.

Yoxsa istiqlal aşiqləri onun ən əziz kimsələrimi oldu…
Fəzail İsmayıl Böyükkişi
May ayının 2, 3, 4-də səhhəttimdə ciddi problemlər olduğundan ev şəraitində müalicə olunurdum. Mayın 4-u axşamı namazımı qılandan sonra dərman içib evdəkilərə dedim: “Siz Allah mümkün qədər səs eləyəməyin, dərmanmın xeyri yoxdur. İnfaktın ən yaxşı müalicəsi yuxudur. Gecə saat 12-yə yaxın (23:45-də) əl telefonuma aramsız zəng gəlir. Həyat yoldaşı görür ki, zəng edən xətrini çox istədiyim şair dostum Giya Paçxataşvilidir. Odur məni yuxudan qaldırıb dedi:
-Fəzail, dur telefonun zəng çalır, zəng edən Giyadır. Telefonu götürüb yuxulu-yuxulu salamlaşdım.
Giya dedi:
-Bağışla, vaxtsız zəng elədim. Amma zəng eləməsəm də inciyərsən… Bilirsənmi eloğlun və dostumuz Dəmir Gədəbəyli ağır vəziyyətdə xəstəxanadadır.
Cavab verdim:
-Bilirəm Giya o da mənim kimi insult olub. “Avrasiya” klinikasındadır. Qoy bir az özünə gəlsin. İnsult olan xəstəni xəstəliyinin ilk günlərində mümkün qədər sakit şəraitdə müalicə etmək lazımdır.
Guya özünə məxsus şəkildə dilləndi:
Yox canım nə insult, nə filan. O sən dediklərini mən də eşitmişdim. Amma indicə “ATV” kanalına baxırdım. Müğənnilər Dəmir-Gədəbəylinin sözlərinə bəslətənmiş mahnıları oxuyurdular. Birdən Flora xanım dilləndi: “Biz burda o gözəl şair Dəmir Gədəbəylinin sözlərinə bəstələnmiş mahnıları oxuyuruq, bizi də bütün Azərbaycan xalqı dinləyir. Amma o gözəl şair Dəmir Gədəbəylisə Qanköçürmə Mərkəzində leykoz xəstəliyindən ağır vəziyyətdə yatır. Mən bu mahnını oxuyandan sonra gedib Dəmir Gədəbəyliyə baş çəksəm bu mənim gördüyüm ən savab işlərdən biri olar. Çünki Dəmir mərd kişidir, əsl Oğuz Türküdür. Bütün müğənnilər də, sağ ol Flora xanım, biz də səninlə birgə Dəmir müəllimə baş çəkməyə gedəcəyik"- dedilər.
Giyanın Dəmir müəllimin barəsində dediyi bu sözlər məni sarsıtdı. Handan-hana dilləndim:
-Qardaş, ölüm qaşla-göz arasındadır. Doğrusu, öz səhhəttim də sən deyən yaxşı deyil. Amma mən yeriyə bilirəm. Dostumuzsa yataqdadır. Ona sabah mütləq baş çəkək.
Giya məndən üzr istəyərək dilləndi:
-Fəzail bəy, vallah yoldaşım Xatirə xanım da səni indi narahat eləməyə qıymayırdı. Amma ürəyim sözümə baxmadı. Cavab verdim:
-Çox sağ ol, Giya!!! Sən öz saflığınla, mərdliyinlə gözümdə daha da ucaldın. Çox düzgün qərar vermisən. Dost-dostuna bəs hansı günündə lazımdır? Məndən Xatirə xanıma salam de. Gecəniz xeyrə qalsın.
Bu xəbərdən sonra yuxum ərşə çəkildi. Dəmir Gədəbəylinin disident şair olduğunu keçən əsrin altmışıncı illərinin əvvəllərindən bilirdim. Anam Gülövşə xanımın əmisi oğlu Paşa Süleymanlı (O Xalq Təsərrüfatı institutunda professor və əmtəşünaslıq fakültəsinin dekanı idi) hər yayı gədəbəyli dostu Qoşqar Əhməli və digər dostları ilə birgə istirahət edərdilər.
Onlara Gədəbəyin Turşu, Narzan Şahzadə bulaqları, adlanan səfalı guşələrində sazlı-sözlü məclislər keçirərdilər. Bu məclislərdə ziylılar, şairlər ürək sözlərini dilə gətirərdilər. O vaxt gənc şair olan Dəmir Gədəbəyli də bu məclislərdə “Kommunizmə gedirik biz” şeirini oxuyardı. O şeir belə idi:
Ar-namusu ata-ata
Kommunizmə gedirik biz.
Bir-birimizi sata-sata,
Kommunizmə gedirik biz.
 
