.



Qocalar evindən buz bağlamış  gənclik evimə... 

 "Hər vaxtınız xeyir olsun övladlarım, halınızı soruşmayacam, onsuz da cavab gəlməyəcək bilirəm, lap təsadüfən gəlsə də, oxumaq mənə qismət olmayacaq.

Övladlarım, bilirsiz illər öncə ana olacağım xəbəri öyrənəndə necə xoşbəxt idim, atılıb -düşürdüm uşaq kimi, şükürlərim sonsuzdu...

Sizi qucağıma alanda, o günlər gözlərimin önündən getmədi heç, sizə  toxuna bilmək üçün 9 ay gözlədiyim  həyəcanlı anlar, sonra dünyaya gəlişinizdə çəkdiyim ən gözəl ağrılar.. 
O ağrılardan şikayət etmirdim, tək istəyim sizi qucağıma almaq, doyunca qoxlamaq idi. Barmaqlarımdan elə bərk sıxırdınız ki, elə bilirdim məni heç vaxt buraxmayacaqsız, mən sizi buraxmadığım kimi...

 Sizi yedizdirəndə bəzən elə möhkəm incidirdiniz ki, amma yenə də şikayət etmirdim, qarnınız doyana qədər səbrlə dözürdüm...

Bəzən dilinizi anlaya bilmirdim, "abba" , "ubba" -larınızın tərcümələrini uydururdum... 

Saçımı yolduğunuzda, üz-gözümə şırım çəkdiyinizdən, sabaha qədər keçirdiyim narahat gecələrdən, yuxusuzluqdan , ayaqüstü mürgüləmələrdən  əsla şikayətçi olmadım, Allahıma varlığınızla  şükr edirdim sadəcə, bir ana belə də olmalıydı deyilmi...

İlk qığıltınıza necə sevinirdim İlahi, necə xoşbət olmuşdum ilk addımlarınıza, elə bilirdim məndən xoşbəxti yoxdur. İlk sözlərinizi eşitmək üçün bütün günü tutuquşu kimi danışırdım, təki balam bir söz də öyrənsin, dili açılsın, danışsın deyə.

Canınızın yandığı gün ən pis günüm olardı. Dişiniz ağrıyanda, xəstələnəndə dünyam qaralardı gözlərimdə.. Çəkdiyim ən gözəl ağrılar yanımda olduğunuz anlardakı ağrılarım idi, burda çəkəmmirəm ağrıları, dözəmmirəm təkliyin ağrılarına, əzablarına, darıxmaqlarına....

 İlk təhsilinizdə, məzun gününüzə kimi sizinlə bərabər oxuyardım,  ailə quranda həm sevinib həm qorxardım, "kimin qızıdır görəsən balama yaxşı baxarmı, oğlumu incidərmi" deyə, "qızıma yaxşı ər olarmı, ona əl qaldırarmı"- deyə elə narahat olardım ki, sanki ömürlük yanınızda olacaqmışam kimi, sizi həmişə qoruya biləcəyəmmiş kimi  narahat olardım, toy gününüzdə nəvə arzulayardım, ilk xoş xəbər üçün gecələr də dua ederdim.


Birdən üstü açıq qalar, soyuq olar deyə gözümə yuxu getməzdi övladım. Bunları niyə xatırladıram bilirsənmi, o isti ocağım buz bağlayıb, düşüncələriniz üçün yox bəlkə də, amma vicdanınız üçün. Sizi belə böyütmədim mən, qarışqayı da sevməyi öyrətmişdim, canlı olan hər şeyi sevməyi öyrətmişdim, amma olmadı,   nəfəsimlə isitdiyim ocağım sizin əməllərinizlə buz bağladı,  yaman üşüyürəm soyuğundan ocağımın, küləyi ağarmış saçlarımı yolur sanki... daşı çiyinlərimi qoymur qalxmağa, belimi bükür balalarım...

Sizdən inciməmişdim heç, amma bu gün yaman küsürəm, qocalmışam, indi siz iməkləyəndə əlinizdən tutub qaldırdığım kimi əlimdən tutub qaldırmağınızı gözlədim, ilk kəlmənizə sevindiyim kimi, son kəlməmə sevinmənizi istədim: "Ölürəm bala!". Artıq sizi cavabsız məktublarıyla yoran ananız olmayacaq, əgər məktub sizə çatıbsa deməli mən sizin dünyanızda yoxam.. Haqqım halalınız olsun yazmaq istədim sadəcə, bəlkə vicdanınız oyanar nə vaxtsa özünüzü suçlayarsız deyə narahat idim, biləsiz ki bağışlayıram sizi, uşaq vaxtı canımı yandıranda bağışladığım kimi bağışlayıram... bir ana belə də olmalıydı deyilmi... Bəs bir övlad necə olmalıydı bilirsizmi, övladlarınız böyüyəndə biləcəksiz.

Əlvida yaşama səbəblərim..."

Vüsalə Qələndərli

 

Şərh yaz


26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva
01 Aprel 2018 Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan!
08 Dekabr 2017 Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur.
15 Noyabr 2017 Görəsən, nə vaxt uçacayıq...
18 Oktyabr 2017 Dünyaya gəlmədən ölmək...
06 Oktyabr 2017 Nobel Şurası və İslam Aşurası
02 Oktyabr 2017 Niyə cəmiyyətə sancılan tikanları özümüzdən uzaqlaşdırmamalıyıq?- Anar Yusifoğlu
01 Oktyabr 2017 Bir payız axşamı, söz yağışında...
20 Avqust 2017 Parqalı İbrahimin aqibəti və Gülbalanın heykəli (Foto + Video)
04 Avqust 2017 "Qız yükü, duz yükü" dür deyə-deyə...
01 Avqust 2017 Elə bil dünənə qədər aerodromlu briqadirin kolxozçusu deyilmiş...
31 İyul 2017 Montaj ilə qisas olmur, atam!
30 İyul 2017 Avdı Qoşqar, mən arada karvana hörmət edirəm.
24 İyul 2017 Nahid Canbaxışlı :"Mən 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzildə 3 uşaq böyütmüşəm"
21 İyul 2017 O qürurlu kişinin oğluyam mən!
25 İyun 2017 Bura Tibbi Pedoqoji Psixoloji Komissiyasıdır?

Xəbər lenti