.

Bir gün əvvəl yeznəsi tərəfindən bıçaqlanan Roza Abdul qızı Mahmudova sentyabrın 3-də səhər saatlarında dünyasını dəyişib. Xatırladaq ki, R.Abdulova aldığı xəsarətlər nəticəsində çoxlu qan itirmişdi.

Oxu.Az-ın xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
 
***
2 sentyabr 23:41
Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Binəqədi şossesi döngə 4 ünvanında 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızını bıçaqlayıb.
R.Mahmudova 14 bıçaq xəsarəti alıb. S.Quliyev daha sonra baldızı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızına 5 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.
Hadisəni törədən S.Quliyev ərazidən qaçıb.
Yaralılar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Məlumata görə, Ruhəngiz Mahmudova çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır.
Hazırda Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıblar.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti