.

İbrahim MƏSİMOĞLU
müharibə veteranı

ehtiyatda olan polkovnik-leytenant
_____________________________

Xüsusi olaraq Asiya.info üçün












Bu gün məmləkətimizdə internet abırsızlığı deyilən bir azar xalqımızı çox əsəbiləşdirməkdədir. Sosial şəbəkədə jurnalist adını daşımağın mühüm tələbləri elə pozulur ki, kimsə özünə o adı daha yaraşdırmaq istəmir. Əsl yazarlar üçün ən zəruri tələb sayılan yurd təəssübkeşliyi, vətəndaş məsuliyyəti bəziləri tərəfindən insafsızcasına ayaqlanır. Belə nakəsləri nəinki dinləmək, həm də mənsub olduğun millətə aid etmək istəmirsən.


Jurnalist cavabdehliyini öz maddi marağı hesabına itirən Qənimət Zahidi, ehtimal ki, çox adam tanıyır. Xalqımıza siyasi dərd verən “cəbhəçilərin” törəməsidir. 1990-cı ildə Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetində müxbirliyə başlayan Qənimətin jurnalistik təməli düzgün qoyulmadığına görə daim səhv buraxmaqdadır. Nə dilindən, nə də yazılarından könülsüz səslənən vətən kəlməsi düşməsə də, təcrübəsiz siyasi əməllərində, biabırçı ictimai davranışlarında antivətənçiliyi ilə çoxunu geridə qoymuşdur. Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də 4 illik həbs cəzası almışdır. Həcc ziyarətində olmasına baxmayaraq həyatda “pivəbaz hacı” statusu qazanmışdır.


Qənimət Zahidin yaratdığı "Azərbaycan saatı" adlı həftəlik televiziya proqramı ölkəmizdə siyasi senzuranı tanımayan ilk televiziya proqramı kimi yalnız öz taykeşləri tərəfindən sevilir. Guya dünyanın 100 informasiya “qəhrəmanı" siyahısına daxil edilmişdir. Ola bilsin ki, Azərbaycan əleyhinə olan qüvvələrin gözündə “qəhrəman” kimi görünür. Amma həqiqətpərəstlər tərəfindən qəhrəman sayıla bilməz. Çünki öz xalqını təhqir edən və milli əxlaqını itirən kəs yalnız xain adlandırıla bilər. Açıq deyirəm ki, mən Turan aşiqiyəm və türkçülüyümüzü şərəfləndirən milli tariximizlə, soy-kökümüzlə qürur duyuram. Lakin Azərbaycanın ilk müstəqil peyk televiziyası kimi yaradılan “Turan TV” mən sevən mənəvi dünyanı təbii əks etdirmir. Ona görə ki, onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”.    

“Azvision.az” saytı onunla bağlı çox mənfi təsirli bir karikatura vermişdir. Açıqlanır ki, pul qənimət Zahidin gözünü örtmüşdür:  “Pulun pul dövründən adı həmişə mediada ona-buna pul atmaqda, kələk gəlməkdə, əqidədaşlarını barmağına dolamaqda hallanan Qənimət Zahid son günlər yenidən gündəmi zəbt edib. İndi də köç etdiyi Fransada Azərbaycana barmaq uzadan kimlərdənsə qopartdığı pullarla "Turan" adlı internet televiziyası yaradıb. Bütün Turan ellərini yalan-yapalaq verilişlərlə barmağına dolayır. Bu barmaq o barmaqdır ki, Zahidin haqdan qaçması üçün onun bir balaca çərtilməsi kifayət idi.”

 Xalq arasında deyilən bir hikmət var: Ən çox giley söyləyən ən çox şikayət edilən hədəfdir. Süni nümayiş etdirilən ahü-nalə, yersiz narazılıq, saxta faktlar və yalançı vətənpərvərlik hesabına pul toplamaq... Bax, bu iyrənc niyyət Qənimət Zahidin əsas fəaliyyət xəttini, amalını, ideyasını təşkil edir. Yalnız yalan istehsal edir. Bəzən hiyləgər bir biçimdə səmimiyyət libası geyinərək sadəlövh insanları çaş-baş salmağa cəhd göstərir. Belə məqamlarda hətta özünə münasibətdə kiçik saydığı bir xətanı başqasına münasibətdə ən məkrli xəyanət adlandıraraq elə çərənləyir ki, o dəqiqə ixtiyarsız olaraq internet xəttini kəsmək istəyirsən. Axı nə qədər amansız mühakimələr yürütsən də fikirlərində həqiqət deyilən bir işartı yoxdursa, sənə kimsə inanan deyil. Qənimət Zahid dərk etmir ki, həyatda buraxılan kiçik nöqsanlar yavaş-yavaş insanı böyük səhvlərə doğru aparır və axırda dərin bir uçuruma salır.

