.

Son zamanlar uşaqlar arasında pəncə, barmaq uclarında gəzmələr artıb. Bu bəzən müəyyən yaşdan sonra düzəlsə də, bəzi hallarda uşaqlarda vərdiş halına çevrilir.
Görəsən, bunun səbəbi nədir? 
Oxu.Az-ın suallarını pediatr Günay Rəsulova cavablandırıb.
Onun sözlərinə görə, dünya üzrə uşaqlarda qeydə alınan travmaların 80-90 faizi “gəzdirici”lərdən qaynaqlanır:
“Təzə-təzə yeriməyə başlayan uşaqlarda bu funksional hal xəstəlik, qüsur kimi xarakterizə edilmir. Lakin bəzən bunun səbəbi valideynlərin uşaqları vaxtından erkən “gəzdirici”lərə qoyması olur. Uşaqların ayaqları tam olaraq yerə çatmadığından barmaq uclarında hərəkət edirlər, bu da onlarda vərdiş formasına çevrilir.
Təbii ki, bu ziyandır. Körpə uşaqların barmaq uclarında gəzməsi ilə “gəzdirici”yə qoyulan uşaqlarda yaranan problem arasında fərq var. Birinci məqam funksional olaraq müəyyən yaşdan sonra keçir, ikinci isə vərdiş formasında qala bilər. Məsləhətdir ki, uşaqları 10 ayından tez “gəzdirici”yə qoymasınlar. Dünya üzrə uşaqlarda qeydə alınan travmaların 80-90 faizi məhz “gəzdirici”lər səbəbindən olur”.
Pediatr onu da əlavə edib ki, valideynər uşaqlarda pəncənin formalaşma dövründə diqqətli olmalıdırlar:
“Uşaqlarda ilk üç yaş pəncənin formalaşma dövrü sayılır. Bəzən dəb, gözəl görünüş üçün valideynlər uşaqlara sərt, bəzəkli ayaqqabılar geyindirməkllə, səhvə yol verirlər. Biz həmin dövrdə uşaqlara yalnız yumşaq ayaqqabıların geyindirilməsini tövsiyə edirik. Sərt ayaqqabılar uşağın pəncəsini sıxır və normal formalaşmasına mane olur. 
Bundan başqa, valideynlər 6-7 aylıq  uşaqları ya əllərindən tutub gəzdirirlər, ya da “gəzdirici”yə qoyurlar. Bu zaman bədənin bütün ağırlığı ayaqların üzərinə düşür. Uşaqları vaxtından əvvəl yeritmək ayaqlarında əyriliyin yaranmasına gətirib çıxarır. Hər bir uşaq fərqlidir. Normal uşağın ən gec 1 yaş 5 ayına qədər yeriməsi normal hesab edilir”.
G.Rəsulova uşaqların ilk 3-4 aylıq olanda çanaq müayinəsinə gətirilməsinin vacibliyini vurğulayıb:
“Normalda bir çox uşaq yeriməyə başlayanda ayaqlarında x-vari, ovalvari əyriliklər müşahidə edilir. Lakin bu raxitlik və müxtəlif ortopedik problemlərdən fərqlənir. Bəzən bu əyrilik zamanla düzəlir. Amma bir qayda olaraq valideynlər uşaqları ilk 3-4 ayda çanaq müayinəsinə aparmalıdır.
Əgər uşaqda anadangəlmə çıxıq varsa, bunu erkən vaxtda müalicə ilə aradan qaldırmaq olur. Əks halda bu problem özünü axsaqlıq və hər hansı bir oynaq problemi ilə büruzə verəcək. Problemin gec aşkarlanması isə uşaqları cərrahi əməliyyatlara qədər aparıb çıxara bilər”.

Şərh yaz


18 Oktyabr 2019 Qanvermə hansı xəstəliklərə müsbət təsir edir? — Qan verməyin şərtləri,əks-göstərişi
15 Oktyabr 2019 Göz üçün faydalı qidalar hansılardır?
13 Oktyabr 2019 Təzyiqin ölçülməsində yol verdiyiniz 5 SƏHV – Nəticə düz olmur
08 Oktyabr 2019 Göz üçün faydalı qidaların - Siyahısı
12 Sentyabr 2019 Qaraciyəri toksinlərdən təmizləyən qidaların - Siyahısı
08 Sentyabr 2019 Sağlam arıqlama üsulları - Bildikləriniz SƏHV İMİŞ
04 Sentyabr 2019 Qorxudan ürək partlaya bilərmi? - Tibbi izahı
01 Sentyabr 2019 Kartofu qızardarkən xərçəng törədən maddə yaranır — Düzgün bişirilmə qaydası
29 Avqust 2019 Konservləşdirmə zamanı nələrə diqqət edilməlidir?
23 Avqust 2019 İki ağızlı balıq tutuldu - FOTO
22 Avqust 2019 Dilənçi qadının şok dəyişimi - Video
19 Avqust 2019 C vitamini deposu limon qabığının 10 faydası – Xərçəngə qarşıdır
18 Avqust 2019 Şirin qarpız seçmək üçün 5 İPUCU
18 Avqust 2019 Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə
14 Avqust 2019 Qarpız qabığını atmayın – İnanılmaz fayda
11 Avqust 2019 Qaynadılmış su içməyin – Həkimdən xəbərdarlıq
04 Avqust 2019 Səmasında üç “günəş” görünən planet tapıldı
11 İyul 2019 Diplomu rektordan oynayaraq alan məzun danışdı
06 İyul 2019 Qazlı suyun zərərləri
30 İyun 2019 Gələcəkdə övladınızın boyu neçə olacaq? - BU CÜR HESABLAYIN
24 İyun 2019 Bu bitkinin kökü çay xərçəngin dərmanıdır – Azərbaycanda da var
19 İyun 2019 DİQQƏT: qaynar çay bu xəstəliyə səbəb olur – HƏR İL MİNLƏRLƏ İNSANI ÖLDÜRÜR
15 İyun 2019 İlin ikinci Ay tutulması baş verəcək - Tarix açıqlandı
12 İyun 2019 Bu hallarda təcili yardım gözləmək vaxt itkisidir — Xəstəni öldürən 5 məqam
02 İyun 2019 Qara pomidor. Qeyri-adi tərəvəzin inanılmaz faydaları
01 İyun 2019 Ən çətin riyazi məsələlərin öhdəsindən gələnməktəbli - “Kalkulyator oğlan”
29 May 2019 Dünyanın ən FAYDALI MƏHSULLARI
26 May 2019 Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
16 May 2019 Azərbaycanlı pəhləvan növbəti dəfə rusiyalıları heyrətə gətirdi - VİDEO
15 May 2019 Ayı ovçuların soyuducusunu oğurladı — VİDEO

Xəbər lenti