Başımızda motal papaq,
Əlimizdə zorba çomaq.
Ağ şalvarda qara yamaq,
Kommunizmə gedirik biz.
 
Uluzlara ucalırıq,
Gecə-gündüz ac qalırıq.
Cavan ikən qocalırıq,
Kommunizmə gedirik biz.
 
Əlimizdə yavan tikə,
Yaman günə qaldı ölkə.
Yuxumuzda çataq bəlkə,
Kommunizmə gedirik biz.

Azərbaycan Milli Azadlıq Hərəkatının Ensiklopediyası kitabında görkəmli tarixçimiz Nəsiman Yaqublu bu haqda belə yazır:
“Dəmir Gədəbəylini həmin vaxt DTK işçiləri bu şeirin müəllifi olduğu üçün istintaqa cəlb edir və ona əziyyət verirlər ki, bu şeiri yazdığım boynuna alsın. Dəmir Gədəbəyli istiqlalçı tarixçi Nəsiman Yaqubluya bunları söyləyir: “Təsadüfən bir şair tanışıma bu şeirin mənə məxsusluğunu söyləmişdim. Sonradan şübhələndim ki, o məni satıb. Məni altı ay həbs edib DTK-da saxladılar, işgəncə verdilər, dırnağımı qopardılar və sonda müstəniq Arifə etiraf etdim ki, bəli, o şeiri mən yazmışam. Digər müstəntiq Kərim Hüseynovsa bu şeiri yazdığıma görə məni çox incitdi. Onu deyim ki, Dəmir Gədəbəylinin bu məzmunda şeirləri çoxdu. Dəmir Gədəbəylinin ən məşhur şeirlərindən biri də “Ayağa qalx Azərbaycan!” şeiridir. Dəmir Gədəbəyli bu şeirini ilk dəfə 18 may 1988-ci ildə keçirilən mitinqdə söyləyib.
Həmin şeri belədir:
Sən can dedin, cor söylədi,
Sülh sitədin, zor söylədi.
Həyat dedin, gor söylədi,
Dost olarmı heç ağzından?
Ayğa qalx Azərbaycan!
 
Sən müqəddəs bir torpaqsan,
Haqq bilir ki, hər vaxt haqsan,
Sən Təbrizsən, Qarabağsan,
Bu haraydı el-el qopan,
Ayağa qalx, Azərbaycan!
 
Qart köpəklər sənə hürür,
Fitnəkarı dünya görür,
Qətlinə bir fərman verir,
Sarsaq vazgen, bic balayan,
Ayağa qalx Azərbaycan!
 
Dəvə kimi dini birdi,
Üzünü bir, eni birdi,
Xacı birdi, dini birdi,
Kömək umma sarılardan,
Ayağa qalx Azərbaycan.
Bəli, 1988-ci ilin 18 mayında Oğuz elinin şair oğlu ölümdən qorxmayaraq bu şeiri mitinqdə oxudu. Sonra bu şeir dillər əzbəri oldu. Milyondan çox adam. Azadlıq meydanına gətirdi. Amma təəssüf ki, çox çəkmədi Azadlıq meydanının trimunasından əsl istiqlal şairi Dəmir Gədəbəylini istiqlal şairi olmayanlar çıxartdılar. Yəni onun yerini əldəqayırma istiqlal şairləri tutdular.
Dəmir Gədəbəliylə ilk tanışlığım belə oldu. Tibb İnstitutunun ikinci kursunda oxuyurdum. Gecə ilham pərim gəldiyindən səhərə qədər şeir yazmışdım. Səhər yuxulu-yuxulu dərsə gəldim. Histologiya fənnindən praktika dərsi idi. Müəllimin İzzət müəllim Gədəbəyli idi. O həm çox bilikli, həm də xoşsifəti, mülayim bir adam idi. Gözümdən yuxu tökülsə də bir müddət özümü toplayıb onun tələbələri sorğu-sual etməsinə fikir verdim. Nəhayət, o təzə dərsi keçib tələbələrə dedi: “Uşaqlar pereparata mikroskopla baxıb gördüklərinizi rəsm dəftərinizə çəkin. O bu sözü qurtarar-qurtarmaz şəkil dəftərini açıb qabağına qoydum. Amma mikroskopa baxmaq əvəzinə başımı qollarımın üstünə qoydum. Məni dərin yuxu tutduğundan nələr olduğunu bilmədim. İzzət müəllim məni yatmış görüb mənimlə bir sırada oturan Xaliddən soruşur: “Ona noolub? Xaliddə cavab verir ki, bilmirəm. Amma eloğlun möhkəm yulxudadır. İzzət müəllim gülümsəyib dillənir: “Zərər yoxdur. Səbəbini öyrənərəm. İndi də zəhmətini çəkib pereparat şəklini mən özüm çəkərəm. Beləliklə, dərs qurtarır. İzzət müəllim qonşu otaqdan müəllim yoldaşı Səfər müəllimi də çağırır. Sonra məni qağldırırlar. Gözümü açıb İzzət müəllimi də, Səfər müəllimi də yanımda gördüm. Onlar mənim Gədəbəyli olduğumu bilməsələr də mən onların Gədəbəyli olduğunu bilirdim. Rəsm dəftərindəki şəklə baxıb gülə-gülə dedim: “Şairlər belədir də, yuxuda da şəkil çəkə bilirlər”. Səfər müəllim gülərək dedi: “Ayə hardansan? Cavab verdim: “Siz hardansınızsa mən də ordanam”. Sonra İzzət müəllim söhbətə başladı. Ay Səfər axşam evimizin həyətində qonşu Elmanla (jurnalist) gecə yarıya qədər nərd oynamışdım. Düzü uşaqlara tapşırmanı verib qurtarandan sonra istəyirdim ki, sənin otağında cımır alım (yəni bir balaca yatım, gözümün yorğunluğu çıxsın.
Elə getmək istəyirdim ki, gördüm bu dostumuz mənim əvəzimə yatır. Lal-dinməz getsəydim yaxşı düşməzdi. Odur ki, Fəzailə doğru gəlib dedim: “Nə ağır yatır bu oğlan ölübən. Yanında oturan tələbə deyəndə ki, eloğlundu, fikrim dəyişdi, yuxum qaçdı. Fəzailin şəkil albomunu götürüb, onu çəkməli olduğum şəkli mən çəkəsi oldum. Amma mən bilən Fəzail elə şeir yazmalıdır ki, histologiya müəlliminin bütün sorğu-suallarına da cavab versin, histologiya fənninin şəkillərini də özü çəksin. Səfər müəllim gülüb dedi: “Sən öz sözünü dedin. Amma mən hələ heç nə deyə bilmərəm. Biz müəllimik gəl Fəzailin şairliyini imtahan edək. Ona yarım saat vaxt verək. Başına gələn bu hadisəyə dair bir şeir yazsın sonra mən də öz sözümü deyərəm”. İzzət müəllim və Səfər müəllim bu sözdən sonra otaqdan çıxdılar. Mən istər-istməzələ qələm alıb böyük həcmli “Bilin” qoşmamı yazası oldum. Həmin şeirin indi yadımda qalan bir neçə bəndini diqqətinizə çatdırım.
Dağlar ağuşundan uçan qartalam,
Hələ ki, uçmayıb beləsi bilin?
İnanmıram vaxt-vədəsiz qocalam.
Olmaram şan-şöhrət köləsi bilin.
 
Yoxsul ürəyində vara bənzərəm,
Dağ başında yayda qara bənzərəm,
Elə coşəmuş dalğalara bənzərəm,
Döyər sahilləri ləpəsi bilin.
 
Qoşqarım1 dünyadan köçdüsə erkən,
Böyüyür eloğlum, günbəgün cərgən,
Şəmilim2, Cəmilim3 dünyada sağkən,
Tofiqi4 yurdumun Kəpəzi bilin.
 
1-Qoşqar Əhmədli
2-Şəmil Əhmədli
3-Cəmil Əhmədli
4-Tofiq Köçərli
 
Səfərim əhli-hal şeir vurğunu,
İzzətim bəyənməz yatan yorğunu,
Elə başlar andır elmi sorğunu,
Doludur ayrımın kəlləsi bilin.
 
