Bu tənqid statistikada yer alan rəqəmlərlə əslində həyatını itirən insan sayı arasında necə ciddi fərq olduğunu ortaya qoyur.

Əslində bu rəqəmlərin əhəmiyyəti yoxdur. Çünki ruh sahibi olan bir insanın belə həyatı hər şeyə bərabərdir.

Pislər insanlara qarşı şeytani əməlləri ilə məqsədlərinə nail olmağı hədəf seçərkən, yaxşılar  bir nəfərin belə həyatını xilas etmək üçün əllərindən gələnin ən yaxşısını etməlidirlər. Çünki bir nəfərin həyatını xilas etmək, bütün bəşəriyyətin həyatını xilas etməyə bərabərdir.

Elə bu an yaxşıların önə çıxaraq pislərə qarşı güclərini birləşdirmələrinin tam zamanıdır. Kilid ölkələrin liderləri bu şeytani hərəkətləri dayandırmaq üçün yollar müəyyən etmək məqsədi ilə mühüm görüşlər keçirməli və gəldikləri nəticələri mətbuat konfransları, televiziya proqramları, ya da xəbər bülletenləri vasitəsilə çatdırmalıdırlar.

 

Müsəlman ölkələrin liderləri də eyni şəkildə müsəlmanların həyatını qorumaq üçün birgə bəyanatlar verməlidirlər. Bu çox açıqdır ki, müsəlmanların zəif görünmələrinin və təcavüzə məruz qalmalarının yeganə səbəbi parçalanmış olmalarıdır. Bölgədə güclü birlik təmin olunması müsəlmanlara və ya digər günahsız insanlara zərər vermək istəyənlərə qarşı çəkindirici güc olacaq.

Heç şübhəsiz sonda mütləq yaxşılar qalib gələcək.

 

.

Hadı Rəcəbli? Bu adam millət vəkili ,ölkənin sosial siyasət komissiyasının sədri,filan –filan və nəhayət  Lənkəranda yerləşən “Palıdlı” istirahət mərkəzinin sahibidir.Həmçinin ....

Mən bu adamı heç qınamadım.Müəllimlərlə bağlı “quş” buraxanda da,elə bu günlərdə Qarabağ əlilləri ilə bağlı səsləndirdiyi fikirlərində də,,,Çünki, Hadı Rəcəbli kimiləri yaxşı bilir ki,bir ölkənin müəllimini zəlil qoymaqla, onun bütün dayaqlarına zərbə vurmaqdır.Təbii ki,müəllim olmasa ölkənin nə qazisi,nə ordusu nə də vətənpərvəri ola bilər.

Sual yaranır ,niyə Hadı Rəcəbli məhz bu nöqtələrə ilişir????.Bunun cavabını isə  vaxtilə  Yeni Müsavat  qəzetində çap olunan  çox maraqlı bir yazıda  tapmaq olar.,
Xahiş edirəm diqqətlə oxuyun...

 

Deputat hadı Rəcəbli vətən xaininə “talış deyil, Lerikin türklər yaşayan kəndindəndir”, demişdi ...

1993-cü ildə Azərbaycanın cənub zonasında “Talış-Muğan Respublikası” elan edən, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunan Əlikram Hümbətov dünya ermənilərinin ünvanına müraciətlə çıxış edib. Özünü “Talış-muğan respublikası”nın prezidenti adlandıran separatçı Əlikram Hümbətov ermənilərə müraciətində qondarma “soyqırım” ilə əlaqədar başsağlığı verib: “Bu gün, erməni xalqı üçün belə bir gündə, biz talışlar, sizinlə bərabər kədərlənirik. Qoy yaradan sizə daha belə ağır sınaqlar göndərməsin!”.

 

 

O, erməni - talış dostluğundan da danışıb: “Allah erməni xalqına səbir versin! Qoy bizim erməni-talış dostluğumuzun təntənəsini qeyd edəcəyimiz gün gəlib çatsın. Talış xalqı bu gün sizinlədir, bizim qardaş erməni xalqımız!  Yaşasın erməni-talış dostluğu! Yaşasın erməni xalqı! Yaşasın Böyük Ermənistan!”

