.
Elman Nəsirli: “İstənilən halda Ukraynanın bu addımı anlaşılandır”
 
Aprelin 5-də Ukraynanın son anda “Eurovision”a ev sahibliyi etməkdən məhrum oluna biləcəyi, əvəzinə isə yarışmanın Almaniyada keçiriləcəyi ilə bağlı müzakirələr səsləndi. Bununla bağlı Avropa Yayım Birliyindən son cavab gözlənilirdi. Qurumun baş direktoru İnqrid Deltenre az sonra Rusiyanın rəsmi nümayəndəsi olan Devid Qusmana bildirib ki, yarışma Ukraynada keçiriləcək. Bu barədə Rusiya mətbuatında da məlumat yayılıb. 
Halbuki bundan əvvəl İnqrid Deltenre açıq şəkildə Rusiyanın tərəfində olduğunu nümayiş edərək, təşkilatçıların iştirakçıları müsabiqədən çıxarmasının yolverilməz olduğunu, bunun qayda pozuntusu olduğunu qeyd etmişdi. Qurum direktoru bununla kifayətlənməyib demişdi ki, “Ukrayna ötən il keçirilən yarışmada səhvən qalib gəlib və ”Eurovision"ın Kiyevdə keçirilməsi yanlışdır".
 
Image result for Yuliya Samoylova
 
 
Xatırladaq ki, Rusiya təmsilçisi Yuliya Samoylova Ukraynanın işğal olunduğu Krım ərazisində konsertlə çıxış etdiyinə görə rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Bəs Ukrayna bu məsələdə nə dərəcədə haqlıdır?
 
 
 
Qeyd edək ki, Azərbaycanda da işğal olunmuş ərazilərdə çıxış edən rusiyalı və yaxud digər ölkələrin sənətçiləri ilə bağlı “qara siyahı” tərtib olunub. Çünki artıq 25 ildən çoxdur ki, Ermənistan dünyaca məşhurları Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət edərək orada konsert proqramları təşkil edir. Azərbaycan bu məsələ ilə razılaşmayaraq 2009-cu ilin iyulunda Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyi “qara siyahı” hazırlamağa başlayıb. Bunun da nəticəsi olaraq Dağlıq Qarabağda konsert verən çoxlu sayda məşhurlar “qara siyahı”ya salınaraq onların ölkəmizə səfərləri və konsert təşkil etmələri qadağan olunub. Həmin sənətçilərin böyük əksəriyyəti sonradan Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edərək qara siyahıdan adlarının silinməsini istəyiblər və onların arasında artıq Bakıda konsert verənlər də var. Bu baxımdan, Ukraynanın bu məsələ ilə bağlı ağrı-acısını, mövqeyini anlamaq olar. Ukrayna rəsmilər açıqlama verərək bildiriblər ki, rusiyalı təmsilçi 2015-ci ildə Ukrayna qanunvericiliyinə zidd olaraq Krımda konsert verdiyi üçün “qara siyahı”ya düşüb və qərara əsasən o, üç il ərzində Ukraynaya daxil ola bilməz. Ukrayna Rusiyanın yarışmada iştirakını əngəlləmədiyini, təmsilçi Yuliya Samoylovanın digəri ilə əvəz olunması təklifi ilə də çıxış edib. Avropa Yayım Birliyinin baş direktoru İnqrid Deltenre isə bu məsələ bağlı qeyd edib: “Ukrayna bu qadağanı yalnız yarışmadan sonra icra edə bilər”.
 
 
 
Onu da xatırladaq ki, Y.Samoylova birinci dərəcəli əlildir. O, uşaqlıqdan əlil arabasının köməyi ilə hərəkət edir. Hələ 13 yaşı olarkən ona onurğa-əzələ atrofiyası diaqnozu qoyulub. Buna baxmayaraq, ifaçı dəfələrlə müxtəlif yarışlarda iştirak edib, 2014-cü ildə Soçi Paralimpiya Oyunlarının açılışında da çıxış edib. Bəzi iddialara görə, Rusiyanın “Eurovision - 2017" yarışmasının təmsilçisi məhz əlil ifaçını seçməsi heç də təsadüfi deyil. Hələ onun namizədliyi irəli sürülməzdən öncə mətbuatda xeyli hazırlıqlar görülüb. Müxtəlif yollarla publikanı əlil ifaçının yarışmaya göndərilməsinə kökləyiblər. Bu səbəbdən beynəlxalq mətbuatda əlil ifaçıya qadağa qoyduğu üçün Ukrayna tənqid olunub.
 
 
 
Bəs Azərbaycan “Eurovision - 2017" qalmaqalında Ukraynanın yanında olmalıdırmı?
 
 
 
Qeyd edək ki, tanınmış sənətçilər bu məsələ ilə bağlı artıq öz mövqelərini bildiriblər. Bəstəkar-müğənni, teleaparıcı Murad Arif müsavat.com-a açıqlamasında bildirmişdi ki, istənilən şəxs getdiyi ölkənin qanun-qaydalarına, qadağalarına tabe olmalıdır. O ki qaldı “Eurovision” yarışmasına, bu müsabiqə artıq siyasi oyuna çevrilib:
 
 
 
“Bu yarışma ildən-ilə getdikcə daha da çirkinləşir, biabırçı vəziyyətə düşür. Orda siyasi oyun, şou yaradıcılıq tələblərindən yüksəkdə dayanmağa başlayıb. Mən əminəm ki, Rusiya həmin sənətçini təsadüfən seçməyib”.
Bəstəkarlar Eldar Mansurov, Gövhər Həsənzadə də bu yarışmanın artıq siyasi şou olduğunu qeyd edərək, yarışma haqqında heç bir şərh bildirmək istəmədiklərini vurğulayıblar.
 
