.
Beynəlxalq formun Azərbaycan təmsilçisi Günay Nərimanla maraqlı söhbət.
-Günay xanım, bu günlərdə bütün medianın diqqəti Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman nazirliyinin dəstəyi ilə Bakıda keçirilən gənc şair xanımların IV formuna yönəlib. Bir sıra xarici ölkələrdən Azərbaycana şair xanımlar bu forum üçün gəlib. Ölkəmizi sizin təmsil etdiyinizi, bu formda layiqli çıxış edərək, Azərbaycan ədəbiyyatının zənginliyini müxtəlif xalqların nümayəndələrinə göstərdiyinizi bilirik. Form haqqında təəssüratlarınızı bilmək istərdik.
 - Bəli, Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən bu formu müsbət qiymətləndirirəm. Form sayəsində müxtəlif xalqlar bir-birinin mədəniyyəti, ədəbiyyatı və tarixi haqqında müəyyən məlumata sahib olur. Daha yaxından tanımağa çalışır. Bir neçə gündür dünyanın bir çox ölkəsindən nümayəndələr Azərbaycanda qonaqdır. Biz onları ölkəmizin görməli yerlərini, tarixi məkanlarını gəzdirdik. Yekdilliklə, yurdumuzun tarixiliyini və müasirliyini qoruyub saxladığını söylədilər. Bakının çox gözəl şəhər olduğunu vurğuladılar. Azərbaycanı bu formda mən təmsil etdim və bu məni çox qürurlandırdı. Eyni zamanda Şəhanə Müşfiq də Azərbaycan təmsilçisi idi. Form Nizami adına Ədəbiyyat muzeyində bir sıra dövlət rəsmiləri, müxtəlif səfirliklərin nümayəndələrinin iştirakı ilə keçirildi. Çıxışlardan sonra söz iştirakçılara verildi. İştirakçılar öz şeirlərindən nümunələr səsləndirdilər. Sonda hər bir iştirakçı sertifikatla qiymətləndirildi. Bu formun Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir. Gələn qonaqlar mədəniyyətimizlə, ədəbiyyatımızla, tariximizlə, milli adət-ənənələrimizlə daha yaxından tanış oldular. Milli mətbəximizə məxsus yeməkləri sevərək yedilər. Mənim üçün bu bir neçə gün, sanki nağıllar aləmini xatırlatdı. İnsanın doğma vətəni haqda qürurla, ağızdolusu danışa bilməsi çox gözəl hissdir. Qonaqların gözlərindəki o heyranlığı görüb, xöşbəxt olmamaq mümkün deyildi. Qonaqlarla birgə Azərbaycan Yazıçılar Birliyini gəzdik, birliyin sədri Anar, qonaqlarla bir-bir tanış olub, bizimlə səmimi söhbət etdi. Müxtəlif ölkələrdən gəlmiş şair xanımların suallarını cavablandırdı. Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş oğullarımızın qəbirlərini də ziyarət etdilər. Şəhidlər xiyabanını ziyarət etdikləri zaman, İlhamla Fərizənin qoşa şəklini görüb təəccüblənərək, bu haqda məlumat almaq istədilər. Onların həyat hekayəsini eşidib, duyğulandılar. Bu form üçün Bakıya gələn qonaqlar o qədər mehriban və gülərüz idilər ki, bir neçə gün içərisində doğmalaşmağı belə bacardıq.
-Hansı ölkələrdən gəlmişdi qonaqlar?
- Türkiyə, İran, Hindistan, Əfqanıstan, Xorvatiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan Gürcüstan və s.
-Ortaq dil olaraq hansı dildən istifadə edirdiz?
- Ümumi ortaq dil ingilis dili idi. Form zamanı əksər çıxışlar da ingilis dilində oldu. Amma şeirlər orjinal olaraq yazıldıqları dildə səsləndirildi. Şeirlərdən söz düşmüşkən, siz də öz formda səsləndirdiyiniz şeiri bizə təqdim edə bilərsiz?
- Əlbəttə, böyük məmnuniyyətlə.

