.
BMT-nin Cenevrədəki Bölməsinin yerləşdiyi Millətlər Sarayında Azərbaycan, Albaniya, Əfqanıstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın daimi nümayəndəliklərinin və BMT Bölməsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.
Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Daha sonra, 2010-cu il fevralın 23-də BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş qətnaməyə əsasən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan edilib. Həmin vaxtdan etibarən Novruz Günü BMT-də qeyd olunur. Cenevrədəki tədbir də BMT qətnaməsinə uyğun təşkil edilib.
Açılış mərasimində BMT-nin Cenevrə Bölməsinin Baş direktoru Maykl Möller çıxış edib. O, Novruz bayramının adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini vurğulayıb. M.Möller tədbirin təşkilinə rəhbərlik etdiyinə görə Azərbaycan Respublikasının Daimi nümayəndəliyinə xüsusi minnətdarlığını bildirib. Baş direktor tədbirdə iştirak etmiş 12 ölkənin daimi nümayəndəliklərinin bu təşəbbüsünü mədəniyyətlər və dinlər arasında sərhədlər tanımayan dostluq və həmrəyliyin rəmzi kimi qiymətləndirib.
Daha sonra Novruz bayramını qeyd edən ölkələr adından çıxış edən Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov çıxış edərək, Novruzun mədəni irs və çoxəsrlik ənənələrin birlik təcəssümü kimi xalqlar arasında əlaqələrin qarşılıqlı hörmət əsasında möhkəmləndirilməsində mühüm rolunu qeyd edib. Səfir vurğulayıb ki, dünyanın müxtəlif bölgələrində 300 milyondan çox insan tərəfindən qeyd edilən, sülh və tolerantlıq ideyalarını özündə birləşdirən Novruz BMT ideallarını tam əks etdirir.
İştirakçı ölkələrin daimi nümayəndəlikləri tərəfindən hazırlanmış tarix, mədəniyyət və incəsənətə dair foto və video materiallar iştirakçılara təqdim edilib, milli yeməklərdən və şirniyyatlardan ibarət xüsusi guşələr təşkil olunub.
Tədbirdə, həmçinin Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” ansamblı musiqi proqramı ilə çıxış edib. Musiqiçilərin ifasında səsləndirilən Azərbaycan xalq mahnıları və muğamlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Mərasimdə BMT-nin Cenevrə bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT-nin Cenevrədəki ofisinin katibliyi, beynəlxalq təşkilatların əməkdaşları, Cenevrə şəhərinin rəsmiləri və tədbiri təşkil edən ölkələrin diaspor nümayəndələri iştirak ediblər.
AZƏRTAC
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


15 Avqust 2017 Azərbaycan dilinin normalarını pozan televiziyaların adları açıqlanıb - SİYAHI
14 Avqust 2017 Əməkdar artist dünyasını dəyişdi
30 İyul 2017 "Sənət Gecəsi" adlı tədbir keçirilib.
30 İyul 2017 Qəbələdə Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı olacaq
29 İyul 2017 Leyla Əliyeva və Anar Ələkbərov “Jara-2017” musiqi festivalında + FOTOLAR
25 İyul 2017 İnk tv könüllülərinin yeni uğuru
22 İyul 2017 Tiflis gözəli “Özgə” serialı üçün Azərbaycana gəldi
16 İyul 2017 Ramin Hacıyev yeni seriallarla bağlı açıqlama verdi
08 İyul 2017 “BizimTv” İnternet Yayım kanalı yeni və tam fərqli uğura imza atdı
02 İyul 2017 Azərbaycan Model Kontest Model Aqentstvasının açılış və məşqlərin final mərasimi keçirildi-Fotolar
29 İyun 2017 Bakıda festival – Hər kəs üçün
28 İyun 2017 İstedadlı gəncimiz San Marinoda keçirilən "Testene Art” Beynəlxalq musiqi festivalında -Foto
27 İyun 2017 Polad Bülbüloğlu: "Bununla heç vaxt barışmayacağıq"
23 İyun 2017 "Çilenay Hüseynova yenə duyğulandırdı"
19 İyun 2017 Alim və Elnarədən möhtəşəm kompozisiya - Video
17 İyun 2017 “BizimTv” İnternet Yayım şirkəti yeni bir uğura imza atıb
17 İyun 2017 AAB-nin üzvünə "Fəxri mədəniyyət işçisi" adı verildi
13 İyun 2017 Beynəlxalq formun Azərbaycan təmsilçisi Günay Nərimanla maraqlı söhbət.
12 İyun 2017 Lamiyə İsazadə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olub.
27 May 2017 Azərbaycanlı baş redaktor Türkiyədə filmə çəkilir
23 May 2017 Xalq artisti kömək istədi: “Birinci və sonucu dəfə danışıram, gücüm yoxdur...” (VİDEO)
20 May 2017 "Yeni Aktual" və "Azərbaycan -Türkiyə" jurnalının 10 illik yubiley tədbiri keçirilib.
13 May 2017 Ukraynada azərbaycanlı iş adamı itkin düşdü
08 May 2017 Azərbaycanın “Eurovision” təmsilçisi sabah ilk yarımfinalda çıxış edəcək
05 May 2017 Türkiyədə Rəis Rəsulzadənin sərgisi keçirilib
04 May 2017 Rusiya və Ukraynaya qarşı yeni sanksiyalar tədbiq oluna bilər- "Eurovision" tərəfindən
03 May 2017 Rəşid Behbudovun həyat yoldaşı vəfat edib
02 May 2017 Məlahətli səsi ilə internetdə məşhurlaşan çoban imtahan verdi - VİDEO
01 May 2017 ATV-nin yayımı müvəqqəti dayandırıldı
30 Aprel 2017 Polad Bülbüloğluna Türkmənistanın Xalq artisti fəxri adı verilib

Xəbər lenti