.


Dünya inkişaf edərkən, yaxşı və pis olan nə varsa  bərabər inkişaf edir. Dünyanın inkişaf etməsi önəmlidir.


Bu bizim yaşayış standartlarımızı artırır və həyatımızı asanlaşdırır. Lakin rifah yaxşı olan dünyamızda insanlar nədənsə xoşbəxt deyillər Xüsusilə maddi vəziyyəti yaxşı olan insanlara baxanda bu vəziyyət daha da ciddi şəkildə görünür. Adını yazmaq istəmədiyim çox məşhur bir psixiatr doktorla bir toplantıda danışarkən, dedi ki, bu gün demək olar ki, insanların 80% antidepressant dərmanlar istifadə edir. Bildirdi ki, xüsusilə depressiya qadınlar arasında daha geniş yayılmışdır.

O qədər də uzaq tarix olmayan öz uşaqlıq illərimi xatırlayıram. İnsanlar hər hansı bir psixoloji narahatlıqları olduqları halda belə psixiatr həkim yanına getməyi qəbul etməzdilər. Çünki o zamanlar psixiatr yanına gedib də antidepressant dərman alan insanlara cəmiyyətdə fərqli baxılırdı. İnsanların psixoloji durumu o qədər yaxşı idi ki, nadir olan bu hallar insanlara anormal hal kimi gəlirdi. Problemi olub ki, gedənlər də onlara pis baxılmasın deyə bunu maksimum dərəcədə gizlətməyə çalışırdılar.

Analarımızın bir paltosu olardı, onu da, 5-6 il, bəlkə də çox giyərdilər. Bütün qardaşlar eyni otağı bölüşürdük, hətta bir çoxumuzun yatağı da bəlkə olmazdı, yerdə döşəklərdə yatırdıq. Bütün ailənin yalnız bir televizoru olardı. Kiçik qardaşlar həmişə böyüklərin kiçilmiş paltarları ilə böyüyürdü. Yeni paltar ya bayramda, ya da ki, yeni məktəb ilində alınardı. Evə qonaq gələndə çox xoşbəxt olardıq və evdəki ən dəyərli nemətlər qonaq üçün saxlanılırdı. İnsanlar qonaq gələrkən yorulmuşuq sözünü heç istifdə etməzdilər, əksinə, sanki daha da dincəlmiş görünürdülər. Qohumlar o qədər mehriban iidilər ki, kasıb və varlı qohum ayrı-seçkiliyi olmazdı. Yaxşı insan kəlməsini duyardıq həmişə. Gözü yaşlı və bədbəxt qadınları çox nadir görərdik, Onunda səbəbi hər halda, ərlərini çox erkən itirmələri olardı. İctimai bir kədər olardı o qadın çəkdiyi acılara. Hər kəs onlara ana, bacı gözü ilə baxardı, yiyələnərdi. Atasız və anasız uşaqlara qarşı cəmiyyətdə böyük mərhəmət vardı. Əgər biri onların qəlbinə dəyəcək bir ifadə işlədərdisə digər insanlar demək olar ki onlarla dava edərdilər. Yoldaşını itirən qadın ərinə olan sevgisindən dolayı hətta ikinci dəfə evlənməzdilər belə. İkinci dəfə evlənməyi həyat yoldaşının ruhuna hörmətsizlik zənn edərdilər.

Heç bədbəxt və ruhsuz uşaq üzü görmürdük. Hər kəs çox şad idi. Uşaqlarını üzündə hamınız uşaqlığın səmimiyyətini və sevincini görərdiz. Bir sözlə varlanmamışdıq, kasıb amma xoşbəx idik. Əksəriyyət insanın məqsədi yaxşılıq etmək və ətrafını xoşbəxt etməkdi. Baxdığımız filmlər, cizgi filmləri, oxuduğumuz kitablar, dincəldiyimiz mahnılar da bizə məhəbbətin, dostların müqəddəsliyini, pisliyin və pislərin həmişə məğlub olacağını öyrədirdi. Bir sözlə xoşbəxtliyi və əmin-amanlığı öyrədirdi.

İndi nə oldu bizə və dünyamıza? Hər şeyin təqribən dörd dördlük olduğu bir dövrdə bu qədər oranda insan antidepressant istifadə edir. Yoğun Psixiatr həkim sayı çatmır.

