.
"Alo, dayan qardaş, keçidlə gəl e,  polis var burda, görsə cərimələyəcək"....
Biz nə qədər də ehtiyatlı insanlarıq, axı ehtiyat igidin yaraşığıdır... Bax elə buna görə də həmişə yol keçəndə ehtiyat edirik ki, polis var, yoxsa yox, əvvəl polisin olmadığına əmin oluruq, sonra isə yolun ortasından, maşınların ölüm siqnallarına məhəl qoymadan, qulağımızda qulaqcıq, əlimizdə telefon rahatca keçirik, əgər qarşıda polis varsa, cərimə yazılmasın deyə canımızı dişimizə tutub keçidlə keçirik, üstəlik dodağımızın altından mızıldanırıq da hardan tikildi bu keçidlər deyə.
Bir anlıq düşünək, biz nə edirik axı, kimdən qorxuruq, polisdənmi, "həyatımızdan qiymətli cərimə"dənmi, bəs qorxulacaq olan ölümdən, ya da bir ömürboyu şikəst qalacağımızdan niyə qorxmuruq ki görəsən... Axı polisdən niyə qorxmalıyıq, məyər hələ anlamamışıqmı ki, polis bizim təhlükəsizliyimizi qoruyan orqandır, ondan qorxmaq yox, hörmət etmək lazımdır. Polislərə də, qanunlarımıza da, elə öz həyatımıza da hörmətlə yanaşmalıyıq.
***
Ötənlərdə bir hadisə şahidi oldum. Deməli bir dost yolun bu üzündə, digəri o biri üzündə, bunlar görüşməlidirlər, dost yolu keçməlidir, təbii ki, keçid var, amma o yolun ortasındanca keçmək istəyir, bu dost da ona tez gəl deyə əl edir, birdən bu etibarlı dostun gözü sıx hərəkət edən maşınlar arasında qan tər içində dayanan polisə dəyməzmi... Eləmədi tənbəllik, qurtardı dostunun "5-10 manat"ının həyatını. Dostunun həyatını demirəm ha, cərimə verəcəyi pulu deyirəm. Nə gözəl dostmuş, bayaqdan əl yelləyib tez gəl deyə tələsdirən adam, indi dostunun cərimələnməməsi üçün ona yolda polisin olduğunu xəbər etdi. Həm də tam zamanında. Zaman demişkən, ölümün zamanı gözlənilməz olur, kim bilir, bəlkə də polisi görməsəydilər yolu sıx hərəkət edən maşınlar arasından keçərkən həyatını itirəcəkdi. Deməli, istəsək zamanımız çatar keçidlə keçməyə, demək heç yolda polis varmı, yoxmu deyə qorxmağa da dəyməz. Polisdən qorxmaq demişkən bir əhvalat yadıma düşdü, demək beşyaşlılar məktəbə gedir, yolda bir neçə polis var, qızlardan biri sevinərək-Polis əmi deyə qışqırır, o biri uşaq isə qorxulu səslə, ay qız qışqırma, polis səni tutar deyir. Balaca rahatlıqla -Niyə polis məni tutur ki, mən oğru deyiləm axı"-dedi...
Hə, balacaların bu söhbətində bir məntiq var, demək hərə bir ailədən tərbiyə alır, polislə qorxudularaq böyüyən uşaq hər zaman qorxu içində yaşayacaq, amma polisə sevgiylə baxıb, ona güvənən balaca özü də demişkən, niyə qorxmalıdır ki, axı o balaca oğru deyil..
İçimizdəki polis qorxusunu bir tərəfə ataq, axı onlar elə də qorxulu deyil, polislərimiz bizi qoruyur,  evdə uşaqları yemək yeməyəndə, dərs oxumayanda polis səni tutacaq deyə qorxutmağımızdır qorxulu olan, uşaqların yaddaşında polis "qorxulu insan" olaraq qalır. Və gələcəkdə atdıqları yalnış addımda gözləri o "qorxulu polislər"i arayır, halbuki qorxulacaq olan bizik, biz özümüz..
Şahidi olduğum bu hadisədən sonra hey düşünürəm, biz insanlar nə vaxt özümüzə qarşı, allahın əmanəti olan canımıza qarşı laqeyd olmayacağıq. Oğurluq edib oğru olmayacağıq, adam öldürüb cani olmayacağıq, qanunu pozub həbs olunmayacağıq ki, polislərdən də qorxmayacağıq.