Bakı, gedib hər gördükcə anamı,                                           
Alıram dünyadan sonsuz ənamı?
Apardığın əziz sovqat hənamı? –
Onu da qocalıq naləsi bilin.
 
Şəmkir üstə ocaq çatmaq istərəm,
Əmlik kəsib, balıq tutmaq istərəm,
Keçmişlərə xəyal, çatmaq istərəm,
Alınmaz həsrətin qalası bilin.
“Bilin” qoşmamı təzəcə tamamlamışdım ki, Səfər müəllimlə İzzət müəllim içəri daxil oldular. Səfər müəllim qabağındakı vərəqin o üz, bu üzünün şeirlə dolu olduğunu görüb dilləndi: “Ay İzzət, deyəsən şairin yatmağına sənin də onu yuxudan qaldırmamağına və onun şəkillərini çəkməyinə haqqın varmış. A şair bu yazdığın şeiri mən sifariş vermişəm. Onu oxuyacaqsan. Amma xahiş edirəm ki, əvvəlcə ən çox xoşuna gələn bir dördlüyünü deyəsən. Mən bu dördlüyümü dedim:
Şair dost, olasan ən əvvəl sadə,
Sözlərin uyuşsun yay, kaman kimi.
Yazanda yazasan Vurğundan ötə,
Yaşaya biləsən Süleyman kimi.
Bu dördlüyümü dinləyib, hər iki elıoğlum ürəkdən güldü. Sonra Səfər müəllim və İzzət müəllim dedi: “Səni teleradio studiyasına eloğlularımız şair İlyas Tapdığın və Dəmir Gədəbəylinin yanına göndəririk. Onlara bizim adımızı verərsən. İlyas Tapdıq televiziyada “Gənclər” proqramında poeziya bölməsinin rəhbəridir. Dəmir Gədəbəyli də radioda “Gənclik” proqramında poeziya şöbəsinin rəhbəridir. Onların dediyi kimi etdim. Telestudiyaya gedib qəbul otağından Dəmir Gədəbəyliyə zəng etdim. O, qəbul otağına gəlib məni özü ilə işlədiyi şöbəyə apardı. Ona əlyazma şəklində üç şeirimi təqdim etdim. O, şeirlərimi bəyənib dedi. Allah qoysa bu həftənin altıncı günündə axşam saat 20:30 dəqiqədə şeirlərimiz “Gənclik” proqramınd efirə gedəcək. Dəmir Gədəbəylinin bu sözləri məni hədsiz sevindirdi. O doğrudan da, dediyi vaxtda mənim şeirlərimi efirdə səsləndirdi. Sonralar neçə dəfə Dəmir Gədəbəylinin işlədiyi “Gənclik” redaksiyasına üz tutdumsa, o, şeirlərimi səsləndirərək məni sevindirdi. Sonrakı illərdə şeir-sənət məclislərində Dəmir Gədəbəyli ilə dəfələrlə görüşdüm. Onu həmişə ağayana, xeyirxah və mərdanə bir insan gördüm.
Dəmir Gədəbəyli Azərbaycan xalqı azadlıq hərəkatına başladığı gündən ön cərgədə oldu.
Dəmir Gədəbəylinin leykoz xəstəliyinə düçar olduğunu biləndən sonra dostum Giya ilə birlikdə ona baş çəkəndə hər ikimizə agah oldu ki, o, ömrünün son saatlarını yaşayır. Dəmir Gədəbəyli ilə bir qədər söhbət etdikdən sonra qohumlarına onu ziyarətə gələnlərə məsləhət gördük ki, otaqda mümkün qədər az adam olsun və səs salmasınlar. Dəmir Gədəbəyli də asta-asta dilləndi. Mənə artıq dava-dərman vurmayın. Bunun mənə heç bir xeyri yoxdur. Vəziyyətim getdikcə ağırlaşır. Nə məni incidin, nə tibb işçilərini, nə də özünüz inciyin. Heç kimdən heç nə istəmirəm. Mənimki də bura qədər imiş. Sonra Giya ilə müalicə həkiminin otağına getdik, həkim qanın analizini göstərib dedi. Budur, hemoqlobinin miqdarı qanda olduqca aşağıdır. Trombosit də həmçinin. Xəstədə güclü daxili bağırsaq qanaxması davam edir. Ona görə də xəstə istənilən saniyə həyatını itirə bilər. Bu gün ona tombosit sistemi, qan sistemi və digər sistemlər, qan təzyiqini qaldıran dərmanlar vurulsa da heç bir faydası yoxdur. Bunu xəstənin həyat yoldaşına, övladlarına və digər yaxın qohumlarına çatdırmaq lazımdır. Beləliklə, bir neçə saatdan sonra qələmi ilə xalqına, Vətəninə, dövlətinə təmənnasız qulluq edən böyük bir şairin, publisistin ürəyi dayandı, alimin həyatı sona çatdı. Dəmir Gədəbəyli haqq dünyasına qovuşdu. Sabah may ayının 7-də Dəmir Gədəbəylinin dəfn mərasimi “Gənclik” metrosunun yaxınlığındakı köhnə “Şuşa” kinoteatrının arxasındakı “Laləmbər” mərasim evində keçiriləcək. İnanıram ki, əlaqədar təşkilatlar tərəfindən heç bir maddi və mənəvi yardım almayan Böyük Türk Oğuz Şairi Dəmir Gədəbəylini qədirbilən xalqımız son mənzilə ağır hüzn və göz yaşları içində ləyaqətlə yola salacaqlar. Yerin cənnət, behişt olsun Dəmir Gədəbəyli… Sənin arzuladığın yaşanmalı Azərbaycan sənin övladlarına, nəvələrinə, nəticələrinə, gələcək nəsillərinə və cümlə azadlıq aşiqlərinə nəsib olsun!!!
 

