.

Böyümə uşaq sağlamlığının ən əhəmiyyətli göstəricilərindən biridir. Hər bir valideyn övladının ucaboy olmasını arzulayır. Bunun üçün müəyyən qida məhsullarından, idmandan yararlanmağa çalışırlar. Amma o gerçəklik də var ki, illər keçdikcə sanki insanların boyunda bir kiçilmə, normadan aşağı boy ölçülərinə malik olma kütləvi hal alıb. Bəs bu halları doğuran səbəblər hansılardır? Uşaqlarda boy artımına mane olan əsas səbəblər hansılardır? Uşağın boyunu uzatmaq üçün qidalanmada nələrə diqqət etmək lazımdır? Genetik böyümə problemi olan uşağa kənar vasitələrlə kömək etmək mümkündürmü?
Asiya.info xəbər verir ki, mövzu ilə bağlı lent.az-a danışan endokrinoloq Nadirə Ağazadə bildirir ki, böyümə uşaq sağlamlığının dəyərləndirilməsində ən önəmli göstəricilərdən biridir. Normal böyümə genetik, hormonal, psixoloji və sosial faktorların təsiri altındadır: "Genetik faktorların böyümənin bütün dövrlərinə təsiri olmasına baxmayaraq, uşağın bətndaxili inkişafından başlayaraq həyatının ilk illərində qidalanma, daha sonra cinsi yetişkənlik dövründə hormonal faktorlar ön plana çıxır. Boy qısalığı yaşa və cinsə görə uşağın illik böyümə sürətinin normal dəyərlərdən aşağı olmasıdır".
İlk bir ildə boy 24-25 sm uzanır
N.Ağazadə məlumat verir ki, ata və ana boyuna görə düzəldilmiş boy hesabı aşağıdakı formulla hesablanır:
Oğlanlarda - Ata boyu + ana boyu + 13/2
Məsələn: (Ata 185 + ana 160 + 13) : 2 = 179
Qızlarda - Ata boyu + ana boyu - 13/2
Məsələn: (Ata 185 + ana 160 - 13) : 2 =166
İllik böyümə sürəti:
1-2 yaş arası < 10 sm
2-3 yaş arası < 8 sm
3-4 yaş arası < 6 sm
4 yaş və puberfat arası < 4 sm
Həkim deyir ki, boy göstəriciləri bu rəqəmlərdən aşağıdırsa, uşaqlarda boyümə geriliyi ilə bağlı səbəblər araşdırılmalıdır: "Qeyd edim ki, uşağın böyüməsində ən sürətli dönəm doğulduqdan 1 yaşına qədər olan dövrdür. İlk bir il içində uşağın boyu təxminən 24-25 sm uzanır. Sonrakı illərin böyümə sürəti düşməyə başlayır".
Valideynlərin boyunun hündürlüyü əhəmiyyətlidir
Həkim vurğulayır ki, boy qısalığının ən sıx səbəbi genetik faktordur. Burada ata, ana boyunun hündür olması əhəmiyyətlidir. Bundan başqa qidalanma, xroniki xəstəliklər, davamlı olaraq bəzi dərman maddələrinin qəbulu, boy hormonu yetərsizliyi, endokrin xəstəliklər, xromosom xəstəlikləri də boy qısalığı üçün şərait yaradır: "Həmçinin, bəzi psixoloji səbəblər var ki, böyüməyə birbaşa təsir edir. Tutaq ki, uşağın ata və ya anadan ayrı qalması, ailədə yetəri qədər sevgi və qayğı görməməsi və sair kimi faktorlar da bura daxildir". 
Qidalanma, idman, psixologiya...
N. Ağazadə uşağın normal böyüməsi üçün düzgün qidalanmanın əhəmiyyətindən söz açır: "Yetərli və düzgün qidalanma, tərkibində kalsium, sink olan qidaların, balıq, süd, yumurta, meyvə və tərəvəzlərin qəbulu, D vitaminin yetərli olması vacibdir. Düzgün yuxu rejimi, idman, psixoloji məsələlər də əhəmiyyət kəsb edir".
Geyimlərinin ölçüsündə fərq yoxdursa...
Endokrinoloq xəbərdarlıq edir ki, uşaq yaşıdlarından boyda geri qalırsa, son bir ildə geyindiyi geyimlərin ölçülərində dəyişiklik yoxdursa, deməli, böyümə ilə bağlı bir problem var. Bu zaman valideynlər narahat olmalı və vaxtında uşaq endokrinoloquna müraciət etməlidirlər.