        Azərbaycan əleyhinə atdığı addımların məsuliyyətini qanmayan Qənimət Zahid son günlər öz səfeh taykeşləri ilə birgə ordu rəhbərlərini ləkələmək kampaniyasına qoşulmuşlar. Heç biri milli əxlaq həddini gözləmir. Ağızlarına nə gəldi danışır, uydurma fikirlər söyləyirlər. Açıq demək istəyirəm ki, ordumuzun Baş Qərargah rəisi barədə  söylənən hədyan və çox ədəbsiz  sözlər müharibə veteranlarını çox qəzəbləndirmişdir. Çünki bütün çıxışlar qərəzlidir. Qənimət  Zahid də onların züytutanı kimi daha çirkin əməllər törədir. Qoy o nakəslər birdəfəlik qansınlar ki, Nəcməddin Sadıkov bizim cəbhədaşımızdır. Xarici ölkələrdə düşmən qüvvələrinin çörəyi ilə ayaq tutanlar onu necə tanıya bilər?! Nəcməddin Sadıkov ordumuzun həm çətin, həm də indiki yüksək səviyyəli günlərində həmişə öz çalışqan və  fədakar hərbçilik xarakterinə uyğun surətdə  vətənə layiqincə xidmət etmişdir. Onun səngərdə birgə döyüşdüyü əsgərləri dinlə, gör nə deyirlər. Hamısı onun başına and içir. Yeri gəlmişkən deyim ki,  Kəlbəcər işğalını onun adı ilə bağlamaq sadəcə alçaqlığın və milli satqınlığın son variantı sayıla bilər. O zaman dövlət var idi?! Siyasi hakimiyyətdə Qənimət Zahid kimi fərsiz və bivec “cəbhəçilər” oturmuşdu. Dövlət olmayan yerdə kamil ordu ola bilərdimi?! Siyasiləşən ordumuzda, necə deyərlər, it yiyəsini tanımırdı. Ölkəmizi səbatsızcasına idarə edən prezident Elçibəy deyirdi ki, Kəlbəcər Dağlıq Qarabağa daxil deyil, ermənilər oranı işğal etməz. Ona görə də dövlətimiz Kəlbəcəri müdafiəsiz qoymuşdu. Bu işdə Nəcməddin Sadıkovluq iynənin ucu boyda da cavabdehlik yoxdur. Həmin dövrdə ölkəmizin düşmənə qarşı döyüş taleyinin həlli  yalnız təminatsız qalan və ehtiyat qüvvəsi olmayan qeyrətli döyüşçülərimizə, başbilən komandirlərimizə qalmışdı. Onlardan biri də yüksək hərbi təfəkkürə malik olan Nəcməddin Sadıkov idi.
         Ümumən desək, vətən və ordu söhbəti gedən yerdə “qənimət zahidlərin” danışmağa mənəvi haqqı çatmır. Vətənini sevən kəs məmləkətimizin indiki məsul bir dövründə ermənipərəst Fransada nə gəzir?! Belə olan halda nə özü, nə də övladları Azərbaycanın müdafiəsi üçün necə cəlb edilə bilər?! Demək, Qənimət Zahidin şəxsi mənafeyi  Azərbaycan mənafeyinə ziddir. Ona görə də o, qulaqlarını açıb yaxşıca dinləsin. Necə gəldi istədiyini söyləyən Qənimət Zahid lazım gəldikcə ədalətli Azərbaycan xalqından istəmədiyini eşidəcək. Çünki o bizlərə yaddır, bəlkə də, onun damarında bizə ögey  qanlar axır!...

