.
Müasir dövrün insan sağlamlığı üçün ən əsas bəlalarındın biri oturaq həyat tərzidir. Əgər bir neçə ildən sonra Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərində qeyd olunsa ki, ölüm hallarının və əksər xəstəliklərin əsas yaranma səbəbi oturaq həyat tərzidir, buna heç kim təəcüblənməməlidir. Çünki oturaq həyat tərzinin insan orqanizmi üçün yaratdığı ciddi problemləri saymaqla qurtarmaq olmaz.

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı da məhz bu haqdadır.

İlk baxışdan belə həyat tərzi rahat görünsə də bu rahatlığın arxasında böyük fəsadlar, xəstəliklər durur. Yaşam tərzinin bu cür formalaşmasının əsas səbəbkarı isə elə insanın özüdür.

Əvvəlcə gündəlik həyatımızın hərəkət axarına diqqət yetirək. Təəsüflər olsun ki, bu axarda piyada hərəkət etməkdən başqa hər şey var. Lift, nəqliyyat vasitəsi, oturaq iş rejimi, işdən sonra evdə divan, kreslo, saatlarla televizorun və kompüterin qarşısında vaxt keçirmək, bütün texniki avadanlıqların pultla idarə olunması bizləri oturaq həyat tərzi keçirən ən “fəal” insana çevirir.

Bəs bu “rahat” yaşam tərzi sağlamlığımıza nə vəd edir?

1. Dayaq hərəkət sistemində, onurğa sütununda problemlər. Skalioz və osteoxondroz xəstəlikləri.

2. Fəqərə yırtıqları

3. Ürək-damar xəstəlikləri

4. Xərçəng xəstəliklərinə tutulma riskinin artması

5. Baş ağrıları

6. Görmə qabiliyyətinin zəifləməsi

7. Radikulit.

8. Xroniki yorğunluq.

9. Yuxunun pozulması.

10. Sinir gərginliyi, əsəbilik, depressiya və stress.

11. Mədə-bağırsaq sisteminin pozulması, qəbzlik.

12. Babasil xəstəliyi.

13. Qan durğunluğunun yaranması və qan təzyiqi.

14. Cinsi zəiflik və prostat problemləri

15. Çəki artımı və piylənmə.

Xəstəliklərin siyahısını bir az da uzatmaq olar. Ancaq bu siyahını oxumaqdansa oturaq həyat tərzinin törətdiyi fəsadlardan, yaratdığı xəstəliklərdən necə yaxa qurtarmağın yollarını araşdırmaq daha yaxşı olar.

İlk növbədə iş rejimi oturaqlıq tələb edən insanlar hər saatdan bir heç olmasa beş dəqiqəlik fasilə etməyi qarşısına məqsəd qoymalıdır. İstər ofisdə, istərsə də evdə monitor qarşısında əyləşəndə iş arası hər saatdan bir 5-10 dəqiqə fasiləyə vaxt ayırın. Ancaq bu fasilə kompüterdən televizorun qarşısına keçməklə əvəzlənməməlidir. Yüngül idman hərəkətləri, gəzişmək, təmiz havaya çıxmaq sağlamlığınız üçün yarana biləcək problemlərin qarşısının alınmasında sizə yardımçı olacaq.

Oturaq həyat tərzi keçirənlər qida rasionlarına ciddi diqqət yetirməlidirlər. Belə ki, kalorisi az, vitamin və mikroelementlərlə zəngin qidalar rasiona daxil edilməlidir. Meyvə və tərəvəzə daha çox üstünlük verilməlidir.

İş otağının normal işıqlandırılmasına və təmiz hava ilə təmin olunmasına xüsusi diqqət yetirilməlidir.

Çalışın ki, heç olmasa qət etdiyiniz kişik məsafələrdə nəqliyyatdan istifadə etməyəsəniz. Yaxud, arabir lifti unudub mərtəbələri piyada qalxmağı özünüzə vərdiş edin.