Şərh yaz


11 İyul 2019 Diplomu rektordan oynayaraq alan məzun danışdı
06 İyul 2019 Qazlı suyun zərərləri
24 İyun 2019 Bu bitkinin kökü çay xərçəngin dərmanıdır – Azərbaycanda da var
19 İyun 2019 DİQQƏT: qaynar çay bu xəstəliyə səbəb olur – HƏR İL MİNLƏRLƏ İNSANI ÖLDÜRÜR
15 İyun 2019 İlin ikinci Ay tutulması baş verəcək - Tarix açıqlandı
12 İyun 2019 Bu hallarda təcili yardım gözləmək vaxt itkisidir — Xəstəni öldürən 5 məqam
02 İyun 2019 Qara pomidor. Qeyri-adi tərəvəzin inanılmaz faydaları
01 İyun 2019 Ən çətin riyazi məsələlərin öhdəsindən gələnməktəbli - “Kalkulyator oğlan”
29 May 2019 Dünyanın ən FAYDALI MƏHSULLARI
26 May 2019 Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
16 May 2019 Azərbaycanlı pəhləvan növbəti dəfə rusiyalıları heyrətə gətirdi - VİDEO
15 May 2019 Ayı ovçuların soyuducusunu oğurladı — VİDEO
14 May 2019 “Gəncə” və “Nar” komandaları
05 May 2019 Yaddaşınızı gücləndirmək üçün bunları edin
19 Aprel 2019 Tanınmış amerikalı həkimdən SUPER TONİK - güclü immun sistemi və ürək, antibiotik effekti...
15 Aprel 2019 Merkuri Günəşin qarşısını kəsəcək Azərbaycanda da izləmək mümkündür
15 Aprel 2019 Ən nəhəng ikigövdəli təyyarə sınaqdan keçirildi - VİDEO
04 Aprel 2019 Zəncəfilin bilinməyən 7 faydası - Möcüzəvi bitki
25 Mart 2019 Acqarına yeyilməsi qadağan olunan qidalar –SİYAHI
10 Mart 2019 Maşında gedərkən niyə ürəyimiz bulanır? — Qarşısını almaq üçün məsləhətlər
22 Fevral 2019 Bu tərəvəzləri bişmiş halda yeyin
18 Fevral 2019 Azərbaycan əhalisinin SON SAYI açıqlandı
04 Fevral 2019 Limon suyu içərək bu xəstəliklərə vida edin
02 Fevral 2019 Dilənçinin üzərindən 9 min pul çıxdı - FOTOLAR
20 Yanvar 2019 Alimlərdən XƏBƏRDARLIQ: Uşaqlara qarşı bu hərəkətləri etməyin
17 Yanvar 2019 Yuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏR
15 Yanvar 2019 Nə üçün suyu təkrar qaynatmaq olmaz?
13 Yanvar 2019 Gülüş bizim sağlamlığımız üçün çox vacibdir
12 Yanvar 2019 Donuz qripinə yoluxmaq istəmirsinizsə... - Məşhur professordan VACİB XƏBƏRDARLIQ
10 Yanvar 2019 Qışda xəstələnməmək üçün BUNLARI EDİN - Məşhur professordan VACİB XƏBƏRDARLIQ

Xəbər lenti