.

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Asiya.info-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qırağlı kənd ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  çətənə kollarını kultivasiya yolu ilə yetişdirməkdə şübhəli bilinən  rayon sakini, əvvəllər məhkum olunmuş Səyavuş Əzizov və onun qayını Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş  Tofik Nağıyev saxlanılıb. Həmin əraziyə keçirilən baxış zamanı oradan xüsusi qaydada yetişdirilmiş 39 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər  istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya  təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
Toğrul Nəsirli,
polis leytenantı
 
 
 
 

Xəbər lenti