.
"WhatsApp" messencerində mesajları yadda saxlamaq üsulu tapılıb: sitatlardan istifadə etməklə yazışmanı yadda saxlamaq mümkündür.
Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən messencer bir neçə ay bundan əvvəl istifadəçilərə mesajları silmək imkanı təqdim edib. Lakin mesajı yadda saxlamaq üçün sitat gətirmək və ya mesaja birbaşa cavab vermək lazımdır.
"WhatsApp" administrasiyası təlimatda qeyd edir ki, mesajlar göndərildikdən sonra onları yalnız 7 dəqiqə ərzində silmək olar. Ancaq dırnaq işarəsindən istifadə və ya cavab funksiyasının köməyi ilə mesajın yadda saxlanılması müddətini uzatmaq xüsusiyyəti haqda məlumat verilməyib.
Həm qrup, həm də şəxsi çatlarda sitat gətirilən mesajlar silindikdən sonra belə görsənməyə davam edir.
.

İngiltərədə yaşayan Amanda Skarpinati adlı gənc qadının başına maraqlı hadisə gəlib.

Asiya.info “Axşam.az”a istinadən xəbər verir ki, 1977-ci ildə Amanda 3 aylıq olarkən yanmış və 3-cü dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir.

Hazırda vəziyyəti yaxşı olan və yanıq izlərindən zamanla qurtula bilən Skarpinati uşaqlıqda bunun əziyyətini çəkdiyini bildirib.

O, təsəllini həmin vaxt xəstəxanada onu qucağında saxlayan tibb bacısından aldığını və məktəb illərində onu ələ salarkən həmin şəklə baxıb tibb bacısı ilə danışdığını bildirib.

20 il Amanda həmin tibb bacısını axtarsa da, lakin tapa bilməyib. Daha sonra o, "Facebook" da şəkli yerləşdirərək, hər kəsdən onu paylaşmağı və həmin qadını tapmaqda ona yardımçı olmağı xahiş edib.

Elə səhəri gün gözlədiyi cavab gəlib. Belə ki, paylaşımlardan birini həmin tibb bacısı ilə eyni xəstəxanada çalışan bir qadın görüb və dərhal ona xəbər verib. Angela Leari adlı həmin tibb bacısı fotosunu sosial şəbəkədə görüb və şok olub.

Angela 38 il sonra Amanda ilə görüşüb. O, həmin anları xatırladığını bildirib:

"Onu yaxşı xatırlayıram. Çox sakit bir uşaq idi. Adətən uşaqlar əməliyyatdan çıxandan sonra ya yatırlar, ya da ağlayırlar. Amma Amanda tam fərqli idi. Belə bir şey nə qədər tibb bacısının bşına gəlib, bilmirəm. Xəstənizin, xüsusilə, körpə ikən sizi yadında saxlaması unudulmaz bir hadisədir".

 





.

10 yaşındakı hindli uşaq Eynşteyn və Hokinqi belə geridə qoydu.