 

O, həmçinin Azərbaycanın ünvanına da ittihamlar səsləndirib: “Biz talışlar, bu qəbildən olan vəhşiliklərdən xəbərdarıq. Biz onunla elə bu gündə qarşılaşırıq. Azərbaycan Respublikasında bizim ilə də belə davranıblar! Bizim minlərlə sadiq oğullarımız Azərbaycan MTN divarları arasında işgəncələrlə məhv edilib! Talışlar elə indi də öz doğma torpaqlarında qul vəziyyətində yaşayırlar!”.

 

Azərbaycanın cənub zonanın ziyalıları isə Əlikram Hümbətovun bu fikirlərinə sərt münasibət göstəriblər. 

Cənub bölgəsindən olan, milliyyətcə talış olan  deputat, parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə mövzu ilə bağlı qalmaqallı acılama verib.
O, deyib ki, Ə.Hümbətovun talışların adından danışmağa haqqı yoxdur və “... o, ümumiyyətlə, milliyyətcə talış deyil, Lerikin türklər yaşayan kəndindəndir”. H.Rəcəbli qeyd edib ki, bütün hallarda Azərbaycan xalqı, xüsusilə də cənub bölgəsi Ə.Hümbətovu qəbul etmir: “Bu gün Azərbaycanın Əkrəm Əylislisi də var, Əlikram Hümbətovu da var. Bu insanları ilk gündən Azərbaycan cəmiyyəti qəbul eləməyib. Bu adamlar bizim üçün xəyanətkardır. Əlikram Hümbətovdan hələ soruşmaq lazımdır ki, talışca bilir ya yox?..”

 

Bəli  "hörmətli" Hadı müəllim butün bunlara baxmayaraq əlillərlə bağlı mövqeyində  yenidən ciddi bir yanlışa imza atıb. Ə. Hümbətovu “türkləşdirmək”, türk olduğu şübhə doğurmayan Əkrəm Əylislini də onunla eyniləşdirmək, onların xəyanətini “türklüyünə” bağlamaq qətiyyən doğru deyil və Azərbaycanın bütövlük konsepsiyasına ziddir. Ə. Hümbətov vətən xainidir, ermənidən də betərdir  və belə birisinə götürüb “türk kəndindəndir” demək, Azərbaycanın türkəsilli əhalisinə həqarətdir. Ümid edirik ki, deputat H. Rəcəbli növbəti yanlış mövqeyini ən qısa zamanda düzəldəcək və Ə. Hümbətovun ünvanına onun layiq olduğu ifadələri səsləndirəcək. 

 

Eyni zamanda, bu məsələyə heç dəxli olmadan yazıçı Əkrəm Əylislini də əlavə etmək deputatın məkrli niyyətindən xəbər verir. Yəni Hadı Rəcəbli demək istəyir ki, xain də, xəyanətkar da türklərdən çıxıb, onların talışlara heç bir dəxli yoxdur.

 

 

Azərbaycanın çörəyini yeyən, burada yüksək vəzifələr tutan, deputat seçilən, oliqarx kimi, böyük sərvətlərə malik olan birisinin bu mövqeyi yolverilməzdir və qətiyyən Ə. Hümbətovun yanaşmasından fərqlənmir. Sadəcə, ifadələr fərqlidir.

P.S.. Və nəhayət bir sual,özüdə tərsinə :Rəcəbli deyir ki,niyə əlillər imtiyazlardan istifadə etməlidir,yaxud ...Adama qayıdıb deyərlər ki,Hadı müəllim nədən Palıdlı İstrahət Mərkəzi sizin olmalıdır?,nədən siz millət vəkili olmalısız?...nədən,nədən,

P,S.S.. Bağışlayın saat neçədir? 

.
SAP SAMANI BİR BİRİNDEN AYIRMAK LAZIM.?