        “Milliyyət.az” saytında "Azadlığ"ın qiyməti 175 min avrodur? - Pul davası” sərlövhəli yazıda görün nələr yazılır: “Azərbaycan müxalifətindəki situasiyanın izafi şərhə və ya təhlilə artıq ehtiyac qalmayıb. Vəziyyət radikal müxalifətçilərin and-amanlarına, vədlərinə və şüarlarına rəğmən, çox pisdir. Hətta bərbaddır... Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hazırda Fransada yaşayan Qənimət Zahidlə AXCP sədri Əli Kərimli arasında şiddətli anlaşılmazlıq yaranıb. Daha doğrusu, maliyyə məsələsi ucbatından onların arasında son illərdə zatən sərin olan münasibətlər daha da gərilərək aşkar münasibətsizliyə çevrilməyə başlayıb. İddialara görə, ağır maliyyə böhranında olan və çapını dayandıran "Azadlıq" qəzetinə off-layn versiyasının, yəni ənənəvi formatının bərpası üçün bir neçə beynəlxalq qeyri-hökumət təşkilatı və fondu vəsait ayırıb.       Vəsaitin 175 min avro məbləğində olduğu deyilir və həmin pullar Qənimət Zahid vasitəsilə "Azadlıq" qəzetinə verilməlidir... Amma Qənimət Zahid həmin maliyyəni hələ də Azadlığ"a verməyib.

         Səbəb trivialdır: Qənimət Zahidin fikrincə, hazırda "Azadlıq" qəzetinin baş redaktoru funksiyalarını yerinə yetirən, daha doğrusu, qəsb edən və qəzetin onlayn variantında müxtəlif imzalarla yazılarını dərc etdirən AXCP sədri Əli Kərimli bir zamanlar AXCP mənsublarının Azərbaycan müxalifətinin "flaqman qəzeti" saydıqları "Azadlığ"ı az qala neobolşevik divar qəzetinə, "İskra"nın əyalət variantına çevirib. Üstəlik, sıravi cəbhəçilərin son zamanlar çox səsləndirdikləri "Əli Kərimlinin ətrafındakı insanlar həbs olunur, o isə sanki toxunulmaz statusludur - niyə, nədir bunun səbəbi?!" sualına cavab istəyirlər. Qənimət Zahid isə, deyəsən, sadəcə düşərgə mənsubluğu və mövqe səbəbindən Əli Kərimlidən bəhs etməyə davam edir...”

           İndi bu pul davasından bir nəticə çıxarın: Öz siyasi mənafeyi bir olan kəslə pul davası edən Qənimət müqəddəs ordu dünyası haqqında nə deyə bilər? Erməni işğalına qarşı vətən savaşı onlar üçün əhəmiyyətsiz bir məsələdir. Amma bu mövzuda pul marağı olanda sinə yırtırlar. Necə ki, Qənimət Zahid aldığı qrantlar hesabına hər cür alçaqlıq variantına qol qoyaraq Fransa ermənisi ilə bir sırada addımlayır. Bu baxımdan gəlin “Femida.az” saytının yayımladığı “Qənimət Zahidi kim saxlayır və ya pivəbaz hacının televiziya sərgüzəştləri” sərlövhəli yazını nəzərdən keçirək. Yazıda qeyd edilir ki, “ internet televiziyalarının yaradılması müəyyən maliyyə hesablarına söykənir. Kiçik məbləğlə böyük işlər görmək olmur. Dünya ilə ayaqlaşmaq, internet əsrinə uymaq vacibdir. Lakin hər şey insana və dövlətin inkişafına xidmət etməlidir. İnternetdən, televiziyalardan mənfur əməllər, qarayaxma kampaniyası üçün istifadə etmək, televiziya yaratmaq və hələ də heç yerdən maliyyə almadığını iddia etmək sadəcə həyasızlıqdır. Xaricdə internet televiziyası yaradaraq, Azərbaycana qarşı qarayaxma kampaniyalarına rəhbərlik edən “qəhrəmanların” da fəaliyyətinə nəzər salmağa ehtiyac var. Misal olaraq son günlər mətbuatda adı məmurlardan böyük məbləğdə şantaj yolu ilə alınan pullara görə hallanan Qənimət Zahidin təsis etdiyi “Turan TV” fəaliyyətə başlayar-başlamaz Azərbaycan əleyhinə materiallar yaymaqla özünü kimlərinsə gözünə soxmağa çalışdı. Hətta 2007-ci ildə Sevgiladə Quliyeva adlı qadına “Azərbaycan” nəşriyyatının qarşısında sataşdığına və onu döydüyünə görə məsuliyyətə cəlb olunan, habelə “Üç palma” restoranında Xocalı faciəsinin ildönümü günü yaratdığı eyş-işrət məclisi ilə bir müddət mətbuatda məşhur olan Qənimət Zahid bu günlərdə xarici dayılarının pulu ilə yaratdığı telekanalizasiyası ilə yenidən “qucaqlardadır.”

