.
Tanınmış kinoşünas, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi, professor Aydın Dadaşovun “Müasir Azərbaycan kinosu” monoqrafiyası çapdan çıxıb.
 
“TEAS Press” Nəşriyyat evi tərəfindən nəşr olunan monoqrafiyada əsasən son 25 ildə çəkilmiş Azərbaycan kinofilmlərində sənətkarlıq məsələləri, Qarabağ mövzusunun bədii filmlərdə təcəssümü, keçid dövründə yeni axtarışlar, modernist kinoya doğru atılan ilk addımlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi mövzular araşdırılıb.
 
“TEAS Press”dən APA-ya verilən məlumata görə, XX əsrin sonları-XXI əsrin əvvəllərində çəkilmiş əksər kinofilmlər əsərdə geniş təhlil olunur. Kitabda hər bir ekran əsəri, oradakı personajların xarakteri ayrı-ayrılıqda araşdırılır, obrazlar təhlil olunur, ssenarist, rejissor və operatorların, ümumiyyətlə, bütün yaradıcı heyətin işi ciddi tənqid süzgəcindən keçirilir. 
 
Əsər müstəqillik dövrü Azərbaycan kinosunun “Yarasa”, “Gül­lə­lən­mə tə­xi­rə salınır”, “Sonuncu dərviş”, “Ovsunçu”, “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Haray”, “Yaddaş”, “Fəryad”, “Hər şey yax­şı­lı­ğa doğru”, “Yalan”, “Əlvida, cənub şəhəri”, “Arxada qalmış gələcək”, “Dolu”, “Nabat” və daha neçə-neçə nümunəsi əsasında aparılmış ilk elmi araşdırmaların məhsuludur.
 
AMEA Memarlıq və İncəsənət İnstitutu Elmi Şurasının 1 iyul, 2016-cı il tarixli, 4 saylı qərarı ilə çapa tövsiyə olunmuş əsərin elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, rəyçiləri sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə və filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayev, nəşriyyat redaktoru isə Kərim Kərimlidir.
 
 
Məlumatda bildirilib ki, Aydın Dadaşov kitab çap üçün mətbəəyə daxil olandan bir neçə gün əvvəl dünyasını dəyişib. Qeyd olunub ki, bu əsər 25-dən artıq kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin, 60-dan artıq filmin ssenari müəllifi, rejissoru, redaktoru, direktoru olan tanınmış kinoşünas, professor Aydın Dadaşovun yaradıcılığının akkordudur: “Ümidvarıq ki, “Müasir Azərbaycan kinosu” oxucuların, ilk növbədə kinoşünaslarına, bu sahədə tədqiqat işləri aparan alimlərin, kino tənqidçilərinin, ali təhsil ocaqlarının müəllim və tələbələrinin, eləcə də sıravi kino həvəskarlarının çox sevdiyi kitablardan birinə çevriləcək. Oxucular kitabı kinoya, maraqlı bir filmə baxırmış kimi oxuyacaqlar”.
 
 
Xatırladaq ki, 65 yaşı bu il martın 2-də tamam olan A. Dadaşov martın 15-də ürək çatışmazlığından vəfat edib.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


20 Fevral 2018 Əsl sənət fədaisi.
19 Fevral 2018 Mürəkkəb xarakterli rollar ustası.
17 Fevral 2018 Səs zirvəsinin fatehi Musiqimizin tacı muğam, segahın yaşıl səsli ustadı Arif Babayevdir
14 Fevral 2018 KİMLİYİMİZ –RADİOMUZ, TELEVİZİYAMIZ
13 Fevral 2018 Musiqiyə sevgi ilə ...
06 Fevral 2018 Qara Qarayevin anadan olmasının 100 illiyi qeyd edildi - Foto
27 Yanvar 2018 Muğam sənətinin qorunması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq
21 Yanvar 2018 Görkəmli bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 94 il keçir
19 Yanvar 2018 Əfşarlar dövrünə aid kitabın surəti əldə edilib
02 Yanvar 2018 "Məni öldüyüm gündə deyil, doğum günümdə xatırlayın"
28 Dekabr 2017 MTRŞ AzTV ilə bağlı qərar verdi
07 Dekabr 2017 Kamança Azərbaycana və İrana aid edildi
20 Noyabr 2017 Mədəniyyət nazirliyi: “Abdin Fərzəliyevə tarixi evi sökməyi qadağan etmişdik, bizi dinləmədilər”
14 Noyabr 2017 Yeni telekanalla bağlı müsabiqə - MTRŞ 1 ay vaxt verdi
14 Noyabr 2017 "Ana layla"sı ilə dünyanı ağladan, qarmonuyla İrana qarşı savaşan Rəhman Əsədullahi kimdir? - VİDEO/FOTOLAR
06 Noyabr 2017 Bəstəkarımızın 100 illiyi qeyd olunacaq - YUNESKO-da
04 Noyabr 2017 BDU-da milli ahəngimiz adlı konsert keçirildi
21 Oktyabr 2017 Muğam müsabiqəsinin qalibi solo konsert verəcək
18 Oktyabr 2017 Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi
17 Oktyabr 2017 Qara Qarayevin 100 illik yubileyi keçiriləcək
14 Oktyabr 2017 Azərbaycanda ilk: virtual muzeyi yaradıldı - Foto
07 Oktyabr 2017 Bakı haqqında sənədli film - “National Geographic” təqdim edir + Video
06 Oktyabr 2017 Muğam Mərkəzində “Mahur-hindi” və “Bayatı-kürd” muğamları səslənəcək
02 Oktyabr 2017 "Muğam dünyası" adlı layihəsi çərçivəsində Xeyriyyə tədbiri təşkil olunub
26 Sentyabr 2017 ATV-nin- 32 əməkdaş işdən çıxarıldı
26 Sentyabr 2017 Yazıçılar Birliyi: “Meyxanaçı Namiq Mənaya hər hansı vəzifə verməmişik”
25 Sentyabr 2017 Adnan Tayfun Azərbaycana gələcək
25 Sentyabr 2017 “Azərbaycanfilm”in istehsalı olan “Çölçü” filmi daha bir beynəlxalq uğura imza atıb.
21 Avqust 2017 Könül Xasıyevaya pul atan müğənni barədə - Həbs qərarı
15 Avqust 2017 Azərbaycan dilinin normalarını pozan televiziyaların adları açıqlanıb - SİYAHI

Xəbər lenti