Həyatımızda günorta dəhşətli şeylər baş verir ki, insan bunları görərkən bəzən nə üçün bu dünyaya gəlmişəm, kaş gəlməyəydim deyir. İnsanlar bir birindən ayrılaraq tək olmaqdan daha çox xoşbəxt olur.
Yeni trend söz çıxmış, "İnsanları tanıdıqca, heyvanları daha çox sevirəm".
Bu sözün hər halda nə qədər ağır bir söz olduğunun fərqində deyilik. Olsaydıq mütləq dəyişməyə çalışırdıq. Bu həyatın sonu deməkdir. Məhəbbət, dostluq, böyüklük, hörmət, sevgi, mənəviyyat o qədər yüksək qiymətlərdir ki, haradasa toxunulmazdı. Mənəviyyatsız bir insan söylənə biləcək ən pis küfrdü. İndi elə söyüşlər var ki, mənəviyyatsız kəlməsi haradasa normal bir ifadəyə çevrilib.

Son bir ayda ətrafımda baş verən bir neçə hadisə, insan və bəşəriyyətlə bağlı ümidlərimi tamamilə alt üst etdi. İnanmayacaqsınız, mənim bu həyatda ən qorxduğum varlıq insan oldu.

Yəqin ki, Sizdə bu hadisələrin şahidi olmusunuz. Qadın bir kişini beyninə salır, evlidir deyirsən, nə olar boşadırıq deyir. Ya Rəbbim bir insan necə bir başqasının göz yaşları üzərində öz xoşbəxtliyini qura bilir? Sevgiyə hörmət edirəm. İnsan evli birində sevə bilir, insan evli olduğu halda bir başqasına aşiq ola bilir. Sözüm onlardan kənara. Nəticədə insanın öz əlində olmayan bir duyğu məhəbbət. Lakin indi əksəriyyət da belə deyil. İnsanın yaxşı, dürüst, insan olması, yaşı, başı heç önəmli deyil. Zəngindirsə kifayətdir. Onun yuvasını dağıdıb öz yuvalarını qurmaq çox asan. Bəs Kişilər? Bu yaxında öz ətrafımda yaşadığım bir hadisə. Dəyər verdiyim bir tanıdığım sözün əsl mənasında xanım əfəndi olan birinə aşiq olduğunu dedi. Həyatının nəhayət 40-ci baharına az qaldığı vaxtda ümidlərinin tam itki etdiyi anda önünə belə bir xanım əfəndi çıxdığının sonsuz şərəfini və qurunun yaşadığını deyirdi. Hətta ətrafında mənim kimi eşqə, sevgiyə inamı və etibarı qalmayan insanların da bu çıxışa fikirlərini dəyişdirə bilmişdi  bu adam. Ayrılmadan yalnız bir gün əvvəl Sən mənim həyat enerjimsən, Rəbbimə nə qədər dua etsəm azdır dəyən bir insan, yalnız bir gün sonra mesajla ayrılaq, mənim həvəsim qurtardı dedi.

Elə bir zəmanəyə  gəlmişik ki, eşq və həvəs sözləri bir birinə sinonim olub. Allah axırını xeyir etsin. Mən bunun səbəbini xeyli düşündüm və ətrafımdakı insanları xeyli analiz etdim

 Az da olsa, bir neçə səbəb tapa bildim

 

 KİŞİLƏRDƏ:

1-ci Ciddi ziddiyət problemi. Nə istədiklərini bilmirlər. Əvvəllər elə bir əxlaq mədəniyyəti vardır ki, qadınlar əl çatmazdılar, müqəddəsdilər, onlara toxunmaq belə özlənilirdi. İndi istənilən qadına yaxınlaşmaq  çox asan

