.


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Modern.az-ın birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə “Konservləşdirmə zamanı diqqət edilməli məqamlar” haqqında olacaq.
 
Qışa hazırlıq məqsədi ilə əksər insanlar mürəbbə turşu və bir sıra digər konservləşdirilmiş məhsullar hazırlayaraq tədarük görməyə başlayırlar.  Günəş altında qurutma, duza və turşuya qoyma, təbii soyuqdan istifadə olunmaqla məhsul konservləşdirilməsi həyata keçirilir. 
 
Konservləşdirilmədən geniş istifadə olunmasına baxmayaraq, bu emal prosesi xüsusi diqqət və nəzarət tələb edir. Emal prosesində edilən hər hansı səhv konservləşdirilən məhsulun istehlak xassələrinə, eləcə də insan sağlamlığında ciddi problemlər yarada bilər. Buna görə də istehsalçılar məhsulların konservləşdirilməsində təhlükəsizlik tədbirlərini bilməli və onlara ciddi əməl etməlidirlər.
 
İlk növbədə qida maddələrinin itkisinin minimuma endirilməsi və məhsulun dad-tam keyfiyyətinin maksimum qorunub saxlanılması üçün uyğun konservləşdirmə üsulu seçilməlidir. İstifadə olunan əsas və yardımçı xammalın keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə cavab verməlidir. Konservləşdirmədə istifadə edilən tara və qablaşdırıcı materialların tərkibində insan sağlamlığına zərərli və toksiki maddələr olmamalıdır. Eyni zamanda konservləşdirilmiş ərzaq məhsullarının saxlanılması zamanı baş verə biləcək mənfi prosesləri minimuma endirmək məqsədi ilə saxlanma şərtlərinə əməl edilməlidir.
 
Bu tədbirlərə riayət olunmadığı təqdirdə məhsul mikrooorqanizmlərin təsirinə məruz qala bilər və nəticədə bir çox xəstəliklər meydana çıxır ki, buna misal olaraq botulizm xəstəliyini qeyd etmək olar.
 
Botulizmi törədən bakteriya clostridium botulinumdur. Bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bakteriyalar  tərəfindən "hazırlanan" toksin - botulotoksin - ciddi bioloji təhlükə hesab olunur. Əgər ev şəraitində turşu, tərəvəz salatları, kompot, mürəbbə və digər konservlər üçün hazırlanan meyvə və tərəvəzlər kifayət qədər yaxşı təmizlənib yuyulmursa, yaxud düzgün sterilizasiya olunmursa, daha sonra uyğun olmayan şəraitdə saxlanılırsa, bu bakteriyalar üçün ən "əlverişli" mühitdir. 
 
İstehsal zamanı sanitar-gigiyenik rejimlərə, sterilizasiya parametrlərinə, saxlanma rejiminə və ya taranın hermetikliyinə düzgün əməl edilmədikdə konservlər xarab olur.  Adətən botulin toksinləri əmələ gəlmiş məhsullar xarici görünüşünə görə zay təsir bağışlayır: toxumalar yumşalır, yad qoxu gəlir, qaz yaranır. Bu zaman konserv bankaları şişir və “bombaj” əmələ gəlir. Bu botulizm toksini ilə yoluxmuş məhsulu xüsusilə təhlükəli edir. Elə hallara da təsadüf olunur ki, məhsulda toksin tapılsa da bu, onun xarici görünüşü, dadı və iyində kənar xüsusiyyətlərlə özünü büruzə vermir. Belə məhsullarda nəzərə çarpmayan zəhərlənmə baş verə bilir. 
 
Bombaj alt və üst qapağı şişmiş və barmaqla basılan zaman vəziyyəti normal olmayan bankalardır. Bombaj həqiqi (mikrobioloji və kimyəvi) və aldadıcı (fiziki) ola bilər. Mikrobioloji bombajın yaranma səbəbi daşınma və saxlanma zamanı bankaların yerinin dəyişdirilməsi, tərkibinin çalxalanmasıdır ki, bu da bankaların hermetikliyinin pozulmasına, məhsulun tərkibində bakteriyaların inkişafına şərait yaradır. 
 
