.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ünlü solo-saz ifaçısı Azər Xan­lar­oğlunun anım gecəsi keçirilib. Asiya.info xəbər verir ki, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİYİB) növbəti ortaq mədəniyyət layihəsi olaraq keçirilən və “Sazın məcnunu Azər” adlanan tədbirdə millət vəkilləri, QHT, KİV təmsilçiləri, alimlər, Azərin sənət dostları, doğmaları, saz-söz vurğunları və b. iştirak edib. Bu, yeni nəsil sənətçiləri arasında özü­nəməxsus yeri olmuş,mərhumAzər Xanlaroğlunun bu il 27 apreldə növbəti doğum günü tamam olur. İlk dəfə Azərin özü aramızda olmadan keçirilən adgünü ərəfəsində baş tutan tədbir sənətsevərlərin sənətçiyə vəfa borcudur. Gecənin aparıcısı Çiçək Mah­mudqızı qeyd edib ki,nakam sənətçinin adına düzənlənən sənət gecəsində Azərin sənət yoluna işıq salınması,onun həyatına, sənət yoluna işıq salan filmin nümayişi, Azərin repertuarından ən seçmə ifa­ların səsləndirilməsi,habelə Azərin sənət dostlarının canlı ifaları “Sazın məcnunu Azər” gecəsini günümüzün yaddaqalan mədəni tədbirlərindən birinə çevirib.O, gecənin təşkilatçısı olan ictimai birliklərin ortaq mədəni layihə həyata keçirməsini, bu layihəni bir nakam yeni nəsil sənətçisinə həsr etməsi təqdi­rə­layiq haldır. ABAİB prezidenti, Millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, “klassik aşıq hava­larında da, öz gülləri, xalları ilə fərqli ifalar edən Azər, həm klassik irsə sayğısı, həm o irsə nə qədər vaqif olması, həm də sənətin yeni imkanlara malik olmasını göstərməsi ilə seçilib. Azər sənətinin aşiqi idi və bu aşiqlik yalnız aşiqlikdə qalmırdı, o sənətini idrak edirdi. Sənətçinin aşiqlik və idrak prosesini bir arada təcalla etdirə bilməsi çox vacib məqamdır. Azər məhz belə məqamlarla diqqəti cəlb edir, şöhrətlənirdi”. Təəsüf ki, biz artıq keçmiş zamanda danışırıq. Təəssüf ki, sənətinin vurğunu olan Azər, öz sağlamlığına da vurğun olmadı, özünü qorumadı… Ancaq nə etmək olar? Bugün təsəllimiz Azərlə et­di­yimiz söhbətlər, onunla görüşlərimiz və əlbəttə, onun yaddaqalan ifalarıdır. Sənətçi həm şəxsiyyəti həm də, sənəti ilə yad edilincə dah gözəl olur. Azərin ruhu şad olsun ki, bu gö­zəlliyi bizə bəxş edib. Aşıq Alı deyirdi: “Ölüm haqdır, çıxmaq olmaz ömürdən”. – Azər atasını erkən itir­miş­di. Tanrıdan arzu-niyaz edirik ki, bu gedişat son bulsun və heç bir doğmamız erkən ölüm­lərlə sarsılmasın.Azər atasının sazını yiyəsiz qoymadı, tazanəsini təzələdi, atasının qızıl fonda düşən ifalarını da cəsarətlə ifa etdi və “usta oğlundan şagird olmaz” kəlamını bir daha təsdiqlədi. Ruhu şad olsun!”Sözünün davamında gecənin aparıcısı və Azərlə bağlı filmin ssenari müəllifi Çiçək Mah­mudqızına, tədbirin hazırlanmasında əməyi keçən könül dostlarına təşəkkür edən xa­nım deputat, tədbir iştirakçılarına, mərhum sənətçinin ailə üzvlərinə öz ehtiramını bil­dirib. Sonra Yunus Əmrə İnstitutu Bakı Türk Kültür Mər­kəzinin müdiri dos.dr.Cihan Özdəmir, folklorşünas-alim Elxan Məmmədli,Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” qəzetinin baş redaktoru Musa Nəbioğlu,RHİYİBsədri Arzu Bağırova çıxış edərək,aşıq sənətinin dünəni-bugünü və gələcəyi, bu bağlamada, Azərbaycanda aşıqlıq sənətinin çağ­daş durumu və Azər Xanlaroğlunun sənət məziyyətləri ilə bağlı fikirlərini bölüşüb. Gecənin musiqili qonaqları – aşıqlar: Şəh­riyar Qaraxanlı,Zülfiyyə Aşıqlı, Bala Xanlar (Eyvaz Təbrizli), Səyyad Aydınoğlu, Elməddin Məmmədli, Fəzail Miskinli,Şəhriyar Şah­verdiyev, xanəndə Zemfira İbrahimova öz ifaları ilə gecəyə rəng qatıb, tamaşaçıların alqışını alıb. Sonda ailə adından Azərin bacısı oğlu Süleyman çıxış edib, təşkilatçılara, tədbir işti­rakçılarına təşəkkür edib.



