.
Prof.Qafar Çaxmaqlı

Bilənlər bilir ki, tarixi Azərbaycan mədəniyyət mərkəzlərindən biri olan İrəvanda keçən əsrdə mövcud olan 12 məsciddən heç biri qalmayıb. Ermənilər fərqli zaman içərisində onları məhv edib tarix səhnəsindən siliblər. 1990-cı ildə isəburada türk-müsəlmanlığın tək simvolu olan “Göy Məscid” erməni vandallar tərəfindən yandırılmışdı. Digər məscidlər də yerlə bir edilmişdi. O cümlədən, dostum Tariyel Babayevin atasının müdiri olduğu Dəmirbulaq məscidi də indi yoxdur. İrəvandan bütün türk izləri silinib. Bizi ağrıdan məsələlərdən biri də müsəlman İranın mövqeyi, onun Ermənistanın yanında durmasıdır. İran  hökuməti  90-cı illərin sonlarında Göy Məscidin restavrasiya edilməsini öz üzərinə görürərək onu bərpa etdi və adını da təmirdən sonra “Fars məscidi” qoydular. Bir soruşan olmadı ki “fars məscidi” nə deməkdir? Bəlkə, farslar qeyri-adi müsəlmanlardı? Bu adı üstənməklə nə demək istədilər? Ermənilər məlum, bu Azərbaycan şəhərindən türk izini silmək üçün əllərindən gələn hər şeyi edəcəklərini gözləmək olar. Farsların bu xristian toplumu ilə fikir birliyi içində olması hansı türk düşmənçiliyindən qaynaqlanır, bunu anlamaq mümkün deyil. İndi İrandan Ermənistana qısamüddətli səfərə gələn tır şoferləri hərdən bu məsciddə  namaz qılırlar.  İbadətləri qəbul olunurmu, deyə bilmərəm...
 
Dağlıq Qarabağdakı separatçı qurum da indi eyni yolu gedir. Şuşa işğal olunarkən buradakı məşhur  Yuxarı Gövhər Ağa məscidi topa tutuldu. Minarələri dağıtdılar. Məscid xarabazara çevrildi. 8 may 1992-dən bu günə bu məscid dağıdılmış durumdadır. 2001-ci ildə  ATƏT-in təşkilatçılığı ilə Ermənistana və oradan da Qarabağa gedən jurnalistlər heyətində mən də yer almışdım. Dağlıq Qarabağda ikən ermənilər Şuşanın dağıdıb viran etdikləri yerlərini bizə göstərmək istəmirdilər. ATƏT-in burada eyş-işrət içərisində həyat sürən nümayəndəsi Anjey Kasprşik də bir erməni kimi hərəkət edirdi (İndi də ona mən ermənilərin nümayəndəsi kimi baxıram).  Təkidli tələblərimizdən sonra Gövhər Ağa məscidinə uzaqdan baxmağa icazə verdilər. Oradan mən bir-iki ovuc torpaq götürdüm. Bakıda tələbə yoldaşımız Vasif Quliyevə şuşalı  həmkarlarıma, payladım. İndi də o fikirdəyəm ki, bu dini mərkəzi bu günə salanların cəzasını nə vaxtsa verəcəyik. Şuşa heç zaman erməni şəhəri olmayacaq.  O zaman da yazmışdım, Şuşanı çox miskin, soyuq, kədərli, bütün dünyanın dərdlərini öz çiyninə yükləmiş bir qoca kimi kimi görmüşdüm.  Yalnız bizim nəfəsimiz onu isidə bilərdi… İşğalından 25 il sonra əlimizdən hələlik bu çeynənmiş sətirləri dilə gətirməkdən başqa əlimizdən heç nə gəlmir.
 
Yuxarı Gövhər ağa məscidi  Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. Məscid 1883-84-cü illərdə, Aşağı Gövhər ağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına tikilib. Pənahəli xanın dövründə qarqu və qamışdan tikilən məscid, İbrahimxəlil xan tərəfindən daşla əvəz edilir. Minarəsiz olan məscidi xanın qızı Gövhər ağa sökdürərək, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirir, sonradan bu məscid də Gövhər ağanın göstərişi ilə sökülür və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhər Ağa məscidi kimi tanınan həmin bina inşa edilir. Gövhər ağa məscidinin  qısa tarixçəsi budur.
 