Tıpkı şerefli şerefsizler gibi! İyi de Kanı bozuk, Kanı temiz'i Nasıl ayıracağız, derseniz onun da çüzümünü buldum... ABD li kürdi ABD li Türki, gibi... Selhattin Demirtaş Zaza Kürt'dür. Figen alçak dağ pardon; yüksek dağ da bir Türk kızıdır.? ABD ye beraber giderler, dolarları da çok? Vay alçak dolar vay... Bu milletin ayarıyla oynayanlar? Namusuzdur alçak'dır şerefsizdir. Ulan hangi tarihe bakarsan bak Türk Kürt bin yıldır beraberler... Fakat benim konumda bu değil aslında, '' Küçümseyenler tarihe baksın '' -diyor şerefsiz! Ulan Türklerle Kürtler tarihin hangi safhasında savaştı ki? Kürtler Türklere bir damla kan akmadan katılan tek milletir! Asırlar boyu da bu kardeşlik sürmüştür. Bu kardeşliği cumhuriyet dönemindeki uygulamalar bozarak bugüne getirmiştir. Kaldı ki kandırılan Kürtler altta, üst kısmı Ermenilerden bir oluşumdur Pkk... Bu gün '' Bize eziyet ettiler '' şeklinde yapılan yakarışların asıl sahipleri Chp iken, yüzsüzce ve kendilerine yakışır biçimde şerefsizce dönemin hükümetine atıyorlar suçu... Ve utanmadan Chp ile yanyana saf tutuyorlar! Yahu eziyet edilse ne edilmese ne, sen zaten eziyet edenle ortak olduktan sonra ne fark eder? Her patlamanın sonucu. Yarısı Kürtçe ağıt? Diğer Yarısı da Türkçe ağıt? Kimi kandırıyorsun be... CHPHDP ORTAK DİN DÜŞMANI LTD ŞTİ...



                                                                         -----Ayhan Arslan------
.
Böyümək istəyən uşaqlar və balacalaşmaq istəyən böyüklər...


Kaş mən də uşaq olaydım... bu ifadəni işlətməyən böyük yoxdur. Baxmayaraq ki, o yolu hamımız keçmişik, amma həmişə dönüb o yollara həsrətlə baxmışıq. Kaş uşaq olaydım...

Heç fikir vermisizmi, biz uşaq olmağı arzu edərkən uşaqlar da böyüməyi arzu edərlər, niyə bilirsiz? Çünki onlar da özlərini ən aciz bilirlər, bu asılılıqdan qurtarmaq istəyirlər. Çünki onların da daxilində böyüklük eşqi var. Onlar böyümək istəyir, şəxsiyyət olmaq istəyir, böyük adamlar olmaq istəyir.... Biz böyüklər isə, deyəsən acizləşməyə doğru gedirik. Uşaq olmaq istəməklə zəiflik göstəririk, problemlərdən qaçmağa çalışırıq, yəni biz balacalaşmaqla bütün məsuliyyətdən azad olmağı arzulayırıq.

                                                                                          ***

Uşaqlar artıq yaşlarından çox böyük düşünməyə başlayıblar. Hətta ailənin ağır yükünü balaca ürəklərində çəkəcək qədər.
Uşaqlar… Ən məhsum, ən günahsız varlıqdır, lakin, çox vaxt  ən böyük işğəncələrə belə məruz qalırlar.  

Bəzi uşaqlar sevgiylə böyüyərkən, bəziləri sevginin nə olduğunu belə bilməzlər. Bəzi uşaqlar əylənərkən, bəziləri əyləncənin nə olduğunu bilməzlər. Bəziləri var -dövlət içində üzərkən, bəziləri çörəyə həsrət qalarlar, uşaqlar var dünyanı bəzəyər, uşaqlar da var ki dünyada onlara bir gün uşaq kimi yaşamaq haram sayılar, döyüş meydanlarında əzilər, ayaqlar altında qalar, aclıqdan susuzluqdan, ölərlər....


Bəzi uşaqlar yemək seçimi edərkən, bəziləri yeməyə bir şey tapmazlar… Bəziləri bayramı hər gün yaşarkən, bəziləri ömür boyu yaşamazlar.. Uşaq olmaq bumu?! 
 