Asiya.info

Şərh yaz


17 May 2019 “Nəsimi ili” çərçivəsində Ədəbiyyat Muzeyində növbəti tədbir
13 May 2019 "Avroviziya - 2019" mahnı müsabiqəsi başladı - Video
07 May 2019 İstiqlal şairi kimsəsizmi köçdü…
21 Aprel 2019 Azərbaycanlı ana və qızı Moskvada birincilik qazandı-Video
13 Aprel 2019 6-cı sinif şagirdindən möhtəşəm ifa-Video
11 Aprel 2019 “Kim nə deyir desin, biz elə bizik” – “Acı həqiqət” serialı
05 Aprel 2019 Nəsiminin əsərlərinin mükəmməl izahlı lüğəti HAZIRLANACAQ
22 Mart 2019 “Diriliş Ertoğrul”un final günü bəlli oldu
10 Mart 2019 Almaniyada əməkdar artistlərimizin konserti baş tutub
05 Mart 2019 Əbülfəs Qarayevdən Afətin ifasına reaksiya
21 Fevral 2019 Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər
10 Fevral 2019 Thomson Reuters kabusu
05 Fevral 2019 Azərbaycanda bu TV-lərin hər birinə 600 min ayrıldı
04 Fevral 2019 Ramiz Mehdiyev Forumla bağlı sərəncam verdi
29 Yanvar 2019 “Nəsimi ili” üçün plan hazırlamışıq – Nazir
25 Yanvar 2019 Nazir: “Mədəniyyət sahəsində sistem təkmilləşdirilməlidir”
14 Yanvar 2019 “Seriallarımızda ailə dəyərləri təhrif olunur” - MTRŞ-dən ittiham
26 Dekabr 2018 Əbülfəs Qarayev özünə yeni köməkçi təyin etdi
22 Dekabr 2018 Arzu Əliyeva “Miras”ın təqdimat mərasimində
05 Dekabr 2018 TV-lərin dil qüsurları açıqlandı: Kimlər nə qədər səhv edir?
03 Dekabr 2018 Bu gün televiziya və radio işləməyəcək
24 Noyabr 2018 Şəkidə mərkəzə Rasim Ocaqovun adı verildi
22 Noyabr 2018 “Azərbaycan-Türkiyə” Dil və Mədəni Əlaqələri Beynəlxalq Simpoziumu başladı-Fotolar
09 Noyabr 2018 Amaliya Pənahova ilə vida mərasimi başa çatdı - FOTOLAR (YENİLƏNİB)
09 Noyabr 2018 Etibarlı Əllər Layihəsi «Bayrağımız – qürur mənbəyimizdir» adlı ədəbi-bədii tədbir keçirdi
08 Noyabr 2018 Prezident Pənahova ilə bağlı nekroloq imzaladı
06 Noyabr 2018 Nazir yeni rəisi kollektivə təqdim etdi
05 Noyabr 2018 Mədəniyyət naziri dağıdılmış teatr binalarından danışdı
03 Noyabr 2018 İranda gündəlik 9,2 milyon barel neft və qaz istehsal olunur
31 Oktyabr 2018 Elnarə onun haqda kitab yazan ermənidən danışdı

Xəbər lenti