İndi ermənilər hansı fikirləsə (əslində bu məlumdur) Şuşadakı  Yuxarı Gövhər Ağa məscidini təmir etmək qərarına gəliblər. Yenə də İranlıların əli ilə (!)  İranın “Part Saman Caal Ko” adlı şirkəti Yuxarı Gövhər ağa məscidini təmir etmək məqsədi ilə hazırladıqları layihəni separatçı quruma təqdim etmiş və iqtisadiyyat nazirinin müavini Sergey Şahverdyan erməni mətbuatına bununla əlaqədar bilgi verib. Bəli təmirdən sonra onun adı “fars məscidi” adlanacaq, İran şirkəti də şərti belə qoyub.  Azərbaycanın və Qafqaz Müsəlmanları dini idərəsini etirazına heç bir əhəmiyyət verməyəcəklərini də onunla əsaslandırıb ki, “Dağlıq Qarabağ Respublikası” 2015-ci ildən Qədim Mirasların Arxeoloji abidələrin Qorunması ilə bağlı Avropa Konvensiyaya qoşulub və buradakı qədim mədəniyyət abidələrini qorumağı öz üzərinə götürüb və ikinci tərəfin buna qarışmağa ixtiyarı yoxdur. “İkinci tərəf “ yəqin bizik.
 
Bu gədanın dediyindən belə çıxır ki, Azərbaycan bu işlərə heç bir müdaxilə edə bilməz. O səbəbdən Şeyxüslamın və Dini Komitənin bəyanatları dişsiz təsir bağışlayır. Tutaq ki, hələ Qarabağda, Şuşada bu işlərə müdaxilə etmək imkanımız yoxdur. Amma İran səfirinin yaxasından yapışıb onu sual edə bilmərikmi? Məgər deyə bilmərik ki, Dağlıq Qarabağın tamamı Azərbaycan torpaqlarıdır və burada hər hansı fəaliyyət Azərbaycan qanunları ilə edilməlidir.  Məgər deyə bilmərik ki, sən kimsən, mənim torpaqlarımda mənim tarixi, adı  bəlli olan məscidimə  yeni bir qondarma ad qoyursan?  Amma demirik. Dediklərimizin təsiri olmur. Və beləcə Azərbaycan torpaqlarında ikinci bir “fars məscidi” peyda olmaqdadır.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


08 Dekabr 2017 Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur.
15 Noyabr 2017 Görəsən, nə vaxt uçacayıq...
18 Oktyabr 2017 Dünyaya gəlmədən ölmək...
06 Oktyabr 2017 Nobel Şurası və İslam Aşurası
02 Oktyabr 2017 Niyə cəmiyyətə sancılan tikanları özümüzdən uzaqlaşdırmamalıyıq?- Anar Yusifoğlu
01 Oktyabr 2017 Bir payız axşamı, söz yağışında...
20 Avqust 2017 Parqalı İbrahimin aqibəti və Gülbalanın heykəli (Foto + Video)
04 Avqust 2017 "Qız yükü, duz yükü" dür deyə-deyə...
01 Avqust 2017 Elə bil dünənə qədər aerodromlu briqadirin kolxozçusu deyilmiş...
31 İyul 2017 Montaj ilə qisas olmur, atam!
30 İyul 2017 Avdı Qoşqar, mən arada karvana hörmət edirəm.
24 İyul 2017 Nahid Canbaxışlı :"Mən 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzildə 3 uşaq böyütmüşəm"
21 İyul 2017 O qürurlu kişinin oğluyam mən!
25 İyun 2017 Bura Tibbi Pedoqoji Psixoloji Komissiyasıdır?
13 İyun 2017 "Son Zəng" və ya "Sona çatmamış ömür"....
11 İyun 2017 Lənkəranda 21213 seyid var.1.060,650 manat .Siz buna CAHİLLİKMİ deyirsiz.
03 İyun 2017 Huzur arayanları gözləyən sirli məkan
21 May 2017 İçimizdəki "Qorxulu polis"lər....-Vüsalə Qələndərli
20 May 2017 Yaponlar xoşbəxtliyin yollarını necə tapdılar?
21 Aprel 2017 "Paslanmış 5 qəpik"lik peraşki arzusu- Vəfa Sərdar yazır...
11 Aprel 2017 Savaşda ən çox analar ölür... - Qənirə Paşayeva
29 Mart 2017 Uşaqların, kitabların üzündən öpəcəksən...
18 Mart 2017 "Niyə?"lərin tək cavabı, səbrsizlik..-Vüsalə Qələndərli
16 Fevral 2017 Prof. Qafar Çaxmaqlı: Onlar da Lapşin kimi məhkəmə qarşısında durmalıdırlar.
13 Fevral 2017 “Lapşinin işi”: qanuni addımlar və ədalətsiz yanaşmalar
30 Yanvar 2017 Çıxış yolu intiharda deyil, imandadır
29 Yanvar 2017 Ağ işıq- Vəfa Sərdar yazır....
26 Yanvar 2017 Nobel sülh mükfatının qəribə hekayəsi
23 Yanvar 2017 Zəngin qitənin yoxsul insanları..
13 Yanvar 2017 Yaxşı və pis: hansı tərəfdəsən?

Xəbər lenti