Kimyəvi bombaj zamanı məhsuldakı turşuların tənəkəyə təsiri nəticəsində hidrogen ayrılır. Toplanmış hidrogen daxildən təzyiqi artırır, buna görə də bankanın üst və alt qapaqları şişir. Barmaqla basdıqda əvvəlki normal vəziyyətini almır. Kimyəvi bombaj zamanı məhsulun tərkibinə qalay, dəmir, bəzi hallarda qurğuşun da keçir. 
 
Fiziki bombaj bankaya aşağı temperaturlu məhsulun yığılması, bankanın kəskin deformasiyaya uğraması, məhsulun donması və s. səbəblərdən əmələ gəlir. Mikrobioloji və kimyəvi bombajdan fərqli olaraq fiziki bombaj zamanı barmaqla şişmiş tərəflər basıldıqda əvvəlki vəziyyətinə qayıdır. 
 
Mikroorqanizmlərin konservləşdirilmiş məhsullara təsir etməsini, eləcə də bombaj baş verməsinin qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edilir. Bunlara misal olaraq sterilizasiya və tindalizasiya proseslərini göstərə bilərik.
 
Sterilizə mikrobların məhv edilməsi məqsədi ilə konservlərin lazımı temperaturda hazırlanmasıdır. 

Şərh yaz


20 Oktyabr 2019 Uşaqların saçlarını yığarkən buna diqqət edin
18 Oktyabr 2019 Qanvermə hansı xəstəliklərə müsbət təsir edir? — Qan verməyin şərtləri,əks-göstərişi
15 Oktyabr 2019 Göz üçün faydalı qidalar hansılardır?
13 Oktyabr 2019 Təzyiqin ölçülməsində yol verdiyiniz 5 SƏHV – Nəticə düz olmur
08 Oktyabr 2019 Göz üçün faydalı qidaların - Siyahısı
26 Sentyabr 2019 Uşaqlar niyə barmaq üstündə gəzirlər? – Təhlükə çox yaxındadır
12 Sentyabr 2019 Qaraciyəri toksinlərdən təmizləyən qidaların - Siyahısı
08 Sentyabr 2019 Sağlam arıqlama üsulları - Bildikləriniz SƏHV İMİŞ
04 Sentyabr 2019 Qorxudan ürək partlaya bilərmi? - Tibbi izahı
01 Sentyabr 2019 Kartofu qızardarkən xərçəng törədən maddə yaranır — Düzgün bişirilmə qaydası
23 Avqust 2019 İki ağızlı balıq tutuldu - FOTO
22 Avqust 2019 Dilənçi qadının şok dəyişimi - Video
19 Avqust 2019 C vitamini deposu limon qabığının 10 faydası – Xərçəngə qarşıdır
18 Avqust 2019 Şirin qarpız seçmək üçün 5 İPUCU
18 Avqust 2019 Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə
14 Avqust 2019 Qarpız qabığını atmayın – İnanılmaz fayda
11 Avqust 2019 Qaynadılmış su içməyin – Həkimdən xəbərdarlıq
04 Avqust 2019 Səmasında üç “günəş” görünən planet tapıldı
11 İyul 2019 Diplomu rektordan oynayaraq alan məzun danışdı
06 İyul 2019 Qazlı suyun zərərləri
30 İyun 2019 Gələcəkdə övladınızın boyu neçə olacaq? - BU CÜR HESABLAYIN
24 İyun 2019 Bu bitkinin kökü çay xərçəngin dərmanıdır – Azərbaycanda da var
19 İyun 2019 DİQQƏT: qaynar çay bu xəstəliyə səbəb olur – HƏR İL MİNLƏRLƏ İNSANI ÖLDÜRÜR
15 İyun 2019 İlin ikinci Ay tutulması baş verəcək - Tarix açıqlandı
12 İyun 2019 Bu hallarda təcili yardım gözləmək vaxt itkisidir — Xəstəni öldürən 5 məqam
02 İyun 2019 Qara pomidor. Qeyri-adi tərəvəzin inanılmaz faydaları
01 İyun 2019 Ən çətin riyazi məsələlərin öhdəsindən gələnməktəbli - “Kalkulyator oğlan”
29 May 2019 Dünyanın ən FAYDALI MƏHSULLARI
26 May 2019 Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
16 May 2019 Azərbaycanlı pəhləvan növbəti dəfə rusiyalıları heyrətə gətirdi - VİDEO

Xəbər lenti