Ailədəki kasıbçılığı başa düşən uşaqlar böyümək istəyir, ailəsinə dəstək ola bilmək üçün. Problemlərdən qaçmağa çalışan böyüklər isə balaca olmaq istəyir.
                                                                                ***
(Görün vəziyyət hansı həddə çatıb ki, uşaq olmağı nə qədər istəyirsə böyüklər, onlar  üçün uşaq bağçası da açıldı. Bəli,  qəribə də olsa, Rusiyada Novosibirsk vilayətində böyüklər üçün uşaq bağçası açılıb. Lunta Yevgeniy Pyatkovskiy adlı fiziki şəxsin dediyinə görə, bu, Rusiyada ilk belə məkandır və analoqu yoxdur: Biz dostlarımızla müzakirə apardıq və qərara gəldik ki, özümüzü axırıncı dəfə ən çox uşaq bağçası illərində xoşbəxt hiss etmişik. Və elə bu söhbətdən böyüklər üçün uşaq bağçası yaratmaq ideyası ortaya çıxdı”.
Böyüklərin uşaq bağçasının menyusuna südlü sıyıq, meyvə püresi və sair yeməklər daxil edilib. Böyüklərin ən böyük əyləncəsi qumdan və plastilindən ev düzəltmək olacaq).
                                                                               ***
Təhsildən yayınan uşaqlar, təhsil almaq imkanı olmayan uşaqlar, azyaşlı olmasına baxmayaraq çörək pulu üçün küçələrdə iş axtaran uşaqlar, əməyi istismar olunan uşaqlar, xəstələnincə dərman ala bilməyən uşaqlar, uşaq pulundan belə məhrum edilən uşaqlar… onlar özlərini müdafiə üçün  böyümək istəyir, biz isə....
 
Onlar böyümədi… böyüsəydilər…

Bütün dünyada, eləcə də Azərbaycanda müharibə zamanı saysız uşaqlar həyatını itirib.

Təkcə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlardır. Gühansız körpələr, yeniyetmələr amansızlıqla, işgəncələrlə öldürülüb, başları kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb. 
Erməni işğalçılarının Xocalıda törətdiyi qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq isə əlil olub.
Soyqırımlar, qanlı yanvar gecəsi nə qədər günahsız uşaq həyatını itirdi. Hələ də dünyada nə qədər uşaq aclıq və səfalət içində yaşayır. O uşaqlar da böyümək istəyirdi, amma olmadı... 
 
Təəssüf ki, xoşbəxtlik saçan gözlərini əbədi yuman mələklər az deyil. Həm də kimlərinsə günahı üzündən.

Bu uşaqların bir qismi də 19 may alovunda diri-diri yanan körpə mələklərdir. Onlar dünyanın ən gözəl və məsum uşaqları idi. Onlar gülüşləriylə bütün dünyanı isidəcək qədər gözəl idi. Lakin onları elə odda-alovda yandırdılar ki, bundan sonra bütün dünya birləşsə, ürəyimizdəki yanğını, acını soyuda bilməyəcək.

 Bunu edən böyük qazanc əldə etmək istəyən vicdansızlar oldu...

Nə yazıq ki, yol terrorunun, həkim səhlənkarlığının qurbanları da az deyil...

İŞİD-in qurbanı olan uşaqlar da var.
Siyasət oyununda oyuncağa çevrilmiş uşaqlar da… Onların müdafiəsinə kim qalxacaq?! Və nə zaman?!

Dünyann bəzəyi olan uşaqlar bəzəksiz qalıb
 
Dünyada nə qədər uşaq var, amma uşaqlığını yaşaya bilməyən, böyüməyən uşaqlar da az deyil...   İşgəncələrə, ədalətsizliklərə ən çox məruz qalan onlardır... Dünyaya gəlmədən onun yaşayıb- yaşamayacağına qərar verilən uşaqlar olur… Doğulduqdan sonra, köməyə möhtac -yenə uşaqlar olur.
Həyata tutunmağı bacarmadan həyatdan qoparılan uşaqlar, heç vaxt böyümürlər.
 
 
Ailə zorakılığı, işgəncələrə məruz qalan uşaqlar, böyük başbilənlərin qurduğu siyasət oyunlarının qurbanı olan uşaqlar....  Bu deyilmi uşaqlıq.... Köməksiz qalan bu məsumlara həsəd aparmaq nə qədər böyüklükdür?!...

Balacalaşmayaq insanlar, böyüyək mümkünsə... Ağlımızla, mənəviyyatımızla, bacarıqlarımızla, insanlığımızla böyüyək, böyük adam olaq. Böyüyək ki, balacalarımızı da qoruyub böyüdə bilək....
 
                                                                                                                          Vüsalə Qələndərli

 
 
 
 
 

Xəbər lenti