.

Elə kritik və insan üçün həyati təhlükəli məqamlar olur ki, yaxınları, ətrafdakı insanlar təcili yardım çağırıb, bununla da düzgün hərəkət etdiklərini düşünürlər.

Amma bu vəziyyətlərdə təcili yardımı gözləməyə sərf olunan vaxt xəstənin həyatının sonu ola bilər. Asiya.info Medicina.az-a istinadən xəstəni və ağır vəziyyətdə olan insanı təcili yardım gözləmədən ilk yardım göstərib, lazım gələrsə yaxınlıqdakı xəstəxanaya çatdırmağı labüd edən kritik vəziyyətləri təqdim edir. 1. Arterial qanaxma Çox güclü, intensiv qanaxma zamanı qan sanki fontan vurur və qısa müddətdə litrlə qan itirilir. Əgər qanaxma dayandırılmasa, xəstə öləcək, hətta təcili yardım gəlsə də gec olacaq. Bu zaman qan axan hissəyə barmağınızı salıb tıxac yaratmalı və ya jqut qoymalısız. Təcili yardım 10-15 dəqiqəyə gələcəksə, vaxt itirmədən yola çıxıb, təcili yardıma yolunuzu deyib ya yolda qarşılaşmalı, ya da yaxın xəstəxanaya çatdırmalısınız. Daha bir arzuolunmaz qanaxma ağciyər qanamasıdır. Bu zaman qan nəfəs yollarını tutur. Xəstəni elə çevirmək lazımdır ki, qan çölə axsın və o boğulmasın. Ona su, dərman, qida vermək olmaz. 2. Nəfəs borusunda yad cisim qalması Daha çox uşaqlarda rast gəlinən bu halda yad cismi çıxarmağa vaxt sərf etmək olmaz. Tənəffüs yolları blok olduqda, xəstə göyərir, huşunu itirir. Əgər bacarırsınızsa, Qeymlix metodu tətbiq olunur. Bu effekt vermədikdə, xəstə təcili olaraq maşınla yaxınlıqdakı xəstəxanaya çatdırılmalıdır. 3. Hipoqlikemik koma Bu, qanda qlükozanın səviyyəsinin kritik dərəcədə enməsidir. Əvvəlcə xəstə özünü narahat hiss edir, əl-ayaq əzələləri boşalır, tərləyir, su içmək istəyir, ürəyi sürətlə döyünür, sifəti qızarır. Vaxtında bu məqamı tutub, ona şirin su, çay, qənd versəniz vəziyyət düzələ bilər. Əgər vaxt keçsə, onda qıcolmalar başlayacaq və huşunu itirəcək. Təcili olaraq xəstəxanaya çatdırılmalıdır. Əgər təcili yardım 10 dəqiqə gec gəlsə, xəstə komaya düşür. Ona təcili venadaxili qlükoza köçürülməlidir. Evdə və ya yaxında bunu bacaran varsa, dərhal aptekdən qlükoza alıb köçürmək olar. Hipoqlikemik koma daha çox gənclərdə və diabet xəstələrində olur. 4. Uşaqlarda yalançı inağ 1-6 yaş uşaqlarda infeksiya fonunda yaranır. Əsas təhlükəsi qırtlağın stenozudur ki, tənəffüsü çətinləşdirir. Əvvəlcə inağ kimi hürücü öskürək olur, sonra uşağın ağır nəfəs alması, daha sonra göyərməsi başlayır. Bu zaman uşağın daha yaxşı nəfəs alması üçün bütün pəncərələri açmalı, isti su dolu vannaya uşağı salmaq lazımdır. Təcili yardım gələnə kimi bunları edə bilməsəniz, maşınla təcili olaraq yaxınlıqdakı xəstəxanaya aparılmalıdır. 5. Nəbzin və tənəffüsün dayanması Bu, ağciyər-ürək çatışmazlıqlarında olur. Əgər nəbz varsa, tənəffüs yoxdursa, deməli nəfəs yolunu təmizləmək, dili çıxarmaq və süni nəfəs vermək lazımdır. Əgər nəbz də yoxdursa, dəqiqədə 30-40 dəfə olmaqla ürək masajı edib, süni tənəffüs verilməlidir. Təcili yardım gələnə kimi bunlar mütləq olunmalıdır. 

Şərh yaz


18 Avqust 2019 Şirin qarpız seçmək üçün 5 İPUCU
18 Avqust 2019 Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə
14 Avqust 2019 Qarpız qabığını atmayın – İnanılmaz fayda
11 Avqust 2019 Qaynadılmış su içməyin – Həkimdən xəbərdarlıq
04 Avqust 2019 Səmasında üç “günəş” görünən planet tapıldı
11 İyul 2019 Diplomu rektordan oynayaraq alan məzun danışdı
06 İyul 2019 Qazlı suyun zərərləri
30 İyun 2019 Gələcəkdə övladınızın boyu neçə olacaq? - BU CÜR HESABLAYIN
24 İyun 2019 Bu bitkinin kökü çay xərçəngin dərmanıdır – Azərbaycanda da var
19 İyun 2019 DİQQƏT: qaynar çay bu xəstəliyə səbəb olur – HƏR İL MİNLƏRLƏ İNSANI ÖLDÜRÜR
15 İyun 2019 İlin ikinci Ay tutulması baş verəcək - Tarix açıqlandı
02 İyun 2019 Qara pomidor. Qeyri-adi tərəvəzin inanılmaz faydaları
01 İyun 2019 Ən çətin riyazi məsələlərin öhdəsindən gələnməktəbli - “Kalkulyator oğlan”
29 May 2019 Dünyanın ən FAYDALI MƏHSULLARI
26 May 2019 Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
16 May 2019 Azərbaycanlı pəhləvan növbəti dəfə rusiyalıları heyrətə gətirdi - VİDEO
15 May 2019 Ayı ovçuların soyuducusunu oğurladı — VİDEO
14 May 2019 “Gəncə” və “Nar” komandaları
05 May 2019 Yaddaşınızı gücləndirmək üçün bunları edin
19 Aprel 2019 Tanınmış amerikalı həkimdən SUPER TONİK - güclü immun sistemi və ürək, antibiotik effekti...
15 Aprel 2019 Merkuri Günəşin qarşısını kəsəcək Azərbaycanda da izləmək mümkündür
15 Aprel 2019 Ən nəhəng ikigövdəli təyyarə sınaqdan keçirildi - VİDEO
04 Aprel 2019 Zəncəfilin bilinməyən 7 faydası - Möcüzəvi bitki
25 Mart 2019 Acqarına yeyilməsi qadağan olunan qidalar –SİYAHI
10 Mart 2019 Maşında gedərkən niyə ürəyimiz bulanır? — Qarşısını almaq üçün məsləhətlər
22 Fevral 2019 Bu tərəvəzləri bişmiş halda yeyin
18 Fevral 2019 Azərbaycan əhalisinin SON SAYI açıqlandı
04 Fevral 2019 Limon suyu içərək bu xəstəliklərə vida edin
02 Fevral 2019 Dilənçinin üzərindən 9 min pul çıxdı - FOTOLAR
20 Yanvar 2019 Alimlərdən XƏBƏRDARLIQ: Uşaqlara qarşı bu hərəkətləri etməyin

Xəbər lenti