.



Səadət Şıxıyeva: "Niyə doktorluq müdafiəsi ilə bağlı tələbləri daha işlək və yararlı bir mexanizmə çevirmirsiniz?"

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyeva Ali Attestasiya Komissiyasının (AAK) üzvlərinə maraqlı təkliflə müraciət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik:
Əziz həmkarlar, niyə doktorluq müdafiəsi ilə bağlı tələbləri daha işlək və yararlı bir mexanizmə çevirmirsiniz? Bu Thomson Reuters kabusu nə zamanadək insanlarımızı izləyəcəkdir? Bu təkliflər Azərbaycanın aşağı maaş alan həqiqi alim təbəqəsinin yolunda süni maneə deyilmi? Alimin elmə xidmətinin göstəricisi onun elmi məhsulunun elmi düşüncəyə faydalılığı ilə ölçülməlidir. Alimliyin meyarı onun çap məhsulunun ciddi nəşrlərdə olması, beynəlxalq konfranslarda iştirakı, xarici dillərdə nəşri, ona verilən istinadların sayı və xarakteri və s.-də ola bilər. Yoxsa ki bir məqalənin nəşri üçün 1000 dollar tələb edən Thomson Reuters jurnallarında nəşri mütləq göstəriciyə çevirmək imkanlı, maddi təminatlı adamlara yaşıl işıq yandırmaqdan başqa br şey deyil. 300-400 manat maaş alan alimdən Thomson Reutersdə 1 və ya 3 məqalə çapının tələbi absurddur və elmə yalnız ciddi zərbədən başqa bir şey deyil. Çünki bu jurnallarda 3 məqalənin dərci 5 min manatdan artıq maddi ziyana uğramaqdır. Üstəlik, bu jurnalların adı ilə müxtəlif mafioz və saxtakar qruplaşmaların insanları soyduğu və saxta jurnal sayları, psevdo Thomson Reuters jurnallarını yaratması, bu işlə məşğul olan dəllalların ortaya çıxması da son dərəcə neqativ təzahürlərdir və bu kimi hallar elmin inkişafına ciddi əngəldir. Bu, Azərbaycan alimini çıxılmaz bir yola yönəltməkdir”.

Şərh yaz


20 İyul 2019 Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
12 İyul 2019 Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
07 İyul 2019 Əbülfəs Qarayev: "Bu, fövqəladə hadisədir"
03 İyul 2019 Əbülfəs Qarayev: UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib
13 İyun 2019 İlham Namiq Kamalın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi-Foto
11 İyun 2019 İCTİMAİ KANALDA "YADİGARLAR"VERİLİŞİNİN 5 İLLİK YUBİLEYİ QEYD ETDİLƏR-Fotolar
09 İyun 2019 Gəncə xanlığının tarixi bayrağı ölkəyə gətirildi
26 May 2019 “Bu, prezident payıdır, uşaq-muşaq yox” - Musa Yaqub + Foto
17 May 2019 “Nəsimi ili” çərçivəsində Ədəbiyyat Muzeyində növbəti tədbir
17 May 2019 RİH başçısının sərəncamı ilə yaradılmış təşkilat komitəsinin iclası keçirilmişdir.
13 May 2019 "Avroviziya - 2019" mahnı müsabiqəsi başladı - Video
07 May 2019 İstiqlal şairi kimsəsizmi köçdü…
27 Aprel 2019 “Sazın məcnunu Azər” adlı möhtəşəm tədbir keçirilib
21 Aprel 2019 Azərbaycanlı ana və qızı Moskvada birincilik qazandı-Video
13 Aprel 2019 6-cı sinif şagirdindən möhtəşəm ifa-Video
11 Aprel 2019 “Kim nə deyir desin, biz elə bizik” – “Acı həqiqət” serialı
05 Aprel 2019 Nəsiminin əsərlərinin mükəmməl izahlı lüğəti HAZIRLANACAQ
22 Mart 2019 “Diriliş Ertoğrul”un final günü bəlli oldu
10 Mart 2019 Almaniyada əməkdar artistlərimizin konserti baş tutub
05 Mart 2019 Əbülfəs Qarayevdən Afətin ifasına reaksiya
21 Fevral 2019 Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər
05 Fevral 2019 Azərbaycanda bu TV-lərin hər birinə 600 min ayrıldı
04 Fevral 2019 Ramiz Mehdiyev Forumla bağlı sərəncam verdi
29 Yanvar 2019 “Nəsimi ili” üçün plan hazırlamışıq – Nazir
25 Yanvar 2019 Nazir: “Mədəniyyət sahəsində sistem təkmilləşdirilməlidir”
14 Yanvar 2019 “Seriallarımızda ailə dəyərləri təhrif olunur” - MTRŞ-dən ittiham
26 Dekabr 2018 Əbülfəs Qarayev özünə yeni köməkçi təyin etdi
22 Dekabr 2018 Arzu Əliyeva “Miras”ın təqdimat mərasimində
05 Dekabr 2018 TV-lərin dil qüsurları açıqlandı: Kimlər nə qədər səhv edir?
03 Dekabr 2018 Bu gün televiziya və radio işləməyəcək

Xəbər lenti