.
Bu gün nə gözəl gündür, nəsə özümü yaxşı hiss edirəm, bu gün anamı hiss edirəm, atamın mənə toxunuşunu hiss edirəm. Artıq əllərimi, ayaqlarımı, bapbalaca ürəyimin döyüntüsünü hiss edirəm.Hər gün bir az böyüyürəm, məni çox sevirlər...

Anamla atam mənim hərəkətlərimi izləmək üçün harasa gətiriblər, indi onlar məni görəcəklər, necə balaca və şirin qız olduğumu biləcəklər.  Anam mənim, neçə aydır ki bu günü gözləyir, hələ atamı demirəm, həsrətlə bu günü gözləyirdilər ki, oğlan yoxsa qız olduğumu bilsinlər, atam çox sevinəcək bilirəm, axı atalar qızlarını çox sevər...
Budur, hiss edirəm, atam sığal çəkir mənə, bu gün məni görəcək deyə başqa xalanın yanına gedirlər. O  xalanı görə bilməsəm də mənə toxunuşundan çox həyəcanlı olduğunu hiss edirəm, az qala qışqırmaq istəyirəm ki ay xala, niyə həyəcanlısan, bax atam məni görmək üçün gəlib bura, tez ol, əlindəki nədirsə anama toxundur və televizordu nədi, orda atam məni görsün, yazıqdı atam, gör necə həvəslə gəlib, atamı incitmə həkim xala..

Aha.. budur, məni izləyirlər, bəlkə dəcəllik edim, o tərəf bu tərəfə dönürəm, rəqs edirəm, özüm üçün gülürəm, barmaqlarımla oynayıram, atam da anamla məni izləyir, sevinc səslərimi eşidə bilmirlər, onları sevdiyimi dediyimi eşitmirlər, amma dıq..dıq deyə döyünən ürək döyüntümün səsini eşidirlər və hərəkət etdiyimi də görürlər, yəqin xoşlarına gəldim, axı bu qədər əziyyət çəkdim...

Və gedirik evimizə... anam məni əvvəlkindən çox sığallayır nədənsə, yəqin xoşuna gəlmişəm, yəqin çox sevindi qızı olacağını biləndə. Elə həyəcanlanıram ki, bircə vaxt gəlib çatsaydı, mən də bacım kimi işıqlı dünyaya gəlsəydim. Atamı möhkəm qucaqlaya bilsəydim... Amma narahatam get-gedə, bir neçə gündür, elə o həkim xalanın yanından gələndən bəri atamın toxunuşunu hiss etmirəm, sığal çəkməsini hiss etmirəm, görəsən nə olub atama, bəlkə xəstələnib, off buradan azad ola bilsəydim onu sağaldardım, bircə öpüşümlə sağaldardım onu, axı onun qızıyam mən...
Bir neçə gün də keçib, harasa gedirik, atam, anam və mən.. anamın məni daha çox sığalladığını hiss edirəm, atam isə nədənsə uzaq durur məndən, narahatam atam üçün, ona nə olub axı.. bəlkə əlinə işdə tikan batıb, bəlkə ayağı daşa dəyib, ona gələn mənə gəlsəydi kaş, atamın kefi pozulmasaydı. Neynəyim atamdı, ona qıymıram.

Anam yenə uzandı hardasa, yenə həyəcanlanır anam, ağlayır sanki.. Hiss edirəm atama yalvarır ki dəyməyin qızıma, atam isə ona nəsə qışqırır, onun dediyini etməsini istəyir. Off ana, atamın sözündən çıxma demək istərdim, amma eşitməz ki məni, atacan böyüyüm, dünyaya gəlim, söz verirəm anamla danışacam, heç vaxt sənin sözündən çıxmayacaq.  Amma nəsə narahatam, bu dəfə özüm üçün, mənə nə olub bilmirəm yaman ağrıyıram, xəstələndim deyəsən, ay amannn, elə bil qolumu qırdılar, ata qoymaaaa, off elə bil ayağımı da qopardılar, qoyma anaa, nə olub haradır burası, barmaqlarım qopur, çox üşüyürəm, atam hardasan, axı atalar qızlarını qoruyar, sən də məni qoru, ata mən də dünyaya gəlmək istəyirdim, sənin gəlinciyin olacaqdım, ata,... ata... daha nəfəs ala bilmirəm, səni qucaqlaya bilmədim ata, bağışla məni.... Dünyaya gəlmədən öldüyüm üçün bağışla ata...

/Vüsalə Qələndərli/
 
PS: Ata, ana, böyüyə bilsəydim bax belə gözəl qızlardan biri ola bilərdim...
 










Şərh yaz


26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva
01 Aprel 2018 Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan!
08 Dekabr 2017 Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur.
15 Noyabr 2017 Görəsən, nə vaxt uçacayıq...
06 Oktyabr 2017 Nobel Şurası və İslam Aşurası
02 Oktyabr 2017 Niyə cəmiyyətə sancılan tikanları özümüzdən uzaqlaşdırmamalıyıq?- Anar Yusifoğlu
01 Oktyabr 2017 Bir payız axşamı, söz yağışında...
20 Avqust 2017 Parqalı İbrahimin aqibəti və Gülbalanın heykəli (Foto + Video)
04 Avqust 2017 "Qız yükü, duz yükü" dür deyə-deyə...
01 Avqust 2017 Elə bil dünənə qədər aerodromlu briqadirin kolxozçusu deyilmiş...
31 İyul 2017 Montaj ilə qisas olmur, atam!
30 İyul 2017 Avdı Qoşqar, mən arada karvana hörmət edirəm.
24 İyul 2017 Nahid Canbaxışlı :"Mən 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzildə 3 uşaq böyütmüşəm"
21 İyul 2017 O qürurlu kişinin oğluyam mən!
25 İyun 2017 Bura Tibbi Pedoqoji Psixoloji Komissiyasıdır?

Xəbər lenti