.

Sağlam saçlar üç əsas komponentdən ibarətdir: saç cismi, follikul, saç follikulu. Saçın cisminə baxanda onun sağlamlığı qiymətləndirilir. Saç cismini kutikula, qabıq və medula qatları təşkil edir. Kutikula saçın su balansını təmin edir və onu mexaniki travmalardan qoruyur. Qabıq saçın strukturunu möhkəmləndirən keratin və orqanik zülallardan ibarətdir. Medula isə saç cisminin mərkəzi sayılır.

Saçların tökülməsi insanları narahat edən problemlərdən biridir. Uşaqlar arasında da saçların tökülməsi, zəif inkişafı hallarına rast gəlinir. Anemiya, vitamin çatışmazlığı, mədə-bağırsaq sisteminin xəstəlikləri, qurd invaziyaları, genetik meyillilik, göbələk infeksiyaları uşaqlarda saç tökülməsinin əsas səbəbləri sırasındadır.
Asiya.info xəbər verir ki, bu barədə Azərtac-a Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova məlumat verib.
Pediatr bildirib ki, balacalar arasında yayılan saç tökülməsinin formalarından biri “tinea capitis” və ya saçaq quruluşudur. Buna səbəb uşaqlardakı keçici göbələk infeksiyalarıdır. Həmin infeksiyalar antifunqal tropik kremlər və antifunqal şampunlarla müalicə edilir. Bununla yanaşı, gigiyena qaydalarına əməl edilməli, daraq və digər saç aksesuarları bölüşülməməli, uşaqların yastıqları ayrı olmalıdır.
“Bəzən valideynlər balaca qızlarının saçlarını bərk saç rezinləri və ya çox sıxıcı sancaqlarla sıx yığır və hörürlər. Tarım saç düzümü saçları korlanması ilə yanaşı, baş dərisinin qan dövranını pozur, nəticədə başağrıları meydana gəlir. Ümumiyyətlə, 10 yaşadək uşaqların saçlarını yığarkən bərk rezinlər, möhkəm sıxıcı sancaqlardan istifadə etmək məsləhət görülmür. Trixoloqlar məhz sıx, yəni quyruq və hörük tipli saç düzümlərini saçlar üçün ziyanlı hesab edirlər. Hətta böyüklərin saçları belə gərginliyə tab gətirmir və tökülməyə başlayır. Uşaqların saçları isə qat-qat nazik və zərif olduğuna görə, kütləvi tökülməyə məruz qalır”, - deyə mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, uşaqlarda saç tökülməsinə “trikotilomani”, yəni saç qoparma xəstəliyi də səbəb olur. Bu xəstəlikdən əziyyət çəkən uşaqlar saçlarını, qaşlarını çəkərək qoparırlar. Həmin uşaqlar üçün nevroloji müalicə tətbiq olunur.
O qeyd edib ki, saç tökülməsinin digər səbəbi “alopecia areata”, yəni saçqırandır. Bu zaman saçlarda 1-2 santimetr diametrində dairəvi tökülmələr yaranır. Bu tökülmələr qaş və kirpikləri də əhatə edə bilər.
G.Cavadova, həmçinin diqqətə çatdırıb: “Saçların qırxılması haqqında fərziyyələr də mövcuddur. Belə ki, saçlar qırxılandan sonra tüklər bərabər səviyyədə çıxmağa başlayır. Buna görə də saç örtüyünün sıxlığının görüntüsü yaranır. Saçların xarici görünüşü onların qırxılmasından asılı deyil. Yalnız saçların qidalandırılması və düzgün qulluq göstərilməsi onların gözəlliyinə, görkəminə, möhkəmliyinə təsir göstərə bilər.
Ümumiyyətlə, sağlam insanda gün ərzində 50-100 saç telinin tökülməsi normaldır”.

Şərh yaz


12 Noyabr 2019 9 yaşı var, universitetdən məzun olmağa hazırlaşır - Fotolar
31 Oktyabr 2019 Portağal qabıqlarının MÖCÜZƏVİ FAYDALARI
28 Oktyabr 2019 Nəyə görə hava dəyişəndə sümüklərimiz ağrıyır?
25 Oktyabr 2019 "WhatsApp"da yeni funksiya - Seçim şansı veriləcək
22 Oktyabr 2019 Qanınızı təmizləmək istəyirsiz? – Qanı toksinlərdən yuyan 7 qida
18 Oktyabr 2019 Qanvermə hansı xəstəliklərə müsbət təsir edir? — Qan verməyin şərtləri,əks-göstərişi
15 Oktyabr 2019 Göz üçün faydalı qidalar hansılardır?
13 Oktyabr 2019 Təzyiqin ölçülməsində yol verdiyiniz 5 SƏHV – Nəticə düz olmur
08 Oktyabr 2019 Göz üçün faydalı qidaların - Siyahısı
26 Sentyabr 2019 Uşaqlar niyə barmaq üstündə gəzirlər? – Təhlükə çox yaxındadır
12 Sentyabr 2019 Qaraciyəri toksinlərdən təmizləyən qidaların - Siyahısı
08 Sentyabr 2019 Sağlam arıqlama üsulları - Bildikləriniz SƏHV İMİŞ
04 Sentyabr 2019 Qorxudan ürək partlaya bilərmi? - Tibbi izahı
01 Sentyabr 2019 Kartofu qızardarkən xərçəng törədən maddə yaranır — Düzgün bişirilmə qaydası
29 Avqust 2019 Konservləşdirmə zamanı nələrə diqqət edilməlidir?
23 Avqust 2019 İki ağızlı balıq tutuldu - FOTO
22 Avqust 2019 Dilənçi qadının şok dəyişimi - Video
19 Avqust 2019 C vitamini deposu limon qabığının 10 faydası – Xərçəngə qarşıdır
18 Avqust 2019 Şirin qarpız seçmək üçün 5 İPUCU
18 Avqust 2019 Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə
14 Avqust 2019 Qarpız qabığını atmayın – İnanılmaz fayda
11 Avqust 2019 Qaynadılmış su içməyin – Həkimdən xəbərdarlıq
04 Avqust 2019 Səmasında üç “günəş” görünən planet tapıldı
11 İyul 2019 Diplomu rektordan oynayaraq alan məzun danışdı
06 İyul 2019 Qazlı suyun zərərləri
30 İyun 2019 Gələcəkdə övladınızın boyu neçə olacaq? - BU CÜR HESABLAYIN
24 İyun 2019 Bu bitkinin kökü çay xərçəngin dərmanıdır – Azərbaycanda da var
19 İyun 2019 DİQQƏT: qaynar çay bu xəstəliyə səbəb olur – HƏR İL MİNLƏRLƏ İNSANI ÖLDÜRÜR
15 İyun 2019 İlin ikinci Ay tutulması baş verəcək - Tarix açıqlandı
12 İyun 2019 Bu hallarda təcili yardım gözləmək vaxt itkisidir — Xəstəni öldürən 5 məqam

Xəbər lenti