Şərh yaz


20 İyul 2019 Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
12 İyul 2019 Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
07 İyul 2019 Əbülfəs Qarayev: "Bu, fövqəladə hadisədir"
03 İyul 2019 Əbülfəs Qarayev: UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib
13 İyun 2019 İlham Namiq Kamalın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi-Foto
11 İyun 2019 İCTİMAİ KANALDA "YADİGARLAR"VERİLİŞİNİN 5 İLLİK YUBİLEYİ QEYD ETDİLƏR-Fotolar
09 İyun 2019 Gəncə xanlığının tarixi bayrağı ölkəyə gətirildi
26 May 2019 “Bu, prezident payıdır, uşaq-muşaq yox” - Musa Yaqub + Foto
17 May 2019 “Nəsimi ili” çərçivəsində Ədəbiyyat Muzeyində növbəti tədbir
17 May 2019 RİH başçısının sərəncamı ilə yaradılmış təşkilat komitəsinin iclası keçirilmişdir.
13 May 2019 "Avroviziya - 2019" mahnı müsabiqəsi başladı - Video
27 Aprel 2019 “Sazın məcnunu Azər” adlı möhtəşəm tədbir keçirilib
21 Aprel 2019 Azərbaycanlı ana və qızı Moskvada birincilik qazandı-Video
13 Aprel 2019 6-cı sinif şagirdindən möhtəşəm ifa-Video
11 Aprel 2019 “Kim nə deyir desin, biz elə bizik” – “Acı həqiqət” serialı
05 Aprel 2019 Nəsiminin əsərlərinin mükəmməl izahlı lüğəti HAZIRLANACAQ
22 Mart 2019 “Diriliş Ertoğrul”un final günü bəlli oldu
10 Mart 2019 Almaniyada əməkdar artistlərimizin konserti baş tutub
05 Mart 2019 Əbülfəs Qarayevdən Afətin ifasına reaksiya
21 Fevral 2019 Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər
10 Fevral 2019 Thomson Reuters kabusu
05 Fevral 2019 Azərbaycanda bu TV-lərin hər birinə 600 min ayrıldı
04 Fevral 2019 Ramiz Mehdiyev Forumla bağlı sərəncam verdi
29 Yanvar 2019 “Nəsimi ili” üçün plan hazırlamışıq – Nazir
25 Yanvar 2019 Nazir: “Mədəniyyət sahəsində sistem təkmilləşdirilməlidir”
14 Yanvar 2019 “Seriallarımızda ailə dəyərləri təhrif olunur” - MTRŞ-dən ittiham
26 Dekabr 2018 Əbülfəs Qarayev özünə yeni köməkçi təyin etdi
22 Dekabr 2018 Arzu Əliyeva “Miras”ın təqdimat mərasimində
05 Dekabr 2018 TV-lərin dil qüsurları açıqlandı: Kimlər nə qədər səhv edir?
03 Dekabr 2018 Bu gün televiziya və radio işləməyəcək

Xəbər lenti