.


Ağdamda mal-qara üstündə mübahisə ölümlə nəticələnib. 

 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

Kənd sakinləri Hətəmov Əli Əsgər oğlu evə gedərkən yolda həmkəndlisi Nəsibov Umud Qulu oğlu ilə mal-qara üstündə mübahisə edib. 

Ə.Hətəmov U.Nəsibovun keçdiyi yolun ona məxsus olduğunu iddia edərək eşşək arabasına bağlanmış iribuynuzlu heyvanların həmin yoldan keçməsinə mane olub.

Mübahisə zamanı U.Nəsibov Ə.Hətəmovu döyüb. Daha sonran U.Nəsibov at arabası və ona bağlanmış heyvanlarla onun üzərindən keçib. Ağır xəsarət alan Ə.Hətəmov xəstəxanaya aparılarkən yolda ölüb. 

Ə.Hətəmovun meyiti tibbi müayinədən keçmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təvil verilib. 

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti