.

İbrahim Məsimoğlu,
hərbi-yazıçı jurnalist

Qondarma Dağlıq Qarabağ Respublikası parlamentinin xarici əlaqələr üzrə komissiyasının keçmiş sədri Vahram Atanesyan “Aravot” saytına verdiyi müsahibədə qeyd edir ki, müdafiə naziri Davit Tonoyan Bakıya ev tapşırıqları vermişdir. Bu, o deməkdir ki, öz siyasi abır həddini aşmaq onlardan ötrü adi haldır. O, müdafiə nazirinin mövqeyinə istinad edərək irəli sürdüyü bu gülünc mühakiməni belə izah edir ki, guya ağır səngər güzəranı onları bezikdirmişdir, yeni hücum bölmələri yaradaraq yeni ərazilər ələ keçirmək istəyirlər. Təbii ki, sovet dövründə keçirdiyi əsgərlik cağında tikinti taborunda “rəngsaz-xəbərçi” ləqəbi ilə hərbçi kollektivində öz soydaşlarının nifrətini qazanmış David Tonoyanın bu sərsəm fikirləri “Böyük Ermənistan” xülyasının mənasız davamı kimi qiymətləndirilə bilər.
Vahram Atanesyan “ev tapşırığı” ilə bağlı fikrini belə tamamlayır ki, aprel müharibəsinin ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel zəfərini baş verən müharibə uğurlarının ilk mərhələsi hesab edir. Guya Müdafiə naziri David Tonoyan isə müharibəni bərpa etmək perspektivini təxirə salır və biz sürpriz amilindən istifadə etmək istəmirik. Həmçinin qeyd edir ki, əvvəllər deyildiyi kimi, yeni müharibə Azərbaycan üçün dağıdıcı ola bilər. David Tonoyan bu məsələni daha aydın şəkildə ifadə edərək, uyğunsuzluq üçün yer qoymur. Yəni bu döyüşə çağırış deyil, bir xəbərdarlıqdır.
Vahram Atanesyan sonra belə söyləyir: ”...Müharibənin mərhələlərə bölünməsi barədə "nəzəriyyəyə” gəlincə onu deyə bilərəm ki, bu məsələ... köhnə bir məsələdir. Azərbaycan Prezidenti mərhələli müharibə tarixini bilmir. Müharibə başlanır və bitir. Azərbaycan iki müharibəni uduzmuşdur. Bu fakt diplomatik yolla müəyyənləşdirilməlidir. Erməni tərəfi Azərbaycan üçün maraq doğuran məsələləri müzakirə etməyə hazır olduğunu ifadə edərək maksimum nəzakət nümayiş etdirir. Bakı hələlik adekvat münasibət göstərməyib...

Bəri başdan onu deyək ki, bu gün savaş meydanında güc obyekti ola bilməyən Ermənistan heç bir halda Azərbaycana ev tapşırığı vermək iqtidarında deyil. Biz onları yalnız arxalı köpək obrazı kimi tanıyırıq. Əsl dövlət gərək öz gücünə güvənsin. Əks halda çox baş ağrısı çəkə bilər. Buna görə də “ev tapşırığı” deyilən bir söz oyunu arxalı köpəyin inqilabi cümləpərdazlığı kimi qəbul edilir. Ehtimal ki, Ermənistanın Müdafiə naziri David Tonoyanın vəzifə mövqeyinin 180 dərəcə dəyişməsinin acısını ona bədbəxt erməni xalqı gec-tez yaşadacaqdır. Təkcə özü deyil, səfeh hərəkətləri, yersiz siyasi addımları nəticəsində onun bütün komandası diz çökən zaman daşnakların “göz yaşı” seli yaman başlanacaq. Bu gün sosial dərdlərindən iflic hala düşmüş Ermənistanın dünyaya yayılan ah-naləsinin əks-sədası kəsilmir ki, kəsilmir.

Vahram Atanesyanın siyasi dərrakəsində “müharibə” deyilən anlayışın nə məna daşıdığını onun öz sözləri ilə təqdim etdik ki, anlaşılmazlıq üçün yer qalmasın. Öncə onu deməliyik ki, yüksək idarəetmə qabiliyyəti, müdrik siyasəti nəticəsində müstəqil dövlətimizi dünyanın siyasi arenasında ön mövqeyə çıxaran, Azərbaycan Ordusunu qüdrətli bir qüvvəyə çevirən möhtərəm Prezidentimiz İlham Əliyevə “dərs deməyə” cəhd edən qondarma respublikanın qondarma bir üzvü olan Vahram Atanesyan əsl müharibə nəzəriyyəsindən bixəbərdir. Ay Vahram, sən siyasi meydanda, necə deyərlər, müdrik prezidentimizin əlinə su tökməyə də layiq deyilsən! Sən hara, siyasət hara?!...
Əgər müharibənin mərhələlərə bölünməsi barədə "nəzəriyyəyə” dair onun bildiyi nəzəri fikirlər doğrudursa, niyə işğal edilən dədə-baba yurdlarımız beynəlxalq qurumlar tərəfindən “de-yure” tanınmır?! Hə, dillən görək...
Bir sualım da var: müharibə aparan köpək nə üçün öz arxasına yiyəlik edə bilmir?! Müstəqil qərar qəbul edə bilməyən bir xalqın dövlət varlığının qəbulu heç bir hüquqi müstəvidə mümkün deyil. O doğrudur ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq siyasi qaydalara əməl edilmədən başlanmışdır! Bu müharibə cəfəng separatizm ideyasından doğan bir müharibədir. Amma ay haram tikə hesabına ərsəyə gələn Vahram, müharibə sən düşündüyün tərzdə bitən müharibə deyil. Hələ bir “aprel silləsi” təsirindən özünə gələ bilmədiyin bir halda özünü necə qalib elan edirsən! Sən qandığın dava indi Qarabağ ilə Ermənistan daşnakları arasında gedən davadır və hər gün vətəndaş qırğını obyektinə çevrilən böyük küçələrinizdə qızışan milli savaş dalğası evinizin içinədək gedib çatmaqdadır. Bu sən deyən “nəzakətdən” çox yad bir məna daşıyır.

Ay Vahram Atanesyan, əgər öz xalqına yazığın gəlirsə, tutduğun səhv yoldan vaxtında qayıt. Elementar səviyyədə siyasi qanacaq sahibi olmağa çalış və bu istiqamətdə öz havadarlarının sayını artır. Bəlkə, o zaman sadə erməni xalqının müəyyən qədər hörmətini qazanmaq sənə də qismət olar. Yoxsa müharibə sənin istədiyin kimi bitən deyil...


 

Şərh yaz


26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva
01 Aprel 2018 Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan!
08 Dekabr 2017 Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur.
15 Noyabr 2017 Görəsən, nə vaxt uçacayıq...
18 Oktyabr 2017 Dünyaya gəlmədən ölmək...
06 Oktyabr 2017 Nobel Şurası və İslam Aşurası
02 Oktyabr 2017 Niyə cəmiyyətə sancılan tikanları özümüzdən uzaqlaşdırmamalıyıq?- Anar Yusifoğlu
01 Oktyabr 2017 Bir payız axşamı, söz yağışında...
20 Avqust 2017 Parqalı İbrahimin aqibəti və Gülbalanın heykəli (Foto + Video)
04 Avqust 2017 "Qız yükü, duz yükü" dür deyə-deyə...
01 Avqust 2017 Elə bil dünənə qədər aerodromlu briqadirin kolxozçusu deyilmiş...
31 İyul 2017 Montaj ilə qisas olmur, atam!
30 İyul 2017 Avdı Qoşqar, mən arada karvana hörmət edirəm.
24 İyul 2017 Nahid Canbaxışlı :"Mən 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzildə 3 uşaq böyütmüşəm"
21 İyul 2017 O qürurlu kişinin oğluyam mən!
25 İyun 2017 Bura Tibbi Pedoqoji Psixoloji Komissiyasıdır?

Xəbər lenti