İşinizi bitirdikdən sonra kompüter qarşısında əyləncə naminə oturmaq kimi asılılıq vərdişindən özünüzü xilas edin.

İstirahətinizi saatlarla televizor qarşısında uzanmaqda tapmayın. Belə “istirahət” əksinə olaraq sizin beyninizin gərginliyini artıracaq.

Əgər oturaq həyat tərzinin sağlamlığınız üçün yaradacaq problemlərindən yaxa qurtarmaq istəyirsinizsə idmanın hər hansı bir növü ilə məşğul olmağa vaxt ayırın.

Yatacağınızın çox yumşaq, balışınızın isə hündür olmasına yol verməyin.

Həftədə ən azı bir gün bütün işləri kənara atmağı bacarın. Elə düşünməyin ki, orqanizm dəmir parçasıdır.

Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


14 Oktyabr 2017 XƏBƏRDARLIQ: Sol tərəfiniz üstə yatsanız...
04 Oktyabr 2017 Onlar niyə Nobel aldılar? – Fiziklərin inanılmaz kəşfi
03 Oktyabr 2017 Dünyanın ən varli siyasətçiləri-fotolar
22 Sentyabr 2017 Maşın alarkən əzilmiş avtomobili necə tanımaq olar? - Video
20 Sentyabr 2017 Aqrar universitetinin Baytarlıq Klinikası tibbi xidmətlər təklif edir
08 Sentyabr 2017 Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI
06 Sentyabr 2017 Tarixin ən böyük canlısı - İnsan oğlu daha iki kəşfə imza atdı - FOTOLAR
16 Avqust 2017 Bunlar gözəlliyin düşmənidir – Üzünüzə qətiyyən VURMAYIN!
02 Avqust 2017 "WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ
31 İyul 2017 Marsda kartof yetişdirildi - VİDEO
28 İyul 2017 Hansı ölkələrdə pulsuz mənzil paylanır? –SİYAHI VƏ ŞƏRTLƏR
26 İyul 2017 Barmağı telefona çevirən “ağıllı” üzük
26 İyul 2017 Hitlerin 4 tonluq qızıl XƏZİNƏSİ TAPILDI - DƏNİZDƏ
25 İyul 2017 Azərbaycanlı uşaq canlı yayımda bu sualı ilə Putini güldürdü (VİDEO)
18 İyul 2017 Zibilxanadan yığılan butulkalarla sənət əsəri - Video
17 İyul 2017 “WhatsApp”dan daha bir yenilik
08 İyul 2017 27 nəfərin yaşadığı Respublikanı tanıyırdınızmı
08 İyul 2017 Məmur masasının üzərində 48 min tapdı - Polis çağırdı
05 İyul 2017 Kompüter alanda nələrə diqqət edilməlidir?
01 İyul 2017 Üzərliyin bilmədiyiniz inanılmaz faydaları
29 İyun 2017 Dərinizdəki qırmızı xallar bu xəstəliklərdən xəbər verir - DİQQƏTLİ OLUN
29 İyun 2017 Sabah “ilin toyu”du: - 260 xüsusi təyyarə...
27 İyun 2017 Əhaliyə xəbərdarlıq: Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR
27 İyun 2017 Buza qoyulmuş limonun faydası ...
22 İyun 2017 İş günü 4 saata salınacaq - PROQNOZ
20 İyun 2017 Gecənin bir vaxtı dişinizmi ağrımağa başladı?- Ən sadə üsullar
17 İyun 2017 Ərdoğan əlini öpdürmədi, vətəndaş isə cavabında görün nə etdi – VİDEO
15 İyun 2017 Dünyanın 8-ci möcüzəsi burda olub: TAPILDI
14 İyun 2017 Ailəmiz və özümüz üçün etməyimiz lazım olan 6 davranış- FOTOLAR
10 İyun 2017 Hər kəsin işinə yaraya biləcək ixtira: Avtomobilin yanacağına 30 faizə qənaət et – VİDEO

Xəbər lenti