.
Qaradağ rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Asiya.info xəbər verir ki, ONA-nın məlumatına görə, rayonun Xocəsən yolu istiqamətində Səlimov Vüqarın idarə etdiyi "Mercedes" markalı minik avtomobili yolun piyada üçün nəzərdə tutulmayan hissəsindən keçən 1969-cu il təvəllüdlü Əsgərov Əli Əsgər oğlunu vurub.
Sürücü yaralını 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb, lakin Əli Əsgərovun həyatını qurtarmaq mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
 

Xəbər lenti