Dostuna keçidlə yalnız cərimədən xilas olmaqçün keçməyi məsləhət bilən "xilaskar dost"a isə demək istərdim: Dövlətimiz bu qədər vəsait hesabına başa gətirdiyi keçidləri bizim təhlükəsizliyiniz üçün edib, elə o şikayətləndiyimiz polislərimiz də bizi qorumaq üçün icazə vermirlər keçid olan ərazilərdə qayda pozmağa.  Cərimədən, qanundan qorxmayıb cəriməmi ödəyəcəm deyən ürəkli insanlar isə düşünmür ki, bir anlıq qəza bəs edər, cəriməni malı yox, canı hesabına ödəsin...
Vüsalə Qələndərli 
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


13 İyun 2017 "Son Zəng" və ya "Sona çatmamış ömür"....
11 İyun 2017 Lənkəranda 21213 seyid var.1.060,650 manat .Siz buna CAHİLLİKMİ deyirsiz.
03 İyun 2017 Huzur arayanları gözləyən sirli məkan
01 İyun 2017 Gövhər Ağa məscidi də “fars məscidi” olacaq?
20 May 2017 Yaponlar xoşbəxtliyin yollarını necə tapdılar?
21 Aprel 2017 "Paslanmış 5 qəpik"lik peraşki arzusu- Vəfa Sərdar yazır...
11 Aprel 2017 Savaşda ən çox analar ölür... - Qənirə Paşayeva
29 Mart 2017 Uşaqların, kitabların üzündən öpəcəksən...
18 Mart 2017 "Niyə?"lərin tək cavabı, səbrsizlik..-Vüsalə Qələndərli
16 Fevral 2017 Prof. Qafar Çaxmaqlı: Onlar da Lapşin kimi məhkəmə qarşısında durmalıdırlar.
13 Fevral 2017 “Lapşinin işi”: qanuni addımlar və ədalətsiz yanaşmalar
30 Yanvar 2017 Çıxış yolu intiharda deyil, imandadır
29 Yanvar 2017 Ağ işıq- Vəfa Sərdar yazır....
26 Yanvar 2017 Nobel sülh mükfatının qəribə hekayəsi
23 Yanvar 2017 Zəngin qitənin yoxsul insanları..
13 Yanvar 2017 Yaxşı və pis: hansı tərəfdəsən?
06 Noyabr 2016 Şəfayət Əliyev:"Sus bə adam!Vətən xaininə “talış deyil, Lerikin türklər yaşayan kəndindəndir”, demişdi ...
11 Oktyabr 2016 Sap Samani bir birinden ayirmak lazim.?
09 Oktyabr 2016 Vüsalə Qələndərli - Balacalaşmayaq insanlar, böyüyək mümkünsə!...
05 Oktyabr 2016 Dərdin dərmansızı, yaxşının pisə möhtac olmasıdır...
03 Avqust 2016 Bir ananın ürəyində illərin qaysaq bağlayan yarası- sürücü məsuliyyətsizliyi bir ailədən iki can aldı
03 İyun 2016 Alman parlamentindəki balta sapı
11 May 2016 ZAUR QƏRIBOĞLU-BURA VƏTƏNDIR
07 May 2016 Davudoğlu xarici siyasət kursunu da özü ilə ...istefaya aparır
02 May 2016 Xanlar ZİYADOĞLU-Arzusuna çatan adam
30 Aprel 2016 Yaxın Şərqdə kürd kartı – qüdrətli dövlətlər ondan yararlanmağa çalışır
29 Aprel 2016 İndiki ermənistan ərazisi Azrbaycan torpağı olmuş, burada yaşayanlar isə Azərbaycanlılar olmuşdur- Ermənistanın sabiq vitse-Spikeri
11 Aprel 2016 Böyük Hələb savaşı başlayır – Bəşər Əsəd Rusiyanın dəstəyi ilə… – FOTOLAR
07 Yanvar 2016 Qərbin silahı, Şərqin... - Qalib kimdir, məğlub kim?
19 Dekabr 2015 İŞİD NƏDİR VƏ KİMDİR ?

Xəbər lenti