Image result for Politoloq Elman Nəsirli
 
 
Politoloq Elman Nəsirli mövzu ilə bağlı şərh verərkən bildirdi ki, Ukraynanın bu məsələdəki mövqeyi anlaşılandır:“Çünki Ukrayna üçün Krım məsələsi həyati məsələdir. Ukrayna üçün Krım işğal olunmuş ərazidir. İşğal olunmuş əraziyə sənətçilər rəsmi və ya qeyri-rəsmi şəkildə belə getsə, o artıq Ukraynanın məlum mövqeyini şərhləndirəcək və bu da beynəlxalq hüquqi bir mövqedir. İstənilən halda Ukraynanın bu addımı anlaşılandır. Azərbaycanın bu məsələdəki mövqeyinə gəldikdə isə ölkəmizin istənilən ziddiyyətli, münaqişəli məqamlarda mövqeyi bu və ya digər münaqişə tərəfinə olan rəğbəti və yaxud ona qarşı antisimpatiyası ilə bağlı deyil. Onun mövqeyi beynəlxalq hüququn mövqeyi ilə tamamilə üst-üstə düşür. Bəli, Azərbaycan dövləti də qondarma Dağlıq Qarabağ Respublikasına səfər edən müğənniləri ”qara siyahı"ya salıb, arzuolunmaz şəxslər elan edib və onlara qarşı hüquq çərçivəsində müvafiq addımlar atıb. Hesab edirəm ki, blogger Lapşinin də Azərbaycana verilməsi bu reallığın fonunda baş tutmuşdu. Bu baxımdan, Ukrayna tərəfinin bu addımı atmasının motivi aydındır və bu məsələdə Azərbaycanla Ukraynanın mövqeyi üst-üstə düşür. Əgər analoji addımı Ukrayna tərəfi etsəydi və Rusiya Ukraynaya bu cür qadağa qoysaydı, bu halda Azərbaycanın mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşəcək. Yəni burada söhbət prinsiplərdən gedir".
 
 musavat.com
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


14 Oktyabr 2017 Azərbaycanda ilk: virtual muzeyi yaradıldı - Foto
07 Oktyabr 2017 Bakı haqqında sənədli film - “National Geographic” təqdim edir + Video
06 Oktyabr 2017 Muğam Mərkəzində “Mahur-hindi” və “Bayatı-kürd” muğamları səslənəcək
02 Oktyabr 2017 "Muğam dünyası" adlı layihəsi çərçivəsində Xeyriyyə tədbiri təşkil olunub
26 Sentyabr 2017 ATV-nin- 32 əməkdaş işdən çıxarıldı
26 Sentyabr 2017 Yazıçılar Birliyi: “Meyxanaçı Namiq Mənaya hər hansı vəzifə verməmişik”
25 Sentyabr 2017 Adnan Tayfun Azərbaycana gələcək
25 Sentyabr 2017 “Azərbaycanfilm”in istehsalı olan “Çölçü” filmi daha bir beynəlxalq uğura imza atıb.
21 Avqust 2017 Könül Xasıyevaya pul atan müğənni barədə - Həbs qərarı
15 Avqust 2017 Azərbaycan dilinin normalarını pozan televiziyaların adları açıqlanıb - SİYAHI
14 Avqust 2017 Əməkdar artist dünyasını dəyişdi
30 İyul 2017 "Sənət Gecəsi" adlı tədbir keçirilib.
30 İyul 2017 Qəbələdə Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı olacaq
29 İyul 2017 Leyla Əliyeva və Anar Ələkbərov “Jara-2017” musiqi festivalında + FOTOLAR
25 İyul 2017 İnk tv könüllülərinin yeni uğuru
22 İyul 2017 Tiflis gözəli “Özgə” serialı üçün Azərbaycana gəldi
16 İyul 2017 Ramin Hacıyev yeni seriallarla bağlı açıqlama verdi
08 İyul 2017 “BizimTv” İnternet Yayım kanalı yeni və tam fərqli uğura imza atdı
02 İyul 2017 Azərbaycan Model Kontest Model Aqentstvasının açılış və məşqlərin final mərasimi keçirildi-Fotolar
29 İyun 2017 Bakıda festival – Hər kəs üçün
28 İyun 2017 İstedadlı gəncimiz San Marinoda keçirilən "Testene Art” Beynəlxalq musiqi festivalında -Foto
27 İyun 2017 Polad Bülbüloğlu: "Bununla heç vaxt barışmayacağıq"
23 İyun 2017 "Çilenay Hüseynova yenə duyğulandırdı"
19 İyun 2017 Alim və Elnarədən möhtəşəm kompozisiya - Video
17 İyun 2017 “BizimTv” İnternet Yayım şirkəti yeni bir uğura imza atıb
17 İyun 2017 AAB-nin üzvünə "Fəxri mədəniyyət işçisi" adı verildi
13 İyun 2017 Beynəlxalq formun Azərbaycan təmsilçisi Günay Nərimanla maraqlı söhbət.
12 İyun 2017 Lamiyə İsazadə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olub.
27 May 2017 Azərbaycanlı baş redaktor Türkiyədə filmə çəkilir
23 May 2017 Xalq artisti kömək istədi: “Birinci və sonucu dəfə danışıram, gücüm yoxdur...” (VİDEO)

Xəbər lenti