İngiltərədə yaşayan Hind əsilli uşaq İQ testində 162  bal yığaraq A.Eynişteyn və Stiven Hokinqdən daha yüksək nəticə əldə edib.
"Reading Boys Grammer Scool "da təhsil alan Hind əsilli Mehul Garg keçən il Menson testində 162  bal yığan 13 yaşındakı qardaşı Dhrov kimi sınağa girmək istədi. Və sonda eyni testdən 160 bal yığan Eynşteyn və Hokinqdən daha yüksək bal yığdı.
Mehul həmçinin qardaşının rekordunu da qırıb. Anası Divya Garg Mehulun çox rəqabətçi bir uşaq olduğunu vurğulayaraq "qardaşı keçən il İQ testindən 162  bal qazananda özünün qardaşından az ağıllı olmadığını sübut etmək istədiyini" deyib. O, Mehulun cavabları alandan sonra göz yaşlarına boğulduğunu söyləyib. 
Kriket və buz konkisi ilə məşğul olmağı sevən 10 yaşındakı dahi "Google" kimi boyük bir texnologiya şirkətini idarə etmək niyyətində olduğunu da gizlətməyib. Kubik-rubiki 100 saniyədən tez vaxtda yığan Mehul eyni zamanda bateri çalır. 10 yaşında bir layihəsi var. Qardaşı ilə birlikdə sosial izolyasiyanı azaltmaq istəyən və qonşuları bir-birinə bağlayan bir tətbiq üzərində çalışan Mehul layihə üçün kütləvi maliyyələşdirmə yolu ilə indidən 1.300 pound hədiyyə toplamağı da bacarıb. Mehul həmçinin Channel 4-də  yayımlanacaq "Dahi uşaqlar 2018" proqramında iştirak edəcək.
.
Bu il yanvarın 31-də 1866-cı ildən bu vaxta qədər müşahidə edilməyən möhtəşəm bir hadisəyə şahidlik edəcəyik. Həmin gecə “super ay”, “mavi ay” və “qanlı ay” eyni vaxtda müşahidə ediləcək.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, alimlər “nadir ay” deyilən bu hadisəni mütləq izləməyi məsləhət görür.
Dünya Günəşlə Ay arasına girəndə əgər kölgəsi tam olaraq Ayın üzərinə düşərsə, buna “tam ay tutulması” deyilir. Hər 2.5 ildən bir belə Ay tutulmasını Dünyada izləmək olur.
Tutulma zamanı Dünyanın atmosferindən keçən Günəş şüaları fitrlənir və Ayın üstündə qırmızı tonlar müşahidə edilir. Buna isə “qanlı ay” deyirlər.
“Mavi ay” ifadəsi isə bir ay içərisində iki dəfə Ay bədrlənəndə istifadə edilir. Bu da 2.5 ildə bir dəfə baş verir.
Ayın Yerə ən yaxın olduğu vaxtda baş tutan bədrlənməyə “super ay” deyilir. Bu zaman Ay adi vaxtlarda olduğundan 30 faiz daha parlaq və 14 faiz daha böyük görünür. Hər 411 ildən bir “super ay” hadisəsi baş verir.
Göy üzündə bu hadisələrin hər birinin fərqli vaxtlarda görünməsi nə qədər normaldırsa, onların hamısının eyni vaxtda baş verməsi də o qədər nadir haldır. Ay tutulması ilə birlikdə “qanlı ay”, super ay” və “mavi ay” sonuncu dəfə 1866-cı il martın 31-ə baş vermişdi. 152 il sonra 31 yanvarda bu hadisə yenidən təkrarlanacaq.
1 saat 16 dəqiqə davam edəcək tutulma Asiya qitəsi və okean ətrafı ölkələrdə daha yaxşı müşahidə ediləcək.
NASA alimləri isə “ayın sonunda baş verəcək bu nadir hadisəni izləməyi unutmayın” deyə xəbərdarlıq edib. Alimlər də 152 il sonra baş verəcək bu hadisəni izləmək üçün teleskoplarını Aya doğru çeviriblər.
.
Dırnaqların qalınlaşması, yumru və qabarıq olması tibdə çox təhlükəli simptom sayılır.
Sağlamolun.az-ın məlumatına görə, buna həmçinin Hippokrat barmaqları sindromu deyilir.
Əvvəl barmaqlarda olan dəyişikliklər gözə çarpmır, lakin vaxt keçdikcə barmaqlar baraban çubuqlarına, dırnaqlar isə saat şüşəsinə oxşamağa başlayır. Bu dəyişiklik həm əl, həm də ayaq barmaqlarında meydana çıxa bilər.
Hippokrat barmaqları sindromu bu kimi xəstəliklərin simptomu ola bilər:
- nəfəsalma sistemi xəstəlikləri (fibroz, ağciyər xərçəngi)
- ürək xəstəlikləri (endokardit, ürək qüsurları)
- qaraciyər xəstəlikləri (xüsusilə qaraciyər sirrozu)
- Kron xəstəliyi
- tolsiki zob,
- mukovissidoz və s.
Bu səbəbdən bu simptomu özündə və yaxınlarda gördükdə, dərhal həkimə müraciət edin.
.
Qazaxıstanda keçirilən dəbdəbəli toy milyonlarla dəyəri olan tortuyla qonaqların yaddaşına həkk olub.
A24.az xəbər verir ki, “Forbes Qazaxıstan”ın yazdığına görə, 1500 kiloqramlıq tort 3 milyon 750 min (təxminən 112 min 500 AZN) rubla başa gəlib. Tortu məşhur qənnadçı Renat Aqzamov hazırlayıb.
“Dünən Çimkənddə möhtəşəm toy mərasimi keçirildi. Mərasimdə məşhur ulduzlarla yanaşı, tanınmış boksçu Gennadiy Qolovkin də iştirak edirdi. Gənclərə xoşbəxtlik arzu edirəm!”, – deyə prodüser Jan Mukanov sosial şəbəkədə yazıb. O, həmçinin toydan görüntülər də paylaşıb.
Today.kz saytının yaydığı məlumata görə, toyun səbəbkarları biznesmen Kayrat Satıbaldının qızı Arujan və oliqarx Serikjan Seytjanovun nəvəsi Əmirjan olub.
Qeyd edək ki, “Forbes Qazaxıstan” araşdırmasına görə, 2017-ci ildə Seytjanovlar ailəsinin sərvəti 296 milyon dollar təşkil edib.(yenicag)