TƏRS DÖNƏCƏK BU DÜNYA

 Çevirəcəm oxunu,
Tərs dönəcək bu dünya.
Enişdən başlayacaq çaylarının axarı,
Yoxuşa töküləcək.
 İnsan qoca doğulub,
Körpələşib, öləcək.
 Məzlumu tapdalayan,
 Şux olan qamətin də,
Ahımdan büküləcək.
 Lazımsız kağız kimi
Səni ovub bükəcəm.
Ovcumun içi boyda
 Olacaqsan a dünya.
 Balaca top eyləyib,
Atıb-tutacam səni.
Məni illər uzunu
Atıb tutduğun kimi.
Bəzən də atıb məni,
Tutmağı unudurdun.
Elə möhkəm dəyirdim
Yerlərin göy üzünə.
İndi atıram səni,
 Yalvar, yıxıl dizimə!!!
 
Minnətdaram Günay xanım ətraflı məlumat və xoş söbət üçün.
- Siz də sağ olun Mahmud bəy! Xoş oldu.
 Hazırladı: Mahmud Əyyub
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


15 Avqust 2017 Azərbaycan dilinin normalarını pozan televiziyaların adları açıqlanıb - SİYAHI
14 Avqust 2017 Əməkdar artist dünyasını dəyişdi
30 İyul 2017 "Sənət Gecəsi" adlı tədbir keçirilib.
30 İyul 2017 Qəbələdə Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı olacaq
29 İyul 2017 Leyla Əliyeva və Anar Ələkbərov “Jara-2017” musiqi festivalında + FOTOLAR
25 İyul 2017 İnk tv könüllülərinin yeni uğuru
22 İyul 2017 Tiflis gözəli “Özgə” serialı üçün Azərbaycana gəldi
16 İyul 2017 Ramin Hacıyev yeni seriallarla bağlı açıqlama verdi
08 İyul 2017 “BizimTv” İnternet Yayım kanalı yeni və tam fərqli uğura imza atdı
02 İyul 2017 Azərbaycan Model Kontest Model Aqentstvasının açılış və məşqlərin final mərasimi keçirildi-Fotolar
29 İyun 2017 Bakıda festival – Hər kəs üçün
28 İyun 2017 İstedadlı gəncimiz San Marinoda keçirilən "Testene Art” Beynəlxalq musiqi festivalında -Foto
27 İyun 2017 Polad Bülbüloğlu: "Bununla heç vaxt barışmayacağıq"
23 İyun 2017 "Çilenay Hüseynova yenə duyğulandırdı"
19 İyun 2017 Alim və Elnarədən möhtəşəm kompozisiya - Video
17 İyun 2017 “BizimTv” İnternet Yayım şirkəti yeni bir uğura imza atıb
17 İyun 2017 AAB-nin üzvünə "Fəxri mədəniyyət işçisi" adı verildi
12 İyun 2017 Lamiyə İsazadə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olub.
27 May 2017 Azərbaycanlı baş redaktor Türkiyədə filmə çəkilir
23 May 2017 Xalq artisti kömək istədi: “Birinci və sonucu dəfə danışıram, gücüm yoxdur...” (VİDEO)
20 May 2017 "Yeni Aktual" və "Azərbaycan -Türkiyə" jurnalının 10 illik yubiley tədbiri keçirilib.
13 May 2017 Ukraynada azərbaycanlı iş adamı itkin düşdü
08 May 2017 Azərbaycanın “Eurovision” təmsilçisi sabah ilk yarımfinalda çıxış edəcək
05 May 2017 Türkiyədə Rəis Rəsulzadənin sərgisi keçirilib
04 May 2017 Rusiya və Ukraynaya qarşı yeni sanksiyalar tədbiq oluna bilər- "Eurovision" tərəfindən
03 May 2017 Rəşid Behbudovun həyat yoldaşı vəfat edib
02 May 2017 Məlahətli səsi ilə internetdə məşhurlaşan çoban imtahan verdi - VİDEO
01 May 2017 ATV-nin yayımı müvəqqəti dayandırıldı
30 Aprel 2017 Polad Bülbüloğluna Türkmənistanın Xalq artisti fəxri adı verilib
28 Aprel 2017 "Qızıl Kəlmə” mükafatının qalibləri müəyyən edilib

Xəbər lenti