.

Hazırda tut növlərindən ən zərifi, ən dadlısının mövsümüdür. Şirəli ağ tut uşaqdan yaşlıya insan orqanizmi üçün saysız-hesabsız faydalara malikdir.
Başqa meyvələri alıb masaya düzüb yeməyə öyrəşdiyimizdən, ağacdan ayrılandan sonra ömrü az olan bu meyvəni 1 stəkan yeməklə kirfayətlənirik. Halbuki mövsümündə istər ağ, istər qara tut gün ərzində azı 100 qr yeyilməlidir.
Medicina.az ağ tutun 10 maraqlı faydasını təqdim edir.
1.Qan əmələ gətirir, qanazlığında yeyin
Ağ tutda dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir, qanın keyfiyyətini artırır. Ona görə anemiya, qanazlığı olanlar bu meyvədən ilboyu təzəsini və qurusunu yesin
2. Tərlədici, bəlğəmgətiricidir
Orqanizmdə yığılıb qalmış seliyi, bronxlardan bəlğəmi çıxarır, şirəsi öskürəyi kəsir, tərlədicidir. Bu məqsədlə tutun şirəsini için. Yarpaqları da, qabıqları da eyni təsir edir.
3. İmminiteti möhkəmlədir
Tez-tez xəstələnən, zəif insanlar yay-qış yesin. İmmuniteti qaldırır, orqanizmi səfərbər edir, maddələr mübadiləsini yaxşılaşdırır, insanı qüvvətləndirir
4. Qaraciyəri təmizləyir
Ağ tut qaraciyəri toksinlərdən təmizləyir, işini yaxşılaşdırır, qaraciyər hüceyrələrini yeniləyir.
5. Ürək, qan-damar sağlığını qoruyur
Qanı təmizlədiyindən, damarlardan pis xolesterini yuyur, ürəyə qanın normal işləməsini təmin edir, nəticədə ürək yorulmur. Tut ürək infarktı riskini azaldır, iflici önləyir.
6. Görməni yaxşılaşdırır
Tut şirəsi kompüterdə işləyən insanın gözləri üçün çox lazımdır. Uzun müddət radiasiya və işığa məruz qalan gözlər üçün bol A vitamini mənbəyidir. Retinapatiya  və görmə zəifləməsini yaradan sərbəst radikalları zərərsizləşdirir.
7. Böyrəkləri təmizləyir
20 qram ağ tut bir stəkan suda 20 dəqiqə saxlanılıb içiləndə sidikqovucu təsir edir. Sidik kisəsi, sidik yolları, böyrəkləri tut şirəsi yuyur.
8. Xərçəngə qarşıdır
Tutun tərkibində olan antioksidantlar xərçəngə yoluxma riskini azaldır, xərçəngə tutulmuş insanda isə şişlərin azalmasına səbəb  olar. Xüsusən prostat xərçənginə qarşı təsirlidir.
9. Qanda şəkəri tənzimləyər
Çox insanlar tut şirindir deyə, diabet xəstələrinə onu teməyi tövsiyə etmirlər. Lakin Amerika Diabet Dərnəyi 20 insan üzərində apardığı təcrübənin nəticəsində məlum oldu ki, tut qanda qlükoza səviyyəsini düşürür.
10. Dərini gözəlləşdirir
Tut antioksidant mənbəyi olduğundan dərinin gəncləşməsini, nəmlənməsini təmin edir, dəri xəstəliklərində sağaldıcı təsiri var. Çox quru dərilərə tut yarpaqlarını əzib zeytun yağı ilə qarışdırıb maska edirlər.
Tut dərini qoruyur, dəri xərçənginə qarşı təsirlidir.
Eləcə də saçları sağlamlaşdırır. Tutu qaynadıb suyunu saç köklərinə çəkib, saçları yaxalayın.
Bütün bu faydaları əldə etmək üçün, il boyu həm ağ, həm qara tutu özünüzdən əsirgəməyin.

Şərh yaz


22 Avqust 2019 Dilənçi qadının şok dəyişimi - Video
19 Avqust 2019 C vitamini deposu limon qabığının 10 faydası – Xərçəngə qarşıdır
18 Avqust 2019 Şirin qarpız seçmək üçün 5 İPUCU
18 Avqust 2019 Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə
14 Avqust 2019 Qarpız qabığını atmayın – İnanılmaz fayda
11 Avqust 2019 Qaynadılmış su içməyin – Həkimdən xəbərdarlıq
04 Avqust 2019 Səmasında üç “günəş” görünən planet tapıldı
11 İyul 2019 Diplomu rektordan oynayaraq alan məzun danışdı
06 İyul 2019 Qazlı suyun zərərləri
30 İyun 2019 Gələcəkdə övladınızın boyu neçə olacaq? - BU CÜR HESABLAYIN
24 İyun 2019 Bu bitkinin kökü çay xərçəngin dərmanıdır – Azərbaycanda da var
19 İyun 2019 DİQQƏT: qaynar çay bu xəstəliyə səbəb olur – HƏR İL MİNLƏRLƏ İNSANI ÖLDÜRÜR
15 İyun 2019 İlin ikinci Ay tutulması baş verəcək - Tarix açıqlandı
12 İyun 2019 Bu hallarda təcili yardım gözləmək vaxt itkisidir — Xəstəni öldürən 5 məqam
02 İyun 2019 Qara pomidor. Qeyri-adi tərəvəzin inanılmaz faydaları
01 İyun 2019 Ən çətin riyazi məsələlərin öhdəsindən gələnməktəbli - “Kalkulyator oğlan”
29 May 2019 Dünyanın ən FAYDALI MƏHSULLARI
16 May 2019 Azərbaycanlı pəhləvan növbəti dəfə rusiyalıları heyrətə gətirdi - VİDEO
15 May 2019 Ayı ovçuların soyuducusunu oğurladı — VİDEO
14 May 2019 “Gəncə” və “Nar” komandaları
05 May 2019 Yaddaşınızı gücləndirmək üçün bunları edin
19 Aprel 2019 Tanınmış amerikalı həkimdən SUPER TONİK - güclü immun sistemi və ürək, antibiotik effekti...
15 Aprel 2019 Merkuri Günəşin qarşısını kəsəcək Azərbaycanda da izləmək mümkündür
15 Aprel 2019 Ən nəhəng ikigövdəli təyyarə sınaqdan keçirildi - VİDEO
04 Aprel 2019 Zəncəfilin bilinməyən 7 faydası - Möcüzəvi bitki
25 Mart 2019 Acqarına yeyilməsi qadağan olunan qidalar –SİYAHI
10 Mart 2019 Maşında gedərkən niyə ürəyimiz bulanır? — Qarşısını almaq üçün məsləhətlər
22 Fevral 2019 Bu tərəvəzləri bişmiş halda yeyin
18 Fevral 2019 Azərbaycan əhalisinin SON SAYI açıqlandı
04 Fevral 2019 Limon suyu içərək bu xəstəliklərə vida edin

Xəbər lenti