15 il əvvəl bir kişi mənə  qadınları niyə bu qədər tərifləyirsən dedi, hər qadının bir qiyməti var. Mən bu günə qədər o insana qarşı sonsuz bir nifrət hissi keçirirəm. Bu təbii ki, belə deyil. Çox əziz xanımlarımız var, olub və olacaq. Amma bu da bir həqiqətdir ki, bu dövrdə onların dediyi kimi kifayət qədər qadın da var. Bəzən sosial medialarda baxıram, qarşıma elə rəsmlər çıxır ki, mən qadınlığımla baxmağa utanıram. Analarımız bizi beləmi öyrədiblər. Bir az doğru oturmadığımız zamanlarda Oturub qallxmağınıza diqqət edin xəbərdarlığı alırdıq. İndi baxıram, ana, ata, bütün qohumlar belə sosial mediada dost olublar və qızlarının bədənini nümayiş etdirdiyi şəkilləri like etmişlər. Belə bir şəraitdə məhəbbət insanlar üçün həvəsdən başqa bir şey ola bilməz.

2.Məsuliyyətsiz- Anaların və ataların verdiyi tərbiyədən irəli gəlir

3.Özünə güvənsizlik

4Eqoist

5 Mənəvi dünyasının zəif olması

QADINLARDA;

 

 1 Var-dövlətə düşkünlük.

 2 Kişilərə və həyata qarşı inamsızlıq

 3 Canımı yandırdılar, mən də yandırıram rejimi

 4 Məsuliyyətsizlik

 5 Eqoizm

 6 Həyatı asan yolla qazanmaq, çətinliyə gəlməmək

 7 Mənəvi dünyasının zəif olması

Hindistan filmləri ilə böyümüşdük biz, hansı ki, Gopal öz Dostu olan Sangam üçün dünyada ən çox sevdiyi qadından əl çəkir və bu ayrılığa söykənmədən özünü silahla vurub intihar edir. Bütün cəmiyyət bu filmə baxıb ağlayırdı. Sevgi yoldaşlıq dəyərləri o qədər yüksək olardı kı, Gopal hər kəsin idealına çevrilmişdi və hər kəsin içində bir Gopal yaşardı.

Xahiş edirəm, özümüzə qayıdaq. İnsanlar, cəmiyyət, media mülki cəmiyyətlər, dövlət və başqa bu məsələ üzərində ciddi düşünək. Prodüserlər dəyişdirin etmiş olduğunuz qeyri əxlaqi məsələləri özündə ehtiva edən seriallar çəkməyi. Çox pul qazana bilərsiniz, amma ətrafınız bir sürü bədbəxt, gülməyi unutmuş, heyvanları insanlardan daha çox sevən, həyatı antidepresantlardan ibarət olan, aqressiv, xəstə və ciddi mənəviyyat problemi olan uşaq və böyük dolu olacaq. İnsan yaxınlarıyla xoşbəxt olur. Bu cür dairə ilə heç vaxt və heç vaxt xoşbəxt ola bilmərik. Öz səadətimiz üçün ciddi ciddi düşünək bu məsələ üzərində.

 

 Sevgi dolu bir dünya üçün dəyişək.

Kəmale Paşayeva
Asiya.info

 

Şərh yaz


26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
01 Aprel 2018 Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan!
08 Dekabr 2017 Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur.
15 Noyabr 2017 Görəsən, nə vaxt uçacayıq...
18 Oktyabr 2017 Dünyaya gəlmədən ölmək...
06 Oktyabr 2017 Nobel Şurası və İslam Aşurası
02 Oktyabr 2017 Niyə cəmiyyətə sancılan tikanları özümüzdən uzaqlaşdırmamalıyıq?- Anar Yusifoğlu
01 Oktyabr 2017 Bir payız axşamı, söz yağışında...
20 Avqust 2017 Parqalı İbrahimin aqibəti və Gülbalanın heykəli (Foto + Video)
04 Avqust 2017 "Qız yükü, duz yükü" dür deyə-deyə...
01 Avqust 2017 Elə bil dünənə qədər aerodromlu briqadirin kolxozçusu deyilmiş...
31 İyul 2017 Montaj ilə qisas olmur, atam!
30 İyul 2017 Avdı Qoşqar, mən arada karvana hörmət edirəm.
24 İyul 2017 Nahid Canbaxışlı :"Mən 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzildə 3 uşaq böyütmüşəm"
21 İyul 2017 O qürurlu kişinin oğluyam mən!
25 İyun 2017 Bura Tibbi Pedoqoji Psixoloji Komissiyasıdır?

Xəbər lenti