         Maraqlıdır, Qənimət Zahid haqqında yayımlanan faktlara münasibət bildirərkən deyir ki, bu günə kimi heç kimdən bir manat da olsun pul almayıb. Burada belə bir sual yaranır. Onda Qənimət Zahidi kim saxlayır? Bir vaxtlar sədası “Üç Palma”dan gələn Qənimət bu gün Fransada kiminsə ağuşuna sığınıb, yenidən Azərbaycana əl uzatmaq sevdasına düşüb. Onun gizləndiyi ölkə də kifayət qədər maraqlıdır. Fransa o dövlətdir ki, hər zaman milli məsələlərdə Azərbaycanın əleyhinə çıxışlarla işğalçı Ermənistana dəstək verib. Məntiqdən belə çıxır ki, Qənimət Zahidi saxlayanlar ermənilərdir… O, hazırda Fransada ailə saxlayır. Övladlarına təhsil verir. Mülk alır, gəzir, kef edir, televiziya yaradır. Operator, montajor, proqramçı, müxbir saxlayır. Hansı pulla? Bəlkə, Qənimət Zahid “Zəfər tağı”nın altındaca “Üç palma” işlədir? Təcrübəsi təcrübə, “day-day”ları da cüt-cüt. Bakıda Sevgiladə Quliyeva kimi narkoman və əxlaqsız qadınla yaşayan, sonra həmin qadının qəzəbinə tuş gələn Zahidov fransız madamlarının ona üz verməməsinin qəzəbini kamera qarşısına keçərək tamaşaçıdan çıxır… Qənimət Zahid adını “Turan” qoyduğu televiziyanı “Üç palma” adlanan fahişəxanası ilə səhv salıb. Turan adı sənə yaraşmaz, pivəbaz hacı...”

         Sadalanan haqlı iradlara Qənimət Zahid cavab verə bilərmi?! Qətiyyən yox... Ona görə ki, qeyrət deyilən milli bir dəyəri ayaq altına salan bir nakəsdən haqq, yaxud qeyrət ummaq əbəsdir. Doğulduğu məkana, suyunu içdiyi, çörəyini yediyi Azərbaycana qarşı yad mövqedə durmaqdan pul qazanan, habelə erməni kimi qəddar düşmənə qan udduran qüdrətli ordumuzu dünya gözündə rüsvay etməyə can atan nadan bir telegəvəzədən nə gözləyəsən?!...

 

 

 

Şərh yaz


26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva
01 Aprel 2018 Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan!
08 Dekabr 2017 Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur.
15 Noyabr 2017 Görəsən, nə vaxt uçacayıq...
18 Oktyabr 2017 Dünyaya gəlmədən ölmək...
06 Oktyabr 2017 Nobel Şurası və İslam Aşurası
02 Oktyabr 2017 Niyə cəmiyyətə sancılan tikanları özümüzdən uzaqlaşdırmamalıyıq?- Anar Yusifoğlu
01 Oktyabr 2017 Bir payız axşamı, söz yağışında...
20 Avqust 2017 Parqalı İbrahimin aqibəti və Gülbalanın heykəli (Foto + Video)
04 Avqust 2017 "Qız yükü, duz yükü" dür deyə-deyə...
01 Avqust 2017 Elə bil dünənə qədər aerodromlu briqadirin kolxozçusu deyilmiş...
31 İyul 2017 Montaj ilə qisas olmur, atam!
30 İyul 2017 Avdı Qoşqar, mən arada karvana hörmət edirəm.
24 İyul 2017 Nahid Canbaxışlı :"Mən 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzildə 3 uşaq böyütmüşəm"
21 İyul 2017 O qürurlu kişinin oğluyam mən!
25 İyun 2017 Bura Tibbi Pedoqoji Psixoloji Komissiyasıdır?

Xəbər lenti