.
Yəqin bir çox qadınların başına gəlib - dırnaqlarına boya vurarkən boya şüşəsi devrilir və xalçanın üzərinə tökülür. Yaranan ləkəni aparmaq isə demək olar ki, tam bir əziyyətə çevrilir. Hətta bir çox hallarda onu təmizləmək mümkün olmur.


Asiya.info ailem.az-a istinadən verəcəyi bu üsulla xalçaya tökülən dırnaq boyasından asanlıqla qurtulacaqsınız. 
Əgər xalçanıza dırnaq boyası töküldüsə və siz bunu dərhal gördünüzsə, üzərinə aseton tökün. Bir dəqiqə gözlədikdən sonra kağız dəsmalla ovaraq ləkəni təmizləyin.
 
Bəs boya quruyubsa, nə etmək lazımdır?
 
Xalçanın üzərindəki qurumuş dırnaq boyasını təmizləmək üçün ləkəyə bir az saç spreyi sıxın və ardından sabunlu ilıq su ilə silərək təmizləyin.
.
Hindistanın "H-Bots Robotics" şirkəti dünyanın ilk robot polisini təqdim edib.
Report xəbər verir ki, robot yeriyə, insanları tanıya, partlayıcı maddəni tapa, şübhəli şəxsləri tanıya, həmçinin ətrafdakılarla qarşılıqlı ünsiyyətə girə – məlumat qəbul edə və sualları cavablandıra bilir.
İstehsalçı şirkət artıq müxtəlif təşkilatlardan 20 sifariş alıb. Robot polis və təhlükəsizlik xidmətlərinin işinə cəlb oluna bilər. Hindistan "robokop"larının istehsalına 2018-ci ilin iyulundan başlanacaq.
.
Türk toylarında daha çox kişilərin əl atdığı “sevinc” metoduna bu dəfə azərbaycanlı qız əl atıb.
A24.Az-ın məlumatına görə, çatır toyunda gənc bir qız dəfələrlə havaya atəş açıb. O ətafındakıları, xüsusi ilə də xanımları qorxudub.
Ən önəmlisi isə budur ki, Azərbaycan Qanunvericiliyində silah istifadəsi cinayət sayılır, qanunla isə məsuliyyətə səbəb olur.
A24.Az videonu sizə təqdim edir:
.
Vaşinqton Universitetinin araşdırmaçıları batareyasız telefon icad ediblər.
Metbuat.az xəbər verir ki, icad olunan telefon radio siqnallar və ya işıqdan bir neçə mikrovot əldə edərək işləyir. Batareyasız cib telefonu mikrafon və ya reproduktordan gələn titrəyiş üstünlüyündən istifadə edir.
Məlumata görə, icad radio siqnalı enerjisi ilə 9-10 metrə, günəş enerjisi ilə 15-16 metrə qədər baza stansiyalarını çəkə bilir.
Alimlər icad üzərində sınaqlara davam edirlər.

Xəbər lenti